Нуряддин казымов



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə71/83
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#48998
1   ...   67   68   69   70   71   72   73   74   ...   83

 
188
çalışdıqda,  nə  üçün  sualına  cavab  tapdıqda  və  tərbiyə  işini  bundan  sonra  təşkil  etdikdə 
uğur  qazanır.  Tərbiyəçi  onu  da  yadda  saxlayır  ki,  lazımınca  ölçülüb-biçilməmiş,  elmi 
cəhətdən əsaslandırılmamış tərbiyə işində gözlənilən nəticəni əldə etmək mümkün olmur. 
 
Tərbiyə  üsulunun  tərbiyəlilik  dərəcəsinə  uyğun  seçilməsi  prinsipi.  Bu  prinsipin 
əsasını təşkil edən qanunauyğunluq belədir: hər hansı mənəvi keyfiyyəti formalaşdırmaq 
üçün  мцяллимин  seçdiyi  üsul  və  ya  üsullar  tərbiyə  olunan  şəxsin  (şəxslərin)  həmin 
keyfiyyət üzrə tərbiyəlilik səviyyəsinə uyğun gəldikdə səmərə verir. Bu prinsip tələb edir 
ki,  tərbiyəçi  tədbirə  əl  atmazdan  əvvəl  aşılamaq  istədiyi  mənəvi  keyfiyyətin  uşaqda 
(uşaqlarda) inkişaf səviyyəsini öyrənsin və həmin səviyyəyə uyğun gələn üsulları seçsin; 
çünki  hər  hansı  mənəvi  keyfiyyətin  inkişaf  səviyyəsi  həm  ayrı-ayrı  şəxslərdə,  həm  də 
eyni adamın başqa-başqa yaş dövrlərində  müxtəlif ola bilir.  Səviyyəyə uyğun  gəlməyən 
üsuldan    istifadə  edildikdə  tərbiyə  işi  maksimum  səmərəni  vermir.    Bu,  o  deməkdir  ki, 
tərbiyəni  “mənə  belə  gəlir  ki”,  “mən  belə  düşünürəm”  kimi  subyektiv  hisslər  əsasında 
qurmaq elmi yol deyil. 
5.Tərbiyə prinsiplərinin mahiyyətini bilməyin tələbə üçün əhəmiyyəti. 
Sinif  müəllimliyinə  hazırlaşan  tələbənin  mükəmməl  öyrənməli  olduğu 
mövzulardan biri də məhz pedaqoji prsesin prinsipləri ilə əlaqədardır. 
Burada  hər  bir  tələbə  tam  inanır  ki,  tərbiyənin  neçə  prinsipləri  var,  onlar  necə 
adlanır, nə üçün məhz elə adlanır, qanunauyğunluqlarla bağlılığı nədədir. 
Təlim-tərbiyə işində sadalanan və əsaslandırılan hər bir prinsipin faydalı olduğunu 
yəqin edən tələbə  inanır ki, tərbiyənin bütün prinsiplərinи yerli-yerində nəzərə alıb tətbiq 
etsə öz fəaliyyətində ən yüksək səviyyədə uğur qazanar, respublikamızda sayılan-seçilən 
qabaqcıl  müəllimlərdən  birinə  çevrilər,  təlim-tərbiyənin,  təhsilin    qarşısında  qoyulan  
strateji məqsədi layiqincə yerinə yetirmiş olar. 
 
 
Yönəldici və düşündürücü çalışmalar. 
1.  Яняняви  педагоэикада  тərbiyənin  prinsipləri  məsələsinə  nə  üçün  Milli 
pedaqogika müdaxilə etməyə məcbur olmuşdur? 
2. Tərbiyənin prinsipləri  məsələsinə Milli pedaqogikanın  gətirdiyi elmi yeniliklər 
nəлярdən ibarətdir? 
3. Tərbiyə işi üçün münasib şəraitin yaradılması prinsipini necə başa düşürsünüz? 
4. Tərbiyə işində məqsədyönlülük prinsipi hansı qanunauyğunluqdan törəmədir? 
5.  Tərbiyədə  planlaşdırma,  tələbkarlıqla  hörmətin  vəhdəti,  tələblərdə  vahidlik 
prinsipləri hansı qanunauyğunluqlardan irəli gəlir? 
6.  Tərbiyədə  sözlə  əməlin  vəhdəti,  nikbilik,  fəallıq,  elmilik,  üsulların  tərbiyəlilik 
dərəcəsi  ilə  əlaqəsinə  aid  prinsipləri  necə  başa  düşürsünüz?  Razılaşmadığınız  cəhət 
varmı? Varsa nədən ibarətdir? 
 
 
 
 
 
 
 
 
 
 


 
189
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
SƏKKİZİNCİ BÖLMƏ 
PEDAQOJİ PROSESƏ XİDMƏT TƏCRÜBƏSİ 
 
FƏSİL 25. 
 
Müəllimlərin təkmilləşdirilməsi pedaqoji prosesə xidmət formalarından biri 
kimi 
 
1.  Müəllimlərin təkmilləşdirilməsinin əsas istiqamətləri və bunu bilməyin 
tələbə üçün əhəmiyyəti 
 
Müəllimlərin  təkmilləşdirilməsi  iki  əsas  istiqamətdə  həyata  keçиrilir. 
Müəllimlərin  metodik  işi  və  müəllimlərə  metodik  köməklik.  Göründüyü  kimi, 
müəllimlərin  təkmilləşdirilməsinin  mərkəzində  metodik  iş  durur.  Odur  ki,  metodik  iş 
məfhumuna bir qədər aydınlıq gətirmək lazımdır. 
Metodik iş məfhumunun mahiyyətini aydınlaşdırmağa bir neçə cəhətdən ehtiyac 
var.  Əvvəla,  metodik  iş  məfhumuna  pedaqoqların  münasibəti  birmənalı  deyil. 
Pedaqogika  adlı  dərs  vəsaitlərinin  bəzilərində  metodik  iş  məfhumuna  toxunulmur, 
bəzilərində  isə  az  da  olsa  toxunulur.  İkincisi,  metodistlərdən  bəziləri  metodika  və 


 
190
metodik iş məfhumları arasında fərq qoymur, onları eyniləşdirirlər. Müəllimlərin metodik 
işi  ilə  müəllimlərə  metodik  köməklik  məfhumlarına  fərq  qoymamaq  halları  da 
mövcuddur. 
Müəllim  üçün,  xüsusən  sinif  müəllimi  üçün  həmin  məfhumların  mahiyyəti  tam 
aydın olmalıdır. Bu  məqsədlə əvvəlcə  müəllimlərin  metodik işi  və  müəllimlərə  metodik 
köməklik    məfhumları  arasındakı  oxşarlığa  diqqət  yetirək.  Hər  ikisi  müəllimlərin  işi  ilə 
əlaqədardır;  hər  ikisinin  yaxın  məqsədi  pedaqoji  prosesin,  yəni  təlim,  tərbiyə,  təhsil  və 
psixoloji  inkişafın    səviyyəsini  yüksəltməkdir;  hər  ikisinin  uzaq  məqsədi  şagirdlərdə 
təhsillilik , tərbiyəlilik və psixoloji qüvvələrin inkişaf səviyyəsini yüksəltməkdir. 
Oxşar  əlamətləri  ilə  yanaşı  müəllimlərin  metodik  işi  ilə  müəllimlərə  metodik 
köməklik    məfhumları  arasında  fərq  də  var.  Əvvəla,  müəllimin  metodik  işində  fəallıq 
müəllimlərin tərəfindədir: danışan da, dinləyən də, təşkilatçısı da  müəllimlərin özləridir. 
Müəllimlərə  metodik  köməklikdə  isə  fəal  olan  müəllimlər  deyil,  başqa  şəxslərdir: 
metodisтдir,  metodist  alimdir,  alim  pedaqoqdur;  bu  halda  məktəb  müəllimləri 
dinləyicilərə  çevrilir.  İkincisi,  müəllimlərin  metodik  işində  pedaqoji  prosesin  praktik 
məsələləri  müzakirə  olunur,  müəllimlərə  metodik  köməкlikdə  isə  pedaqoji  prosesин 
əsasən  nəzəri  məsələləri  müzakirəyə  qoyulur.  Üçüncüsü,  müəllimlərin  metodik  işində 
özlərinin  fəallıq  dərəcələri  yüksək  olduğundan  səmərə  artır;  müəllimlərə  metodik 
köməklikdə isə kənar şəxslərin fəal olduğundan səmərə o qədər də yüksək olmur. 
Deyilənləri nəzərə alan Milli pedaqogika  qeyd edir ki, real həyatda metodik işin 
bir-birini  tamamlayan  iki  sahəsi  var:  müəllimlərin  metodik  işi  və  müəllimlərə  metodik 
köməklik. Buradan əlavə bir nəticə də hasil olur: metodik iş ümumi məfhumdur; özündə 
iki  məfhumu  birləşdirir.  Deməli,  müəllim  əslində  iki  deyil,  üç  məfhumla  üz-üzə  qalır. 
Onların  mahiyyətini ifadə edək. 1. Pedaqoji  prosesin səviyyəsini yüksəltmək  məqsədi 
ilə  təlim,  tərbiyə,  təhsil  və  psixoloji  inkişafın  əsasən  praktik  məsələlərini 
müəllimlərin özlərinin məktəbdə fəal müzakirə etmələri onların metodik işidir. 
 Pedaqoji prosesin səviyyəsini yüksəltmək məqsədi ilə təlim, tərbiyə, təhsil və 
psixoloji  inkişafın  əsasən  nəzəri  məsələlərinin  müəllimlərlə  digər  şəxslərin 
müzakirəsi onlara metodik köməklikdir. 
Bəs  metodik  iş  necə  başa  düşülməlidir?  Şərhdən  göründüyü  kimi, 
müəllimlərin  metodik  işi  ilə  onlara  metodik  köməkliyin  birliyi,  bir-birini 
tamamlayan bu iki istiqamətdə aparılan işin birliyi metodik işdir. 
Metodik  işdə  iki  istiqamətin  olduğunu  bilməyin  müəllim  üçün  əhəmiyyəti 
vardır.  Müəllim  bəri  başdan  bilməli  olur  ki,  metodik  ustalığını  artırmaq  həm  də 
onun  özündən  asılıdır.  O,  öz  təcrübəsi  barədə  həmkarları  ilə  fikir  mübadiləsi 
aparmağa  meyilli  olur.  Müəllim  həm  də  həmkarlarının  təcrübəsini  öyrənməyə 
maraq  göstərir.  Belə  müəllimlər  öz  iş  təcrübəsinin  nəzəri  məsələlərini  də 
öyrənməyə çalışırlar. 
Başqa  sözlə  desək,  müəllimlərin  təkmilləşdirilməsi  həm  müəllimlərin 
metodik işindən, həm də müəllimlərə metodik köməklikdən keçir. 
 
2.  Metodik  işin  məqsədi  və  vəzifələri;  bunu  bilməyin  praktik 
əhəmiyyəti 
 
Metodik  işin  yaxın  məqsədi:  yuxarıda  irəli  sürülən  yeni  yanaşmadan 
göründüyü kimi, metodik işin son məqsədi müəllimlərin metodik və elmi-pedaqoji 
səviyyələrini  artırmaq  yolu  ilə  təlimin,  tərbiyənin,  təhsilin,  habelə  psixoloji 
inkişafın səviyyəsini  yüksəltmək və şagirdlərdə təhsillilik, tərbiyəlilik və psixoloji 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə