Нуряддин казымов



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə73/83
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#48998
1   ...   69   70   71   72   73   74   75   76   ...   83

 
193
radio və televiziya verиlişlərindən xəbəri olmayan müəllim şagirdlərin bəzi sualları 
qarşısında acınacaqlı vəziyyətə düşə bilir. 
Müvafiq  ədəbiyyatı  müəllimin  izləməsi  əsasən  həmkarları  qarşısında,  radio 
və  televiziya  verиlişlərini  onun  dinləməsi  isə  əsasən  şagirdləri  qarşısında 
alnıaçıqlıq imkanı yaradır. 
Fənn  komissiyalarının  işi.  Məktəbdə  eyni  fənn  üzrə  müəllimlərin  sayı  üç 
nəfərdən  çox  olduqda  onlar  fənn  komissиyaları  formasında  birləşirlər;  onlar  öz 
fənlərinin  tədrisi  metodikası  üzrə  ortaya  çıxan  problemləri  yığışıb  birlikdə 
müzakirə edirlər. 
Eyni fəndən məktəbdə müəllimlərin sayı üçdən az olduqda, mahiyyətcə bir-
birinə  yaxın  olan  fənlər  üzrə  müəllimlər  fənn  komissiyaları  yarada  bilirlər.  Fizika 
və riyaziyyat, tarix və coğrafiya, kimya və biologiya, dil və ədəbiyyat və s. fənlərə 
aid  komissiyalar  təşkil  olunur.  Müəllimlər  tədris  etdikləri  fənlər  üzrə  özlərini 
maraqlandıran məsələlər barəsində fikir və təcrübə mübadiləsi aparırlar. 
Fənn komissiyalarına ən təcrübəli və ən nüfuzlu müəllimlər rəhbərlik edirlər. 
Rəhbərlik ictimai əsaslarda həyata keçirilir. 
Deməli,  fənn  komissiyası-pedaqoji  prosesin  səviyyəsini  yüksəltmək 
məqsədi  ilə  məktəbdə  eyni  fənn  üzrə  və  ya  mahiyyətcə  bir-birinə  yaxın  olan 
fənlər üzrə müəllimrərin məktəb birləşmələri ictimai qurumdur.  
Metodik birləşmələr. Fənn komissiyalarından əlavə, metodik birləşmələr də 
fəaliyyət  göstərir. Metodik  birləşmələr, adətən, rayon  üzrə təşkil edilir.  Burada da 
eyni  prinsip  əsas  götürülür.  Yəni  rayonun  məktəblərində  çalışan  eyni  fənn 
müəllimləri  vaxtaşarı  toplaşaraq  zəruri  saydıqları  problemləri  müzakirə  edirlər. 
Metodik  birləşmələrə  rəhbərlik  rayon  üzrə  adlı-sanlı  müəllimlərə  həvalə  edilir. 
Birləşməlirin rəhbərləri də ictimai əsaslarda fəaliyyət göstərir. 
Göründüyü  kimi,  metodik  birləşmə  müvafiq  fənnin  tədrisi  səviyyəsini 
yüksəltmək  məqsədilə  vaxtaşırı  toрlaşan  müəllimlərin  rayon  üzrə  ictimai 
qurumudur.  
Müəllimin  öz  təşəbbüsü  ilə  elmi-praktik  konfranslarda  çıxışı.  Məlum 
olduğu  kimi,  pedaqoji  iş  təcrübəsinin  öyrənilməsi  və  yayılması  məqsədi  ilə 
müxtəlif  səviyyəli  elmi-praktik  konfranslar  keçirilir.  Bu  cür  konfranslar  ayrı-ayrı 
məktəblərdə,  rayonlarda,  şəhərlərdə,  respublika  miqyasında  keçirilir.  Belə 
konfranslardan  xəbər  tutan  müəllimlərimiz  öz  təşəbbüsləri  ilə  ümumi  üçün  maraq 
doğuran təcrübəsi barədə çıxış edirlər. 
Beləliklə, müəllimlərin  öz təşəbbüsləri ilə həmkarlarının  məşğələlərində 
olması,  onların  qarşılıqlı  surətdə  bir-birinin  dərslərini  dinləmələri, 
müəllimlərin müvafiq elmi, pedaqoji ədəbiyyatı oxumaları, pedaqoji mövzuda 
radio  və  teliviziya  verilişlərini  dinləmələri,  fənn  komissyalarının  və  metodik 
birləşmələrin işində iştirakları müəllimlərin metodik işlərinin formalarıdır. 
 
4.  Müəllimlərə metodik köməkliyin formaları 
Müəllimlərə  metodik  köməkliyin  formaları  da  çoxdur:  müəllimlərin 
dərslərində  direktorun  iştirakı  və  müzakirəsi;  müəllimlərin  dərslərində  direktor 
müavinin  iştirakı  və  müzakirəsi;  müəllimlərin  dərslərində  təhsil  şöbələrinin 
işçilərinin  iştirakı  və  müzakirəsi;  ixtisasartırma  kurslarında  müəllimlərin  iştirakı; 


 
194
Təhsil  Nazirliyinin  və  ali  məktəblərin  elmi-nəzəri  konfranslarında  müəllimlərin 
iştirakı; pedaqoji şurada  metodik iş; pedaqoq və metodist alimlərin məktəbə dəvət 
olunması və s. 
Müəllimlərin  dərslərində  məktəb  direktorunun  iştirakı.  Tabeliyindəki 
müəllimlərin  dərslərində  olmaq  və  onlara  metodik  köməklik  göstərmək  məktəb 
direktorunun  vəzifə  borcudur.  Müəllimin  dərsini  müşahidə  edən  direktor  sonra 
həmin  dərsi  müəllimin  iştirakı  ilə  təhlil  süzgəcindən  keçirir,  uğurlu  və  uğursuz 
cəhətləri açır, nöqsanların aradan qaldırılması üçün məsləhətляр verir. 
Təcrübəli  məktəb  direktoru  bir  qədər  sonra  həmin  müəllimin  başqa  bir 
dərsində  (dərslərində)  olur,  məsləhətlərinə  onun  nə  dərəcədə  əməl  edildiyini 
öyrənir və yenidən dərsin müzakirəsini keçirir. 
Müəllimlərin dərslərində direktor müavinin iştirakı. Müəllimlərə məktəb 
direktorunun  metodik  köməkliyinə  aid  deyilənlər  müavinin  metodik  köməkliyinə 
də  aiddir.  Fərq  yalnız  məktəblərlə  əlaqədardır.  Müəllimləri  çox  olan  iri 
məktəblərdə  direktor  və  müavin  arasında  müşahidə  bölgüsü  aparılır.  İxtisaslarına 
uyğun  olaraq  məktəbin  müəllimləri  iki  qrupa  ayrılır.  Bəzi  müəllimlərin  dərslərini 
direktor,  digər  müəllimlərin  dərslərini  onun  müavini  müşahidə  edir.  Sonra 
müəllimlərin  müşahidə  olunan  dərsləri  haqqında  direktor  və  müavin  öz 
təəssüratlarını bölüşürlər. 
Müəllimlərin  dərslərində  təhsil  şöbələri  işçilərinin  iştirakı.  Məlum 
olduğu  kimi,  rayon  və  şəhər  təhsil  şöbələri  işçilərinin,  habelə  Təhsil  Nazirliyinin 
işçiləri  vaxtaşırı  məktəblərə  gedir,  orada  təlim-tərbiyənin  müxtəlif  məsələlərinin 
vəziyyəti ilə tanış olurlar. Onlar müəllimlərin dərslərini də müşahidə edirlər; hətta 
olduqları  məktəbin  pedaqoji  kollektivləri  ilə  də  öz  təəssüratlarını  bölüşürlər.  Rast 
gəldikləri  nöqsanları  və  çatışmazlıqları  məktəb  direktorunun  və  ya  müəllimin 
nəzərinə  çatdırırlar.  Çatışmazlıq  və  nöqsanın  aradan  qaldırılması  üçün  öz  tövsiyələrini 
verirlər. 
Pedaqoq  və  metodist  alimlərin  məktəbə  dəvət  edilməsi.  Pedaqoq  və  metodist 
alimlərin məktəbə dəvət edilməsi halları az deyil. Məktəbə gələn alimlər dərslərdə iştirak 
edir,  müşahidələr  aparırlar;  nəticəsi  müəllimlərlə  birlikdə  müzakirə  olunur.  Alimlər 
məktəblərdə rast gəldikləri həm fərəhli cəhtləri, həm də nöqsanları, onların mahiyyətini, 
yaranma səbəblərini elmi cəhətdən ətraflı izah edirlər. 
Ehtiyac  olduqda  alimlər  məktəbdə  nümunəvi  dərslər  də  təşkil  edirlər. 
Müəllimlərin müşahidə etdikləri həmin dərslər də müzakirə olunur. 
Pedaqoji şurada  metodik iş. Məktəb pedaqoji şurası  metodik işdən yan  keçmir. 
Metodik  işin  bəzi  cəhətləri  pedaqoji  şurada  müzakirə  olunur.  Bu  və  ya  digər  fənnin 
tədrisi vəziyyəti pedaqoji şurada təhlil edilir; yaxud hər hansı müəllimin tədris etdiyi fənn 
üzrə  şagirdlərin  mənimsəmə  vəziyyətinə  pedaqoji  şurada  baxılır  və  ya  hər  hansı  sinifdə 
tərbiyəlilik  səviyyəsi  pedaqoji  şurada  müzakirə  mövzusuna  çevrilir.  Bəzən  məktəbdə 
təlim-tərbiyə  məsələləri  komпleks  şəkildə  öyrənilir  və  pedaqoji  şuranın  müzakirəsinə 
çıxarılır. 
Şərщ  edilən  faktlar  göstərir  ki,  metodik  işin  burada  adları  çəkilən  və  çəkilməyən 
formaları  müəllimləri  təkmilləşdirməyin  məzmununu  təşkil  edir.  Başqa  sözlə, 
müəllimlərin  təkmilləşdirilməsi  kompleks  tədbirlərin,  özü  də  bir-birini  tamamlayan 
tədbirlərin  həyata  keçirilməsini  nəzərdə  tutur.  Buraya  müəllimlərin  özünütəhsili,  elmi-
pedaqoji  və  metodik  yeniliklərlə  tanışlıq,  həmkarlarla  fikir  və  təcrübə  mübadiləsi,  elmi 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə