Нуряддин казымов



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə72/83
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#48998
1   ...   68   69   70   71   72   73   74   75   ...   83

 
191
qüvvələrin  inkişaf  səviyyəsini  artırmaqdır.  Uzaq,  strateji  məqsədi  isə 
respublikamızın  dövlət  müstəqilliyini,  ərazi  bütövlüyünü,  sərhədlərimizin 
toxunulmazlığını  qorumağa,  ölkəmizi  inkişaf  етмиш  демократик  дювлятляр 
сявиййясиня  галдырмаьа  qadir  olan  fəal  vətəndaşların  yetişdirilməsinə  yardımçı 
olmaqdır. 
Metodik  işin  vəzifələri:  Burada  səciyyələndirilən  məqsəd  bir  sıra  vəzifələr 
ilə  həyata keçirilir.  Bu cür  yaxın  vəzifələr  çoxdur. Onlardan bəzilərini qeyd edək: 
metodik  iş  aparmağın  zəruriliyiнин  дярк  едилмяси;  qabaqcıl  təcrübənin  üzə 
çıxarılması;  qabaqcıl  təcrübənin  geniş  yayılması;  fənlərin  məzmununa  aid  elmi 
ədəbiyyatda  irəli  sürülən  fikirlərin  öyrənilməsi;  pedaqoji  və  metodik  ədəbiyyatda 
qaldırılan  məsələlərə  münasibətin  bildirilməsi;  məktəbdə  pedaqoji  prosesin 
keйfiyyətinə nəzarət. 
Müəllimləri  təkmilləşdirməyin  zəruriliyini  başa  düşmək  onu  nəzərə 
almağın  və  həyata  keçirməyin  ilkin  şərti,  vacib  vəzifələrindəndir.  Синиф  мüəllimи 
gündə азы 2-3 dərs təşkil edir. Eyni  fənn  üzrə eyni  mövzunu  hər  gün təşkil etməli 
olan фянн müəllimи, istər-istəməz, təqribən eyni iş üslubuna alışmağa meyilli olur. 
Pedaqoji  proses  isə  dəyişir,  yeni  məsələlər,  yeni  problemlər  meydana  çıxır. 
Müəllimin  alışdığı  iş  üslubu  ilə  həyatda,  pedaqoji  prosesdə  gedən  yeniləşmə 
arasında  uyğunsuzluq  yarana  bilir.  Həyatda,  pedaqoji  prosesdə  baş  verən 
yenilikləri  tez  duyan  və  öz  işində  nəzərə  alan  müəllimlərimiz  də  olur.  Nəticədə 
fikir  mübadiləsinə  ehtiyac  yaranır.  Bu  ehtiyacı  başa  düşmək,  qəbul  etmək  son 
dərəcə vacibdir və metodik işin зярури  vəzifələrindən birinə çevrilir. 
Metodik  işin  həll  etməli  olduğu  digər  vəzifə  qabaqcıl  təcrübənin  üzə 
çıxarılmasıdır.  Müəllimlərin  dərslərinin  və  başqa  pedaqoji  tədbirlərinin  qarşılıqlı 
şəkildə  müşahidə  olunması  və  sonra  müzakirə  edilməsi  sayəsində  ayrı-ayrı 
müəllimlər  haqqında,  onların  pedaqoji  fəaliyyətlərinin  xüsusiyyətləri  barədə 
ictimai rəy formalaşır; hansısa müəllimin işi nümunəvi hesab edilir; vaxtaşırı onun 
açıq 
məşğələsi  təşkil  olunur.  Belə  müəllimin  iş  üslubu  həmkarları  üçün  örnəyə  çevrilir. 
Həmkarlarının dərslərini və digər tədbirlərini müşahidə edən müəllim, istər-istəməz, öz iş 
üslubunu  onların iş üslubu ilə fikrən müqayisə etməli our; hansı cəhətədn düzgün yolda 
olduğunu, hansı cəhətədən isə geri qaldığını hiss edir; özü üçün müəyyən nəticə çıxarmalı 
olur. 
Qabaqcıl  təcrübənin  geniş  yayılması  metodik  işin  vəzifələri  sırasına  aiddir. 
Məlumdur ki, pedaqoji proses, o cümlədən dərs olduqca mürəkkəb və çoxcəhətlidir. Tək-
tək  müəllimlər  pedaqoji  prosesin,  habelə  dərsin  bütün  cəhətləri  üzrə  nümunəvi  iş 
təcrübəsinə  nail  ola  bilirlər.  Faktlar  göstərir  ki,  diqqətlə  yanaşıldıqda  hətta  nümunəvi 
hesab  edilməyən  bəzi  müəllimlərin  fəaliyyətində  hansısa  səmərəli  cəhət  olur.  Bu  cur 
faydalı cəhətləri də üzə çıxartmaq, ümumiləşdirərək geniş yaymaq mümkündür. Pedaqoji 
işdə toplanan, sistemə salınan təcrübəni ideal təcrübə səviyyəsinə qaldırmaq mümkündür. 
Ümumiləşdirilmiş təcrübənin geniş təbliği də səmərə verir. 
Fənlərin  məzmunu  ilə  əlaqədar  elmi  ədəbiyyatın  müəllimlər  tərəfindən 
öyrənilməsi metodik işin vəzifələrindən biridir. Məlum olduğu kimi, ayrı-ayrı fənlərə aid 
kitablar,  jurnal  və  qəzet  məqalələri  dərc  edilir.  Müəllimlər  həmin  materiallarla  tanış 
olurlar,  yığışıb  öz  aralarında  müzakirə  edirlər;  onlara  münasibət  bildirirlər,  öz 
təcrübələrində istifadə etmək yollarını araşdırırlar. 
Metodik işin vəzifələrindən biri də yeni pedaqoji və metodik ədəbiyyatla tanış 
olub  ona  münasibət  bildirməkdən  ibarətdir.  Son  zamanlar  pedaqoji  və  metodik 


 
192
mövzuda  çap  olunan  kitabların  sayı  artmaqdadır.  Səmərəli  hal  kimi  qeyd  olunmağa 
layiqdir  ki,  ayrı-ayrı  məktəblərdə  müəllimlər  yığışıb  həmin  nəşrlərə  öz  münasibətlərini 
bildirirlər; faydalı hesab etdikləri fikirləri öz təcrüblələrində nəzərə alırlar. 
Məktəbdə  pedaqoji  prosesə  nəzarətin  təmin  edilməsi  də  metodik  işin 
vəzifələrinə aiddir. Metodik iş məktəbdə pedaqoji prosesin keyfiyyətinə üçpilləli nəzarətə 
şərait  yaradır.  Metodik  iş  əvvəla,  müəllimlərə  imkan  verir  ki,  bir-birinin  fəaliyyət 
xüsusiyyətlərindən  xəbərdar  olsunlar,  bir-birinə  nəzarət  edə  bilsinlər.  İkincisi,  məktəb 
direktorunan  müavini  (müavinləri)  müəllimlərin  dərslərində  olur,  kimin  necə  işlədiyini 
görür,  fikrini  bildirir.  Üçüncüsü,  məktəbin  direktoru  vaxtaşırı  müəllimlərin  dərslərini 
müşahidə  edir,  işin  keyfiyyətindən  bilavasitə  xəbərdar  olur,  müvafiq  tədbir  görmək 
imkanı qazanır. 
Göründüyü  kimi, metodik işin  məqsədi də, onun vəzifələri də  məktəbdə pedaqoji 
prosesin сявиййясинин yüksəldilməsinə xidmət edir. 
Metodik  iş,  onun  növləri,  mahiyyəti,  məqsəd  və  vəzifələri  daha  çox  sinif 
müəlliminə gərəklidir. Çünki metodik işin incəliklərindən, məqsəd və vəzifələrindən hali 
olan  sinif  müəllimi  gənc  nəslin  fəal  vətandaş  kimi  yetişməsinin  təməl  daşını  qoyur.  O, 
müəllimlərin metodik işinin formaları ilə də ətraflı tanış olmalıdır. 
 
3.  Müəllimlərin metodik işinin formaları 
 
Müəllimlərin  metodik işləri çoxdur. Onlardan bəzilərini qeyd edək:  müəllimin öz 
təşəbbüsü  ilə  həmkarlarının  məşğələlərində  olması;  müəllimlərin  qarşılıqlı  surətdə 
dərslərdə  olmaları;  müəllimlərin  mütaliəsi,  müəllimin  radio,  televiziya  və  internet 
materiallarını  izləməsi;  fənn  komissyalarının  işi;  metodbirləşmələrin  işi;  müəllimin  öz 
təcrübəsinə dair elmi praktik konfransda çıxışı və s. 
Müəllimin  öz  təşəbbüsü  ilə  həmkarlarının  məşğələsində  olması.  Bəzən 
müəllim  öz  pedaqoji  səviyyəsinin  necəliyini  müəyyənləşdirmək  üçün,  habelə  digər 
müəllimlərin iş təcrübəsindən bəhrələnmək məqsədilə həmkarlarının məşğələlərində olur, 
müşahidə 
aparır.  Şəxsi  təşəbbüsü  sayəsində  müəllim  öz  iş  üslubunu  həmkarlarının 
iş  üslubu  ilə  müqayisə  etmək  imkanı  qazanır;  hansı  cəhətdənsə  öz  metodikasını 
təkmiлləşdirir. 
Müəllimlərin  qarşılıqlı  surətdə  dərslərdə  olmaları  işinin  bu  formasına 
məktəblərimizdə  tez-tez  rast  gəlmək  olur.  Öz  aralarında  razılaşan  müəllimlər  bir-
birinin  dərslərində  olur,  müşahidələr  aparırlar.  Onlar  dərsin  maraqlandıqları 
cəhətlərini öz aralarında müzakirə edirlər; uğurlu hesab etdikləri cəhətləri ön plana 
çəkir və qiymətləndirirlər; bəzi arzu və istəklərini bir-birinə bildirirlər. 
Müəllimlərin  mütailəsi.  Müəllimliyi  mütaлиəsiz  təsəvvür  etmək  çətindir. 
Dönə-dönə  isbat  olunmuşdur  ki,  ali  pedaqoji  məktəbi  fərqlənmə  diplomu  ilə  başa 
vuran  şəxs  öz  üzərində  müntəzəm  işləməsə,  xüsusən  müasir  ədəbiyyatı  ardıcıl 
izləməsə,  ondan  bəhrələnməsə  kamil  müəllim  kimi  püxtələşə  bilməz.  Bu 
həqiqətdən hali olan qabaqcıl müəllimlərimiz elmi, pedaqoji və metodik ədəbiyyatı 
müntəzəm izləyərək daim zənginləşirlər. 
Radio  və  televiziya  verиlişlərini  müəllimlərin  izləməsi.  Məlum  olduğu 
kimi,  radio  və  televiziya  verиlişləri  həyatımızın  ayrılmaz  hissəsinə  çevrilmişdir. 
Müəllim  yaxşı  bilir  ki,  bu  əlaqə  vasitələrinə  hamının,  o  cümlədən  gənc  nəslin 
dinləmək  imkanı  var.  Müəllim,  demək  olar  ki,  hər  gün  şagirdlər  qarşısına  çıxır; 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə