Нуряддин казымов



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə75/83
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#48998
1   ...   71   72   73   74   75   76   77   78   ...   83

 
197
İxtisasartırma  təhsilinin  həyata  keçirildiyi  dayaq  məntəqəsində  yuxarıda 
qeyd etdiyimiz mərhələlər bir-birini tamamlayır. 
İxtisasartırma  təhsilində  dayaq  məntəqəsi  nə  deməkdir?  İxtisasartırma 
təhsil  sistemində  öyrənənləri  öyrədənin  öyrətdiyi  yerə  dayaq  məntəqəsi 
deyilir. 
İxtisasartırma  təhsilinin  təşkili  məsələlərini  sinif  müəllimi  olacaq  tələbənin 
indi dəqiq bilməsi onu gələcək fəaliyyətə psixoloji cəhətdən hazırlayır. Tələbə onu 
da yaxşı yadda saxlamalı olur ki, müəllimlərin təkmilləşdirilməsində olduğu kimi, 
onların  ixtisaslarının  artırılması  da,  son  olaraq,  pedaqoji  prosesin  səviyyəsinin 
yüksəldilməsinə yönəlir. 
 
4.Yenidənhazırlanma təhsili 
 
SSRİ  dağılandan  və  respublikamız  dövlət  müstəqilliyini  bərpa  edəndən 
sonra  həyatımızın  digər  sahələrində  olduğu  kimi,  təhsil  sahəsində  də  xeyli 
yeniliklər  əmələ  gəlmişdir;  bəzi  ixtisaslar  üzrə  kadrlara  ehtiyac  çoxalmışdır.  Bəzi 
sahələr  üzrə  isə,  əksinə,  ehtiyac  azalmışdır:  ixtisası  dəyişmək  halları  da 
yaranmışdır. Təhsil sahəsində də belə oldu. Hansı  fənnin tədrisinə ehtiyac artdısa, 
həmin sahəyə müəlliмlərin axını gücləndi. İxtisasını dəyişmək istəyən müəllimlər 
üçün  yenidənhazırlanma  kursları  açıldı.  İndi  yenidənhazırlanma  təhsilinə  xeyli 
müəllim cəlb edilmişdir. 
 
5.Ömürboyu təhsilin tərkib hissəsi olan yaşlıların təhsili məsələsi 
 
Müasir dövrdə iş və həyat tərzi çox sürətlə dəyişir. Adamlardan cəmiyyətdə 
baş  verən  dəyişikliklərə  uyğunlaşmaq  tələb  olunur.  Bu  dəyişikliklərə 
müvəffəqiyyətlə uyğunlaşmaq isə yalnız Ömürboyu təhsil vasitəsi ilə mümkündür. 
XXI əsr ona görə bilik və informasiya əsri adlandırılır ki,bu əsrdə cəmiyyət özünü 
ağıl,  şüur,  təffəkür  məhsullarının  hesabına  təmin  edib,  irəliliyə  bilər.  Sübut 
olunduğuna  görə,  biliklər  hər  il  öz  aktuallığını  orta  hesabla  20%  itirir;  peşələrin 
məzmunu  5-6  ilə  tamam  köhnəlir.  Bütün  bu  cür  dəyişgənliyi  “fasiləsiz  təhsil 
haqqında 
Avropa 
Memorandumu”, 
“Hamburq 
Bəyənnaməsi”, 
“Dakar 
Bəyənnaməsi”, “Sofiya Bəyаnnaməsi” kimi sənədlərdən görmək olur. 
Yaşlıların  təhsili,  юmürбoyu  Təhsilin  tərkibi  hissəsi  kimi,  yetkinlik  yaşını 
keçmiş  vətəndaşların  cəmiyyətdə  və  iqtisadiyyatda  fasiləsiz  baş  verən 
dəyişikliklərə uyğunlaşmasını təmin etmək məqsədi ilə həyata keçirilir. 
Gənclik  ölkəmizdə  iki  əsas  problemlə  üzləşir;  hər  il  təqribən  150  mindən 
çox  gənc  orta  məktəbi  qurtarır.  Onlardan  təqribən  60  mini  ali  və  orta  ixtisas  və 
peşə  məktəblərinə  daxil  olur.  90  min  gənc  isə  cəmiyyətdə  özünə  yer  axtarmaг 
мяъбуриййятиндя галыр. 
Birincilərin  əldə  etdikləri  bilik  və  bacarıqlar  tez  bir  zamanda  köhnəlir. 
İkincilərin  isə  təhsilə  və  işə  ehtiyacları  qalmaqda  davam  edir.  Hər  iki  qrupa  aid 
olan yaşlıların müasir təhsilinə qayğını artırмаьа ehtiyac yaranır. 
Gələcək  мüəllimlik  fəaliyyətinə  hazırlaşan  tələbələr  müasir  dövrün  inkişaf 
meyillərini bilməli  və özləri  üçün  müvafiq nəticələr çıxarmalıdırlar.  Bilməlidirlər 


 
198
ki,  yaşlıların  təhsili  sahəsində  respublika  üzrə  xeyli  faydalı  tədbirlər  həyata 
keçirilmişdir:  Yaşlıların  тəhsilinə  dair  Təhsil  Nazirliyi  konsepsiya  qəbul  etmişdir; 
Yaşlıların  Təhsilinə  dair  qanun  layihəsi  hazırlanıb  Milli  Məclisin  müzakirəsinə 
verilmişdir;  Azərbaycan  Müəllimlər  İnstitutunda  Yaşlıların  Təhsili  üzrə  metodik 
kabinet yaradılmışdır və s. 
 Мüəllimlik  fəaliyyətinə  hazırlaşan  tələbələr  müasir  dövrün  inkişaf 
meyillərini  öyrənməli  və  öz  цзярляриндя  даим  ишлямялидирляр;  онлар  həyatda  geri 
qalmamaq  üçün  müəllimlərin  təkmilləşdirilməsinə  xidmət  edən  tədbirlərdə  və 
ixtisasartırma 
tədbirlərinin 
imkanlarından 
 
istifadə 
etməкдя 
фяаллыг 
эюстярмялидирляр.  Ömüрбoyu  Təhsilin  tərkib  hissəsi  olan  Yaşlıların  Təhsili 
məsələləri də hökmən nəzərə alınmalıdır. 
 
Yönəldici və düşündürücü çalışmalar. 
1. İxtisasartırma təhsilinin  nə demək olduğunu bilməyin əhəmiyyətini sübut 
edin. 
2. İxtisasartırma təhsili hansı mərhələlərdən keçir? 
3. İxtisasartırma təhsilini həyata keçirən dayaq məntəqələri necə yaranır? 
4. Öyrənənləri öyrədənlər kimlərdir və onlar necə hazırlanır? 
5. Öyrənənlərin öyrədilməsi nə üçün dayaq məntəqələrində həyata keçirilir? 
6. Yenidənhazırlanma təhsili hansı zərurətdən yaranmışdır? 
7.  Ömцрбoyu  Təhsilin  və  Yaşlıların  Təhsilinin  müəllim  hazırlığı  ilə 
əlaqəsinin olduğunu sübut edin. 
 
 
FƏSİL 27 
MÜƏLLİMİN ELMİ AXTARIŞLARI PEDAQOJİ PROSESƏ 
XİDMƏT KİMİ 
 
1.Təlim və elmi idrak arasında oxşarlığın və fərqin olduğunu bilməyin 
müəllim üçün əhəmiyyəti 
 
Təlimin  və  təhsilin  ən  köklü,  ən  zəruri,  ən  nəzəri  məsələlərindən  biri  elmi 
idrakdır, dərk etməkdir, təlimlə onun bağlılığıdır. Bu bağlılığı xüsusən müəllim, o 
cümlədən  sinif  müəllimi  bilməlidr.  Nə  üçün?  Çünki  müəllim  təlimlə  məşğuldur. 
Təlimdə  isə  həm öyrətmə, həm də öyrənmə var, hələ öyrənməyi öyrətmək də  var. 
Təlim  prosesində  bu  üçbucağın  mahiyyəti  tələbədən  ötrü  aydın  olmalıdır.  Bu 
səbəbdən də təlim və elmi idrak arasındakı oxşarlıq və fərq ümumi şəkildə olsa da, 
açılmalıdır. 
Əvvəlcə  onların  arasındakı  oxşarlığa  diqqət  yetirək.  Təlim  zamanı  kimsə 
nəyisə  başa  düşməyə,  anlamağa,  dərk    etməyə  çalışır.  Elmi  idrak  da  dərk  etmə, 
anlama,  başa  düşmə  prosesidir.  Bu  oxşarlıqla  yanaşı  təlim  və  elmi  idrak  arasında 
fərq  də  var.  Təlim  zamanı  dərk  etmə  müəllimin  rəhbərliyi  ilə  baş  verir;  elmi 
idarkda  isə  müəllim  nəzərdə  tutulmur.  Elmi  idrak  prosesi  fərdi  fəaliyyət 
məhsuludur.  Alimin  fəaliyyəti  buna  misal  ola  bilər.  Təlim  zamanı  hansısa  yeni 
bilik  müəllimin  rəhbərliyi  altında  şagirdlər  tərəfindən  öyrənilir.  Yeni  bilik  isə 
alimlərin elmi idrakı prosesinin məhsulu hesab edilir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə