Нуряддин казымов



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə77/83
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#48998
1   ...   73   74   75   76   77   78   79   80   ...   83

 
201
meyl göstərənlər, hətta dərs deyə-deyə elmi axtarışda olan, müdafiə edib elmlər namizədi 
олуб  elmi  alimlik  dərəcəsi  alan  müəllimlərimiz  var.  İndi  respublikamızda  elə  rayon 
tapmaq  olmaz  ki,  orada  elmi  mövzü  götürüb  işləyən  və  müdafiə  edib  alimlik  dərəcəsi 
almış  ümumi  orta  məktəb  müəllimi  olmasın.  Ən  önəmlisi  budur  ki,  elmi  tədqiqat  işi  ilə 
məşğul  olan  məktəb  müəllimlərinin  təlim  göstəriciləri  bir  qayda  olaraq  yüksəkdir.  Ən 
vacibi  budur!  Çünki,  həyat  sübut  edir  ki,  elm  təhsilə  xidmət  edir,  elmlə  məşğul  olan 
müəllimlərin təlim-tərbiyə işi daha uğurlu olur. 
Bu  həqiqət  bütün  ölkələrdə  başa  düşülüb:  müasir  dövrdə  elm  güclü  hərəkətverici 
qüvvəyə  çevrilmişdir.  Elmi  səviyyəsi  yüksək  olan  ölkənin  bütün  sahələrdə 
müvəffəqiyyəti  də  yüksək  olur.  Qətiyyən  təsadüfi  deyil  ki,  hazırkı  əsr  elm  əsri  elan 
edilmişdir.  Əsrimizin  bu  inkişaf  meylini  biz  də  nəzərə  almalıyıq  ki,  müəllimlik 
fəaliyyətinə,  xüsusən  sinif  müəllimi  fəaliyyətinə  hazırlaşan  tələbələr  orta  ümumi  təhsil 
məktəbində  təlim  işi  ilə  məşğul  olarkən  elmi  araşdırmalarla  da  məşğul  olsunlar.  Bunu 
bizdən  müasir  dövr  tələb  edir,  xalqımızın  müəllimə  verdiyi  qiymət  tələb  edir,  yüksək 
müəllim adı tələb edir. 
 
4.Müəllim özü üçün elmi tədqiqat mövzusunu necə müəyyənləşdirə bilər. 
Faktalar  göstərir  ki,  orta  məktəb  müəllimləri  arasında  elmi  işə  maraq  göstərən 
müəllimlərimiz  çoxdur.  Lakin,  təəssüf  ki,  onların  xeyli  hissəsi  elmi  iş  üçün  mövzu 
müəyyənləşdirməkdə  çətinlik  çəkirlər.  Təlim-tərbiyə  işinə  başı  qarışan,  eyni  zamanda 
ürəyində  elmi  tədqiqat  arzusu  yaşadan,  lakin  konkret  mövzu  götürməkdə  çətinlik  çəkən 
müəllimlərin  fikrinə  istiqamət  vermək  məqsədi  ilə  bəzi  mövzuların  müəyyənləşdirmə 
tərzini onların diqqətinə çatdırmaq istərdik. 
Bəri  başdan  müəllimlərə  xatırlatmaq  yersiz  olmazdı  deyək  ki,  elmi  işin 
mövzusu  müəllimin  əməli  fəaliyyətindən  дя  irəli  gəlя  билир.  Təlim-tərbiyə  zamanı 
müəllimin  qarşılaşdığı  hər  bir  çətinlik,  yaranan  hər  bir  problem  elmi  araşdırma 
mövzusu  ola  bilir.  Məsələn,  müəllim  xeyli  müddət  keçəndən  sonra  hiss  edir  ki, 
dərs  zamanı  bəzən  özü  çox  danışır,  çox  izahat  verir,  şagirdləri  isə  az  işlədir,  az 
danışdırır; bəzən də əksinə, şagirdləri çox  işlədir, çox  düşündürür, özü  isə tək-tək 
hallarda  şagirdlərin  işinə  müdaxilə  edir.  Bu  cür  qeyri  müəyyən  hallarda  müəllim 
düşünməli olur, özünə sual verir: hansı halda, birinci, yoxsa ikinci halda şagirdlərin 
mənimsəmə  səviyyəsi  yüksək  olur?  Bu,  müəllimin  əməli  işdə  qarşılaşdığı 
problemlərdən  biridir.  Müəllim  rastlaşdığı  bu  problemi  tədqiqat  mövzusuna 
çevirməli olur. Necə? Belə: dərs zamanı müəllim fəallığı ilə şagird fəallığı arasında 
nisbətin  mənimsəmə  səviyyəsinə  təsir  dərəcəsiни  юйрянмяйя  чалышыр.  Öz  təcrübəsi 
əsasında  mövzunu  бу  ъцр  formalşdıran  müəllim  sonra  onun  tədqiqinə  başlayır. 
Necə? Sonrakı paraqrafda həmin suala cavab verilir. 
Başqa misal gətirək. Müəllim dərsdən dərsə müşahidə edir ki, bəzi şagirdlər 
ev tapşırıqlarının icrasına o qədər də məsuliyyətlə yanaşmırlar: ya ev tapşırıqlarını 
icra  etmir,  yaxud  tapşırıqları  yerinə  yetirərkən  müvafiq  qaydalara  əməl  etmir. 
Müəllim  bu  faktların  üzərində  düşünür,  özü  özünə  sual  verir:  nə  üçün  şagirdlərin 
əksəriyyəti ev tapşırıqlarını səliqəli icra edir, amma tək-tək də olsa ev tapşırıqlarını 
lazımi səviyyədə icra etməyənlər də olur? Axı, dərsin sonunda mən sinfə, müraciət 
edərək, soruşuram: 
- Uşaqlar, tapşırıq aydındırmı? Hamı bir ağızdan deyir: 
- Aydındır, müəllim! 


 
202
Sonradan  məlum  olur  ki,  tapşırıq  heç  də  hamıya  aydın  olmamışdır.  Bu, 
müəllim  üçün  problemdir.  Nə  üçün  tapşırıq  aydındırmı  deyəndə  onların  hamısı 
aydındır  desə  də  bəziləri  tapşırıqların  icrasına  məsuliyyətsiz  yanaşır?  Müəllim 
suala  cavab  tapmağa  çalışır.  Növbəti  dəfə  müəllim  dərslərdən  birinin  sonunda 
tapşırığın  aydın  olub  olmadığını  soruşarkən,  aydındır  deyən,  lakin  icra  zamanı 
səliqəsizliyə yol verən şagirdlərdən birini ayağa qaldırır və deyir: 
- Oğlum, dediniz ki, tapşırıq aydındır, elə deyilmi? Bir balaca izah et, görək 
tapşırığı necə icra edəcəksiniz. 
Şagird  çətinlik  çəkir.  Müəllim  bu  faktdan  belə  qənaətə  gəlir  ki,  üzə  çıxan 
məsələni  elmi  tədqiqa  mövzusuna  çevirsin  və  onu  aşağıdakı  kim  ifadə  etsin:  “Ev 
tapşırıqlarının  bütün  şagirdlər  tərəfindən  başa  düşüldüyünü    təmin  etməyin  və 
тямин etməməyin mənimsəməyə təsiri”. 
Belə  hesab  edirik  ki,  bir  misal  da  gətirsək  elmi  tədqiqat  mövzusunun 
müəllimlər tərəfindən necə müəyyənləşdirlidiyi aydın olar. Dövrün ən aktual hesab 
edilən,  hamının  danışdığı,  lakin  heç  kəsin  konkret  yolunu  göstərmədiyi 
problemlərdən  misal  gətirək:  öyrənməyi  öyrətmək  problemini  nəzərdə  tuturuq. 
Düşünürük  ki,  öyrənməyi  şagirdlərə  öyrətmək  yolunda  atılmalı  ilk  addım 
problemлi siтuasiya yaratmaq üçün sual qoymaq bacarığını şagirdlərə aşılamaqdan 
ibarət олмалыдыр. II sinifdə riyaziyyat dərsindən bir misal gətirək. Müəllim toplama 
əməli üzrə lövhədən şəkil asır. Şəkildə içi dolu iki setka var: hərəsində 10 alma. 
Müəllim sinfə sual verir: 
- Kim deyər: bu iki setkada cəmi neçə alma var? 
Şagirdlər  heç  bir  çətinlik  çəkmədən  düzgün  cavab  verirlər:  iki  setkada  cəmi  20 
alma var. 
Digər  sinfdə  lövhədən  həmin  şəkil  asılır.  Lakin  əvvəlki  müəllimdən  fərqli  olaraq 
bu müəllim şagirdlər qarşısında sualı tamam başqa istiqamətdə ifadə edir, belə: 
-  Uşaqlar,  bu  iki  setkadakı  almaların  sayını  tapmaq  üçün  sual  necə  ifadə 
olunmalıdır? 
Şagirdlər  xeyli  düşünməli  oldular;  xeyli  götür-qoydan  sonra  şagirdlərin  fikri 
formalaşdı: 
- Setkalardakı almaların ümumi sayı nə qədərdir? 
Bu  iki  faktdan  müəllim  öz  işi  üçün  yəqin  edir  ki,  birinci  halda  cavabı  tapılmalı 
sualı  müəllimin  özü  ifadə  edir,  şagirdlər  isə  müşahidə  edir,  qulaq  asır;  ikinci  halda  isə 
həmin  sualı  müəllim  deyil,  müəllimin  təhriki  ilə  şagirdlər  ifadə  edirlər.  Müəllim  bu  iki 
fakt  əsasında  fikirləşməli  olur:  şagirdlərdə  müstəqil  düşünmə  halı,  öyrənməni  öyrətmək 
halı hansı halda daha sürətlə gedir? Sual ətrafında düşünən sinif müəllimi qərara gəlir ki, 
həmin sualı mövzu formasına salsın və elmi cəhətən araşdırsın. Necə? Belə: “Mövzunun 
öyrənilməsi  zamanı  düşündürücü  sualın  müəllim  tərəfindən  ifadəsinin  və  müəllimin 
təhriki ilə şagirdlər tərəfindən ifadəsinin səmərəlilik dərəcəsi неъя олур? 
Gətirilən faktlar göstərir ki, sinif müəllimləri öz təcrübələrindən çıxış edərək elmi 
tədqiqat  mövzusu  müəyyənləşdirib,  onu  araşdıra  bilər.  Deməli,  müəllim  sinifdə  təlim-
tərbiyə işinin səviyyəsini qaldırmaq imkanına malikdir. Sinif müəllimləri bu imkanlardan 
istifadə edə bilərlər. Bu işdə elmi tədqiqat üsullarını bilmək də müəllimə kömək edər. 
 
5.  Müəllimin elmi axtarışlarda istifadə etdiyi əsas üsullar. 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə