Нуряддин казымов



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə74/83
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#48998
1   ...   70   71   72   73   74   75   76   77   ...   83

 
195
praktik  konfranslarda  fəal  iştirak,  tədris  proqramlarına,  dərslik  və  dərs  vəsaitlərinə  rəy 
vermək və s. daxildir. 
Deməli,  müəllimlərin  həm  metodik  işi,  həm  də  müəllimlərə  metodik  köməklik 
formalarında  həyata  keçirilən  müəllimlərin  təkmilləşdirilməsi  nəticə  olaraq  pedaqoji 
prosesin səviyyəsini yüksəltməyə yönəlir. 
5.Metodik işin formalarını bilməyin tələbə üçün əhəmiyyəti. 
 
Metodik  işin  müxtəlif  formalarda  olduğunu,  hətta  onların  iki  qrupa 
ayrıdığını bilən tələbə özünü həmin formalara hazırlamalı olur. O, yəqin edir ki, ali 
məktəbdə  aldığı  təhsillə  kifayətlənə  bilməz;  sinif  müəllimi  kimi  işləyərkən  öz 
üzərində  çalışmalı,  daim  təkmilləşməlidir.  Qabaqcıl  müəllim,  sayılıb  seçilən 
müəllim,  xalqın  sevimlisinə  çevrilən  müəllim  olmaq  üçün  чох  şey  onun  özündən 
asılıdır. 
 
Yönəldici və düşündürücü çalışmalar. 
1.  Müəllimləri  təkmilləşdirməyin  iki  əsas  istiqamətdə  getdiyini  bilməyin  sinif 
müəllimi üçün əhəmiyyəti nədir? 
2.  Metodik işin məqsəd və vəzifələrini müəllim nə üçün bilməlidir? 
3.  Müəllimlərin metodik işi haнsı formalarda həyata keçirilir? 
4.  Müəllimlərə metodik köməkliyin formalarını sadalayın. 
 
 
 
 
 
 
FƏSİL 26 
MÜƏLLİMLƏRİN İXTİSASININ ARTIRILMASI PEDAQOJİ PROSESƏ 
XİDMƏT FORMASI KİMİ. 
1.İxtisasartırma təhsilinin mahiyyəti və onu bilməyin tələbə üçün əhəmiyyəti 
 
Müəllimlərin  təkmilləşdirilməsi  respublikamızda  həyata  keçirilən  pedaqoji 
prosesin  səmərililiyini  artırmağa  xidmət  etdiyi  kimi,  müəllimlərin  ixtsasının 
artırılması  da  həmin  məqsədə-tədris  müəssisələrində  təlim,  tərbiyə  və  təhsilin, 
habelə psixoloji qüvvələrin inkişafına xidmət edir. 
O  da  nəzərə  alınmalıdır  ki,  respublikamızın  dövlət  müstəqilliyi  şəraitində 
müəllimlərin  təkmilləşdirilməsi  və  ixtisasınын  artırılması  sovet  dövründəkindən 
köklü  şəkildə  fərqlənir.  İndi  ixtisasartırma  təhsili  ixtisasartırma  müəssisələrində 
həyata  keçirilir.  Az  bir  vaxtda  respublikamızda  ixtisasartırma  təhsilinin  geniş 
şəbəkəsi  yaradılmışdır.  Bu şəbəkəyə daxildir:  Azərbaycan Müəllimlər  İnstitutu  və 
onun  yerlərdəki  filialları,  Naxçıvan  Müəllimləri  Təkmilləşdirmə  İnstitutu,  Bakı 
İxtisasartırma  və  Yenidənhazırlanma  İnstitutu,  Azərbaycan  Dillər  Universiteti, 
Bakı Slavyan Universiteti. 
Sovet dövründə təkmilləşmə təhsilində müəllimlərin peşə ustalığını artırmaq 
üçün  şəxsi  maraq  və  ehtiyaclar  nəzərə  alınmırdı.  Təkmilləşmə  ilə  məşğul  olan 
tədris  müəssisələri  öz  fəaliyyətini  özlərinin  hazırladıqları  tədris  planları  və 


 
196
proqramları  əsasında  qururdu.  Müəllimlərimiz  də  həmin  sənədlər  üzrə 
təkmilləşmək məcburiyyətində qalırdı. 
İndi  vəziyyət  köklü  şəkildə  dəyişmişdir:  müəllimlər  öz  ehtiyac  və 
maraqlarını,  istək  və  arzularını,  tələblərини  münasib  bildikləri  ixtisasartırma  tədris 
müəssisəsinin  ünvanına  göndərirlər.  Tədris  müəssisəsi  isə  müəllimlərdən  aldığı 
təklifləri  ümumuiləşdirir;  həmin təkliflər əsasında  ixtisasartırma təhsili  üzrə tədris 
planı və proqramları hazırlayır və tədris prosesini təşkil edir. 
İxtisasartırma  təhsilində  yalnız  hazırda  fəaliyyət  göstərən  müəllimlər  əhatə 
edilmir;  bununla  yanaşı,  müxtəlif  səbəblər  üzündən  bir  müddət  pedaqoji 
fəaliyyətdən  aralanaraq  başqa  sahələrdə  işləmiş  şəxslər  də  ixtisasartırma  təhsilinə 
cəlb oluna bilər; 
Deyilənləri  nəzərə  alaraq  ixtisasartırma  təhsilinin  mahiyyətini  belə  ifadə 
etmək olar: müəllimlərin öz pedaqoji fəaliyyəti dövründə və ya müəyyən müddətdə 
pedaqoji  fəaliyyətdə  olmadığı  dövrdə  peşəkarlıq  səviyyəsini,  elmi-nəzəri 
hazırlığını  mütəmadi olaraq artırmaq  üçün şəxsi tələbatlarına, ehtiyaclarına  uyğun 
gələn  tədris  planı  və  proqramı  ilə  bilavasitə  ixtisasartırma  tədris  müəssisəsində 
təhsil almaları ixtisasartırma təhsilidir. 
 
2.İxtisasartırma təhsilinin mərhələləri 
 
İxtisasartırma  təhsili  əslində  iki  mərhələdə  reallaşır:  öyrədən  müəllimlərin 
ixtisasartırma təhsili və öyrənən müəllimlərin ixtisasartırma təhsili. 
Sual  olunur:  ixtisasartırma  təhsili  sistemində  öyrədənlər  kimlərdən  ibarət 
olur? Birincisi, ixtisasartırma təhsili şəbəkəsinin əhatə etdiyi tədris müəssisələrinin 
professor-müəllim  heyətindən seçilmiş şəxslər;  ikincisi, tərtib olunmuş  yeni  tədris 
planı  və  proqramının  öhdəsindən  gəlməyə  qadir  olan  dəvət  edilmiş  qabaqcıl 
mütəxəssislər;  üçüncüsü,  tanınmış  alimlər.  Bunlar  ixtisasartırma  təhsili  üzrə  tərtib 
olunmuş  yeni  tədris  planı  və  proqramlaры  иля  tanış  olur,  qarşıda  duran  vəzifəni 
yerinə yetirməyi-öyrənənləri öyrətməyə hazırlaşır, özləri təkmilləşirlər. 
İxtisasartırma  təhsilinin  bu  ilk  mərhələsi  başa  çatandan  sonra  onun  ikinci 
mərhələsinə – öyrənənlərin öyrədilməsinə keçilir. 
Sual olunur: öyrənənlərin öyrədilməsi haralarda həyata keçirilir? 
 
3.Öyrənənlərin öyrədilməsinin dayaq məntəqəsində həyata keçirilməsi 
 
Öyrənənlərin  öyrəдilməsi,  yəni  kütləvi  müəllimlərin  ixtisasartırma  təhsili, 
başlıca  olaraq,  dayaq  məntəqələrində  həyata  keçirilir.  Bəs  dayaq  məntəqələri 
haralarda  yaradılır?  Dayaq  məntəqələri,  əvvəla,  ixtisasartırma  təhsilini  həyata 
keçirməyi  öhdəsinə  götürən  ali  tədris  müəssisəsində,  məsələn,  Azərbaycan  Dillər 
Universitetində, 
Bakı 
Slavyan 
Universitetində, 
Azərbaycan 
Müəllimlər 
İnstitutunda  və  s.-də  təşkil  edilir.  İkincisi,  dayaq  məntəqələri  Gəncə,  Sumqayıt, 
Lənkəran, Şəki, Kürdəmir, Salyan kimi iri yaşayış məntəqələrində yaradılır. Dayaq 
məntəqəsinin  yaradılmasında  əsas  götürülən  başqa  bir  göstərici  də  var.  Bu,  hansı 
yaşayış  məntəqəsində  ixtisasartırma  təhsilini  həyata  keçirməк  нязярдя  тутулурса, 
орада  бу  вязифяни  йериня  йетирмяйя  qadir  olan  mütəxəssislərin  olub-olmadığıdır. 
Belə etibarlı mütəxəssislərin olduğu yerdə dayaq məntəqəsi təşkil edilir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə