Нуряддин казымов



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə70/83
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#48998
1   ...   66   67   68   69   70   71   72   73   ...   83

 
186
Uşaqların  fəaliyyətində  üzə  çıxan  eyni  hala  ata  bir  cür,  ana  başqa  cür 
münasibət  göstərdikdə,  şagirdlərin  fəaliyyətində  müşahidə  edilən  eyni  fakta 
müəllimin biri digərindən fərqli münasibət göstərdikdə tərbiyə işi çətinləşir. 
Tərbiyədə  sözlə  əməlin  vəhdəti  prinsipi. 
Həmin  prinsip  belə  bir 
qanunauyğunluqdan  əmələ  gəlmişdir:  tərbiyəçinin  sözü  ilə  əməli  bir-birinə  uyğun 
gəldiyi  hallarda  tərbiyə  olunanların  tərbiyəlilik  səviyyəsi  yüksəlir;  Uyğun  gəlmədiyi 
hallarda tərbiyəlilik səviyyəsi yüksəlmir. Bu qanunauyğunluq tələb edir ki, tərbiyəçi 
(valideyn,  müəllim  və  s.)  dediyi  kimi,  məsləhət  gördüyü  kimi  hərəkət  etsin.  Belə 
olduqda  valideyn  uşaq  üçün,  müəllim  şagirд  üçün  faydalı  nümunə  olur.  Əməlinin 
söylədiyi  fikrə  uyğun  gəlməyən  valideyn  uşağın,  müəllim  isə  şagirdin  gözündə 
hörmətdən düşür: tərbiyə işində uğur qazana bilmir. Bu fikir atalar sözlərində də əks 
olunmuşdur:  “Kişinin  sözü  ilə  işi  bir  olsun gərək”,  “Adamın  dili  ilə  ürəyi  bir  olsun 
gərək”. 
Keçmiş  söz  ustadlarımız  da  belə  düşünmüşdür.  Məsələn,  böyük  Əvщədi 
xəbərdarlıq edir: 
Sözün, qəlbin, işin əgər olsa düz, 
Sən hər istəyinə çatаrsan sözsüz ”. 
 
Sözlə əməlin üst-üstə düşməsi prinsipi yalnız valideynlərə və ya müəllimlərə aid 
deyil: uşaqlarla, yeniyetmə və gənclərlə təmasda olan bütün tərbiyəçilərə, insanlarla 
ünsiyyətə girən bütün şəxslərə də aiddir. 
Tərbiyədə nikbinlik prinsipi. Bu prinsipin nəşət etdiyi qanunauyğunluq belədir: 
gənc  nəslin  tərbiyəsində  müəllimin  və  ya  valideynlərin  inamı,  nikbinliyi  artdıqca, 
tərbiyə  işində  səmərəlilik  də  artır;  tərbiyəçinin  inamsılıq  göstərdiyi  hallarda  isə 
səmərəsi artmır. Həmin qanunauyğunluğa əsaslanan tərbiyəçi yəqin edir ki, tərbiyəsi 
mümkün  olmayan,  tərbiyəyə  yatmayan  uşaq  və  ya  şagird  yoxdur  və  ola  da  bilməz. 
Hər  hansı  uşağın,  yeniyetmənin,  yaxud  gəncin  şəxsiyyətində  müşahidə  edilən 
nöqsanlar    yanлış  tərbiyənin  və  qüsurlu  mühitin  məhsulu  olur.  Belələrinin  arasında 
şəxsiyyəti  başdan-başa  qüsurlardan  ibarət  olanlara  rast  gəlmək  mümkün  deyil. 
Çünki  tərbiyəsi  çətin  hesab  edilən  hər  bir  uşağın,  yeniyetmə  və  ya  gəncin 
şəxsiyyətində müsbət cəhətlər də olur. Nikbinlik prinsipi tələb edir ki, tərbiyəsi çətin 
hesab  edilən  adamın    şəxsiyyətində  bəzilərinin  görə  bilmədiyi  faydalı  cəhətlər  üzə 
çıxarılsın:  belə  cəhətlərə  istinad  edərək,  bu  cəhətləri  qabardaraq  mövcud  olan 
nöqsanları tədricən aradan qaldırmaq üçün ardıcıl iş aparılsın. 
Nikbinlik prinsipi insana, onun imkanlarına inam hissi aşılayır; bu və ya digər 
şəxsdə  yalnız  nöqsan  axtarmağı  ,  yaxşı  cəhətləri  görə  bilməməyi  isə  yol  verilməz 
hesab edir. 
Adamlarda yalnız nöqsan axtaranları, yaxşı cəhətləri görməyi bacarmayanları 
nəzərdə tutan Sədinin kəlamını burada xatırlaтmaq yerinə düşərdi: 
Əgər eyib görməyi adət eyləsən, 
Tovuzda sən çirkin ayaq görərsən”. 
Təəssüflə  qeyd etməliyik  ki,  son zamanlar  insan  xarakterini,  onun  müsbət  və 
mənfi  xüsusiyyətlərini,  o  cümlədən  qabiliyyətlərini  allah  vergisi  hesab  eləyənlərin 
sayı artmışdır. Belələri, təbii olaraq, nikbinlik prinsipindən də uzaq düşürlər. 
Yaş,  fərdi  və  cinsi  xüsusiyyətlərin  nəzərə  alınması  prinsipi.  Həmin  prinsip  bu 
qanunauyğunluqdan irəli gəlir: tərbiyə olunanların yaşı, cinsi və fərdi fiziki, fizioloji 
və  mənəvi  keyfiyyətləri  tərbiyə  zamanı  nə  qədər  diqqətlə  nəzərə  alınırsa,  onların 
tərbiyəlilik səviyyəsi bir o qədər yüksəlir. 


 
187
Bu  qanunauyğunluğa  istinad  edən  tərbiyəçi  çalışır  ki,  tərbiyəsi  ilə  məşğul 
olacağı  şəxsin  (şəxslərin)  hansı  yaş  dövründə  olduğunu,  həmin  yaş  dövrünü 
səciyyələndirən xüsusiyyətlərin nədən ibarət olduğunu, oğlan və ya qız olduğunu, bir 
şəxs  kimi  hərəsinə  ayrılıqda  xas  olan 
xüsusiyyətlərin
  necəliyini  mümkün  qədər 
ətraflı öyrənsin və öz işində onları nəzərə alsın. 
Bu  həqiqət  müdriklərimizə  də  məlum  olubdur.  Atalar  sözündə  təsadüfi 
deyilməmişdir: “Gücünə bax, şələni bağla”. 
Böyük Nizami məsləhət görürdü: 
Güclünün yanına güclünü göndər, 
Alimin üzünü alimə döndər”. 
 
Fəallığın  təmin  olunması  prinsipi.  Prinsipin  əsasında  duran  qanunauyğunluq 
belədir: tərbiyə zamanı uşaqlar passiv iştirakçılara çevrildikdə tərbiyəlilik dərəcəsi o 
qədər  də  artmır,  onlar  tərbiyə  işinin  fəal  iştirakçılarına    çevrildikdə  tərbiyəlilik 
dərəcəsi artır. 
Bu qanunauyğunluq tərbiyəçidən tələb edir ki, tərbiyə zamanı uşaqların istək 
və arzularını öyrənsin, nəzərə alsın, onların fəallığını təmin etsin. 
Belə  olduqda  tərbiyə  olunanlar  tərbiyə  işinin  dinləyicisinə,  müşahidəçisinə 
deyil,  yaradıcısına  çevrilirlər,  canla-başla  fəaliyyət  göstərirlər;    tərbiyəçinin 
göstərişinə  uyğun  olaraq  uşaqlar  düşündükdə,  arayıb-axtardıqda,  yazdıqda, 
oxuduqda,  nəyisə  düzəltdikdə,  rəqs  etdikdə,  nəğmə  oxuduqda,  musiqi  alətlərində 
çaldıqda,  kimlərəsə  kömək  etdikdə,  fənn  dərnəklərində,  digər  səciyyəli  dərnəklərdə,  
idmanın bu və ya digər  bölməsində fəaliyyət göstərdikdə həm fiziki, həm psixoloji, 
həm də əxlaqi cəhətdən cəmiyyətimizin arzularına cavab verən tərzdə inkişaf edirlər. 
Tərbiyənin  inkişafetdirici  prinsipi.  Prinsipin  əsaslandığı  qanunauyğunluq 
belədir:  tərbiyə  işinin  psixoloji  inkişaf    imkanlarına  malik  olduğunu  tərbiyəçi 
bildikdə  və  bu  imkanlardan  istifadə  etdikdə  tərbiyə  olunanların  psixoloji 
qüvvələrinin inkişaf səviyyəsi yüksəlir. 
Bu  qanunauyğunluğu  nəzərə  alan  tərbiyəçi  əsas  üç  cəhəti  özü  üçün 
aydınlaşdırır:  başlıca  psixoloji  qüvvələr  hansılardır?  Tərbiyə  işinin  məzmununda 
psixoloji inkişaf  imkanları nədən ibarət olur? Bu imkanları necə rellaşdırmaq olar? 
Uşaq  fəaliyyətinin  uğurunu  şərtləndirən  amillərdən  biri  psixoloji  qüvvələrin 
normal  cərəyan  etməsidir.  Başlıca  psixoloji  qüvvələr  bunlardır:  qavrayış,  təsəvvür, 
təxəyyül, təfəkkür, diqqət, iradə və s. Tərbiyəçi çalışır ki, tərbiyə zamanı öz psixoloji 
qüvvələrini  idarə  edə  bildiyi  kimi,  tərbiyə  olunanlar  da  öz  psixoloji  qüvvələrinə 
nəzarət etməyə alışsınlar. 
Həmin  prinsipə  uyğun  olaraq  tərbiyəçi  tədbir  zamanı  hansı  faktlarla  hansı 
psixoloji qüvvələrin inkişafına təsir göstərəcəyini də müəyyənləşdirir. 
Tədbir  zamanı  tərbiyəçinin  rəvan  nitqi,  düzgün  mühakimə  yürütmək,  fikrini 
isbat  etmək  tərzi,  diqqətliliyi,  iradəliliyi,  canlı  təxəyyülü  tərbiyə  olunanlar  üçün 
nümunəyə  çevrilir.  O,  tədbirin  gedişində  diqqətini  həmin  psixoloji  qüvvələrə 
yönəldir,  o  cür  düşünməyi  onlara  məsləhət  görür;  nəticədə  psixoloji  qüvvələrin 
uşaqlarda inkişafı intensivləşir. 
Tərbiyə  işinin  elmiliyini  təmin  etmək  prinsipi.  Bu  prinsip  aşağıdakı 
qanunauyğunluqdan  törəmədir:  tərbiyə  işinin  bütün  cəhətləri  hər  hansı  konkret 
halda tərbiyəçi tərəfindən əsaslandırılaraq keçirildikdə səmərə artır. 
Tərbiyə  işinin  isə  xeyli  cəhətləri  olur:  tərbiyə  işinin  məqsədi,  mövzusu, 
keçiriləcəyi  yer,  vaxt,  onun  iştirakçıları,  fəalları,  keçirilmə  ardıcıllığı,  nəticəsi  və  s. 
Tərbiyəçi  tədbirin  bu  cür  cəhətlərini  ayrılıqda  ətraflı  götür-qoy  etdikdə,  əsaslandırmağa 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə