Нуряддин казымов



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə78/83
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#48998
1   ...   75   76   77   78   79   80   81   82   83

 
203
Yuxarıda  qeyd  edildi  ki,  elmi  idrak  üç  əsas  mərhələdən  keçir:  ayrı-ayrı  həyat 
hadisələrinin  müşahidəsindən,  bu  hadisələrin  fikir  süzgəcindən  keçirilməsindən  və 
təcrübədə sınamaqdan. 
Elmi  idrakın  hər  mərhələsində  müəllim  həmin  mərhələyə  uyğun  gələn  tədqiqat 
üsullarından  istifadə  edir.  Nəticədə  müəllim  tədqiqatboyu  əsasən  üç  qrup  üsullarıdan 
istifadə  etməli  olur.  Həmin  qrup  üsullar  belə  adlanır:  praktik  pedaqoji  tədqiqat  üsulları, 
nəzəri pedaqoji tədqiqat üsulları və eksperimental pedaqoji tədqiqat üsulları. 
Pedaqoji  tədqiqat  mövzularının  müəllim  tərəfindən  müəyyənləşdirlməsinə  aid 
yuxarıda 
nümayiş 
etdirilən 
misallardan 
görünцр 
ki, 
tədqiqat 
mövzusunun 
müəyyənləşdirilməsi  zamanı  müəllim  pedaqoji  müşahidə  və  pedaqoji  müsahibə 
üsullarından istifadə etmişdir. 
Praktik  pedaqoji  tədqiqat  üsulu  olan  müşahidə  nə  deməkdir?  Qarşıya  qoyulmuş 
konkret  məqsəd  üçün  pedaqoji  proses  faktlarının  toplanılması  və  nəzərdən  keçirilməsi 
pedaqoji müşahidədir. 
Pedaqoji  müsahibəyə  də  aydınlıq  gətirək.  Praktik  pedaqoji  tədqiqat  üsullarından 
biri  olan  müsahibə  belə  başa  düşülür:  müəyyən  məqsəd  baxımından  planlaşdırılmış 
suallar  əsasında  pedaqoji  proses  iştirakçılar  ilə  aparılan  söhbətə  pedaqoji  müsahibə 
deyilir. 
Nəzərə  alaq  ki,  praktik 
pedaqoji  tədqiqat  üsulları  kimi  internətdən, 
anketləşdirmədən,  fəaliyyət  məhsullarının  öyrənilməsindən,  məktəb  sənədlərinin 
арашдырылмасындан да də istifadə edən müəllimlərimiz var. 
Praktik 
pedaqoji  tədqiqat  üsullarının  köməkliyi  ilə  toplanan  materiallar  sonra 
nəzəri
 
pedaqoji  tədqiqat  üsulları  ilə  təhlil  edilir,  qruplaşdırılır,  ümumiləşdirlir,  müəyən 
nəticələr  çıxarılır.  Nəzəri  tədqiqat  zamanı  geniş  istifadə  edilən  üsullar  bunlardır:  təhlil, 
qruplaşdırma, müqayisə və ümumiləşdirmə. 
Nəzəri  pedaqoji  tədqiqat  üsullarının  tətbiqi  sayəsində  çıxarılan  nəticələrin  nə 
dərəcədə düzgün olduğu sonradan ekсperimentdə sınaqdan keçirilir. Bu, artıq, aparılmış 
pedaqoji  tədqiqatın  sonudur.  Soruşmaq  olar:  pedaqoji  eksperiment  nə  deməkdir?  Гыса 
ъavab  verək:  müəyyən  baxımdan  dəqiqləşdirilmiş  və  təşkil  olunmuş  pedaqoji  təcrübəyə 
pedaqoji eksperiment deyilir. 
Məqsədinə  görə  pedaqoji  eksperimentin  dörd  növü  var:  müəyyənləşdirici 
ekсperiment, yoxlayıcı ekсperiment, dəyişdirici ekperiment və çarpaz ekсperiment. 
Deyilənlərdən  belə  бир  fikir  də  hasil  olur  ki,  pedaqoji  tədqiqat  müəyyən 
mərhələlərдян кечир. 
 
6.  Müəllimin elmi axtarışlarının mərhələləri. 
 
Əvvəlcə  pedaqoji  tədqiqatın  nə  demək  olduğuna  aydınlıq  gətirək.  Bu  fəsildə 
deyilən  fikirləri  ümumiləşdirməli  olsaq  etiraf  etməliyik  ki,  pedaqoji  tədqiqat  belə  başa 
düşülür:  problemin  müəyyənləşdirlməsindən  başlayan  araşdırma  müvafiq  tədqiqat 
üsullarının  vasitəsi  ilə  faktların  toplanması,  təhlili,  ümumiləşdirilməsi  və  nəticələrin 
sınaqdan 
keçirilməsi 
əsasında 
mövcud 
pedaqoji 
prosesi 
təkmilləşdirəcək 
qanunuyğunluqların üzə çıxarılması pedaqoji tədqiqat deməkdir. 
Bu anlamdan azı iki başlıca nəticə çıxır; birinci nəticə: pedaqoji tədqiqat tədqiqat 
xatirinə aparılmır. Bu qəbildən olan bütün tədqiqatların məqsədi pedaqoji prosesin, yəni 
təlimин,  tərbiyəнин,  təhsil  və  psixoloji  qüvvələrin  inkişaf  səviyyəsini  yüksəltməkdən 
ibarətdir. 
İkinci nəticə: ümumiyyətlə pedaqoji tədqiqat, o cümlədən müəllimin apardığı elmi 
tədqiqat  işi  bir  sıra  mərhələlərdən  keçir.  Onun  ilk  mərhələsi  tədqiqat  aparmaq  üçün 


 
204
mövzunu  dəqiqləşdirməkdir,  onu  aydın  ifadə  etməkdir,  lazım  gələrsə  mövzunu 
əlaqələndirmə şurasında qeyd etдирməkdir. 
Elmi  tədqiqat  işinin  növbəti  mərhələsi  həmin  mövzunun  mövcud  ədəbiyyatda  nə 
dərəcədə işlənib-işlənmədiyini araşdırmaqdır. 
Araşdırmadan  aydın  ola  bilər  ki,  götürülən  mövzu  kifayət  qədər  işlənibdir, 
yenidən  onu  işləməyə,  əlavə  vaxt  və  zəhmət  çəkməyə  ehtiyac  yoxdur;  yaxud  həmin 
mövzunun  hansı  cəhətisə  öyrənilib,  hansı  cəhətinəsə  hələ  toxunulmayıb;  əgər  belədirsə, 
onda  götürülmüş  mövzunun  tədqiqini  məhz  işlənməmiş  cəhətinə  yönəltmək  məsləhət 
görülər.  Mövzunun  tədqiq  olunma  dərəcəsi  araşdırılarkən  tamam  başqa  nəticə  də  alına 
bilər:  məlum  olar  ki,  götürülmüş  mövzu  indiyədək  öyrənilməyibdir.  Belə  olduqda  elmi 
tədqiqat  işi  davam  etdirilir:  tədqiqatın  üçüncü  mərhələsinə  keçilir.  Tədqiqatçı  müəllim 
mövzu  üzrə  məktəb  təcrübəsini  öyrənməyə,  həmin  mövzu  üzrə  konкret  faktlar 
toplamağa  başlayır.  Kifayət  qədər  faktlar  topladıqdan  sonra  elmi  tədqiqat  işinin  növbəti 
mərhələsinə  keçilir.  Tədqiqatın  dördüncü  mərhələsində  toplanan  faktlar  təhlil  edilir, 
qruplaşdırılır, müqayisə edilir, ümumiləşmələr aparılır və müəyyən nəticələr çıxarılır. 
Tədqiqatdan  alınmış  nəticə  sonuncu-beşinci  mərhələdə  eksperiment  yolu  ilə 
məktəb təcrübəsində sınaqdan keçirilir. Alınmış nəticə eksperimentdə özünü doğruldursa 
onun geniş təbliği və tətbiqi təşkil edilir. 
Sinif  müəllimliyinə  hazırlaşan  tələbə  həm  tələbəlik  fəaliyyətində,  həm  də  sinif 
müəllimi  işləyərkən  elmi  tədqiqat  işi  aparmalı  olacaq.  O  zaman  bir  sıra  pedaqoji 
mənbələrdən istifadə edяcək. Burada həmin mənbələrin adlarını çəkək: dövlət sənədləri, 
pedaqoji  sənədlər,  pedaqoji  proses,  pedaqoji  irs,  canlı  söz,  pedaqoji  mövzuda  yazılar, 
tərbiyə  olunanlarıн  və  təlim  alanların  fəaliyyət  məhsulları,  şifahi  xalq  yaradıcılığı 
нцмуняляри. 
 
Yönəldici və düşündürücü çalışmalar. 
 
1.  Təlim və elmi idrak arasında oxşarlığın olduğunu və bunun  elmi tədqiqat işi ilə 
əlaqəsini bilmək müəllimə nə vəd edir? 
2.  Elmi  idrak  nəzəriyyəsi  ilə  təlim  nəzəriyyəsi  arasında  oxşarlığın  olduğunu 
bilməyin  elmi tədqiqat işi aparan sinif müəllimi üçün əhəmiyyəti nədir? 
3.  Sinif  müəlliminin  həm  də  elmi  tədqiqatla  məşğul  olmasını  zərurətə  çevirən 
amillər hansılardır? 
4.  Müəllim özü üçün elmi tədqiqat mövzusunu necə müəyyənləşdirə bilir? 
5.  Müəllim öz elmi işində hansı tədqiqat üsullarından istifadə edə bilər? 
6.  Müəllimin elmi axtarışları hansı mərhələlərdən keçir? 
7.  Sinif  müəlliminin  elmi  tədqiqat  işi  aparmasının  pedaqoji  prosesə,  yəni  təlim, 
tərbiyə,  təhsil  psixoloji  inkişaf  səviyyəsinə  təsir  göstərdiyini  necə  sübut 
edərdiniz? 
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə