Нуряддин казымов



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə81/83
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#48998
1   ...   75   76   77   78   79   80   81   82   83

 
210
yeni  kolleksiyalarla  zənginləşdirmək,  ekskursiya  təşkil  etmək  və  i.a.  tərbiyəvi 
tədbirlərə qoşulmaq istəyi üzə çıxır. 
Valideynlər komitəsinin işi digər tərəfdən də öz səmərəsini verir. Komitənin 
yığıncağında  məktəbin  valideynlərə  kömək  imkanları  da  öyrənilir.  Aydınlaşır  ki, 
təlim-tərbiyə işi ilə əlaqədar olan bir çox məsələlərin düzgün həllində valideynlərin 
də  köməyə  ehtiyacı  vardır.  Məsələn,  şagirdlərin  səmərəli  gün  rejimi  necə 
olmalıdır?  Ev  tapşırıqlarının  icrasına  valideynlərin  köməkliyi  nədən  ibarət 
olmalıdır?  Şagirdlərinin  asudə  vaxtlarının  məzmnunu  nələr  ola  bilər?  Ailə 
şəraitində uşağın nitqini necə zənginləşdirmək olar? Ailə şəraitində uşaqların hansı 
qabiliyyətini  inkişaf  etdirmək  mümkündür?  Mümkündürsə  necə?  və  s.  kimi 
suallara valideynlər tutarlı, inandırıcı cavablar axtarırlar. 
Deməli,  valideynləri  maraqlandıran  bu  cür  sualların  müəllimlər  tərəfindən 
yüksək  səviyyədə  şərhi,  habelə  valideynlərin  məktəbə  yardımı  nəticə  olaraq 
şagirdlərin təlim və tərbiyə işinin səviyyəsini artırmağa yardım edir. 
 
5.Pedaqoji prosesin səviyyəsinin yüksəldilməsində sinif valideynlər 
şurasının işi 
 
Sinif  valideynlər  şurasının  işi  ümumən  məktəb  valideynlər  komitəsinin 
fəaliyyətinə  uyğun  gəlir.  Başlıca  fərq  işin  konkret  siniflə,  konkret  valideynlərlə, 
konkret  sinifdə  dərs  deyən  müəllimlə  əlaqədar  olmasıdır.  Bundan  əlavə,  məktəb 
valideynlər  komitəsinin  yığıncaqları,  adətən,  ildə  1-2  dəfə,  sinif  valideynlər 
şurasının  yığıncaqlar  isə adətən,  hər rübün sonunda, zərurət olduqda bir qədər tez 
də  keçirilir.  Sinif  valideynlər  yığıncaqları  daha  konkret  məsələlərlə  məşğul 
olduğundan,  təlim-tərbiyə  işinin  konkret  məsələlərini  əhatə  etdiyindən  pedaqoji 
prosesə təsiri daha güclü olur.  
Təcrübə  göstərir  ki,  kiçik  yaşlı  məktəblilərin  valideynləri  ilə  sinif 
müəllimlərinin görüşləri yığıncaqlarla məhdudlaşmır; onlar, demək olar ki, hər gün 
görüşə bilir və müntəzəm məsləhətləşirlər. 
Sinif  rəhbərindən  fərqli  olaraq,  sinif  müəllimləri  valideynlərin  ən  etibarlı 
məsləhətçilərinə, ən etibarlı dostlarına çevrilirlər. Çünki, əvvala, onlar yalnız bir il  
deyil,  dörd  il  ünsiyyətdə  olurlar;  həmin  dövr  ərzində  şagirdlərin  təlimi,  tərbiyəsi, 
səhhəti, yeməyi və s. məslələrini məsləhətləşə-məsləhətləşə həll edirlər. 
Sinif müəllimi olmaq istəyən tələbə bu məsələləri bilməli və özünü psixoloji 
cəhətədən həmin vacib vəzifəyə hazırlamalıdır. Tələbə həm də nəzərə almalıdır ki, 
indi  bir  sıra  ailələrdə  kompüter  var  və  uşaqların  bəziləri  kompüterlə  rəftar  etməyi 
bacarır.  Tələbə  bu  cəhəti  də  unutmamalıdır;  yəni  kompüterlə  əlaqədar  tək-tək 
şagirdlərin və valideynlərin suallarına hazı olmalıdır. 
 
 
6. Məktəbin və ictimaiyyətin əlbir işi педагожи prosesə xidmət kimi 
 
Sinif 
müəllimliyinə 
hazırlaşan 
tələbə 
bilməlidir 
ki, 
Azərbaycan 
Respublikasında  məktəb cəmiyyətdən təcrid olunmuş şəraitdə  fəaliyyət  göstərmir; 
o,  yalnız  valideynlərlə  ünsiyyət  yaratmır.  Bizim  məktəblər  gözəgörünməz  tellərlə 


 
211
nəinki respublikanın  müxtəlif təşkilatları  ilə, hətta beynəlxalq qurumlarla da bağlı 
olur. 
Məktəb  respublikada  bir  çox  təşkilatlarla  əlaqə  saxlayır.  Bunlar  arasında 
səhiyyə  orqanlarını,  hüquq-mühafizə  orqanlarını,  mədəniyyət  orqanlarını,  uşaq  və 
gənclər təşkilatlarını və s. qeyd etmək olar. Məsələn, məktəb həkimləri dəvət edir, 
sağlamlığın müxtəlif probləmləri üzrə şagirdlər qarşısında onların çıxışlarını təşkil 
edir.  Yaxud,  yeniyetmə  və  gənclər  arasında  hüquq  pozuntuları  barədə  polis, 
prokruatura  və  məhkəmə  işçiləri  ilə  məktəbdə  şagirdlərin  görüşü  çox  böyük 
maraqla qarşılanır. 
Mədəniyyət  işçilərinin  köməkliyi  ilə  şagirdlərdə  aktyorluq  qabiliyyətinin, 
natiqlik  bacarığının  formalaşmasını  təmin  edən  məktəblərimiz  var.  İncəsənət 
xadimlərinin  köməkliyinə  arxalanaraq  şagirdlərə  rəqs  etmək,  musiqi  alətlərində 
çalmaq,  nəğmə  oxumaq,  şəkil  çəkmək  kimi  bacarıqların  formalaşmasına  şərait 
yaradan məktəblərimizin təcrübəsi yalnız alqışa layiqdi. 
Məktəb əlaqələrinin ölkə çevrəsindən kənarlara çıxdığını göstərən faktlar da 
az  deyil.  Xarici  ölkələrin  nəinki  məktəbləri  və  müəllimləri  ilə,  hətta  şagirdləri  ilə 
qarşılıqlı əlaqə saxlayan məktəblərimiz, müəllimlərimiz və şagirdlərimiz var. 
Tələbələrimiz  və  sinif  müəllimlərimiz  üçün  maraqlı  olmalıdır  bilsinlər  ki, 
tək-tək  məktəblər,  müəllimlər  və  şagirdlər  arasında  qarşılıqla  əlaqələr  inkişaf 
edərək təhsil sahəsində dövlətlərarası əlaqələr  formasına çevrilmişdir. 2006-cı  ilin 
məlumatına  görə  10  xarici  ölkələrdə  985  azərbaycanlı  təhsil  alır.  O  cümlədən 
Türkiyədə  716,  Rusiyada  155,  Ukraynada  24,  Misirdə  61,  Çində  17,  Çexiyada  6, 
Slovakiyada 3, Malaziyada 2 tələbə. 
Tələbələrimiz onu da unutmasınlar ki, vətəndaşları Azərbaycanda təhsil alan 
ölkələrin  sayı  2006-cı  ildə  40-a  qədərdir.  Demək  olar  ki,  dünyanın  bütün 
qitələrindən  Azərbaycanda  təhsil  alan  tələbələr  var.  Onların  arаsında  ABŞ, 
Almaniya,  Belarusiya,  Hindistan,  Pakistan,  İran,  Səudiyyə  Ərəbistanı,  Tunis, 
Sudan, Türkiyə, Bolqarıstan, Rusiya, Ukrayna, İsrail, Qazaxıstan, Türkmənistan və 
s. ölkələrin vətəndaşları vardır. 
Təhsil sahəsində ölkələrarası əlaqələrimizin bu dərəcədə genişlənməsi nəinki 
müəllimlərimizdə və tələbələrimizdə, həm də şagirdlərimizdə iftixar hissi yaradır. 
 
Yönəldici və düşündürücü çalışmalar. 
 
1.  Məktəbə  rəhbərliyin  ümumi  məsələlərini  sinif  müəllimi  nə  üçün 
bilməlidir? 
2.  Məktəbin  maddi-texniki  təminatı  ilə  pedaqoji  proses  arasında  asılılğın 
olduğunu sübut edin. 
3.  Məktəbin pedaqoji  kadrlarla təminatı  hansı cəhətlərdən pedaqoji prosesə 
xidmət edir? 
4.  Müəllimlərlə  əlaqədar  olan  ictimai  qurumların  pedaqoji  prosesə  yardımı 
nələrdən ibarət olur? 
5.  Valideynlərdən ibarət olan ictimai qurumlar hansılardır? 
6.  Valideynlərdən  ibarət  olan  ictimai  qurumlar  hansı  cəhətlərdən  pedaqoji 
prosesə xidmət edir? 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə