Нуряддин казымов



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə76/83
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#48998
1   ...   72   73   74   75   76   77   78   79   ...   83

 
199
Müəyyən  mənada  təlimə  də  idrak  prosesi  kimi  baxıla  bilər.  Elmi  idrak 
prosesi  təbiət  və  cəmiyyət  hadisələrinin  dərk  edilməsidirsə,  təlimdə  də  şagirdlər 
müəllimin rəhbərliyi ilə təbiət və cəmiyyət hadisələrini dərk etməyə çalışırlar. 
Bu reallığı tələbə bilməlidir  ki, şagirdlərin  mənimsədikləri biliklər təbiət  və 
cəmiyyətə  aiddir;  həmin  bilikləri  dərk  etmək  təbiət  və  cəmiyyəti  dərk  etmək 
deməkdir.  Başqa  sözlə  desək,  təlimə  alimlər  tərəfindən  dərk  olunmuş  biliklərin 
şagirdlər tərəfindən dərk olunması kimi baxıla bilər. 
Burada  tələbə  ortaya  belə  bir  sual  qoyar:  bu  ikiqat  dərk  etmə  prosesində 
müəllimin rolu varmı? Varsa nədən ibarətdir? Sualın və bu suala cavabın tələbəyə 
də  bilavasitə  dəxli  vardır.  Çünki  gələcəyin  sinif  müəllimi  olacaq  tələbə  də  elmi 
idrak sahibinə çevrilə bilər. Tələbəyə xatırlatmaq gərəkdir ki, ali təhsil alarkən elmi 
idrak  sahəsində  buraxılış  işi  formasında  ilk  addım  atır.  Bundan  əlavə,  əgər  tələbə 
ali təhsilin növbəti pilləsində təhsilini davam etdirirsə, elmi idrakda, müstəqil elmi 
tədqiqatda  ikinci  addım  atmış  olur.  Yəni  ali  məktəbdə  tələbənin  təlim  fəaliyyəti 
onun elmi idrak fəaliyyəti ilə qovuşur. O, sinif müəllimi kimi fəaliyyətə başlayanda 
elmi  idrak  bacarığına  az  da  olsa  malik  idi;  öz  işini  elmi  cəhətdən  müəyyən 
səviyyədə təhlil edə bilər. 
Tələbə elmi idrakın ikinci pilləsinə də qalxa bilər. Elmi idrak nəzəriyyəsinin 
və  təlim  nəzəriyyəsinin  mahiyyətindən  tələbənin  xəbərdar  olması  bu  yüksəlişə 
imkan verər. 
 
2. Elmi idrak nəzəriyyəsi və təlim nəzəriyyəsi arasında oxşarlığın 
olduğunu bilmək müəllimə nə verir. 
Yuxarıdakı  şərщdən  göründüyü  kimi,  elmi  idrak  da,  təlim  də  mahiyyətcə 
eyni prosesdir:  xarici aləmin dərk olunması, başa düşülməsi. Onların  fərqi  də var: 
yəni  biliklərin  alimlər  tərəfindən  kəşf  olunması  prosesi  elmi  idrak  kimi,  elmə 
məlum olan biliklərin  müəllimin  rəhbərliyi ilə şagirdlər tərəfindən öyrənilməsi  isə 
təlim  kimi  başa  düşülür.  Bu  iki  formada  cərəyan  edən  idrak  prosesinin,  dərk 
etmənin  mexanizmi,  onun  mahiyyəti  tələbə  üçün  tam  aydın  olmalıdır.  Aydınlıq 
onun inamını qat-qat artırır. 
Dialektik  materializmin  elmi  idrak  nəzəriyyəsinə  görə  təbiət  və  cəmiyyət 
hadisələrinin  başa  düşülməsi,  dərk  edilməsi  həmin  hadisələrin,  cismlərin 
müşahidəsindən  başlayır.  Müşahidə  olunan  cismlərdən,  hadisələrdən  əldə  olunan 
məlumatlar, təəssüratlar təhlil edilir, təfəkkür süzgəcindən keçirilir. Təfəkkürün 
məhsulu olan nəticələrin düzgün olub-olmadığı təcrübədə yoxlanılır. Deməli, elmi 
idrak  nəzəriyyəsinə  görə  xarici  aləmin  dərk  olunması  üç  əsas  mərhələdən  keçir: 
real  mövcud  olanların  müşahidəsi,  müşahidə  materiallarının  təffəkür  süzgəcindən 
keçirilməsi  və təfəkkürdən  irəli  gələn  nəticələrin  həyatda, təcrübədə  yoxlanılması. 
Elmi идракын dərk etmənin mexanizmi, onun mahiyyəti belədir. 
Görək  elmi  idrakın  formalarından  biri  olan  təlimin  mexanizmi,  mahiyyəti 
nədən  ibarətdir?  Bu  barədə  formalaşan  nəzəriyyə  elmi  idrak  nəzəriyyəsinə  nə 
dərəcədə  uyğun  gəlir?  Formalaşmış  təlim  nəzəriyyəsinə  görə,  hər  hansı  fənn  üzrə 
yeni tədris mövzusunun öyrənilməsi həmin mövzunun əsasını təşkil edən hadisənin 
və  ya  cismin  özünün  müşahidəsindən,  onun  müşahidəsi  mümkün  olmadıqda 
şəklinə  baxmaqdan  başlayır.  Sonra  onun  öyrənilməsinə,  təhlilinə,  mahiyyətinin 


 
200
başa  düşülməsinə  keçilir.  Fikir  mübadiləsindən  alınan  nəticələr  tədbiq  edilir, 
sınaqdan keçirilir. Nəhayət, mövzunun tədrisinin son mərhələsində müvəffəqiyyətə 
qiymət verilir. 
Deməli,  təlim  nəzəriyyəsinə  görə,  təlimdə  dərk  etmə  prosesi  canlı 
müşahidədən  başlayır,  ikinci  mərhələdə  öyrənilən  hadisənin  mahiyyətinə  nüfuz 
edilir; əldə edilən bilik təlimin üçüncü mərhələsində tətbiq edilir. Təlimin sonuncu-
dördüncü mərhələsində mənimsəmənin keyfiyyəti qiymətləndirilir. 
Aparılan  təhlildən  göründüyü  kimi,  elmi  idrak  nəzəriyyəsində  və  təlim 
nəzəriyyəsində dərk etmə mərhələləri əsasən üst-üstə düşür. Mərhələ cəhətdən fərq 
yalnız dördüncü  mərhələ  ilə bağlıdır. Qiymətləndirmə  mərhələsi təlimdə var, elmi 
idrakda yoxdur. 
Soruşmaq  yerinə  düşərdi:  elmi  idrak  nəzəriyyəsi  və  təlim  nəzəriyyəsi 
arasında  yaxınlığın  olduğunu  bilməyin  tələbə  üçün,  müəllim  üçün  nə  əhəmiyyəti 
var? Fikrimizcə, bunu bilməyin ən azı iki cəhətdən faydası var: həm təlim, həm də 
elmi tədqiqat işi cəhətdən. 
Özünü  sinif  müəllimliyinə  hazırlayan  tələbə  yadda  saxlamalıdır  ki,  aşağı 
siniflərdə bir deyil, bir neçə fəndən müxtəlif mövzularda dərs təşkil etməli olacaq; 
hər  dəfə  öyrənilən  yeni  mövzuların  tədrisi  təlim  nəzəriyyəsində  göstərilən 
mərhələlərə  uyğun  şəkildə  təmin  olunmalıdır.  Mövzunun  tədrisində  həmin 
mərhələlər  və  onların  ardıcıllığı  təmin  edilmədikdə  mənimsəmənin  səviyyəsini 
artırmaq çətinləşir. 
 
Elmi  idrak  nəzəriyyəsində  və  təlim  nəzəriyyəsində  mərhələlərin  əsasən  üst-
üstə  düşməsi  elmi  tədqiqat  işi  aparmaq  cəhətdən  də  müəllim  üçün  faydalıdır. 
Tələbə  yeni  dövrün  yeni  tələblərindən  hali  olmalı  və  özünü  həmin  yeniliklərə 
hazırlamalıdır.  Nəzərdə  tutulan  yeniliklərdən,  yeni  tələblərdən  biri  mütəxəsсislərin  elmi 
tədqiqat  işinə  hazır  olmalarıdır.  Bu  tələb  müəllimlik  fəaliyyətinə  hazırlanan 
mütəxəssislərə  də  aiddir.  Müəllim  öz  işini  elmi  cəhətdən  təhlil  etməyə,  onu  daha  da 
təkmiлləşdirməyə çalışmalıdır. Bu cəhətdən elmi idrakın mexanizmini bilmək, elmi idrak 
nəzəriyyəsindən  hali  olmaq  müəllimin  gələcək  tədqiqat  işinə  dayaq  olar,  elmi 
axtarışlarında elmi idrak mərhələlərinə əməl edər.
 
 
3.Müəllimlik fəaliyyətində elmi axtarışın yeri və zəruriliyi
 
Müəllimlik  fəaliyyətində  elmi  axtarış  bir  çox  cəhətdən  zərurətə  çevrilmişdir. 
Azərbaycan xalqı tarixən müəllimə müdrik şəxs kimi, hər şeyi bilən, düzgün yol göstərən 
şəxs  kimi  baxmış,  ona  ehtiram  və  hörmət  göstərmişdir.  Peşəsindən  asılı  olmayaraq 
sayılıb-seçilən şəxslərə Azərbaycanda müəllim deyə müraciət etmişlər. Bu ənənə indinin 
özündə  də  davam  edir.  Vaxtilə  dünya  şöhrətli  Nəsirəddin  Tusi    müəllimi  həm  də  alim 
adlandırmışdır. 
Müəllimlik  fəaliyyətinin  mayasında  alimlik  əlamətləri  cəmləşmişdir.  Əvvəla, 
bütün alimlər, sırf elmi tədqiqat işi ilə məşğul olanlar da, dolayısı ilə elmlə bağlı olanlar 
da müəllim fəaliyyətinin məhsuludur. İkincisi, bütün müəllimlər bu və ya digər formada 
alimlərlə, ədiblərlə, dərslik və dərs vəsaitlərinin müəllifləri ilə ünsiyyətdə olurlar. 
Gənc alimləri yetişdirən yaşlı alimlər də onların müəllimləri, mənəvi ataları hesab 
edilir. Bunu da yadda saxlamaq lazımdır. 
Onu da tələbələrin  nəzərinə çatdırmaq yerinə  düşərdi  ki,  müəllimlərimiz arasında 
elmi tədqiqat işinə  meyilli olanlar az deyil. Orta ümumtəhsil  məktəblərində elmə  nəinki 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə