Нуряддин казымов



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə80/83
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#48998
1   ...   75   76   77   78   79   80   81   82   83

 
208
Direktorun  müavinlərindən  biri  də  məktəbdə  tərbiyə  işlərinə  baxır.  Ona 
dərsdənkənar  və  məktəbdənkənar  tərbiyə  işləri  üzrə  müavin  də  deyirlər.  Bu  müavinin 
fəaliyyət dairəsi bir qədər genişdir. O, nəinki  məktəbin özündə tərbiyə işlərinə rəhbərlik 
edir;  həm  də  şəhər  və  rayon  üzrə,  habelə  respublika  miqyaslı  tədbirlərdə  məktəbin 
iştirakına köməklik göstərir.  
Tərbiyə  işləri  üzrə  müavin  məktəbdə  hazırlanan  və  həyata  keçirilən  bütün 
tərbiyəvi  tədbirlərə,  o  cümlədən  müxtəlif  səciyyəli  dərnəklərə,  klublara,  birləşmələrə, 
yarışlara,  şəhərciklərə,  tamaşalara,  görüşlərə,  sərgilərə,  fotostentlərə  və  s.  tədbirlərə 
rəhbərlik  edir.  Onun  fəaliyyəti  məktəbdaxili  tərbiyəvi  tədbirlərə  rəhbərliklə 
məhdudlaşmır.  O,  müxtəlif  tipli  festifallarda,  olimpiyadalarda  məktəb  şagirdlərinin 
iştirakını, şəhidlər xiyabanına ziyarəti, xeyriyyəçilik işini və i.a. tədbitləri təşkil edir. 
Pedaqoji  prosesin  tamlığını  təmin  etməkdə  sinif  rəhbərinin  mövqeyini  unutmaq 
olmaz. Əgər təşkilatçı məktəb üzrə dərsdənkənar təlim-tərbiyə işlərinə ümumi rəhbərliyə 
cavabdehdirsə,  sinif  rəhbəri  təhkim  olduğu  sinif  üzrə  dərsdənkənar  təlim-tərbiyə  işlərini 
sahmana salır. 
Etiraf  edək  ki,  vicdanla  işləyən  sinif  rəhbərinin  fəaliyyəti  çoxcəhətli  və 
mürəkkəbdir. O, bir çox halda fənn müəllimlərinin imkanları xaricində olan problemlərin 
həllinə,  məsələn,  eyni  sinifdə  işləyən  müəllimlərin  pedaqoji  və  metodik  üslublarında 
uyğunluq  yaradılmasına  çalışır;  bundan  əlavə  o,  pedaqoji  prosesə  valideynlərin  həmrəy 
münasibətinin 
formalaşmasına 
rəhbərliyi 
həyata 
keçirir; 
şagirdlərinin 
fərdi 
xüsusiyyətlərini daha ətraflı öyrənib nəzərə ala bilir. 
Şagirdlərin  valideynlərinə  pedaqoji  təsir  göstərmək  imkanı,  təlim-tərbiyə  işinin 
səviyyəsini  yüksəltmək  üçün  valideynlərin  qüvvələrindən  istifadə  imkanı  sinif 
rəhbərlərində daha çoxdur. 
Pedaqoji  prosesin  səviyyəsini  yüksəltməkdə  əsas  ağırlıq  fənn  müəllimlərinin 
üzərinə  düşür.  Odur  ki,  fənn  müəllimlərinin  fəaliyyəti  hamının  diqqət  mərkəzində 
olmalıdır. Yadda saxlanmalıdır ki, məktəbdə təlimin də, tərbiyənin də, təhsilin də, 
psixoloji  qüvvələrin  də  inkişafı  vəzifələri  əsasən  fənlərin  tədrisində,  xüsusən 
dərslərdə  reallaşa  bilir.  Dərsin  yaradıcısı,  onun  memarı,  təşkilatçısı  və  icraçısı 
müəllimdir.  Bu,  o  deməkdir  ki,  gəncliyin  gələcəyi  müəllimin  şəxsi 
keyfiyyətlərindən,  səriştəliliyindən,  pedaqoji  işə  vurğunluq  dərəcəsindən,  vətən 
təəssüfkeşliyindən  çox  asılıdır.  Məhz  bu  cür  keyfiyyətləri  özündə  cəmləşdirən 
müəllim  tezliklə  şagirdlərin,  onların  valideynlərinin  və  həmkarlarının  sevimlisinə 
çevrirlir; o, pedaqoji prosesə xidmətdə nümunə olur; pedaqoji prosesin səmərəsini 
artırır. 
Müəllim haqqında burada səsləndirilən fikirlər başdan-başa sinif müəlliminə 
də  aiddir.  Başqa  cəhətdən  sinif  müəllimin  məsuliyyəti  daha  artıqdır.  Çünki,  o, 
pedaqoji prosesin qarşısında duran həm yaxın, həm də uzaq məqsədin bünövrəsini 
qoymaqla məşğuldur. Bu bünövrə möhkəm, etibarlı olmalıdır. 
 
4.Pedaqoji prosesə xidmətdə ictimai qurumların rolu. 
 
Pedaqoji  prosesə  xidmət  edən  ictimai  qurumları  tərkibinə  görə  iki  qrupa 
ayırmaq  olar:  tərkibi  müəllimlərdən  ibarət  olan  ictimai  qurumlar  və  tərkibi 
valideynlərədən ibarət olan ictimai qurumlar. 
Məktəbdə pedaqoji şura, fənn komissiyaları, metodbirləşmə və s. birincilərə, 
məktəb valideynlər komitəsi, sinif valideynlər şurası və başqaları ikincilərə aiddir. 


 
209
Pedaqoji  şura.  Məktəbdə  pedaqoji  prosesə  xidmət  göstərən  ictimai 
qurumlardan  biri  pedaqoji  şuradır.  Məktəb  həyatında,  xüsusən  pedaqoji  prosesə 
xidmətdə,  digər  ictimai  qurumlarla  yanaşı,  pedaqoji  şuranın  rolu  xeyli  artmışdır. 
Çünki  respublikamızın  demokratik,  hüquqi,  dünyəvi  dövlət  quruculuğu  yolunu 
seçmişdir. İctimai, iqtisadi, sosial və  mədəni həyatımızın digər sahələrində olduğu 
kimi,  təhsil  sahəsində  də  demokratikləşmə  getdikcə  genişlənir  və  dərinləşir.  Bu 
səbəbdən  də  pedaqoji  prosesin  köklü  məsələləri  pedaqoji  şuraya  çıxarılır,  ətraflı 
müzakirə  olunur  və  ictimai  fikir  formalaşdırılır.  Şura  üzvləri  olan  müəllimlər 
müzakirəyə qoyulmuº  məsələlərə dair öz mülahizələrini bildirir, pedaqoji prosesin  
səviyyəsini yüksəldəcək təkliflərini irəli sürürlər. 
Fənn  komissiyaları.  Pedaqoji  prosesin  səviyyəsini  yüksəltməyə  yönələn  
ictimai  qurumlardan  biri  də  fənn  komissiyalarıdır.  Bu  qurumların  fəaliyyəti  və 
pedaqoji  prosesə  xidməti  daha  konkret  və  daha  operativ  olur.  Çünki  fənn 
komissiyalarında  toplaşan  eyni  fənn  müəllimləri  olur  və  yalnız  öz  fənləri  üçün 
spesifik  olan  məsələləri  müzakirə  edirlər.  Onların  formalaşdırdıqları  fikir  və 
təkliflər tez nəzərə alınır, tətbiq edilir, nəticə də tez duyulur. 
Metodbirləşmə  də  fənn  komissiyaları  kimi  çevikdir.  Metodbirləşmədə 
cəmləşən sinif rəhbərləri  uğurları  və çətinlikləri barədə  işgüzar  müzakirələr aparır 
və  adətən,  dərsdənkənar  və  məktəbdənkənar  təlim-tərbiyə  işi  sahəsində  öz 
tövsiyələrini vaxtında, təxirə salmadan reallaşdıra bilirlər. 
Sinif müəllimlərinin metodbirləşmələri bir qayda olaraq üç və üçdən artıq 
birinci  sinifləri  olan  məktəblərdə  təşkil  edilir  və  fəaliyyət  göstərir.  Sinif 
müəllimlərinin  metodbirləşməsinin  fəaliyyəti  daha  mürəkkəbdir.  Çünki  sinif 
müəlliminin  fəaliyyəti  sahəsi  kifayət  qədər  əhatəlidir.  Bu  mürəkkəbliyə  və 
çətinliyə baxmayaraq uğurla fəaliyyət göstərən metodbirləşmələr var. 
İctimai 
əsaslarda 
fəaliyyət 
göstərən 
qurumların, 
xüsusən 
fənn 
komissiyalarının  və  metodbirləşmələrin  iş  təcrübəsini  öyrənmək  və  geniş  təbliğ 
etmək pedaqoji prosesin səmərəliliyini artırmağa xidmət edər. 
Yuxarıda  qeyd  edildiyi  kimi,  tərkibi  müəllimlərədən  ibarət  olan  ictimai 
qurumlardan əlavə,  məktəbdə tərkibi  valideynlərədən  ibarət olan  ictimai qurumlar 
da fəaliyyət göstərir. Onlardan biri valideynlər komitəsidir. 
Məktəb  valideynlər  komitəsi  həyat  dönə-dönə  sübut  etmişdir  ki,  məktəb 
təklikdə  şagirdlərin  təlim-tərbiyəsinin  öhdəsindən  yüksək  səviyyədə  gəlməkdə 
çətinlik  çəkir.  Bu  işdə  valideynlərin,  bütövlükdə  ictimaiyyətin  köməyinə  ehtiyac 
yaranır.  Hər  məktəbdə  valideynlər  komitəsi,  siniflər  üzrə  valideynlər  şuraları 
yaranır. 
Bu  qurumlarla  məktəb  arasında,  valideynlərlə  müəllimlər  arsında  ikitərəfli, 
qarşılıqlı  əlaqə  və  yardım  təmin  edilir.  Valideynlər  komitəsində  məktəb  üçün, 
təlim-tərbiyə  üçün  vacib  olan  məsələlər  müzakirə  edilir;  valideynlərin  öhdəsinə 
düşən vəzifələr dəqiqləşdirilir, imkanlar müəyyənləşdirilir, hansı cəhətdən pedaqoji 
prosesə  xidmət  edə  biləcəklərini  araşdırırlar.  Bu  cür  müzakirələr  zamanı 
valideynlərdən  kimin  məktəbdəki  dərnəklərdən  hansılarına  rəhbərlik  etmək,  elm, 
mədəniyyət, texnika,  incəsənət  və s. sahələr  üzrə  şagirdlər qarşısında çıxış etmək, 
məktəb  muzeyi  yaratmaq,    hansısa  fənn  üzrə  labaratoriya  təşkil  etmək  və  ya  onu 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə