O kəslər ki, (müşriklər) Allahdan başqasına pərəstiş edirlər və heç bir şeyi hökm etmirlər. Allah eşidən və görəndir



Yüklə 0,98 Mb.
səhifə12/14
tarix16.11.2017
ölçüsü0,98 Mb.
#10423
1   ...   6   7   8   9   10   11   12   13   14

Həzrət ona buyurdu: – Onları bir-birindən ayır!

Ağası qulama üz tutub dedi: – Ey Allah düşməni, arvadına talaq ver!

Əli (ə) buyurdu: – Nə dedin?!

Kişi dedi: – Dedim ki, arvadına talaq ver.

Əli (ə) qulama üz tutub buyurdu: – İndi sən ixtiyar sahibisən – istəyirsən arvadına talaq ver, istəyirsən də onu saxla.

Qulamın ağası dedi: – Ya Əmirəl-möminin! Mənə aid olan haqqı necə başqasına verirsən?

Buyurdu: – Düzdür, lakin sənin iqrarın bunu tələb edir. Çünki sən öz qulamına "arvadına təlaq ver" deməklə onun izdivac etməyinə iqrar etmisən.

Bir nəfər başqasına on min dirhəm pul verib vəsiyyət etdi ki, oğlum böyüyəndən sonra istədiyin miqdarı ona verərsən. Vəsiyyət edən şəxs vəfat etdi. Onun oğlu böyüdükdən sonra vəsi Əli (ə)-ın yanına gəldi və vəsiyyət edən şəxsin vəsiyyətnaməsini oxuduqdan sonra dedi: – İndi vəsiyyət edən şəxsin övladına nə qədər pul verim?

Əli (ə) buyurdu: – Nə qədər vermək istəyərdin?

Kişi "min dirhəm" - deyə cavab verdi, Əli (ə) buyurdu: – İndi özün üçün saxlamaq istədiyin doqquz min dirhəmi ona ver, min dirhəmi özün üçün saxla.

Səkkizinci fəslin doqquzuncu rəvayətində qeyd olundu ki, bir qadınla bir kişini Ömərin yanına gətirdilər, kişi arvada dedi: "Ey zinakar!"

Qadın da ona dedi: "Sən məndən də artıq zinakarsan!"

Bu zaman Ömər hər ikisinə hədd vurmaq istədi, lakin Əli (ə) buyurdu: – Kişiyə hədd vurulmur, lakin qadına iki hədd vurulmalıdır: iftira həddi və zina həddi. Çünki o, öz ərinə "sən məndən də artıq zinakarsan" dediyi zaman həm özünün zinakar olduğunu, həm də ondan az zina etdiyini iqrar etmişdir.

Peyğəmbəri Əkrəm (s.ə.v.v) çöl ərəbindən 400 dirhəmə bir dəvə aldı. Ərəb pulu təhvil aldıqdan sonra fəryad edərək dedi: – Dirhəmlər də, dəvələr də mənimdir!

Elə bu vaxt Əbu Bəkr oradan keçirdi. Peyğəmbər (s.ə.v.v) ona buyurdu: – Mənimlə bu ərəbin arasında qəzavət et!

Əbu Bəkr dedi: – Ərəb sizdən şahid istəyir!

Ömər də oradan keçəndə Peyğəmbər (s.ə.v.v) ondan da mühakimə yürütməsini istədi, o da Əbu Bəkrin sözlərini bir daha təkrar etdi. Bu zaman Əli (ə) uzaqdan göründü. Peyğəmbər (s.ə.v.v) ərəbə buyurdu: – Bu gələn cavanın bizim aramızda qəzavət etməsini istəyirsənmi?

Dedi: – Bəli!

Əli (ə) gəldi, ərəb öz iddiasını təkrarladı. Əli (ə) ərəbə buyurdu: – Dəvəni Peyğəmbərə ver!

Ərəb etina etmədi. O həzrət bu sözü üç dəfə təkrar etdikdən sonra, heç bir nəticə hasil olmadıqda, bir qılınc zərbəsilə onu yerə sərdi. Hicaz əhli deyirdi: "Bu zərbə ilə onun başı göyə uçdu!" İraq əhli isə belə deyirdi: "Onun bir üzvünü qırıb yerə sərdi."

Sonra Əli (ə) Peyğəmbəri Əkrəm (s.ə.v.v)-ə ərz etdi: – Ya Rəsuləllah!! Biz sizi vəhydə təsdiq edirik. Necə ola bilər ki, 400 dirhəmdə təsdiq etməyək?!

Digər bir rəvayətdə deyilir ki, Peyğəmbəri Əkrəm (s.ə.v.v) Əbu Bəkrlə Ömərə xitab edərək buyurdu: – Allahın hökmü sizin hökm etdiyiniz deyil, Əlinin hökm etdiyidir.

Müəllif: Əli (ə)-ın Allahın heyrətamiz məxluqu və Həzrət Peyğəmbər (s.ə.v.v)-in canı olmasına, o iki şəxsin isə Əli (ə)-ın məqam və mənzilətinə çatmasının qeyri-mümkün olmasına baxmayaraq, Peyğəmbər (s.ə.v.v)-in məqamına sair səhabələr qədərcə belə, diqqət yetirmirdilər.

Bu hadisənin oxşarında Xüzeymət ibni Sabit Peyğəmbər (s.ə.v.v) üçün şahid istəmədi və həzrət buyurdu: – Necə olur ki, görmədən şahidlik edirsən?

Ərz etdi: – Ya Rəsuləllah! Biz sizi vəhydə və səmavi xəbərlərdə təsdiq etdiyimiz halda, necə mümkün ola bilər ki, yerə aid olan xəbərlərdə təsdiq etməyək?!

Peyğəmbər (s.ə.v.v) onun şahidliyini qəbul etdi və onun bir şəhadətini iki şəhadət hesab etdi. Buna görə də o, "Zuş-şəhadəteyn" (İki şəhadət sahibi) ləqəbi aldı.

Qüdamət ibni Məzun şərab içmişdi. Ömər qərara aldı ki, ona hədd vursun. Qüdamə dedi: – Mənə hədd vurmaq rəva deyildir, çünki Allah Quranda buyurur: "İman gətirən və layiqli işlər görənlər üçün – hərgah təqvalı olub iman gətirsələr və layiqli işlər görsələr – yedikləri şeylərdə heç bir günah yoxdur."

Bu zaman Ömər onu cəzalandırmaq fikrindən döndü. Əli (ə) bunu eşidib Ömərin yanına getdi və dedi: – Nə üçün Qüdaməyə hədd vurmadın?!

Ömər dedi: – Qüdamə mənim üçün bir ayə oxudu və özünü o ayənin nümunələrindən hesab etdi.

Əli (ə) buyurdu: – Qüdamə bu ayənin buyurduğu nümunələrdən deyildir, çünki iman gətirib yaxşı iş görənlər heç vaxt haramı halal etmirlər. İndi Qüdaməni qaytarıb onu öz əməllərindən və sözündən tövbələt, sonra ona hədd vur! Əgər tövbə etməsə, qətlə yetir, çünki (bu halda) İslamdan xaric olmuş sayılır.

Ömər yenidən Qüdaməni çağırdı. O, hadisədən xəbər tutduqda Ömərin yanında peşman olduğunu bildirərək tövbə etdi. Ömər də onun qətlindən keçdi. Bu zaman ona şallaq vurmaq istədi, amma nə qədər vuracağını bilmədi. Yenidən Əli (ə)-dan bu barədə yol göstərməsini istədi. Həzrət buyurdu: – Onun həddi 80 şallaqdır, çünki şərab içən şəxs məst olur və o zaman ağzına gələnləri deyir, camaata töhmət vurur. Töhmətin də həddi 80 şallaqdır.

Ömər həzrət Əli (ə)-ın göstərişinə uyğun olaraq əməl etdi.

Əsbəğ ibni Nəbatə deyir: Əli (ə) özünün kafirlərin əlində əsir olan səhabələri barəsində dəqiq hökmdə buyurdu ki, onlardan hər birinin kürəyində yara olsa, ona fidyə verməyin; çünki o, müharibədən qaçmışdır. Hər kəs qabaq tərəfdən yaralanmış olsaydı, ona fida verərək azad edirdi.

Əmirəl-möminin Əli (ə) Cəməl, Siffeyn və Nəhrəvan müharibələrində öz səhabələrinin cənazələri arasında gəzir və diqqətlə baxırdı. Hər kəs arxadan yaralanmış olsaydı, onun üçün namaz qılmaz və "O, Allah yolunda cihaddan qaçmışdır." - deyə buyurardı.

Amma qabaq tərəfdən yaralananlara namaz qılır və onları torpağa tapşırırdı.

Əli (ə)-ın xilafəti dövründə yaşayan Ümmi Qəyyan iffətli bir qadın idi. Bir gün o Həzrətin səhabələrindən biri Ümmi Qəyyanın yanına gedib onu pərişan halda gördü. Səbəbini soruşduqda qadın dedi: – Azad olunmuş bir kənizim var idi, o dünyadan gedib. Onu dəfn etdim, amma torpaq onu iki dəfə çölə atdı. Əli (ə)-ın yanına gedib bu hadisəni xəbər verdim, buyurdu: "Yer yəhudi və məsihi qadınlarını özündə saxlayır, necə olur ki, onu saxlamır?! Onun səbəbi yalnız budur ki, o, Allah bəndələrini Allahın əzabı ilə (yəni od ilə) cəzalandırmışdır. Əgər müsəlman bir şəxsin qəbrindən bir qədər torpaq götürüb onun qəbrinə töksən, aram olar." Belə etdikdə qəbir aram-laşdı. Mən o qadının vəziyyəti barəsində axtarış apar-dıqda məlum oldu ki, zinakar bir qadın imiş. Zinadan doğduğu övladları da təndirə salaraq yandırırmış.

Öz ağasını öldürmüş bir qulamı Ömərin yanına gətirdilər. Ömər də onun qətlinə fərman verdi. Əli (ə) hadisədən xəbərdar olduqda qulamı öz hüzuruna çağırıb soruşdu: – Öz mövlanı öldürmüsənmi?

Qulam dedi: – Bəli.

Əli (ə) buyurdu: – Nə üçün?

Qulam dedi: – Mənimlə yaramaz əməl (livat) etdi.

Əli (ə) qətlə yetirilənin qəyyumlarından soruşdu: – Onu dəfn etmisinizmi?

Dedilər: – Bəli.

Buyurdu: – Nə vaxt?

Dedilər: – Elə indicə.

Əli (ə) Ömərə buyurdu: – Qulamı həbs et, amma hələlik onu cəzalandırma. Qətlə yetirilənin qəyyumlarına de, üç gündən sonra gəlsinlər.

Onlar üç gündən sonra gəldilər. Əli (ə) Ömər və öldürülənin qəyyumları ilə birlikdə qəbiristanlığa yola düşdü. O kişinin qəbrinə çatdıqda Əli (ə) soruşdu: – Bu qəbir onun qəbridirmi?

Dedilər: – Bəli.

Buyurdu: – Onu açın!

Qəbri açıb ləhəd daşına çatdılar, sonra buyurdu: – Meyyiti çölə çıxardın.

Onlar nə qədər baxdılarsa, meyyitin kəfənindən başqa bir şey görmədilər. Hadisəni Əli (ə)-a xəbər verdikdə Həzrət iki dəfə təkbir dedi, sonra buyurdu: – Allaha and olsun, nə mən yalançıyam, nə də mənə xəbər verən şəxs. Peyğəmbəri Əkrəm (s.ə.v.v)-in belə buyurduğunu eşitdim: "Mənim ümmətimdən hər kəs Lut qövmünün əməlinə mürtəkib olsa, öldükdən sonra qəbrində üç gündən artıq qalmaz və yer onu aparıb ilahi əzabla həlak olan Lut qövmünə çatdırar, Qiyamətdə də onlarla birlikdə məşhur olar."

Bir cavan Ömərin yanına getdi və ondan atasının mirasını tələb edərək bildirdi ki, atam vəfat edərkən mən, Mədinədə bir uşaq idim. Ömər onun üstünə fəryad edib qovdu. Cavan, Ömərin yanından çıxaraq onun əlindən şikayət edirdi. Təsadüfən, Həzrət Əli (ə) o cavanın yanına gəldi, hadisədən xəbərdar olduqda öz yanındakılara buyurdu: – Cavanı came məscidinə gətirin, mən onun barəsində araşdırma aparım.

Cavanı məscidə apardılar. Əli (ə) ondan müəyyən suallar soruşduqdan sonra buyurdu: – Sizin barənizdə elə hökm edərəm ki, Mütəal Allah onun əsasında hökm etmişdir. Yalnız Onun seçdiyi bəndələr belə hökm edər. (Sonra səhabələrin bir neçəsini çağırıb buyurdu:) Gəlin, özünüzlə də bel gətirin. Mən bu uşağın atasının qəbrinə tərəf getmək istəyirəm.

Qəbiristanlığa getdilər, Həzrət bir qəbrə işarə edib buyurdu: – Bu qəbri açın və bədəninin sümüyündən birini gətirin.

Sümüyü gətirdilər. Həzrət onu cavanın əlinə verib buyurdu: – Bu sümüyü iylə!

Cavan sümüyü iylədi, gözlənilmədən burnunun hər iki deşiyindən qan axmağa başladı. Əli (ə) uşağa buyurdu: – Sən bu meyyitin övladısan!

Ömər dedi: – Ya Əli! Qan axmaqla malı ona verəcəksənmi?

Həzrət buyurdu: – Bu cavan bu malı almağa səndən və sairlərindən daha haqlıdır.

Sonra oradakılara buyurdu ki, sümüyü iyləsinlər. Hamısı iylədi, amma onlarda heç bir təsir qoymadı. Cavan yenidən onu iylədikdə, burnundan daha çox qan gəlməyə başladı. Sonra mal-dövləti ona təhvil verib buyurdu: – Allaha and olsun, nə mən yalançıyam, nə də bu sirrləri mənə xəbər verən və öyrədən şəxs!

Əmirəl-möminin Əli (ə) buyururdu: "Əgər kufəlilər öz körpələrinin ilkin yeməyini Fərat suyu qərar versəydilər, övladları bizim şiələrdən olardı."

Əli (ə) Cəməl döyüşünə gedəndə Bəsrənin yaxınlığına çatdı. Bəsrəlilər Kəlib Cürmini onun yanına göndərdilər ki, Həzrətin bu müharibədə haqq olub-olmamasını öyrənsin, nəticədə qəlblərindəki şəkk və tərəddüd aradan qalxsın. Əmirəl-möminin Əli (ə) Kəlibi öz məqsəd və hədəfindən agah etdi, Kəlib bildi ki, Əli (ə) haqdır. Bu zaman Əli (ə) ona buyurdu: – Mənimlə beyət et!

Kəlib dedi: – Bu işi görə bilmərəm, çünki mən bir qövmün tərəfindən göndərilmişəm. Onların icazəsi olmadan sizinlə beyət edə bilmərəm.

Həzrət buyurdu: – De görüm, əgər bu qövm səni su və otlaq dalınca göndərsəydilər, sən də münasib bir yer tapdığın halda onlara xəbər versəydin, amma onlar səninlə müxalifət edərək quraqlıq bir yerə getsəydilər, yenə də onlara itaət edəcəkdinmi?

Kəlib: – Heç vaxt!

Əli (ə): – İndi əllərini beyət üçün mənə tərəf uzat!

Kəlib sonralar deyirdi: – Allaha and olsun, hüccəti mənə tamamladıqdan sonra artıq imtina edə bilmədim və o Həzrətlə beyət etdim.

Əmirəl-möminin Əli (ə) bir nəfəri gördü ki, düşməninə zərər vurmaq məqsədi ilə elə bir iş görürdü ki, ziyanı əvvəlcə özünə çatırdı. İmam (ə) ona buyurdu: "Sən, nizəsini öz böyrünə batırıraraq (o biri tərəfdən çıxdıqda) yanında duranı öldürmək istəyən şəxsə oxşayırsan."

Müəllif: Bəzən ədavət və düşmənçilik elə bir həddə çatır ki, o Həzrətin kəlamının nümunəsinə çevrilir. Buna, Əbdüllah ibni Zübeyrin (Cəməl müharibəsində) Malik Əştərlə olan ədavətini misal göstərmək olar: Hər ikisi yerə düşdü, Malik Əbdüllahın sinəsi üstündə oturdu. Əbdüllah fəryad edib dedi: "Məni də, Maliki də öldürün!" Malik deyir: "Mənim xilas olmağımın yeganə səbəbi bu idi ki, Əbdüllah məni "Malik" kimi təqdim etdi, mən isə camaat arasında Əştər adı ilə tanınmışdım. Əgər Əştər kimi təqdim etsəydi, məni hökmən öldürərdilər. Allaha and olsun, mən onun sadəliyindən təəccübə daldım və fikirləşdim ki, görəsən, məni öldürmək üçün özünü ölümə verməyin ona nə xeyri var?!

Əmirəl-möminin Əli (ə) iki adil və möminin bir nəfər kafirin küfrünə verdiyi şəhadəti qəbul edirdi, amma min nəfərin onun bəraət qazandırılmasına dair şəhadət verməsini rədd edir və buyururdu: "Mülhidin dini gizlindir və iki nəfərin şahidliyi ilə sübuta yetir."

Əmirəl-möminin Əli (ə)-dan soruşdular: – Sizcə, şərab içməyin günahı zina və oğurluqdan da ağırdırmı?

Həzrət Əli (ə) buyurdu: – Bəli! Çünki zina edən şəxsin, digər günahlara mürtəkib olmaması mümkündür. Lakin şərab içən şəxs həm zina edər, həm də oğurluq, həm haram olan qətlə mürtəkib olar, həm də namazını tərk edər.

Əmirəl-möminin Əli (ə) buyurur: "Şərab içən şəxs məst olur və o halda sarsaq sözlər danışır, insan-lara töhmət vurur. Buna görə də şərab içən şəxsə töhmət vuran şəxsin cəzası qədər şallaq vurulmalıdır."

Şamlılardan bir neçəsi ehram halında beş dəvəquşu yumurtasını bişirib yedilər, sonra dedilər: – Axı biz ehram halındayıq, bu iş bizə haram idi!

Mədinəyə gəldikdə məsələni Ömərdən soruşdular. O, cavabını bilmədi və dedi: – Peyğəmbər səhabələrindən bir neçəsini tapıb məsələni onlardan soruşun.

Onlar səhabələrdən soruşdular, lakin verilən cavablar tamamilə fərqli idi. Şamlılar yenidən Ömərin yanına gəlib hadisəni dedilər. Ömər dedi: – Bu şəhərdə bir nəfər vardır, bizə əmr olunmuşdur ki, ixtilaflı məsələlərdə hökmü ondan istəyək.

Sonra birlikdə Əli (ə)-ın evinə yollandılar. Həzrət Əli (ə) Yənbu adlı bir yerdə idi. Şamlılar öz məsələlərini ondan soruşdular, Həzrət buyurdu: – Hamilə olan beş dişi dəvəni kəsməli, onların döllərini də (qarınlarındakı balalarını da) qurbanlıq üçün Allah evinə göndərməlidirlər.

Ömər dedi: – Dişi dəvənin balası bəzən ölü doğulur.

Əli (ə) buyurdu: – Yumurtalar da bəzən fasid olur.

Ömər dedi: – Belə çətin məsələləri sizdən soruşmağa borcluyuq.

Müəllif: Hökmlərin səbəb və fəlsəfəsini ehtiva edən bəzi məsələlərin cavabları o həzrətin məsum övladlarından da xeyli nəql olunmuşdur. Mərhum Şeyx Səduq bu barədə "İləlüş-şəraye" adlı bir kitab yazmışdır. Burada onlardan birini qeyd etməklə kifayətlənirik.

Bir gün abbasi xəlifəsi Mənsur təvaf edirdi. Rəbi adlı bir nəfər onun yanına gəlib dedi: – Sənin azad etdiyin filan qulam ölmüşdür, digər bir qulamın da onun başını bədənindən ayırmışdır.

Mənsur çox qəzəbləndi. İbni Şəbrəmə, İbni Əbi Leyla, həmçinin bir neçə qazi və fəqih də onun yanında idilər. Mənsur məsələnin hökmünü onlardan soruşdu, lakin heç biri cavab verə bilmədi. Mənsur tərəddüd içində idi; o qulamı öldürüb-öldürməmək barəsində fikirləşirdi. Oradakılardan bəziləri Mənsura dedilər: – Bu saat elə bir şəxs gəlib ki, əgər bu məsələnin bir cavabı varsa, o bilər. O, hal-hazırda səy əməli ilə məşğul olan Cəfər Sadiqdir.

Rəbi Mənsurun göstərişi ilə İmam (ə)-ın yanına getdi, İmam (ə) Mərvədə olanda məsələnin cavabını soruşdu. Həzrət ona buyurdu: – Görürsən ki, səy əməlinə məşğulam. Get Mənsura de ki, sənin yanında çoxlu fəqih və alim vardır. Məsələni onlardan soruş!

Rəbi o şəxslərin heç birinin cavab verə bilmədiyini dedi, lakin İmamın əmrinə itaət edərək Mənsurun yanına qayıtdı və o Həzrətin sözünü çatdırdı. Mənsur yenidən onu İmamın hüzuruna göndərdi. İmam (ə) ona buyurdu: – Bir az gözlə, səy əməlimi qurtarım.

İmam (ə) səy əməlini qurtardıqdan sonra Məsci-dül-Həramın bir guşəsində oturdu və Rəbiə buyurdu: – Mənsurun yanına get və ona de ki, meyyitin başını kəsən şəxs yüz dinar borcludur.

Rəbi Mənsurun yanına gedib Həzrətin verdiyi cavabı dedi. Oradakılar Rəbiə dedilər: – Get soruş, gör nə üçün yüz dinar verilməlidir?

Rəbi İmam (ə)-ın yanına gəlib bu hökmün səbəbini soruşdu. Həzrət ona buyurdu: – Çünki nütfənin diyəsi 20 dinar, ələqənin diyəsi 40 dinar, müzğənin diyəsi 60 dinar, sümük bağlamış rüşeymin diyəsi 80 dinar, ət bağlamış rüşeymin diyəsi isə 100 dinardır. Allah-Taala buyurur: "Ət (geyindirmə) mərhələsindən sonra ona yeni bir yaranış bağışladıq". Meyyit – ana bətnində ət və sümükdən ibarət olan rüşeym kimidir. Lakin ona ruh üfürülmədiyi üçün onun diyəsi yüz dinardır.

Rəbi Mənsurun yanına qayıdıb Həzrətin cavabını dedi. Orada hazır olanlar İmamın bu istinbatından heyrətə dalaraq yenidən Rəbiə dedilər: – Qayıt və soruş ki, bu yüz dinar kimə çatacaqdır?

İmam (ə) buyurdu: – Bu, vərəsənin malı deyildir, çünki meyyit bu mala ölümündən sonra müstəhəq olmuşdur. Bu pulla ya (onun tərəfindən) Həccə gedilməli, ya (onun əvəzinə) sədəqə verilməlidir, yaxud da başqa xeyir işlərdə sərf olunmalıdır.

Bir nəfər öz qardaşının qatilini tutub Ömərin yanına apardı. Ömər ona göstəriş verdi ki, qatili qətlə yetirsin. O, qatili o qədər döydü ki, öldüyünə yəqin etdi. Qatilin qəyyumları onu götürüb evinə apardılar. Axır nəfəslərində onu müalicə etdilər, bir müddətdən sonra vəziyyəti yaxşılaşdı. Qətlə yetirilənin qardaşı qatili gördükdə ona dedi: – Sən mənim qardaşımın qatilisən, səni mən öldürməliyəm!

Qatil fəryad edərək dedi: – Sən məni bir dəfə öldürmüsən, artıq mənim üzərimdə heç bir haqqın yoxdur!

Yenidən Ömərə müraciət etdilər. O, göstəriş verdi ki, qatili öldürsünlər. Lakin müraciət edənlər münaqişəni Əli (ə)-a dedilər və onun mühakimə yürütməsini istədilər. Həzrət Əli (ə) Ömərin yanına gedib buyurdu: – Onların barəsində verdiyin hökm düzgün deyildir!

Ömər dedi: – Bəs onların hökmü nədir?

Əli (ə): – Əvvəlcə qatil, ona verilən işkəncələrin qisasını qətlə yetirilən şəxsin qardaşından almalıdır. Məhz bundan sonra qətlə yetirilənin qardaşı onu öldürə bilər.

Qətlə yetirilənin qardaşı fikirləşdi ki, bu işə razılıq verərsə, öz canı xətərə düşə bilər. Buna görə də qatili öldürmək fikrindən keçdi.

İbni Şəhraşub bu rəvayəti özünün "Mənaqib" kitabında azacıq fərqlə nəql etmiş və onun axırında demişdir: "Bu zaman Ömər əllərini göyə qaldırıb dua edərək dedi: "Allaha həmd olsun, ey Əbəl Həsən! Siz rəhmət xanədanısınız. Əgər Əli olmasaydı, Ömər həlak olardı."

Xarabalıqda əlində qanlı bıçaq olan bir kişini gördülər. Onun yanında da bir nəfər öldürülmüş və öz qanına qəltan olmuşdu. Həmin kişini tutub Əli (ə)-ın yanına gətirdilər. O həzrət müttəhimə buyurdu: – Nə deyirsən?!

Müttəhim dedi: – Mən o kişini öldürmüşəm.

Əli (ə) onun iqrarına uyğun olaraq göstəriş verdi ki, ondan qisas alınsın. Bu zaman bir nəfər qaça-qaça gəlib dedi: – Ya Əli! O şəxsi mən öldürmüşəm!

Əli (ə) birinci kişiyə buyurdu: – Necə olur ki, özün öz əleyhinə iqrar edirsən?!

Müttəhim: – Çünki inkar etməyə qüdrətim yox idi. Bir neçə nəfər məni xarabalıqda qətlə yetirilənin başı üstündə görmüşdülər. Qorxdum ki, əgər iqrar etməsəm məni döyələr. Mən o xarabalığın yanında bir qoyun kəsmişdim. Əlimdə qanlı bıçaq qəzayi-hacət üçün xarabalığın içinə getdim. Birdən orada öz qanına qəltan olmuş bir adam gördüm. Onun başı üstünə getdim, heyrətlə ona baxdığım zaman bunlar içəri daxil olub məni tutdular.

Əli (ə) orada olanlara buyurdu: – Bunları oğlum Həsənin yanına aparın. Bu məsələnin hökmünü də ondan soruşun.

İmam Həsən (ə) onların cavabında buyurdu: – Əmirəl-mömininə deyin ki, bu şəxs bir müsəlmanı öldürməsinə baxmayaraq, başqa bir müsəlmanı ölümdən xilas etmişdir. Allah-Taala buyurur: "Hər kəs bir nəfəri diriltsə, sanki bütün insanları diriltmişdir." Bunla-rın hər ikisi azad olunmalı, öldürülən şəxsin diyəsi də beytül-maldan verilməlidir.

Əli (ə)-a xəbər verdilər ki, Bişr ibni Ütarid pis və nalayiq sözlər danışır. İmam (ə) bir nəfərə göstəriş verdi ki, onu tutub gətirsin. O şəxs Bişri Bəni-Əsəd tayfasında tapdı, amma Nəim ibni Düccacə Bişri qaçırtdı. Əli (ə) göstəriş verdi, Nəimi tutub gətirdilər. O belə dedi: – Allaha and olsun, səninlə olmaq zillətə, səndən ayrılmaq isə küfrə səbəbdir!

İmam (ə) bunu eşidəndə buyurdu: – Səni bağış-ladım. (Çünki) Mütəal Allah buyurur: "Pislikləri, daha yaxşı olan şeylərlə dəf et!" Sənin dediyin "səninlə olmaq zillətdir" sözü mürtəkib olduğun bir günahdır, "səndən ayrılmaq küfrdür" sözün isə sənin əncam verdiyin bir həsənədir və o da həmin günahın əvəzini çıxır.

Əmirəl-möminin Əli (ə) buyurur: "Elm iki qismdir: Qərizə yolu ilə olan və qazanılan elm. Qazanılan elm, əgər qərizə yönlü olmasa, heç bir faydası yoxdur."

Əmirəl-möminin Əli (ə)-dan ən mahir şairin kim olması barəsində soruşduqda, buyurdu: "Şairlər müsabiqə meydanında atla yarışmayıblar ki, əvvəlcədən qoyulmuş qamışı götürərək birinci yerə çıxmış olsunlar. Amma bunu deməliyəm ki, (şairlər içərisində) yolunu azmış padşah hamısından üstündür." (O Həzrətin məqsədi İmrəül-Qeys idi. Yolunu azması da kafir və fasiq olmasına görə idi.)

Əmirəl-möminin Əli (ə)-dan Qüreyş qəbiləsinin əxlaq və əməlləri barəsində soruşduqda buyurdu: "Bəni-Məxzum qəbiləsi Qüreyşin reyhanəsidir. Adam istəyir ki, onların kişiləri ilə söhbət etsin, qadınları ilə evlənsin. Amma Bəni-Əbdişəms (Bəni-Üməyyə) qəbiləsinin kişiləri siyasətcil, uzaqgörəndirlər. Bizim xanədanı-mız isə başqalarından daha çox bəxşiş edəndir, ölüm vaxtı hamıdan igiddir. Onların (Bəni-Üməyyənin) sayı çoxdur, məkr və hiylələri artıqdır, əndamları qeyri-normaldır. Bizim isə dilimiz daha fəsahətli, daha çox öyüd-nəsihət verən, əndamımız isə çox gözəldir."

Əmirəl-möminin Əli (ə) buyurur: "Öz bədəninizi soyuğun əvvəlində (payızda) örtün, onun axırında (yazda) havadan istifadə edin. Çünki hava, bu iki fəsildə ağaclara qoyduğu təsiri elə insan bədəninə də qoyur."

Əmirəl-möminin Əli (ə) İbni Abbası xəvariclə mübahisəyə göndərən zaman ona buyurdu: "Onlarla Quran əsasında mübahisə aparma, çünki Quranın çoxlu mənaları vardır. Sən (bir söz) deyəcəksən, onlar (da başqa söz) deyəcəklər. Lakin onlarla Peyğəmbər (s.ə.v.v) sünnəsi əsasında mübahisə apar, (bu halda haqq qarşısında) heç bir çıxış yolları olmayacaqdır."

Nəsr "Siffeyn" adlı kitabında qeyd edir ki, Bahilə qəbiləsi Siffeyn müharibəsində Əli (ə)-a kömək etməyə ikrahla yanaşdılar. İmam (ə) onlara buyurdu: "Allahı şahid tuturam ki, həm siz mənimlə düşmənsiniz, həm mən sizinlə düşmənəm. İndi öz hədiyyələrinizi götürüb Deyləmə tərəf yola düşün!"

İranın Həmədan, Rey, İsfahan, Nəhavənd və Quməs əyalətlərindən olan bəziləri məktublaşarkən bir-birinə belə yazmışdılar: "Ərəblərin padşahı, yeni din və kitab gətirən Məhəmməd dünyadan getmişdir. Ondan sonra Əbu Bəkr hakim olmuş, azacıq yaşadıqdan sonra ölmüş və özündən sonra Öməri xəlifə seçmişdi. Ömərin xilafəti çox uzanmış, sizin şəhərlərinizi ələ keçirmişdir, ordusu da indi sizinlə müharibə aparır. Onlar sizdən heç vaxt əl çəkməyəcəklər. Bir-birinizlə əhd-peyman bağlayaraq böyük bir qoşunla onlara tərəf hərəkət edin!"

Bu xəbər Kufəyə çatdı. Onlar Mədinəyə adam göndərib Öməri hadisədən agah etdilər. O, bu xəbəri eşitdikdə bərk qorxdu və Peyğəmbər (s.ə.v.v) məscidinə gəlib minbərə çıxdı, Allaha həmd-səna etdikdən sonra dedi: – Ey mühacir və ənsar tayfaları! Şeytan böyük bir qoşun yığmışdır ki, sizin əleyhinizə qiyam edərək haqq nurunu söndürsün. İndi Həmədan, İsfahan və sair yerlərin əhalisindən müxtəlif ayinlərə və irqlərə malik olanlar bir-biri ilə əhd-peyman bağlamışlar ki, müsəlman qardaşlarınızı öz şəhərlərindən çıxarıb sizinlə müharibə aparsınlar. Nə qədər gec deyil, bu barədə bir tədbir fikirləşin. Əgər yubansanız, qarşıda çox ağır günlər olacaq.

Həmişə Qüreyşin tərəfindən danışan Təlhət ibni Übeydullah ayağa qalxdı, Allaha həmd-səna edərək dedi: – Ey xəlifə! Ruzgarın xoşagəlməz hadisələri səni sınaqdan keçirib təcrübəli etmiş, dövranın xoşagəlməz hadisələri və həyatın çətinlikləri səni daha da möhkəmlətmişdir. Sən pak təbiətli bir adamsan, sənin işlərin və düşüncələrin hamısı yaxşı və bəyəniləndir. İndi özün bu barədə fikirləş və fikrinə əməl et.

Bunu deyib oturdu. Ömər camaata xitab edərək dedi: – Fikirlərinizi deyin.

Osman ayağa qalxıb Allaha həmd-səna etdikdən sonra dedi: – Ey xəlifə! Mənim nəzərimcə özün bütün Şam, Yəmən, Mədinə, Məkkə, Kufə, Bəsrə ordusu ilə birlikdə müşriklərə doğru hərəkət et. Dediyim bu tədbiri yadında saxla və onun barəsində fikirləş.

Osmandan sonra Əli (ə) ayağa qalxıb Allaha həmd-səna etdi, sonra Ömərə dedi: – Əgər sən bütün Şam ordusunu ölkədən kənara aparsan, romalılar İslam ölkələrinə hücum edərək şamlıların arvad-uşaqlarını əsarətə alacaqlar. Əgər Yəmən ordusunu Yəməndən çıxarsan, həbəşistanlılar yəmənlilərin arvad-uşaqlarını əsir tutacaqlar. Əgər Məkkə-Mədinə ordularını özünlə aparsan, müxtəlif guşələrdə olan ərəblər səninlə bağladıqları əhd-peymanı pozacaqlar. Halbuki, onlarla mübarizə aparıb qiyamlarını yatırtmaq xarici düşmənlərlə mübarizə aparmaqdan qat-qat ağır olacaqdır. Deməli, bu rəy (Osmanın sözü) düzgün deyildir. Amma sən düşmən qoşununun çoxluğundan, bir-biri ilə əlbir olmalarından və əhd-peyman bağlamalarından qorxma. Çünki, səndən öncə Allah-Taala bu hadisəni xoşlamır və bu məkrli birliyin (ixtilafa) dəyişdirilməsinə səndən artıq haqlıdır. Bundan əlavə, məgər yadında deyildir ki, biz Peyğəmbəri-Əkrəm (s.ə.v.v)-in dövründə qoşunun çoxluğuna baxaraq mübarizə aparmırdıq, əksinə yalnız Allah tərəfindən olan kömək və nüsrətə ümid bağlamışdıq. Sənin özünün də düşmənə doğru hərəkət etməyin məsləhət deyildir. Çünki, düşmən bu işdən xəbərdar olsa, səni hökmən qətlə yetirər. Bu halda başqa düşmənlər də onlara kömək edəcək, özün öz əlinlə qətlinə şərait yaradacaqsan. Mənim əqidəmə görə, (yaxşısı budur ki,) adları çəkilən qoşunları öz yerlərində saxlayasan. Yalnız Bəsrə qoşununa yaz ki, üç hissəyə bölünsünlər. Bir hissəsi daxildəki işlərin nizam-intizama salınması üçün şəhərdə qalsın, digər bir dəstə müsəlmanlarla əhd-peyman bağlamış düşmənlərə nəzarət etmək və sərhədləri qorumaq üçün həmin yerdə qalsınlar. Üçüncü dəstə isə öz müsəlman qardaşlarına kömək emək üçün iranlılara doğru hərəkət etsinlər.


Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə