63
mövqeyi ilə seçilən respublikamzın bu yolun ən məhsuldar hissəsinə çevrilməsi
imkanları daha şanslı görünür. Burada təkcə təbii amillər deyil, həm də texniki
imkanlar, formalaşan çoxşaxəli, ənənəvi nəqliyyat infrastrukturu öz əhəmiyyətini
nümayiş etdirir. Məhz buna görə də səylərimizi neft strategiyasının gerçəkləşməsinə
səfərbər etdiyimiz indiki məqamda, eyni ehtirasla da gücümüzü bu mühüm nəqliyyat
prospektindən səmərəli istifadəyə yönəltməliyik. Zənnimizcə, Avropa İttifaqının
TRASEKA layihəsi müvafiq investision prosesdə aparıcı mövqedə durmasına
baxmayaraq nəqliyyat dəhlizindən rasional istifadədə Azərbaycan özünün fərdi
proqramı ilə çıxış etməlidir. Nəqliyyat potensialının, onun perspektiv imkanlarının
geniş tətbiqinə əsaslanan proqram özəyini daha çox daxili resurslar,təkrar istehsal
kapitalından qanaqlandırmalı və müvafiq məqsədləri ifadə edəcək mərkəzi fonddan
koordinasiyaolunmalıdır.Dinamizmlə xarakterizə olunan dünya nəqliyyat sferasının
ayrı-ayrı sahələrində struktur dəyişilikləri baş verir. Son onilliklərdə dəmir yolu
şəbəkəsində sabitləşmə prosesi, avtonəqliyyatda isə yüksəlmiş müşahidə edilir.
Gəndərişlərdə differensasiya artıq, daha çox kiçik partiyalarla daşınmalara meyl
olunur. Bu meyil yeni az enerjitutumlu avtomaşınlarının istehsalında, bərk örtüklü
yolların inşasında daha çox əksini tapır. İnnovasion-texniki amillər, elmi-texniki
tərəqqi inkişafa təsir edir, nəqliyyat dünya təsərrüfatında yeni təsisatlara uyğunlaşır.
İnformatika, rabitə, telekommunikasiyanın sürətli inkişafı işgüzar və məişət
səfərlərinə tələbi azaldır. Lakin turizmdə isə əks proseslər gedir ki, bu da daha
təhlükəsiz, rahat, ekoloji təminatlı yolların tikintisini gücləndirir. Bu əsnada nəzərə
almalıyıq ki, bərpası reallaşan Böyük İpək Yolu təkcə bir hərəkət trayektoriyası
olmaqla yanaşı, həm də bəşəri tələblərə cavab verməli, xidmətin yüksəkliyi ilə
seçilməlidir. Burada isə əsas iştirakçılar yol boyunca yeniləşən məntəqələr, ərazi
vahidləri olacaqdır. Ona görə də müvafiq ərazilərdə məskun əhalinin yoldan
faydalanmaq imkanları daha çox stimullaşdırılmalıdır. Servis təminatçısı olmaqla
yanaşı tarif strategiyasında da regional subyektlər müvafiq pay iştirakçısına
çevrilməlidirlər. Azərbaycanın turizm potensialı bu aspektdə sərnişin daşınmaya
geniş imkanlar açır. Dünya əmtəə bazarında daşınmalara olan tələbin
64
genişləndirilməsi nəqliyyatda istehsak güclərinin sürətli yüksəlişində əks olunur. Bu
inkişaf həm də resursların manevr azadlığının artımına yönəlir. Genişfyuzelyajlı
təyyarələrin, aerobus və laynerlərin istismara verilməsi güzəştli, azkomfortlu çarter
reyslərini artıraraq əhalinin orta təbəqədən olan hissəsinin də turist səyahətlərindən
istifadədə yeni imkanlar yaratmışdır. Böyük yüktutumlu və azsürətli təyyarələrin
istismarında isə müvafiq inkişaf daşınma xərclərinə təsir edərək məhsulun maya
dəyərini 2 dəfə azaltmışdır. Beləliklə, sərnişin hava yolu dəmir yolunu ötüb
keçmişdir. Bu perpsektivdən bizim faydalanmaq imkanlarımız da yetərli sayıla bilər.
Azərbaycanın hava nəqliyyatında indiki məqamda inkişaf templəri səngisə də, bu
sahədə yaxın illərdə yüksəlişin olacağı şəksizdir. Böyük işlərin təməli elə indidən
qoyula bilər. Respublikanın hava nəqliyyatında yeni, daha mobil infrastrukturun
ərsəyə gətirilməsi Böyük İpək Yolunun əsas məntəqələrindən biri kimi Şərqin qapısı
sayılan Bakını körpü şəhərinə, dünyəvi iri nəqliyyat qovşağına, xüsusi-nəqliyyat-
bölüşdürüsü mərkəzə çevirə bilər. Dəniz nəqliyyatı ilə dəmir yolunu kombinasiya
edən Xəzərin ən böyük liman şəhəri Bakı bu aspektdə həm də bütün nəqliyyat
sistemini özündə birləşdirən effektli məkan-fider şəbəkəsində ehtiva olunur. Çoxsaylı
nəqliyyat, ekspedesiya-bölüşdürücü müəssisələrin təşkili, servis və texniki xidmətin
yaxşılaşdırılması nəzərdə tutulan işlərin uğurlu həllinə yeni impuls verər.
Transqafqaz dəhlizinin mühüm hissəsi olan respublikamız yalnız hava, su, quru,
dəmir yolu, rabitə və elektrik enerjisi kommunikasiyalarının məkanı deyildir.
Azərbaycanın neft-qaz nəqletmə şəbəkəsinin potensial imkanları dünya standartlarına
müvafiqdir. Bakı-Ceyhan neft, Xəzəraşırı qaz kəmərlərinin reallaşan inşası bu sahədə
göstəriciləri daha da cəlbedici edəcək, Şimala, Qərbə uzanan neft-qaz nəqliyyat
kəməri Şərqə, ehtimal ki, yaxın məqamlarda neftin timsalında Cənuba da istiqamət
alacaqdır. Böyük İpək Yolunun bərpası şübhəsiz ki, neft biznesinin inkişafında da
əhəmiyyətinin nümayiş etdirəcək, öz sanbalını biruzə verəcəkdir. Beynəlxalq bazara
daha əlverişli çıxışı təmin edən bu yolda neft-qaz birjasının yaradılması yeni gəlir
mənbəyi ola bilər.
65
Daha çox rəqabət üstünlüyünə rəğmən etibarlı maye, quru, konteyner, rezervasiya
obyektlərinin və terminalların inşa edilməsi görüləcək böyük işlərin tərkib hissəsi
kimigündəməgəlir.
Nəqliyyat əməyin çoğrafi bölgüsünün ünsürü olmaqla, həm də inteqrasiya amili kimi
qloballaşdırma regionalaşdırmanı qaynaqladıran, transmilli korposiyaların nüfuz
sahəsini artıran mühüm vasitədir. Bu kontekstdə Böyük İpək Yolunun bərpası
mühüm sosial nəticələrə, məşğulluq probleminin həllinə, investisiya axınının
sürətlənməsinə yardımçı olacaq, eyni zamanda respublikaya siyasi-iqtisadi təsirlərə
mülayimlik gətirəcək, gizli blokada və embarqoları təcrid edəcəkdir. Azərbaycanın
sosial-iqtisadi həyatına yeni reallıqlara rəvac verən bu nəqliyyat dəhlizi yol kənarı
ticarətin inkişafına, yeni istehsal və xidmət sahələrinin yaranışına da təkan olacaqdır.
Bu təmasda daha çox fərqlənmək üstün milli mədəni gerçəklikləri nümayiş etdirmək,
əznəbi yolçunun zövqünü ekzotik görünən sənət nümunələrinə, Azərbaycan təbiətinin
bəxş etdiyi nemətlərə cəzb etmək imkanlarından da istifadə olunması strateji planda
durmalıdır.
Erkən sivilizasiya dövründən min illər mövcud olmuş qədim İpək Yolu öz xətti
boyunca düzlənən məmləkətləri, mədəniyyətləri birləşdirmişdir. Bu yol həm də
möhtəşəm dövlətlərin, qüdrətli sərkərdələrin - İsgəndər şahın, Çingiz xanın,
Teymurləngin siyasi-iqtisadi maraqlarının, ehtiraslarının toqquşduğu, böyük
orduların keçdiyi ərazi olmuşdur. İpəyin, sənətkarlıq əşyalarının ticarət məkanı
XVəsrdə yeni dəniz yollarının kəşfi ilə əzəli əhəmiyyətini itirsə də, 5 əsr ötdükdən
sonra güclənən inteqrasion proseslər 1993-cü ildə Brüssel konfrasında bu tarixi yolun
bərpasına yeni nəfəs gətirmişdir. Böyük İpək Yolunun mərkəzi qərargah şəhəri kimi
Bakının seçilməsi isə Azərbaycanı daha uğurlu müstəviyə qovuşdurmuşdur.
14
Ümumiyyətlə,İpək yolunun Azərbaycan Respublikasi ücün əhəmiyyəti asagidaki
kimidir.
14
Böyük İpək Yolu və sosial-iqtisadi yüksəlişin stimullaşdırılması aspektləri
. Müasir mərhələdə
Azərbaycanın sosial-iqtisadi inkişafının əsas meyilləri. Azərbaycan Elmlər Akademiyası İqtisadiyyat İnstitutu.
/məqalələr toplusu/ VI cild. Bakı. Elm. 2000. 0,2 ç.v.
Dostları ilə paylaş: |