72
daşımalarının həcmini dəfələrlə artıracağı da şübhəsizdir.
Dəmir yolu ilə bir günə
Qarsa və iki gün yarıma İstanbula getmək mümkün olacaqdır. Bakı-Tbilisi-Qars
dəmir yolu xətti istismara veriləndən sonra ilkin dövrdə bu xətt vasitəsilə ildə 1
milyon sərnişin və 6,5 milyon ton yük, 2034-cü ildə isə 3 milyon sərnişin və 17
milyon ton yük daşınacağı ehtimal olunur. Yük daşımaları həcmi 3-cü istismar ilində
3-5 milyon ton, 5-ci istismar ilində 6-8 milyon ton, 10-cu istismar ilində isə 10
milyon ton və çox proqnozlaşdırılır.
Bakı-Tbilisi-Qars dəmir yolu xətti iqtisadi baxımdan səmərəli, dayanıqlı, təhlükəsiz
və ekoloji normalara tam cavab verən bir layihədir .Bu dəmir yolu bağlantısı
nəqliyyatın inkişafında yeni mərhələnin başlanması deməkdir. Həmin xətt öz
növbəsində multimodal nəqliyyat imkanlarını genişləndirəcək, eləcə də sərnişin və
yük daşımalarının həcminin artmasını təmin edəcəkdir. Bakı-Tbilisi-Qars dəmir yolu
layihəsi nəinki region ölkələri, eyni zamanda, bu xəttə qoşulacaq digər ölkələr üçün
də çox mühüm əhəmiyyətə malik layihə kimi dəyərləndirilir. Dəmir yolunun Asiya
və Avropa arasında yük və sərnişin axınının artmasına gətirib çıxaracağı, onun
turizm potensialına əlavə töhfə verəcəyi, Xəzər və Qara dəniz arasında bağlantını
təmin edəcəyi bildirilir. BTQ dəmir yolu xəttinin istismara verilməsi ilə həm bərə,
həm də konteyner-vaqon daşımaları daha da inkişaf edəcək. Bu isə beynəlxalq
daşımalarda mühüm rol oynayır. Bu layihənin əhəmiyyətinə yaxın zamanlarda
Bosfor boğazı altı keçəcək dəmir yolu tuneli - ―Mərməray‖ layihəsinın tam gücdə işə
düşməsi daha bir effektivlik qatacaqdır. Bununla da, Asiyanın ən ucqar şərqindən
dəmir relslər üzərindən Avropanın bütün nöqtələrinə yetişəcək tarixi bir nəqliyyat
marşrutu gerçəkliyə cevriləcəkdir. Bu nəhəng layihənin reallaşması yaxınlaşdıqca
potensial yükdaşıyıcıların ona olan marağı da yüksəlməkdədir.
73
Cədvəl3.3 Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin Azərbaycan tərəfindən maliyyələşdirdiyi
kredit xətti
№
Kredit xətti
Xərclər
($ milyon)
1
Kredit xətti - Cəmi
775,0
1.1
1.Tranş A (25 il, 1%-lə)
200,0
1.2
2.Tranş B (25 il, 5%-lə)
575,0
2
Layihə üzrə müqavilələrin ümumi dəyəri
721,2
Mənbə: www.elshanhajizadeh.com - prof. Elşən Hacızadənin saytı.
İndiyədək Azərbaycan dəmir yolunun Bakı-Gürcüstan sərhədi istiqamətində 347
kilometr dəmir yolu yenidən qurulub, Kür çayı üzərində ikinci yeni Poylu körpüsü
inşa edilib və iki istiqamətli hərəkət təmin olunub. Əsaslı təmir edilən xətlərdə
maksimal sürətin saatda 140 kilometrə çatdırılması nəzərdə tutulur. Dəyişən cərəyana
keçidlə əlaqədar enerji və rabitə sisteminin tam yenilənməsi, yeni lokomotiv və
vaqonların alınması, mərkəzi dispetçer idarəetmə sisteminin yaradılması
istiqamətində işlər davam etdirilir.
16
Beləliklə,Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin
işə düşməsi Azərbaycanın dövlət müstəqilliyinin gücləndirilməsində, iqtisadi
qüdrətinin artırılmasında yeni mühüm strateji amilə çevriləcəkdir. Bütün bu aktual
səciyyə daşıyan real görüntülər, Bakı-Tbilisi-Qars kəmərinin siyasi qüdrəti, strateji
dəyəri, iqtisadi şəmərəsi, onun Azərbaycanın, regionun, bütövlükdə dünya
16
16
Bakı-Tibilisi-Qars dəmir yolu xətti: iqtisadi dəyərləndirmələr
və sosial
effektlər. Avroasiyada yeni inteqrasiya təşəbbüsləri: Mövcud vəziyyət və gözləntilər. II
Avroasiya Sosial elmlər forumunun materialları. Bakı: “İqtisad Universiteti” Nəsriyyatı
.
74
iqtisadiyyatının artım tempinə sosial-iqtisadi töhfəsi olacaqdır. Bakı-Tbilisi-Qars
dəmir yolu xətti Avropa ilə Asiya arasında daşınmalarda yekun bənd kimi çıxış edir.
Bu layıhənin tarixi İpək yolu üzərində qurulması region ölkələri üçün onun
cəlbediciliyini artırır və eyni zamanda bu coğrafiyada yerləşən türkdilli ölkələrin
inteqrasiyasında mühüm əhəmiyyət daşıyır.
3.2.”Şimal-Cənub” Beynəlxalq nəqliyyat dəhlizi və ondan istifadənin
genişləndirilməsində Azərbaycanın iqtisadi mənfəətləri
Qloballaşan dünya sistemində və inteqrasiya proseslərinin geniş vüsət aldığı bir
dönəmdə əsas xarakterik səciyyəvi xüsusiyyətlərdən biri də tarixən mövcud olan
tranzit marsurutlarinin yenidən bərpasi,restavrasiyayı və yenidən istifadəyə
verilməsidir..Bununla əlaqədar olaraq ,Avrasiya materikində mövcud olan ölkələri
birləşdirən beynəlxalq nəqliyyat dəhlizlərdən olan ―Şimal-Cənub‖ nəqliyyat dəhlizi
mühüm əhəmiyyətə malikdir. Əsasən TRASEKA proqramına alternativ i kimi
dəyərləndirilən ―Şimal-Cənub‖ nəqliyyat dəhlizindən istifadə Süveyş kanalından
keçən yol ilə müqayisədə tranzit yük daşınmasını bir neçə dəfə tez çatmağına imkan
verir, bununla yanaşı, Cənubi Qafqaz, Mərkəzi Asiya ölkələri və İran arasında
iqtisadi və siyasi əlaqələrin daha da genişləndirilməsi üçün mühüm şəraitin
yaradılmasına təkan verir.
Azərbaycan özünün coğrafi mövqeyinə görə iki nəhəng nəqliyyat dəhlizinin kəsişdiyi
məkanda yerləşir. Bu nəqliyyat xətlərinin tam miqyaslı işə düşməsi Azərbaycanın
müstəqilliyinin gücləndirilməsində, iqtisadi qüdrətinin artırılmasında mühüm
əhəmiyyət kəsb edəcəkdir. Azərbaycandan keçən Sərq-Qərb dəhlizi - TRASEKA
Avropa ilə Asiyanı birləşdirən ən kiçik marşrut hesab olunur. Artıq reallaşmaqda olan
bu marşrut ilə hər il millyonlarla ton yük daşınacaqdır. Gələcəkdə isə onun rolu
sərnişin daşınmalarında da artacaqdır. Bununla belə, Azərbaycan üçün onun
ərazisindən keçəcək digər bir qlobal nəqliyyat xətti - Cənub-Simal dəhlizi də mühüm