69
tikinti-rekonstruksiya)
2.2
Axalkalaki-Türkiyə
sərhədi
(Kartsaxi) ərazisində yeni yolun
tikintisi
26,3 km
2.3
Axalkalaki stansiyasının tikintisi,
vağzal,
təkər
arabacıqlarının
dəyişdirilməsi
3,0 km
2.4 Layihədə maksimal sürət
120 km/s
2.5
Relslərarası məsafə Azərbaycan-
Gürcüstan / Türkiyə
1520 mm/ 1435
mm
3
Tariflər - (Əsas Çoxtərəfli Saziş -
Bakı, 08.09.98)
50%-ə
qədər
güzəştin tətbiqi
4
Proqnoz yükdaşımalar
4.1 3-cü istismar ilində
3-5 mln. ton;
4.2 5-ci istismar ilində
6-8 mln. ton;
4.3 8-ci istismar
ilində isə
10 mln. tondan
çox
Mənbə: http://addy.gov.az
.
Ilkin mərhələdə layihə üzrə tikinti işlərinin 2010-cu ildə bitməsi nəzərdə tutulmuşdu.
Lakin 2008-ci ilin yayında baş vermiş Rusiya-Gürcüstan müharibəsi və qlobal
maliyyə böhranı layihənin həyata keçirilməsini ləngitdi. Yeni hesablamalara görə
Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin 2014-cü ilin sonunda istismara verilməsi
proqnozlaşdırılır.
Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin reallaşması Naxçıvan Muxtar
Respublikasını blokadadan çıxararaq onun nəqliyyat müstəqilliyinin təmin
edilməsində də vacib amillərdəndir. Belə ki, Ermənistanın Azərbaycana məlum
təcavüzü nəticəsində paytaxt Bakını Naxçıvanla birləşdirən quru nəqliyyat
70
kommunikasiyaları bağlanmışdır. Sərnişin daşınmaları əsasən hava nəqliyyatının, yük
daşınmaları İran və Türkiyədən keçməklə avtomobil nəqliyyatının üzərinə düşmüş,
tarixi dəmir yolu xətti isə regional və tranzit daşınmalardan kənarda qalmışdır.
Muxtar resbublikanın dəmir yolu problemi Qarabağ probleminin çözülməsinin
spekulyasiya predmetinə çevrilmişdir. Belə hal isə hələ də uzunmüddətli danışıqların
mövzusu olacaqdır. Ona görə də, Bakı-Tbilisi-Qars dəmir yolu xətti layıhəsi ilə bağlı
növbəti plan Qarsdan Naxçıvana ayrıca bir dəmir yolu qolunun çəkilməsini də aktual
bir məsələyə çevirir. Bununla da, Naxçıvan Muxtar Respublikasının nəqliyyat
müstəqilliyi problemi tam təmin ediləcək və oradan da İrana keçid olan dəmir yolu
xətti ilə bütün Yaxın Şərq regionuna çıxış əldə olunacaqdır.
Türkiyə tərəfindən Bosfor boğazında dəmir yolu tunelinin inşası isə Trans-Avropa və
Trans-Asiya dəmir yolu şəbəkələrinin birləşdirilməsi istiqamətində Bakı-Tbilisi-Qars
layihəsini bir qədər də müstəsnalı edəcəkdir. Bununla da, yük və sərnişinlərin birbaşa
olaraq Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçməklə Avropa və Asiyaya
çıxarılması etibarlı təmin olunaraq region ölkələrinin də Avropaya inteqrasiyasının
genişlənməsinə təkan verəcəkdir. Heç şübhə yoxdur ki, Avropa və Asiyanı
birləşdirməklə alternativlərinə nisbətdə ən azı 60 km qısa olacaq bu layıhə digər
ölkələrin də maraqlarına səbəb olacaqdır. Onun imkanlarından qonşu Rusiyanın da
istifadə etməsi reallığa yaxın ehtimal ediləndir. Bu, ilk növbədə, Rusiya ilə Türkiyə
arasında son zamanlar kəskin artan xarici ticarət dövriyyəsi ilə əlaqədardır.
Məlumdur ki, hazırda Rusiya ilə Türkiyə arasında dəmir yolu bağlantısı yoxdur. Bu
layihə isə həmin bağlantıları gerçəkləşdirə bilər.
Bakı-Tbilisi-Qars dəmir yolunun inşası Azərbaycan-Türkiyə iqtisadi və humanitar
əlaqələrinin inkişafına da çox dəyərli əlavə stimullar verəcəkdir. Həm də qeyd
olunmalıdır ki, bu layihənin həyata keçirilməsi iqtisadi səmərəlilik, sürət və vaxt
tezliyi, təhlükəsizlik və etibarlılıq baxımından böyük əhəmiyyət kəsb edir. Gələcəkdə
Avropa və Asiya ölkələrinə məxsus yüklərin bu dəmir yoluna cəlb edilməsi hər iki
istiqamətdə intermodal və konteyner daşımalarının həcmini artıracaqdır. Eyni
zamanda, dəmir yolu xətti ilə yalnız yük qatarlarının deyil, sərnişin qatarlarının da
71
hərəkəti təmin olunacaqdır. Bütün bunlar isə öz növbəsində Bakı-Tbilisi-Qars dəmir
yolu xəttinin çəkilişinin və onun Azərbaycan üçün nə qədər əhəmiyyəti olduğuna bir
daha əsaslar gətirir.
Şəkil 2. Bakı-Tbilisi-Qars dəmir yolu xətti marşrutunun xəritəsi
Mənbə:
http://www.mot.gov.az - Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin saytı
Belə ki, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi region ölkələrinin tranzit
potensialının artmasına, Avropaya inteqrasiya
prosesinin sürətlənməsinə, Avropa
Qonşuluq Siyasəti çərçivəsində əməkdaşlığın daha da inkişaf etdirilməsinə, ölkəmizin
xarici iqtisadi əlaqələrinin genişlənməsinə xidmət edəcək. Layihənin iqtisadi
səmərəlilik və siyasi dividend, sürət və vaxt tezliyi, təhlükəsizlik və etibarlılıq
baxımından da böyük əhəmiyyəti var. Gələcəkdə Avropa və Asiya ölkələrinə məxsus
yüklərin bu dəmir yoluna cəlb edilməsi hər iki istiqamətdə intermodal və konteyner