ÖLÜMDƏn güCLÜ



Yüklə 6,61 Mb.
Pdf görüntüsü
səhifə56/85
tarix17.11.2018
ölçüsü6,61 Mb.
#80797
növüQaydalar
1   ...   52   53   54   55   56   57   58   59   ...   85

olmaq, yalnız bircə uzun gün!  Nəyə görə o, bütün bu vaxt ərzində belə ürəksiz olmuşdu? Üzündə əlini 
gəzdirərkən arıqladağını başa düşdü. Əgər qız bilsəydi, o, necə darıxır, necə əzab çəkir! Uaytholla tərəf 
dönəndə qarşısına iki tanışı çıxdı, onlardan biri evli idi. Onlar da saat on ikidə Şotlandiyaya gedirdilər. 
Ona bu ov necə də darıxdırıcı və mənasız göründü, amma bu vaxta qədər ov onun üçün bütün ilin tacı 
olurdu. Ah, əgər qızla birlikdə Şotlandiyaya getmək mümkün olsaydı!   
 
        Sent-Ceymsk parkına girdi və göl boyunca   tanış oturacaqlarına doğru getməyə başladı və birdən 
qızın orada olduğunu gördü. Artıq heç bir tərəddüd ola bilməzdi,  hər şeyi deyəcəkdi! Qızın əynində 
açıq sarı rəngli muslindən tikilmiş don vardı, oturacağın arxasına söykənib ayaqlarını cütləyərək 
oturmuşdu, əli çətirin dəstəyindəydi, şlyapasının kölgəsi sifətinə düşmüşdü. Sammerxey dərhal ona 
yaxınlaşdı. 
 
      – Cip! Belə çox davam eləyə bilməz. Siz axı bilirsiniz, mən sizə pərəstiş edirəm! Əgər siz məni 
sevmirsinizsə, mən sizdən ayrılmağa məcburam. Cip, axı siz bunu istəmirsiniz? 
 
       Qız etiraz eləyirmiş kimi yüngülcə hərəkət elədi və çox sakit cavab verdi: 
 
       – Əlbəttə, istəmirəm. Məgər mən bunu istəyə bilərəmmi? 
 
       – Demək, siz, hər halda, məni sevirsiniz! 
 
       – Lütfən, gözləyin. Bir az da gözləyin. Biz qayıdandan sonra mən sizə deyərəm. 
 
       – Çoxmu gözləyəcəyəm? 
 
       – Bir ay. Bu mənim üçün də asan deyil. – Qız gözlərini qaldırıb ona baxdı. – Xahiş edirəm, indi bu 
haqda danışmayaq. 
 
       Axşam  klubda siqareti siqaretə calayır və tüstü buludunun arxasından qızın sifətini görürdü, ona 
altdan yuxarı baxanda necəydisə, indi də eləydi və o, özünü gah göylərdə, gah da cəhənnəmdə hiss 
edirdi. 
 
 
 
VI    FƏSİL 
 
 
 
         Eyvanı dənizin cənub sahilinə baxan ev Rozamunda bibinin hansısa tanışı olan rəssama məxsus 
idi, yaxınlıqdakı meşədən aralı düşmüş tənha şam ağaclarının bitdiyi bağla əhatə olunmuşdu. Elə də 
hündür olmayan, ətəyindən kiçik çimərlik başlayan sıldırımın üstündəydi. 
 
         Bütün gecəni yataq otağının pəncərəsindən baxaraq, Cip özünü, sanki, dünyadakı yeganə canlı 
kimi hiss edirdi. Gümüşü rəngə çalan dəniz ləpələri, tənha şam ağacları, soyuq ay işığı, tutqun 
göyümtül səma, ləpədöyəndə çınqılların xışıltısı və səsi, hətta duzlu sərin hava da  ona təkliyi təlqin 
edirdi. Gündüz isə həmin eyni bürkü  ilğımlananda, hətta sahilin sərt otları belə titrəməyəndə, qağayılar 
isə qışqıraraq, suyun üzərində dövrə vuranda Cip özünü yuxudakı kimi hiss edirdi. O çimir və günəşdə 
heç də öz balaca qızından az yanmırdı, ancaq onun qəlbində bütün bu xoşbəxt həyata, bu yay günlərinə, 
qağayılara, parlaq günəşə, dəniz ləpədöyəninə, üfüqdəki ağ yelkənlərə, günəşdə qızınan sakit şam 


ağaclarına, hətta gülümsəyən və riqqətlə vağıldayan uşağına, Bettiyə və digər xidmətçilərinə, bütün bu 
sadəliyə və dincliyə  qarşı belə bir üsyan vardı. 
 
        Hər gün müəyyən olunmuş vaxtda səbirsizliklə poçtalyonu gözləyirdi. Sammerxeyin məktubu elə 
öz məktubu kimi «Mənim əziz dostum» sözləriylə başlayırdı və onları kimə lazımsa, göstərmək olardı. 
Məgər indi qızdan uzaqda öz andını pozaraq onda qızı unutmaq fikri yarana bilməzdimi?  Onun bütün 
həyatı qarşıdaydı və o, öz taleyini heç bir gələcəyi olmayan birisiylə birləşdirəcəkdimi? Məgər hansısa 
mavi gözlü, qızılı saçlı bir qız onu Cipdən ayıra bilməzdimi, belələrinin özündən gözəl olduğun bilirdi! 
Bəs onda necə olardı? İndiyəcən olduğundan çətin olacaqdımı  qız üçün? Hə, olduqca çətin olardı! O 
qədər çətin ki, o, hətta bu haqda düşünmək belə istəmirdi. 
 
        Bir dəfə düz beş gün məktub olmadı. Cip özündə necə kədər və qısqanclıq hissləri baş qaldırdığını 
hiss edirdi, bu hisslər Forsenlə Dafna Uinqi studiyada bir yerdə görəndə məğrurluğu  təhqir olunarkən, 
keçirdiyi hisslərə qətiyyən bənzəmirdi. Bütün bunlar necə də çoxdan olmuşdu! Beşinci gün poçtalyon, 
yalnız balaca Cipə alınan başmaqların hesabını və Uintonla birlikdə ilin bu vaxtında həmişə müalicə 
olunduğu Xarroqeytdə olan Rozamunda bibidən kağız gətirərkən, Cipin ürəyi düşdü. Bu nəydi, 
sondumu?  Kor – koranə bir ümidsizliklə meşəyə tərəf yola düşdü. Ətrafında heç nəyi görmədən, yolu 
seçmədən, özünü adamlardan uzaqda,  boz-qonur gövdələrindən təzə qətran axan ağacların arasında, 
meşədə hiss eləyəndən sonra ayıldı. Özünü yerə ataraq, dirsəklərini şam ağaclarının yerə tökülən iynə 
yarpaqlarına söykədi. Təsadüfi hallarda ağlayan qız göz yaşları axıdırdı, ancaq bu, onu 
yüngülləşdirmədi. Arxası üstə çevrildi və uzun müddət hərəkətsiz halda uzandı. Hətta günün günorta 
çağı da buralarda necə də sakitlik idi. Dənizin səsi buralarda eşidilmirdi, həşəratlar az idi, quşlar 
oxumurdular. Şam ağaclarının uca gövdələri xramlardakı sutunları xatırladırdı, tavanları da tutqun 
çətirlər kimiydi. Mavi göydə təsadüfən buludlar süzürdü. Burada hər şey sakitliyi təlqin edirdi, ancaq 
onun qəlbində sakitlik yox idi! 
 
        Ağacların arasından nə isə tutqun kölgələr keçdi. Sonra bir daha və haradansa iki eşşək çıxıb gəldi, 
onlar dayanaraq, bir-birinin boyunlarını, üzlərini yalamağa başladılar. Dinc heyvanlar belə nəvazişli… 
O, birdən xəcalət çəkdi. Nəyə görə belə həsəd aparır, axı onun həyatda həsəd aparılası hər şeyi vardı! 
Təkcə məhəbbət yox idi, amma o fikirləşirdi ki, heç vaxt da sevgi istəməyəcək! Ah, o indi elə  sevgi 
istəyirdi, nəhayət ki, bütün varlığıyla istəyirdi! 
 
         Diksinərək ayağa sıçradı, üstünə qarışqalar daraşmışdı, onları boynundan və donundan 
təmizləməli oldu. Çimərliyə tərəf getməyə başladı. Əgər o, doğrudan da, başqa birisiylə rastlaşıbsa, 
kimsə onun fikirlərini məşğul eləyibsə, əgər kimsə qızı sıxışdırıb onun həyatından çıxarıbsa, Cip nə   
sözlə, nə də hərəkətlə ona möhtac olduğunu, onu sevdiyini büruzə verməzdi, heç vaxt! Yaxşısı ölmək 
idi! 
 
       Cip günəşin qızdırdığı sahilə çıxdı. Qabarma olmuşdu, dəniz qumu donuq yaşıl şəfəqlərlə 
işıldayırdı, dənizin üzəriylə ilan kimi əyri-üyrü zolaqlar uzanırdı.  Qərb tərəfdə, uzaqda isə qayanın 
qonur, əyilmiş tacı görünürdü, qaya sahili dənizdən ayırmışdı və nağıllardakı xəyala oxşayırdı. Birdən 
Cipin ürəyi elə şiddətlə vurdu ki, az qala nəfəsi kəsiləcəkdi. Elə də hündür olmayan sıldırımın  cığıra 
yaxın tərəfində Sammerxey oturmuşdu!  
 
         O, ayağa qalxdı və Cipin qabağına gəldi. Cip sakit səslə dedi: 
 
       – Hə, bu mənəm. Hardasa belə qaraçı qızı görübsünüzmü? Mən elə bilirdim, siz hələ də 
Şotlandiyadasınız. Osey necədir? – Ancaq burada özünü idarə eləməsi ona xəyanət elədi. 
 


Yüklə 6,61 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə