41
görə,
bütün normal insanlarda nitq (və ya ümumiyyətlə dil – M.Ə),
hər şeydən əvvəl, praktik ehtiyacların ödənilməsinə xidmət edir
1
.
Göründüyü kimi, mahiyyət etibarilə bir-birindən fərqlənməsi-
nə baxmayaraq, hər ikisi insan fəaliyyətlərini tənzimləyən vasitə ol-
duğuna görə L.Blumfild nitq fəaliyyətlərinin qeyri-nitq fəaliyyətləri-
nə ekvivalent olduğunu düşünür. Çünki bu vasitələrin hər ikisi eyni
məqsədə, qarşı tərəfə təsir göstərmək məqsədinə xidmət edir.
§1.8.1. Birgə fəaliyyətdə olan insanlar nitq vasitəsilə və prak-
tik şəkildə bir-birinə təsir göstərə bilər, bu təsirlərə qarşı onların
reaksiyası da ikili xüsusiyyət daşıyır: nitq vasitəsilə və nitqdən kənar
vasitələrlə. L.Blumfild nitq vasitəsilə baş verən reaksiyaları praktik
stimulların əvəzləyicisi hesab edir. Bu baxımdan nitq stimulları və
kommunikantların reaksiyaları praktik xüsusiyyətlərə malikdir
2
.
L.Blumfildin ən başlıca xidmətlərindən
biri nitqin tənzimləyici
funksiyasını müəyyənləşdirməsidir ki, onun bu fikri, demək olar ki,
bütün psixolinqvistik məktəb və istiqamətlər tərəfindən qəbul olun-
muş və inkişaf etdirilmişdir.
Artıq qeyd etdiyimiz kimi, L.Blumfildin nitqlə reallaşan ün-
siyyət modeli behaviorist paradiqmalar çərçivəsində formalaşdığına
görə, “obyektivist” mahiyyət daşıyır, yəni burada kommunikantın
yalnız müşahidə edilə bilən fəaliyyətləri nəzərdən keçirilir və analizə
cəlb olunur. Kommunikantın daxili aktivliyi, onun psixikasında baş
verən proseslər, dil struktur vahidlərinin mənaları isə obyektiv şəkildə
müşahidə imkanlarına malik olmadığına görə bu tədqiqatın
obyektinə daxil edilmir.
§1.8.2. Ünsiyyətdə olan şəxslərin replikaları və praktik
fəaliyyətləri S→R (stimul - reaksiya) sxemi əsasında
səbəb-nəticə
modeli üzrə analiz edilərkən praktik fəaliyyətlər nitqdə ifadə olunan
söyləmlərin mənası hesab edilir.
Bununla belə, analizin obyekti yal-
nız müşahidə edilə bilən fəaliyyətlər olduğuna görə paradiqmalarda
pozulmalar müşahidə edilir. Çünki kommunikant tərəfindən stimul
1
Блумфилд Л. Язык. М., 1968, с. 4.
2
Yenə orada, s. 40.
42
yaradılarkən bu stimulun yaradacağı reaksiya əvvəlcədən təxmin edi-
lir, yəni reaksiya stimuldan əvvələ keçir, başqa sözlə desək, müşahidə
edilməyən, ideal olan fakt tədqiqat obyektinə daxil olur.
Behaviorizmlə bağlı qeyd edilən çatışmazlıqları aradan qaldır-
maq məqsədi ilə onu təkmilləşdirməyə bir sıra cəhdlər göstərilmişdir.
§ 1.9. Ç.Morrisin neobehaviorizmi – dispozisya
İnsan davranışlarının yeni keyfiyyətdə şərhinə yönələn, neo-
behaviorizm kimi təqdim olunan yeni
psixolinqvistik istiqamətin
banisi Ç.Morrisdir.
“Nitq fəaliyyəti nəzəriyyəsi” tərəfdarlarının şiddətli tənqidinə
məruz qalmasına baxmayaraq, Ç.Morris nitq vasitəsilə ünsiyyətin
analizində düzgün və asanlıqla isbat oluna bilən təsəvvürlərdən çıxış
edərək göstərir ki, bəzi hallarda insan işarəyə də, onun əvəz etdiyi
əşyaya da eyni tərzdə reaksiya göstərir, yəni əşya və onun işarəsi eyni
reaksiya ilə qarşılanır. Əşya və onun işarəsinə insan
tərəfindən veri-
lən reaksiyanı müşahidə etməyin mümkün olmadığı halları izah
etmək məqsədi ilə Ç.Morris “dispozisya”, yəni reaksiya verməyə
hazırlıq anlayışından istifadə edir.
Klassik behaviorizmdə işarənin mənası stimul kimi çıxış edən
“işarə gövdəsi”nə qarşı göstərilən reaksiya idisə, Ç.Morrisdə işarənin
mənası dispozisyadır, yəni stimula qarşı reaksiyaya hazırlıqdır və
Ç.Morrisin fikrincə, bu məna gələcəkdə, başqa şəraitlərdə üzə çıxa-
caq, reallaşacaqdır.
“İstər klassik behaviorizm, istərsə də neobehaviorizm nitq
vasitəsilə ünsiyyətin necə baş verdiyini və ünsiyyətə xidmət edən dil
struktur vahidlərinin insan tərəfindən necə mənimsənildiyini şərh edə
bilmədi”
1
kimi son dərəcə kəskin və bir qədər də qərəzli tənqidi
fikirlər mövcud olsa da, bizcə,
klassik behaviorizm də, neobehavio-
rizm də qeyd olunan məsələləri öz metodologiyasına, meyarlarına
uyğun şəkildə şərh etməyi bacarmışdır.
1
Тарасов Е.Ф.Тенденции развития психолингвистики.Москва «Наука», 1987, c. 37.
43
Behaviorizm və neobehaviorizm həm, ümumiyyətlə, psixolin-
qvistikanın, həm onun üçüncü nəsli və ya pilləsi adlandırılan “Nitq
fəaliyyəti nəzəriyyəsinin”, həm də bu tədqiqat əsərində təqdim
olunan nəzəri mövqeyimizin formalaşmasında müəyyən pozitiv rol
oynamışdır.
§ 1.10. Alışılmış situativ məqamlar analogiyası və
situativ xarakterli psixoloji vəziyyət prınsipi
Nitq və onun ötürülməsi ilə bağlı verilən informasiyanın ger-
çəkliyi əks etdirməsi baxımından ən real fikrə A.A. Potebnyada rast
gəlirik. A.Potebnya nitqin ötürülməsini müşayiət edən psixoloji
prosesləri
belə şərh edir ki, sözün tərkibi mürəkkəb məzmunun
işarəsi olsa da, həmin səs tərkibinin başqasına ötürülməsi ilə məzmun
bütün çalarları ilə informasiyanın ötürüldüyü şəxsə verilmir. Həmin
məzmun çalarları informasiyanın ötürüldüyü şəxsin özü tərəfindən
yaradılır
1
.
Bizcə, burada ötürülən informasiya və yaranan məzmun çalar-
larının bəzi hallarda fərqli olduğunu və bu fərqliliyi yaradan iki
başlıca səbəbi qeyd etmək lazımdır ki, bunlardan birincisi
alışılmış
situativ məqamlar analogiyası, ikincisi isə
situativ xarakterli psixoloji
vəziyyət prınsipidir.
§1.10.1. Alışılmış situativ məqamlar analogiyası dedikdə, eyni
fəaliyyətləri daima eyni situativ şəraitdə icra etməyə alışmış və
müvafiq dil struktur vahidinə kodlaşdırmış olan informasiya ilə bağlı
yaranan məzmun çalarlarının müxtəlif passiv kommunikantlarda ya-
ratdığı məna çaları fərqi nəzərdə tutulur. A.Şaffın
terminoloji meyar-
larından istifadə etməklə “effektiv ünsiyyət”in
2
oppozisiyası kimi
qeyri-effektiv ünsiyyət adlandıra biləcəyimiz bu ünsiyyət formasında
aktiv kommunikant tərəfindən ötürülən eyni dil struktur vahidlərinin
müxtəlif passiv kommunikantların təfəkküründə oyatdığı birinci
1
Потебня А.А. Из записок по теории словесности. Харьков, 1905, стр. 599-600.
2
Шафф А. Введение в семантику, М., 1963: c. 343-344.
44
intellekt obrazları qismən fərqlənəcəkdir. Bu zaman eyni kod qrupları
tərkibində oyanan əlavə obrazlarda da böyük fərqlərin ola bilməsi
istisna edilmir.
Saatlı rayonunda “Size asıl Türk sofrası açtırdım ve güzel bir
plov yaptırdım”- deyərək Ankaralı həmkarımla məni evinə dəvət
edən Əhməd adlı bir Axısqa türkünün evinə gəlincəyə qədər yalnız
Ankaralı həmkarım, qonaq otağına girdikdə isə hər ikimiz şok
vəziyyətinə düşməsək də, ən azı təəccübləndik.
Ankara yeməkxanalarında plovların qaynadılmış düyüdən
başqa bir şey olmadığını bilən həmkarım astadan mənə “Çok acık-
tım, bir plovla yetinemem, etli birşeyler yemek istiyorum” deyir, bir
bəhanə ilə Əhməddən ayrılıb restorana getməyi xahiş edirdi. Mən
ona bizim plovlar haqqında qısa izahat verdim və o, sakitləşdi. Qo-
naq otağında yerə atılmış döşəkləri və sərilmiş süfrəni gördükdə
Axısqa türklərində “asıl türk sofrası”nın
nə demək olduğunu tam
mənası ilə bilmədiyimi mən də etiraf etməli oldum.
Psixoloji baxımdan alışılmış situativ məqamlar analogiyası
yalnız ali şüur daşıyıcısı olan insanla, eləcə də yüksək şüur fəaliyyəti
olan dil və ya nitqlə bağlı bir norma deyil. Onu istənilən inkişaf sə-
viyyəsinə malik canlılarda yaradılan şərti reflekslərdə də müşahidə
etmək mümkündür.
Məsələn, müxtəlif qaranlıq otaqlarda olan iki itdən birinə eyni
rəngdə lampanı yandırmaqla uzun müddət yemək verib, digərinə isə
iynə vurduqda, bu itlərdə həmin rəngə qarşı müvafiq şərti refleks
yaranır. Həmin itləri eyni bir qaranlıq otağa salıb həmin rəngdə işığı
yandırdıqda itlərdən birində şirə ifrazı, digərində isə qorxu və ya
həyəcan hissi müşahidə olunur.
İtlərin verilən komandaların mənasına deyil,
sadəcə səs tərki-
binə reaksiya verdiyini sübut etmək və bu alışqanlığın da daha bir
şərti refleks olduğunu sübut etmək məqsədi ilə 1981-ci ildə Hərbi
Kinoloqların Mərkəzi Məktəbində (Moskva vilayəti, Dmitrev şəhəri)
praporşik Səlimqariyevin eyni cins (Şərqi Avropa ovçarkası) və
yaşda (5 aylıq) olan itlərlə apardığı 6 aylıq məşqlər nəticəsində adları