37
§1.5.1. V.Vundt öz tədqiqatlarında
dili həm sistem (öz müasiri
olan dilçilərin cümlənin quruluşu haqqında mülahizələrindən istifadə
edirdi), həm də qabiliyyət (nitq mexanizmi) kimi nəzərdən keçirir.
Dilin qabiliyyət və ya nitq mexanizmi olması V.Vundtun tədqiqatla-
rında mənimsənilən obyekt
(dərk olunan gerçəklik elementi
– M.Ə)
haqqında ümumi təsəvvür (Gesamtvorstellung) formalaşdırmaq və
bu təsəvvürü struktur əlaqələri ilə bir-birinə bağlı olan daxili hissələri-
nə parçalamaq (strukturlarına ayırmaq), həmçinin bu ümumi təsəv-
vürləri sözlərlə ifadə etmək – ümumilikdə qabiliyyət kimi şərh olu-
nur. V.Vundtun qənaətinə görə, ümumi təsəvvürün hissələri arasın-
dakı əlaqələrin strukturu cümlənin strukturu üçün əsas rolu oynayır
1
.
V.Vundt
belə hesab edir ki, nitqin mənimsənilməsi prosesi
onun xarici formasının qəbulu ilə başlayır. Xarici formanın analizi
cümlənin sintaktik strukturunun və bu da öz növbəsində ümumi
təsəvvürün daxili elementləri arasındakı struktur əlaqələrinin, yəni
cümlə yaradarkən kommunikantın sözlərlə ifadə etdiyi əqli, fikri
məlumatın müəyyənləşdirilməsinə şərait yaradır. Bəzi obyektlərin
mənimsənilməsi zamanı yaranan ümumi təsəvvürlər daxili element-
lərinə parçalanır ki, bu elementlər arasındakı əlaqələr əvvəlcə
subyekt-predikat söyləmləri arasındakı məntiqi münasibətlər şəklində
təsvir olunur və bundan sonra cümlədə sözlərlə ifadə edilir.
V.Vundta görə, nitqi yaratma və onu mənimsəmə funksiyaları
tək bir məqsədə xidmət edir ki, bu da aktiv kommunikantın nitq
obyekti ilə bağlı ümumi təsəvvürlərini passiv kommunikantın həmin
obyektlə bağlı ümumi təsəvvürlərinə çevirməkdir. Nitqin yaradıl-
masına qədərki və ondan sonrakı fəaliyyətləri V.Vundt təfəkkür (və
ya düşünmə) hesab edir.
§1.5.2. Psixologiya tarixində V.Vundt
təfəkkür elementi
nəzəriyyəsinin yaradıcısı kimi tanınır.
Bu nəzəriyyəyə görə, psixoloji
fəaliyyətlərin şərhinin əsasında sadə elementlər dayanır. Bütün
psixoloji proseslər onların qarşılıqlı təsiri nəticəsində yaranır.
1
Wundt W. Völkerpsychologie. Eine untersuchung der Entwicklungsgesetze von Sprache,
Mythos und Sitte. Die Sprache. Stuttgart, 1900. Bd. 1.
38
V.Vundt sadə təfəkkür elementlərindən yaranan psixoloji
proseslərin qanunauyğunluqlarını və daxili səbəblərini izah etməyə
qadir olan tutarlı dəlil və ya şərhlər irəli sürə bilməmişdir. Bununla
belə,
sözlə ifadə olunan mahiyyəti qeyri-söz işarələri arasında
mövcud olan xəyali şəkil kimi qəbul etməyi nitqin yaradılması ilə
bağlı tədqiqatlara daxil etmişdir
1
.
Buradaca
qeyd edək ki, V.Vundtun təfəkkür elementi anlayışı
bu tədqiqatımızda irəli sürülən intellekt obrazı anlayışından mahiyyət
etibarilə əsaslı surətdə fərqlənsə də, bəzi mülahizələrimizin formalaş-
masında əhəmiyyətli dərəcədə rol oynamış, ikinci bir tərəfdən, bizi
eyni yanlış yolla getmək əziyyətindən qurtarmışdır.
Bir faktı da etiraf etməyi özümüzə borc bilirik ki, V.Vundtun
“sözlə ifadə olunmuş mahiyyəti qeyri-söz işarələri arasında mövcud
olan xəyali şəkil kimi qəbul etməsi”, dil struktur vahidinin müstəqil
gerçəklik elementi kimi dərk olunması nəticəsində ikinci intellekt
obrazının yaranmış olması ilə bağlı fikrimizə birbaşa dəstək verir
2
.
§1.5.3. V.Vundt uzunmüddətli fasilələrdən sonra cümlədə söz-
lə ifadə olunan düşüncə məzmununu şərh
etmək məqsədi ilə yenidən
məntiqi anlayışlardan istifadə etmiş
3
və bununla da sanki əvvəlki
əsərləri ilə elmi həqiqətin bir addımlığında dayanmasına baxmaya-
raq, qəflətən ondan üz çevirmişdir.
Qeyd edək ki, nitqdə əks olunan və ya öz mövcudluğunun
yeni forması kimi nitqə çevrilən fikrin bu şəkildə başa düşülməsi
nitqin yaranması və mənimsənilməsi problemləri ilə məşğul olan
sonrakı tədqiqatçıların əsərlərində də öz əksini tapmışdır. Məsələn,
onun bir qədər ixtisar olunmuş formasına N.Xomskinin cümlənin
dərin strukturları ilə bağlı məlum konsepsiyasında
4
, həmin fikrin bir
qədər inkişaf etdirilmiş və eksperimentlərlə əsaslandırılmış formasına
isə N.İ.Jinkinin “universal əşya kodu” anlayışında
5
rast gəlirik.
1
Wundt W. Völkerpsychologie. I. Leipzig, 1912. Bd. 1. Buch 2: Die Sprache.
2
Əsgərov M.B. Gerçəklik elementinin intellekt obrazları. Tədqiqlər. Bakı, 2003, № 4, s. 39-43
3
Wundt W. Völkerpsychologie. I. Leipzig, 1912. Bd. 1. Buch 2: Die Sprache.
4
Хомский Н. Аспекты теории синтаксиса. М., 1972.
5
Жинкин Н.И. Речь как проводник информации. М., 1982.
39
§ 1.6. D.Uotsonun behaviorizm nəzəriyyəsi: S-R
Psixolingvistikanın bir elm sahəsi kimi yaradılması Ç.Osqu-
dun adı ilə bağlansa da
1
, onun ilkin psixoloji əsasını təşkil edən beha-
viorizm nəzəriyyəsinin D.Uotsona aid olduğu qeyd edilir. D.Uotson
psixologiyanı nəzarət oluna bilən eksperimentlərə əsaslanan dəqiq
elm elan edirdi. Behaviorizmin ən başlıca
xidməti ondan ibarətdir ki,
o, dərketmə və insanın xarici uyğunlaşma reaksiyaları arasındakı boş-
luğu doldurmağa çəhd göstərmiş…, sözün tam mənası ilə buna nail
ola bilməsə də, dərketmədən əlavə, insanın xarici aktivliyini, xarici
faktora qarşı göstərilən reaksiyaları eksperimental psixologiyanın ob-
yekti elan etmiş, bu vaxta qədər psixologiyanın yeganə obyekti olan
daxili psixoloji prosesləri isə obyektiv şəkildə qeydə alma imkanı ol-
madığına görə eksperimental tədqiqatların obyekti siyahısından sil-
mişdir. Daxili psixoloji prosesləri, o cümlədən təfəkkür və dərketmə-
ni tədqiqat obyeki hesab etməmək behavioristləri “stimul-reaksiya”
sxemi ilə kifayətlənməyə, nitqin tədqiqini isə nitqyaradan reaksiyalar
səviyyəsinə qədər bəsitləşdirməyə vadar etmişdir
2
.
§ 1.7. İ.Seçenyov və üçpilləli psixoloji akt ideyası
Psixologiyada behaviorizmin hakim mövqe tutması insan nit-
qinin tədqiq olunmasının və eyni zamanda
linqvistika ilə psixologi-
yanın birgə fəaliyyətinin önünə sədd çəkməsə də, bu qəbildən olan
əsərlərin sayının azalmasına, əsas etibarilə kommunikativ reaksiya-
ların araşdırılmasına və qeyri-nitqə əsaslanan ünsiyyətin formal təsvi-
rinə həsr edilən əsərlərin ortaya çıxmasına səbəb olurdu.
Behavioristlərin psixoloji proseslərin təsvirində istifadə
etdikləri iki fazalı “stimul-reaksiya” sxemi İ.M.Seçenov tərəfindən
üçmərhələli tam psixoloji akt kimi təkmilləşdirildi: 1) insana göstəri-
1
Psycholinguistics.A survey of theory and research problems. Ed. By Ch.E.Osgood and
T.A.Sebeok. Baltimore, 1954.
2
Тарасов Е.Ф. Тенденции развития психолингвистики. Москва «Наука», 1987, s. 28-29.
40
lən
xarici təsir, 2) bu təsirlərin insanın daxilində yaratdığı proseslər,
3) xarici cavab fəaliyyətləri
1
.
Seçenov İvan Mixayloviç (1829-1905) rus alimi və filosofu-
dur. “Baş beynin refleksləri” (1866) adlı əsərində şüurlu və təhtəlşüur
fəaliyyətlərin reflekslərə əsaslandığını, hər cür psixoloji aktivliyin
əsasında obyektiv metodlarla öyrənilməsi mümkün olan fizioloji
proseslər dayandığını sübut edirdi. Əsəb sistemində mərkəzi tormoz-
lanmanın, eyni zamanda mərkəzi sinir sistemində ritmik, bioloji pro-
seslərin mövcudluğunu sübut etmiş, hisslərin oyanmasında maddələr
mübadiləsi
prosesinin rolunu şərh etmiş, qanın tənəffüs prosesindəki
rolunu tədqiq etmişdir. Obyektiv fəaliyyət nəzəriyyəsini yaratmış,
əməyin fiziologiyası, yaş fiziologiyası, müqayisəli fiziologiya və
təkamül fiziologiyasının əsasını qoymuşdur. İ.M.Seçenovun əsərləri
dərketmə nəzəriyyələrinin inkişafına təkan vermişdir.
Psixologiyanın predmeti və şüur fəaliyyətinin öyrənilməsi
baxımından İ.M.Seçenovun mövqeyinə qiymət verən M.Q.Yara-
şevski bunu psixologiya elmində əsl inqilab adlandırırdı
2
.
§ 1.8. L.Blumfild: S-R və R-S əvəzlənməsi
L.Blumfild behaviorist mövqedən yanaşmaqla nitq vasitəsilə
reallaşan ünsiyyət haqqında tam təsəvvür yaradan ilk dilçidir. O, nitqi
öz real mühitində əks etdirməyə çalışmış, nitqdən əvvəl və sonra baş
verən praktik hadisələri də göstərmişdir. Ən azı nitqdən sonra baş
verən hadisələrdə nitqin kommunikanta təsiri açıq şəkildə müşahidə
olunur.
L.Blumfild behaviorizmin əsas izahat sxemi olan “stimul-re-
aksiya” sxeminə əsaslanmaqla belə hesab edir ki, insanın həyati ehti-
yacları və onların ödənilməsi məqsədi ilə icra
olunan fəaliyyətlər iki
tip reaksiyada öz əksini tapır. Bunlardan birincisi praktik əməli reak-
siya, ikincisi isə nitq vasitəsilə göstərilən reaksiyadır. Onun qənaətinə
1
Сеченов И.М. Рефлексы головного мозга. Санкт Петербург, 1866.
2
Ярошевский М.Г. Иван Михайлович Сеченев. Л., 1968, с. 177-178.