17
daşdakı intellekt obrazları ilə birləşməsidir;
“
dilin koqnitiv kökləri” - dedikdə, dilin uşaqlar tərəfindən
mənimsənilməsi üçün qrammatikanın formalaşmasına imkan verən
linqvistik nəzəriyyə və qrammatikanın seçilməsi strategiyasının irsən
keçən kökləri nəzərdə tutulur (N.Xomski);
“
dil struktur vahidi” - dedikdə, ayrı-ayrılıqda dili əmələ
gətirən fonetik, leksik, morfoloji, sintaktik vahidlər, norma, qayda və
qanunlar, linqvistik və psixoloji proseslər və fəaliyyətlər nəzərdə
tutulur;
“
dil struktur vahidinin nominallığı” - dedikdə, onların
müstəqil gerçəklik elementi kimi sinktual dərketmə nəticəsində
yaranması və dərketmə prosesinin pozulmayan, pozulması ehtimal
belə edilməyən qaydaları əsasında mənimsənilməsi nəzərdə tutulur;
“
dispozisya” - dedikdə, əşya və onun
işarəsinə insan tərəfin-
dən veriləcək reaksiyaya hazırlıq nəzərdə tutulur;
“filogenez” - dedikdə, dünyada və onun hüdudlarından kənar-
da həyatın mövcud olduğu müddət ərzində bütün orqanik formaların
inkişafı prosesi nəzərdə tutulur;
“
forma” - dedikdə, müəyyən leksik və qrammatik mənalar
yaratmaq məqsədilə müstəqil olaraq və ya identik olan digər forma-
larla birlikdə işlənən söz qəlibləri nəzərdə tutulur;
“
friktual dərketmə” - dedikdə,fiziki təmasla ilə müəyyən
edilən gerçəklik elementinin intellekt obrazının yaranması prosesi
nəzərdə tutulur (
friction – ingilis sözu olub, azərbaycanca mənası
sürtünmə, toxunma, toqquşmadır);
“
gerçəklik elementi” - dedikdə,
obyektiv aləmdə mövcud
olan və ya mövcud olduğu qəbul edilən əşya, varlıq və hadisələr,
anlayış,norma və prinsiplər, həmçinin onların real və ya təsəvvür
olunan əlamət, keyfiyyət, xüsusiyyət və hərəkətləri nəzərdə tutulur;
“intellektual nitq” - dedikdə, sinktual dərketmə nəticəsində
yaranan nitq nəzərdə tutulur;
“
intellekt kodu” - dedikdə, gerçəklik elementi, dil struktur
vahidi, birinci və ikinci intellekt obrazlarının öz aralarında birləşərək
18
əmələ gətirdiyi təfəkkür vahidi nəzərdə tutulur;
“
intellekt obrazı” - dedikdə, gerçəklik
elementinin və ya onun
hissələrinin real və ya təsəvvür olunan əlamət, keyfiyyət, xüsusiyyət
və hərəkətlərinə ekvivalent olan təfəkkür vahidi və ya təfəkkür
proseslərinin reallaşmasını şərtləndirən minimal apellyativ vahid
nəzərdə tutulur;
“
intellekt kodları silsiləsi” - dedikdə, eyni tipli və ya bənzər
xüsusiyyətlərə malik gerçəklik elementlərini əks etdirən intellekt
obrazları və kodlarının böyük qrupları nəzərdə tutulur;
“
qrammatik forma” dedikdə, müəyyən qrammatik məna
yaratmaq, yəni sözlər arasındakı əlaqə və münasibətləri əks etdirmək
məqsədilə işlənən şəkilçilər tipində söz qəlibləri nəzərdə tutulur;
“
kateqoriya” - dedikdə, yaxın
və ya bənzər mənalar ifadə
edən formaların öz aralarında birləşərək əmələ gətirdiyi söz qəlibləri
qrupu nəzərdə tutulur.
“
kombinal nitq” - dedikdə, gündəlik həyatda istifadə edilən
informasiya mübadiləsi prosesində total modullaşma və sinktual
dərketmə nəticəsində yaranan nitq formalarının növbəli şəkildə bir-
birini əvəz etməsi nəticəsində yaranan qarışıq tip nitq nəzərdə tutulur;
“
kommunikal nitq”- dedikdə, dərketmə prosesinin dördüncü
fazasında total modullaşma nəticəsində yaranan nitq nəzərdə tutulur;
“
modullaşma” - dedikdə, gerçəklik elementinin bir apellyativ
vahid növünün digər apellyativ növünə, yəni dərketmə prosesinin
icra olunacağı apellyativ növə çevrilməsi nəzərdə tutulur; modullaş-
manın iki əsas növü mövcuddur:
”transformativ modullaşma” – ger-
çəklik elementinin birinci intellekt obrazında
heç bir dəyişkənlik baş
vermədən bir apellyativ vahidin digər apellyativ vahidə çevrilməsi,
“
reprezentativ modullaşma” - dərk olunmuş gerçəklik elementinə
ekvivalent olan intellekt obrazının müvəqqəti (okkazional) olaraq
yeni mahiyyətdə təqdim edilməsi (yeni situativ məna verilməsi);
“neobehaviorizm” -
behaviorizm psixolinqvistik istiqaməti-
nin yeni qoludur:işarəyə də, onun əvəz etdiyi əşyaya da eyni reaksiya
prinsipinə əsaslanır, reaksiyanın müşahidə olunmadığı halların izahı
19
ilə bağlı “dispozisiya”, yəni reaksiya verməyə hazırlıq anlayışından
istifadə edir, “stimul-dispozisiya-reaksiya” sxeminə əsaslanır, S-D-
R(bu termin
neo və
behaviour kimi ingilis sözlərinin birləşməsindən
əmələ gəlib, Azərbaycan dilində mənası
neo – yeni,
behaviour – isə
davranış, rəftar, reaksiya deməkdir);
“
nihilizm” - hər kəs tərəfindən qəbul olunmuş dəyərləri: ide-
alları, əxlaq normalarını, mədəniyyəti, formalaşmış həyat tərzini
inkar edən ictimai-fəlsəfi cərəyandır. İctimai-tarixi inkişafin böhranlı
dönəmlərində çox geniş yayılmışdır. Rusiyada bu termin İ.S.Turge-
nevin “Atalar və oğullar” romanı ilə eyni vaxtda (1862) geniş şəkildə
yayılmağa başladı. XIX əsr rus publisistikasında bu termindən müha-
fizəkarlar tərəfindən təhqiramiz ləqəb mənasında, inqilabçı-demok-
ratlar
tərəfindən isə, həmin əsrin 60-cı illərində və 70-ci illərin əvvəl-
lərində təhkimçilik ənənələrini inkar edən inqilabi-demokratik hərə-
katın iştirakçılarının adı kimi istifadə olunmuşdur (
nihil – latın sözü
olub, mənası
heç nə deməkdir).
“
nitq” - dedikdə, fərd və ya qruplar arasında okkazional şə-
kildə meydana çıxan, informasiya mübadiləsi ehtiyaclarını ödəməyə
xidmət edən, yazılı və ya şifahi şəkildə istifadə olunan dil struktur
vahidləri zəncirinin sərbəst axını nəzərdə tutulur;
“
nitqin eviristikliyi” - dedikdə, subyеkt tərəfindən optimal
hеsab olunan nitqyaratma üsulundan istifadə olunması nəzərdə tutu-
lur;
“
nitqin unikallığı” - dedikdə, dərketmə prinsiplərinin də-
yişməzliyi fonunda dil struktur vahidlərinin sərbəst və ixtiyari
seçilməsi, məqama uyğunluq müqabilində eviristiklik,
öz dövrünün
ümumi dil normalarına uyğunluq prinsipinə paralel olaraq kommuni-
katın fərdiliyi nəzərdə tutulur;
“obyektivizm” – obyektiv şəkildə müşahidə olunmayan, nəti-
cəsi və ya icrası eksperiment yolu ilə müəyyən edilməyən bütün
fəaliyyətlərin varlığını inkar edən fəlsəfi cərəyan.
“obyektivist psixoloq” – mühəndis psixologiyasına aid olma-
yan hər cür psixoloji fəaliyyəti, o cümlədən bütünlüklə nəzəri psixo-
20
logiyanı inkar edən, onu psixologiya elmindən kənar hesab edən
maddiyyatçı psixoloq.
“okkazional forma” – nitq prosesində konkret kontekst
daxilində və məhz bu kontekstdə işlətmək məqsədi ilə hər hansı bir
məna çalarına malik formanın yaradılması nəzərdə tutulur. Okkazio-
nal formanın əsas əlaməti onun amorfluğunda, leksik və qrammatik
kateqoriyalar arasında keçid mərhələsində olmasındadır.
“ontogenez” - bioloji termin olub, canlının
hüceyrə səviy-
yəsindən mükəmməl orqanizmə çevrilməsinə qədər keçdiyi inkişaf
və təkamül yoludur;
dilin ontogenezi dedikdə, ünsiyyət məqsədi ilə
çıxarılan ilkin çığırtı və səslərdən başlamış müasir səviyyəyə qədər
dilin inkişaf yolu nəzərdə tutulur;
“passiv kommunikant” - dedikdə, informasiya mübadiləsin-
də iştirak edən və informasiyanı qəbul edən şəxs nəzərdə tutulur;
“passiv ünsiyyət” - dedikdə, informasiya mübadiləsində iş-
tirak edən tərəflərdən birinin yalnız informasiya vermək, digər tərəfin
isə yalnız informasiya almaq imkanının olduğu ünsiyyət forması
nəzərdə tutulur;
“pozitivizm” - nəzərdən keçirilən hadisənin və əşyanın ma-
hiyyətini açmağın, daxili təbiətini araşdırmağın məqsəd kimi qarşıya
qoyulmadığı, təcrübə anlayışını fərdi
təcrübə səviyyəsinə qədər
daraldan və müşahidə olunan faktların xarici əlamətlərinin sistemli
təsviri ilə kifayətlənən idealist fəlsəfi cərəyandır;
“praqmatizm” - müasir fəlsəfədə gerçəkliyin obyektivliyini
inkar edən və yalnız praktik fayda verən şeyi həqiqət kimi qəbul edən
cərəyandır. Praqmatiklərə görə, insan təfəkkürü dünyanı dərk etmə-
yə və ya dəyişdirməyə qadir deyil, sadəcə insanı ətraf aləmə uyğun-
laşdıran vasitədir;
“psixolinqvistika” – nitq söyləmlərinin yaranması və mə-
nimsənilməsi qanunauyğunluqları haqqında elmdir. Elm sahəsi kimi
20-ci əsrin 50-ci illərində Amerikada formalaşıb, Rusiyada əsası
L.Vıqotski və L.Şerba tərəfindən qoyulsa da, elmi ədəbiyyatda
istiqamət kimi A.Luriya və A.Leontyevin adı ilə bağlanır.