Linguopsychology



Yüklə 0,54 Mb.

səhifə5/76
tarix17.09.2017
ölçüsü0,54 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   76

 
17
daşdakı intellekt obrazları ilə birləşməsidir; 
dilin koqnitiv kökləri” - dedikdə, dilin uşaqlar tərəfindən 
mənimsənilməsi üçün qrammatikanın formalaşmasına imkan verən 
linqvistik nəzəriyyə və qrammatikanın seçilməsi strategiyasının irsən 
keçən kökləri nəzərdə tutulur (N.Xomski); 
dil struktur vahidi” - dedikdə, ayrı-ayrılıqda dili əmələ 
gətirən fonetik, leksik, morfoloji, sintaktik vahidlər, norma, qayda və 
qanunlar, linqvistik və psixoloji proseslər və  fəaliyyətlər nəzərdə 
tutulur; 
dil struktur vahidinin nominallığı” - dedikdə, onların 
müstəqil gerçəklik elementi kimi sinktual dərketmə  nəticəsində 
yaranması  və  dərketmə prosesinin pozulmayan, pozulması ehtimal 
belə edilməyən qaydaları əsasında mənimsənilməsi nəzərdə tutulur; 
dispozisya” - dedikdə, əşya və onun işarəsinə insan tərəfin-
dən veriləcək reaksiyaya hazırlıq nəzərdə tutulur; 
“filogenez” - dedikdə, dünyada və onun hüdudlarından kənar-
da həyatın mövcud olduğu müddət ərzində bütün orqanik formaların 
inkişafı prosesi nəzərdə tutulur; 
forma” - dedikdə, müəyyən leksik və qrammatik mənalar 
yaratmaq məqsədilə müstəqil olaraq və ya identik olan digər forma-
larla birlikdə işlənən söz qəlibləri nəzərdə tutulur; 
friktual dərketmə” - dedikdə,fiziki təmasla ilə müəyyən 
edilən gerçəklik elementinin intellekt obrazının yaranması prosesi 
nəzərdə tutulur (friction – ingilis sözu olub, azərbaycanca mənası 
sürtünmə, toxunma, toqquşmadır)
gerçəklik elementi” - dedikdə, obyektiv aləmdə mövcud 
olan və ya mövcud olduğu qəbul edilən  əşya, varlıq və hadisələr, 
anlayış,norma və prinsiplər, həmçinin onların real və ya təsəvvür 
olunan əlamət, keyfiyyət, xüsusiyyət və hərəkətləri nəzərdə tutulur; 
“intellektual nitq” - dedikdə, sinktual dərketmə  nəticəsində 
yaranan nitq nəzərdə tutulur; 
intellekt kodu” - dedikdə, gerçəklik elementi, dil struktur 
vahidi, birinci və ikinci intellekt obrazlarının öz aralarında birləşərək 
 
18
əmələ gətirdiyi təfəkkür vahidi nəzərdə tutulur; 
intellekt obrazı” - dedikdə, gerçəklik elementinin və ya onun 
hissələrinin real və ya təsəvvür olunan əlamət, keyfiyyət, xüsusiyyət 
və  hərəkətlərinə ekvivalent olan təfəkkür vahidi və ya təfəkkür 
proseslərinin reallaşmasını  şərtləndirən minimal apellyativ vahid 
nəzərdə tutulur; 
intellekt kodları silsiləsi” - dedikdə, eyni tipli və ya bənzər 
xüsusiyyətlərə malik gerçəklik elementlərini  əks etdirən intellekt 
obrazları və kodlarının böyük qrupları nəzərdə tutulur; 
qrammatik forma” dedikdə, müəyyən qrammatik məna 
yaratmaq, yəni sözlər arasındakı əlaqə və münasibətləri əks etdirmək 
məqsədilə işlənən şəkilçilər tipində söz qəlibləri nəzərdə tutulur; 
kateqoriya”  - dedikdə, yaxın və ya bənzər mənalar ifadə 
edən formaların öz aralarında birləşərək əmələ gətirdiyi söz qəlibləri 
qrupu nəzərdə tutulur. 
kombinal nitq” - dedikdə, gündəlik həyatda istifadə edilən 
informasiya mübadiləsi prosesində total modullaşma və sinktual 
dərketmə nəticəsində yaranan nitq formalarının növbəli şəkildə bir-
birini əvəz etməsi nəticəsində yaranan qarışıq tip nitq nəzərdə tutulur; 
kommunikal nitq”- dedikdə, dərketmə prosesinin dördüncü 
fazasında total modullaşma nəticəsində yaranan nitq nəzərdə tutulur; 
modullaşma” -  dedikdə, gerçəklik elementinin bir apellyativ 
vahid növünün digər apellyativ növünə, yəni dərketmə prosesinin 
icra olunacağı apellyativ növə çevrilməsi nəzərdə tutulur; modullaş-
manın iki əsas növü mövcuddur:”transformativ modullaşma” – ger-
çəklik elementinin birinci intellekt obrazında heç bir dəyişkənlik baş 
vermədən bir apellyativ vahidin digər apellyativ vahidə çevrilməsi, 
reprezentativ modullaşma”  - dərk olunmuş gerçəklik elementinə 
ekvivalent olan intellekt obrazının müvəqqəti (okkazional) olaraq 
yeni mahiyyətdə təqdim edilməsi (yeni situativ məna verilməsi); 
“neobehaviorizm” - behaviorizm  psixolinqvistik istiqaməti-
nin yeni qoludur:işarəyə də, onun əvəz etdiyi əşyaya da eyni reaksiya 
prinsipinə əsaslanır, reaksiyanın müşahidə olunmadığı halların izahı 


 
19
ilə bağlı “dispozisiya”, yəni reaksiya verməyə hazırlıq anlayışından 
istifadə edir, “stimul-dispozisiya-reaksiya” sxeminə  əsaslanır, S-D-
R(bu termin neo  behaviour kimi ingilis sözlərinin birləşməsindən 
əmələ gəlib, Azərbaycan dilində mənası neo – yeni, behaviour – isə 
davranış, rəftar, reaksiya deməkdir); 
nihilizm” -  hər kəs tərəfindən qəbul olunmuş dəyərləri: ide-
alları,  əxlaq normalarını, mədəniyyəti, formalaşmış  həyat tərzini 
inkar edən ictimai-fəlsəfi cərəyandır. İctimai-tarixi inkişafin böhranlı 
dönəmlərində çox geniş yayılmışdır. Rusiyada bu termin İ.S.Turge-
nevin “Atalar və oğullar” romanı ilə eyni vaxtda (1862) geniş şəkildə 
yayılmağa başladı. XIX əsr rus publisistikasında bu termindən müha-
fizəkarlar tərəfindən təhqiramiz ləqəb mənasında, inqilabçı-demok-
ratlar tərəfindən isə, həmin əsrin 60-cı illərində və 70-ci illərin əvvəl-
lərində təhkimçilik ənənələrini inkar edən inqilabi-demokratik hərə-
katın iştirakçılarının adı kimi istifadə olunmuşdur (nihil – latın sözü 
olub, mənası heç nə deməkdir).  
nitq” - dedikdə, fərd və ya qruplar arasında okkazional şə-
kildə meydana çıxan, informasiya mübadiləsi ehtiyaclarını ödəməyə 
xidmət edən, yazılı  və ya şifahi  şəkildə istifadə olunan dil struktur 
vahidləri zəncirinin sərbəst axını nəzərdə tutulur; 
nitqin eviristikliyi” - dedikdə, subyеkt tərəfindən optimal 
hеsab olunan nitqyaratma üsulundan istifadə olunması nəzərdə tutu-
lur; 
nitqin unikallığı” - dedikdə, dərketmə prinsiplərinin də-
yişməzliyi fonunda dil struktur vahidlərinin sərbəst və ixtiyari 
seçilməsi, məqama uyğunluq müqabilində eviristiklik, öz dövrünün 
ümumi dil normalarına uyğunluq prinsipinə paralel olaraq kommuni-
katın fərdiliyi nəzərdə tutulur;  
“obyektivizm” – obyektiv şəkildə müşahidə olunmayan, nəti-
cəsi və ya icrası eksperiment yolu ilə müəyyən edilməyən bütün 
fəaliyyətlərin varlığını inkar edən fəlsəfi cərəyan.   
“obyektivist psixoloq” – mühəndis psixologiyasına aid olma-
yan hər cür psixoloji fəaliyyəti, o cümlədən bütünlüklə nəzəri psixo-
 
20
logiyanı inkar edən, onu psixologiya elmindən kənar hesab edən 
maddiyyatçı psixoloq.   
 “okkazional  forma” – nitq prosesində konkret kontekst 
daxilində və məhz bu kontekstdə işlətmək məqsədi ilə hər hansı bir 
məna çalarına malik formanın yaradılması nəzərdə tutulur. Okkazio-
nal formanın əsas əlaməti onun amorfluğunda, leksik və qrammatik 
kateqoriyalar arasında keçid mərhələsində olmasındadır.   
 “ontogenez” - bioloji termin olub, canlının hüceyrə  səviy-
yəsindən mükəmməl orqanizmə çevrilməsinə  qədər keçdiyi inkişaf 
və təkamül yoludur; dilin ontogenezi  dedikdə, ünsiyyət məqsədi ilə 
çıxarılan ilkin çığırtı və səslərdən başlamış müasir səviyyəyə qədər 
dilin inkişaf yolu nəzərdə tutulur; 
“passiv kommunikant” - dedikdə, informasiya mübadiləsin-
də iştirak edən və informasiyanı qəbul edən şəxs nəzərdə tutulur; 
“passiv ünsiyyət” - dedikdə, informasiya mübadiləsində  iş-
tirak edən tərəflərdən birinin yalnız informasiya vermək, digər tərəfin 
isə yalnız informasiya almaq imkanının olduğu ünsiyyət forması 
nəzərdə tutulur;  
“pozitivizm”  - nəzərdən keçirilən hadisənin və əşyanın ma-
hiyyətini açmağın, daxili təbiətini araşdırmağın məqsəd kimi qarşıya 
qoyulmadığı, təcrübə anlayışını  fərdi təcrübə  səviyyəsinə  qədər 
daraldan və müşahidə olunan faktların xarici əlamətlərinin sistemli 
təsviri ilə kifayətlənən idealist fəlsəfi cərəyandır;  
“praqmatizm” - müasir fəlsəfədə gerçəkliyin obyektivliyini 
inkar edən və yalnız praktik fayda verən şeyi həqiqət kimi qəbul edən 
cərəyandır. Praqmatiklərə görə,  insan təfəkkürü dünyanı dərk etmə-
yə və ya dəyişdirməyə qadir deyil, sadəcə insanı ətraf aləmə uyğun-
laşdıran vasitədir; 
“psixolinqvistika”  –  nitq söyləmlərinin yaranması  və  mə-
nimsənilməsi qanunauyğunluqları haqqında elmdir. Elm sahəsi kimi 
20-ci  əsrin 50-ci illərində Amerikada formalaşıb, Rusiyada əsası 
L.Vıqotski və L.Şerba tərəfindən qoyulsa da, elmi ədəbiyyatda 
istiqamət kimi A.Luriya və A.Leontyevin adı ilə bağlanır.  




Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   76


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə