Baki avrasiya universiteti NİĞde üNİversitesi



Yüklə 4,88 Mb.
Pdf görüntüsü
səhifə188/204
tarix23.01.2018
ölçüsü4,88 Mb.
#22347
1   ...   184   185   186   187   188   189   190   191   ...   204

382 

III. Uluslararası Türk Dünyası Araştırmaları Sempozyumu 

olunmuşdur.  Atəşkəs  müqaviləsini  imzalayan  Ermənistan  Dağlıq  Qarabağ  və  ətrafındakı  yeddi 

rayonumuzu işğal altında saxlamaqla zamanın məhz onun xeyrinə işləyəcəyini düşünürdü. Ancaq 1994-

cü  ilin  sentyabrında  neft  müqavisi  imzalandıqdan  sonra  Azərbaycan  Amerika  Birləşmiş  Ştatlarının  və 

Qərbin  maraq  dairəsinə  çevrilməyə  başladı.  Çeçenlərin  Rusiya  ilə  müharibəsi  də  bizim  vaxt 

qazanmağımıza səbəb oldu. Rus-Çeçen müharibəsi başladığı zaman Rusiya ilk öncə çeçen məsələsini ön 

plana çıxardı. Azərbaycanla bağlı siyasətini isə bir müddət təxirə saldı. Rusiyanın məqsədi Azərbaycanı 

ermənilərin  əliylə  əzmək,  burada  öz  hakimiyyətini  bərqərar  etmək  idi.  Əbülfəz  Elçibəyin  hakimiyyəti 

dövründə rus qoşunları Azərbaycanı tərk etmək məcburiyyətində qaldılar. Bu hadisə o dövr üçün nonson 

idi.  Çünki,  o  zaman  heç  bir  keçmiş  Sovet  ölkəsi  bunu  etmək  iqtidarında  deyildi.  Rus  qoşunları 

Azərbaycanı  tərk  etdiyi  zaman  rus  hərbi  elitası  buralara  yenidən  qayıdacaqlarını  düşünürdülər.  Amma 

hadisələr elə cərəyan etdi ki, neft müqaviləsi imzalandı, Rusiya isə çeçenlərlə müharibədə məğlub oldu. 

Atəşkəsin  bu  qədər  uzun  çəkməsi  və  bu  müddət  ərzində  Azərbaycanın  iqtisadi  və  hərbi  cəhətdən 

möhkəmlənməsinin əsas səbəbi Rusiyanın Çeçenistandakı məğlubiyyəti olduğunu demək mümkündür. 

Qeyd  etmək  lazımdır  ki,  Ermənistan  dəfələrlə  Azərbaycanla  sülh  bağlamağa  cəhd  etmişdir. 

Ermənistanın  keçmiş  prezidenti  Levon  Ter-Petrosyan  dəfələrlə  bəyanat  vermişdi  ki,  Azərbaycanla  sülh 

bağlanmasa Ermənistanın gələcəyi yoxdur. İlk dəfə 1998-ci ildə Levon Ter-Petrosyan Azərbaycana təklif 

etmişdi  ki,  Dağlıq  Qarabağ  ətrafındakı  7  rayonu  qaytara  bilərlər,  yetərki    Dağlıq  Qarabağın  statusu 

müəyyən  olunsun,  sonra  isə  ikili  əlaqələrimiz  möhkəmlənsin.  Prinsip  etibarilə  Azərbaycan    tərəfi    bu 

şərtlərə razı idi. Ancaq çox keçmədən Levon Ter-Petrosyan vəzifəsindən uzaqlaşdırıldı, yerinə isə Dağlıq 

Qarabağ separatçılarının başçısı Pobert Koçaryan gətirildi. 

İkinci  dəfə  1999-cu  ildə  Heydər  Əliyev  Robert  Koçaryana  məsləhət  verdi  ki,  Ermənistanın  ən 

məşhur və  güclü, eyni zamanda Rusiyanın da dəstəklədiyi baş nazir Vazgen Sarkisyan  və Ermənistanın 

digər bir tanınmış siyasətçisi Karen Dəmirçiyanla danışıqlar aparıb bu mövzuda onların da dəstəyini alsın. 

Belə  vəziyyətdə  Rusiyanın  da  sülhün  əldə  olunmasına  maneçilik  törətməsi  mümkün  olmayacaq  və 

bölgədə  arzuolunan  daimi  sabitlik  təmin  olunacaqdır.  Azərbaycanın  keçmiş  prezidenti  Heydər  Əliyev 

Koçaryanla  bunu  İsveçrədə  açıq  şəkildə  üzbə-üz  görüşdə  müzakirə  etmişdi.  Rusiyanın  danışıqlara 

müdaxilə edə bilməməsi üçün İsveçrə görüş yeri olaraq seçilmişdi. Bu danışıqların mahiyyətindən Qərb 

ölkələri  xəbərdar  ola  bilərdilər,  amma  rusların  bu  məlumatları  əldə  etmələri  mümkün  deyildi.  Heydər 

Əliyev  bəzi  güzəştlərə  getmək,  regionda  sülhə  nail  olmaq  istəyirdi.  Eyni  zamanda  yeddi  rayonun 

Ermənistan  tərəfindən  sülhməramlıların  bu  əraziyə  gətirilmədən  Azərbaycana  geri  qaytarılmasının  da 

Azərbaycan  üçün  böyük  əhəmiyyət  kəsb  etdiyini  yaxşı  dərk  edirdi. Təəssüflər  olsun  ki,  bu  görüşmədən  

bir  neçə  gün  sonra  erməni  parlamenti  qəfil  silahlı  hücuma  məruz  qaldı.  Vazgen  Sarkisyan,  Karen 

Dəmirçiyan və  Ermənistanın bir neçə naziri parlamentdə güllələndi. 

1999-cu  ilin  noyabr  ayında  ATƏT-in  İstanbul  sammitinin  baş  tutması  gözlənilirdi.  İstanbul 

sammitinin gündəliyində iki əhəmiyyətli məsələ var idi. Birincisi; Rusiyanın hərbi bazalarının Gürcüstan 

ərazisindən  çıxarılması,ikincisi  isə;  Azərbaycanla-Ermənistan  arasında  sülh  müqaviləsinin  imzalanması. 

Həmin  müddətdə  Azərbaycanda  iki  yüksək  vəzifəli  şəxsin  istefasından  və  Ermənistan  parlamentinin 

silahlı  hücuma  məruz  qalmasında  sonra  İstanbul  sammiti  Qarabağ  məsələsini  gündəlikdən  çıxardı. 

Sammitin yekun sənədində isə yazıldı ki, Azərbaycanda iki böyük vəzifəli şəxsin, yəni xarici işlər naziri 

Tofiq Zülfüqarovun, prezident katibliyinin rəhbəri Eldar Namazovun istefası və Ermənistan parlamentinin 

silahlı  hücuma  məruz  qalması  səbəbindən  Dağlıq  Qarabağ  məsələsinin  müzakirəsi  gündəlikdən 

çıxarılmışdır. 

Ermənistanın  üçüncü  prezidenti  Serj  Sarkisyan  Azərbaycan  Respublikasının  Prezidenti  İlham 

Əliyevlə dəfələrlə Qarabağ münaqişəsinin nizamlanma yollarını müzakirə ediblər. Qeyd etmək lazımdır 

ki, bu görüşlərin əksəriyyəti məhz Rusiyanın vasitəçiliyi ilə baş tutmuşdur. Amma bu və digər formatda 

baş  tutmuş  müzakirələrin  heç  birində  konkret  nəticə  əldə  edilməmiş  və  Ermənistan  tərəfindən  bölgədə 

status  kvo-nun  saxlanılmasına,  münaqişənin  daha  uzun  müddətə  dondurulmasına  çalışılmışdır. 

Ermənistanın status kvo-nun saxlanılmasına səbəbkarlardan biri də ATƏT-in Minsk qrupunun destruktiv 

mövqeyi səbəb olmuşdur. Azərbaycan Respulikasının Prezidenti İ.Əliyev dəfələrlə bildirmişdir ki, bizim 

üçün  status  kvo  dözülməz  və  qəbul  edilməzdir.  Bütün  bunlara  baxmayaraq,  dünya  ictimaiyyəti 

Ermənistanın işğalçı siyasətinə göz yumur və onun mövqeyini dəyişməsi üçün ona təzyiq etmirlər. 

Məhz  belə  bir  danışıqların  dalana  dirəndiyi  zamanda    aprelin  1-dən  etibarən  Ermənistan  silahlı 

qüvvələrinin təmas xəttində yerləşən mövqelərimizə qarşı hücuma keçmişdir. Ermənilərin bu hücumunu 

dəf etdikdən sonra Azərbaycan silahlı qüvvələri cəbhə boyu əks hücuma keçmişdir .Qeyd etmək lazımdır 

ki, bu, son günlərdə ermənilərin ilk hücumu deyildir. Bir neçə gün bundan əvvəl Azərbaycan-Ermənistan 



Yüklə 4,88 Mb.

Dostları ilə paylaş:
1   ...   184   185   186   187   188   189   190   191   ...   204




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə