Baki avrasiya universiteti NİĞde üNİversitesi



Yüklə 4,88 Mb.
Pdf görüntüsü
səhifə185/204
tarix23.01.2018
ölçüsü4,88 Mb.
#22347
1   ...   181   182   183   184   185   186   187   188   ...   204

376 

III. Uluslararası Türk Dünyası Araştırmaları Sempozyumu 

 



NAXÇIVAN DIYARINDA XALÇAÇILIQ SƏNƏTININ INKIŞAFINA DAIR 

Prof. Dr. Vidadi MURADOV

 

Xülasə:  Naxçıvan  diyarında  hələ  eneolit  dövründə  meydana  gəlmiş  xalçaçılıq  erkən  orta  əsrlər  dövründən 



başlayaraq  müstəqil  sənət  sahəsinə  çevrildi.  İşçi  qüvvəsinin  və  xammal  ehtiyatlarının  bolluğu  orta  əsrlər 

dövründə Naxçıvan diyarının xalçaçılıq sənətinin mühüm mərkəzlərindən birinə çevrilməsinə səbəb olmuşdu. 

Heç  də  təsadüfi  deyil  ki,  Naxçıvan  diyarı  şəddə  və  vərni  kimi  xalça  məmulatlarının  istehsal  edildiyi  ilk 

ərazilərdən hesab edilir. XVIII-XX əsrin əvvəllərində xarici bazarlarda xalça məmulatlarına tələbatın kəskin 

şəkildə  artması  Naxçıvan  diyarında  da  bu  sənətin  inkişafına  güclü  təkan  vermişdi.  Bölgədə  istehsal  edilən 

xalça məmulatlarının artıq xeyli hissəsi bazara çıxarılırdı.  



Açar sözlər: Naxçıvan diyarı, xalçaçılıq, sənət, inkişaf, xammal, yun, məmulat  

On the History of Development of Carpet Weaving Art in Nakhchivan 

Abstract:  Carpet  weaving  emerged  during  the  Eneolithic  period  in  Nakhchivan  and  turned  into  an 

independent  art  field  as  of  the  early  medieval  period.  The  abundance  of  workforce  and  raw  materials  in 

Nakhchivan resulted in Nakhchivan being one of the important carpet weaving centers in the Middle Ages. It 

is no coincidence that Nakhchivan is considered one of the territories where shedde and verni carpet products 

were  first  produced.  The  increase  in  the  demand  for  carpet  products  in  foreign  markets  during  the  early 

18

th



 and 20

th

 centuries pushed for the development of this art in Nakhchivan as well. A considerable number 



of carpet products produced in the district was delivered to the market.  

Key words: Nakhchivan, carpet weaving, art, development, raw material, wool, product 

Xalçaçılıq  Azərbaycanda  yalnız  sənət  istehsalının  deyil,  həm  də  dekorativ-tətbiqi  incəsənətin  ən 

qədim  və  geniş  yayılmış  sahələrdən  biridir.  Bu  sənətin  dünyada  və  ölkəmizdə  yaranma  tarixini  dəqiq 

müəyyənləşdirmək  mümkün  olmasa  da,  əldə  olan  materiallar  əsasında  bu  məsələ  haqqında  müəyyən 

fikirlər  söyləmək  mümkündür.  Xalçaçılığın  tarixi  problemi  ilə  məşğul  olmuş  tədqiqatçıların  əksəriyyəti 

bu  sənətin  qədim  Misirdə  və  Mesopotamiyada  meydana  gəldiyini  bildirirlər.  Tədqiqatçı  L.Qriffin  iddia 

edir  ki,  xalçaçılıq  sənəti  ilə  ilk  dəfə  qədim  misirlilər  məşğul  olmuşlar.  Məhz  bu  ölkənin  ərazisindən 

ayaqla  hərəkətə  gətirilən  ən  qədim  toxuculuq  dəzgahlarının  aşkar  edilməsi  tədqiqatçının  bu  qənaətinə 

haqq qazandırır [1,p.XV].

 

Misirlə yanaşı, Mesopotamiya da xalçaçılıq sənətinin ilk mərkəzlərindən hesab 



edilir.  XX  əsrin  əvvəllərində  Qafqazda  xalçaçılıq  sənətinin  vəziyyətini  tədqiq  etmiş  A.C.Piralovun 

fikrincə,  bu  sənət  Misir  və  Mesopotamiyadan  tədricən  Kiçik  Asiyaya,  İrana  və  hətta  Hindistana 

yayılmışdır [18,s.50].  

Arxeoloji materiallar göstərir ki, Azərbaycan, xüsusilə onun Naxçıvan diyarı xalçaçılığın meydana 

gəldiyi  ilk  ərazilərdən  olmuşdur.  Uzun  müddət  Naxçıvanın  Kültəpə  adlı  qədim  yaşayış  məntəqəsində 

arxeoloji  qazıntılar  aparmış  O.H.Həbibullayev  burada  yaşayan  insanların  hələ  neolit  və  eneolit 

dövrlərində  toxuculuqla  məşğul  olduqlarını  sübut  edən  iy  və  cəhrə  kimi  alətlər  aşkar  etmişdir.  Burada 

tunc dövrünə aid çox sadə toxuculuq dəzgahının tapılması da toxuculuğun bu bölgədə qədim tarixə malik 

olduğunu təsdiq edir [5,s.9,127-128].

 

Cənubi Qafqazda, o cümlədən Azərbaycanda toxuculuq və onunla 



bağlı sənət sahələrinin inkişafı haqqında e.ə. V əsrdə yaşamış qədim yunan müəllifi Herodot da məlumat 

verir.  O  yazırdı  ki,  yerli  əhali  öz  paltarlarını  meşələrdən  topladığı  ağac  yarpaqlarından  və  kökündən 

qaynatma  yolu  ilə  hazırladıqları  məhlulla  boyayır  və  bu  paltarlar  tamamilə  nimdaş  olana  qədər  öz 

rənglərini saxlayır [17,s.7].  

Azərbaycanda xalçaçılıq sənətinin tarixinin çox qədim olmasına baxmayaraq, onun müstəqil sənət 

sahəsinə çevrilməsi erkən orta əsrlər dövründən başlayır. Fikrimizcə, bu heç də təsadüfi hal olmayıb, əsas 

məşğuliyyəti qoyunçuluq olan, köçəri və yarımköçəri həyat tərzi keçirən türk tayfalarının burada kütləvi 

məskunlaşması ilə bağlı idi.  

 

Əslində  istər  erkən  orta  əsrlərdə,  istərsə  də  sonrakı  dövrlərdə  istehsal  olunmuş  xalça 



məmulatlarının  çeşidinə  nəzər  salmaq  kifayətdir  ki,  onların  məhz  qoyunçuluqla  məşğul  olan  köçəri  və 

yarımköçəri tayfaların məişəti üçün nə dərəcədə zəruri olduğu müəyyənləşdirilsin. Belə ki, xurcun, çuval, 

məfrəş,  örkən,  çul  və  s.  daima  yeni  otlaq  yerləri  axtarışında  olan  tayfalar  üçün  öz  yüklərini  daşımaqda 

                                                      

 Bakü Avrasya Üniversitesi,Regionşunaslık Fakultesi, azerilme@gmail.com 




378 

III. Uluslararası Türk Dünyası Araştırmaları Sempozyumu 

əvəzsiz rol oynayırdı. Kilim və digər xovsuz xalça məmulatlarından dəyələrin və yük arabalarının üstünü 

örtmək üçün istifadə edirdilər. Dəyələrin döşəməsi isə xovlu xalçalarla döşənirdi [15.s.4-5]. Xalçaçılığın 

Azərbaycanda türk tayfalarının kütləvi axını ilə əlaqədar məhz erkən orta əsrlər dövründən müstəqil sənət 

sahəsinə  çevrilməsini  Mingəçevirdən  tapılmış  hana  hissələri,  xalça-palaz  məmulatlarının  qalıqları  da 

sübut edir [11,s.85]. 

 

 



Orta əsrlərin sonrakı dövrlərində Azərbaycanda, o cümlədən Naxçıvanda xalçaçılıq daha da inkişaf 

edərək  sənət  istehsalının  aparıcı  sahələrindən  birinə  çevrilmişdi.  Mənbələrdə  bu  fikri  təsdiq  edən  çoxlu 

faktiki  məlumata  rast  gəlmək  mümkündür.  Hələ  X  əsrdə  tərtib  edilmiş  "Hüdud  əl-aləm"  əsərində 

göstərilirdi  ki,  Muğan  özünün  çuval  və  parçaları  ilə,  Naxçıvan,  Xoy  və  Salmas  şəhərləri  isə  xalça 

məmulatları  ilə  şöhrət  qazanmışdı.  Müəllif  Naxçıvan  şəhərini  "zili"  və  "xalı"  tipli  xalça  məmulatlarının 

əsas  istehsal  və  satış  mərkəzlərindən  biri  kimi  xarakterizə  edir  [22,s.32].  Artıq  bu  dövrdən  başlayaraq 

xalça  məmulatlarının  istifadə  dairəsi  xeyli  genişlənmiş,  onlar  evlərin,  sarayların,  karvansaraların, 

məscidlərin, xanəgahların və digər ictimai binaların daxili bəzəyinin əsas elementinə çevrilmişdi. Hülakü 

hökmdarı Qazan xanın (1295-1304) vəziri olmuş tarixçi F.Rəşidəddinin verdiyi məlumatdan aydın olur 

ki,  bu  dövrdə  Azərbaycanda  xalçaçılıq  sənəti  xeyli  inkişaf  etmişdi.  Onun  Hülakü  hökmdarının  verdiyi 

fərmanlardan  birinin  məzmunu  haqqında  verdiyi  məlumatdan  aydın  olur  ki,  xalça  məmulatları  Cümə 

məscidi,  mədrəsə,  xanəgah,  xəstəxana,  rəsədxana  və  digər  yerlərə  vəqf  edilən  dövlət  əmlakının 

siyahısında  birinci  yerdə  dayanırdı  [13,s.179;  20,236-238].  F.Rəşidəddinin  verdiyi  məlumat  göstərir  ki, 

Qazan xana qədərki, elxani məmurları hər ilə əhalidən müxtəlif bəhanələrlə bir neçə min ədəd xalça (zili) 

toplayırdılar [20,s.259-260].

 

Xalça  məmulatı  istehsalının  monqol  işğalına  qədərki  dövrdə  Naxçıvan  diyarında  geniş  yayılması 



haqqında  Naxçıvan  şəhərinin  tarixini  tədqiq  etmiş  R.Məmmədov  da  maraqlı  məlumatlar  verir.  Bizə 

məlum olmayan mütəxəssislərin fikrinə istinad edən tədqiqatçı şəddə və vərni kimi xalça məmulatlarının 

istehsalının məhz Naxçıvanda yaranması və sonralar başqa yerlərə buradan yayılması fikrini irəli sürür. 

O, Naxçıvanı  həm də "zili" xalçalarının toxunduğu ilk ərazilərdən biri hesab edir [7,s.103].  

  

Göstərmək lazımdır ki, monqol işğalı Azərbaycanda, o cümlədən Naxçıvanda xalça məmulatlarının 



bədii tərtibatına ciddi təsir göstərmişdi. Məhz bu dövrdən başlayaraq həm Azərbaycanın, həm də İranın 

xalça məmulatlarının bədii tərtibatında Çin motivlərinin təsiri xelyi güclənmişdi. Getdikcə güclənən bu 

təsir özünü Səfəvilər dövründə daha aydın göstərirdi [13,s.182].

 

Səfəvilər dövrü həm də xalça məmulatı 



istehsalının həcminin əvvəlki dövrlərlə müqayisədə daha da artması ilə xarakterizə olunur. Ehtimal ki, elə 

bu dövrdən başlayaraq, maddi vəziyyətindən asılı olmayaraq əhalinin bütün təbəqələri öz evlərini xalça 

məmulatı ilə bəzəyir və döşəyirdi.  

Xalçaçılıq sənəti XVIII-XX əsrin əvvəllərində daha yüksək inkişaf səviyyəsinə çatmışdı. Xüsusilə 

XIX  əsrdə  xarici  bazarlarda  müxtəlif  növ  xalça  məmulatına  tələbatın  kəskin  şəkildə  artması  bu  sənətin 

kütləvi miqyas almasına gətirib çıxarmışdı. Məhz bu dövrdə Azərbaycanın müxtəlif bölgələrində istehsal 

edilən xalça məmulatları özlərinin toxunma texnologiyasına və təbii tərtibatına uyğun olaraq bir-birindən 

aydın  şəkildə  fərqlənin  yerli  xüsusiyyətlər  kəsb  edirlər.  Bu  xüsusiyyətləri  nəzərə  alan  sənətşünaslar 

Azərbaycan  xalçalarını  Quba-Şirvan,  Gəncə-Qazax,  Qarabağ  və  Təbriz  qruplarda  təsnif  etmişlər  [6]. 

Lakin  son  illər  apardığımız  tədqiqatlar  göstərir  ki,  bu  bölgü  Azərbaycanda  xalçaçılıq  sənətinin  regional 

xüsusiyyətlərini  heç  də  tam  dəqiqliklə  əks  etdirməyə  imkan  vermir.  Təcrübə  göstərir  ki,  tarixi  şərait, 

toxunma texnologiyası və bədii tərtibat nəzərə alınmaqla Azərbaycan xalçaçılığında Bakı, Quba, Şirvan, 

Gəncə,  Qazax-Borçalı,  İrəvan,  Qarabağ,  Naxçıvan  və  Təbriz  xalça  qruplarını  ayırmaq  mümkündür 

[9,s.28-56].

  

Azərbaycanın  digər  bölgələrində  olduğu  kimi,  Naxçıvan  diyarında  da  xalçaçılığın  inkişafında 



sənətkarlar arasında nəsildən-nəslə keçən zəngin ənənələrin və yüksək peşəkarlığın olması ilə yanaşı, işçi 

qüvvəsinin  bolluğu  da  mühüm  rol  oynamışdır.  Əslində  xalçaçılıq  sənətini  digər  sənət  sahələrindən 

fərqləndirən ən başlıca xüsusiyyətlərdən biri onun ancaq qadın əməyinə əsaslanması idi. Xüsusilə dağlıq 

rayonlarda  uzun  müddət  davam  edən  sərt  qış  şəraitində  əkin-biçin  işlərinin  dayanması  nəticəsində 

yaranan  asudə  vaxt  kəndli  ailəsi  tərəfindən  müxtəlif  məmulatların,  o  cümlədən  xalça  məmulatlarının 

istehsalına sərf edilirdi. Azərbaycan qadınları uzun qış gecələrində zəif lampa işığında mürəkkəb naxışlı 

xalçalar toxuyurdular [12,s.40;16,s.67;19,s.24].   

Naxçıvan  diyarında  xalçaçılıq  sənətinin inkişafında  xammal  ehtiyatlarının  bolluğu  da  mühüm  rol 

oynayırdı. Xalçaçılıq sənətinin əsas xammal bazası olan qoyunçuluq hələ qədim zamanlardan Naxçıvan 

əhalisinin  əsas  məşğuliyyət  sahələrindən  biri  idi.  Burada,  əsasən  mazıx  və  balbas  cinsli  qoyunlar 

yetişdirilirdi. Mazıx cinsli qoyunların yunu bir qədər qaba olub qızılı və qəhvəyi rəngə çaldığından yerli 



Yüklə 4,88 Mb.

Dostları ilə paylaş:
1   ...   181   182   183   184   185   186   187   188   ...   204




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə