Baki avrasiya universiteti NİĞde üNİversitesi



Yüklə 4,88 Mb.
Pdf görüntüsü
səhifə184/204
tarix23.01.2018
ölçüsü4,88 Mb.
#22347
1   ...   180   181   182   183   184   185   186   187   ...   204

374 

III. Uluslararası Türk Dünyası Araştırmaları Sempozyumu 

mədəniyyətlərin  sivilizasiyasının  nəticəsi  olaraq  qəbiristanlıqların  hündür  yerlərdə  mövcudluğu  türk 

xalqlarına şumerlərdən keçən bir ənənə kimi qəbul etmək olar. 

Digər  yanaşma,  dağ  Türklər  üçün  müqəddəs  sayılmış,  onlar-şamanlar  dağlarda  dualar  etmiş, 

niyyətlərinin  hasil  olması  üçün  burada  qurbanlar  verilmişdir.  Dağ  tanrı  ilə  insanları,  yerlə  göyü 

yaxınlaşdırır. İlkin təsəvvürlər olaraq ölülərin yüksək yerlərdə dəfn olunmasını, bir növ ruhların tanrıya 

yaxınlaşması  kimi də dəyərləndirmək olar.  

Türk inanclarında ölüdən çəkinilir. İnsanlar belə güman edirlər ki, insanlar öldükdən sonra da bu 

dünya ilə əlaqələrini davam etdirirlər.(5;16) “...ölünün ruhu ehsan süfrəsindən “öz payını” ala bilir (cümə 

axşamı  xörəyin  duzunu  tökərkən  ölülərin  adını  çəkməklə;  vaxtlı-vaxtında  yad  edilir  (paltarlarının, 

əşyalarının  müəyyən  zaman  çərçivəsində  qorunması  ilə);  bir  sözlə,  mərasimin  bütün  “yazılmamış 

qanunlarına tam ciddiliyi ilə riayət olunur”. (1;127) Belə ciddi icra olunmanın da kökündə qorxu durur. 

Bu  gün  doğma  olan  bir  insan-  canlı  varlıq  öldükdən  sonra  sanki  yadlaşır,  ondan  ehtiyat  edilir,  ziyan 

vuracaq deyə qorxulur. Niyə tarixən heç vaxt yenidən dirilməyən, ölən insandan bu qədər qorxulur?  

İnsan  öldükdə  mütləq  şəkildə  bizi  tərk  edərək  digər  dünyaya-başqa  ölkəyə  “sakin”  olur,  dünən 

yaşayan doğma insan artıq bu gün yaddır, artıq o, bizim üçün özgə olan “yad ölkə” yə mənsubdur. Əsil 

mahiyyətinə  varsaq,  görərik  ki,  tarixin  müxtəlif  mərhələlərində  yad  ölkələrdən  tez-tez  basqınlar  olur, 

amansız vuruşmalar, döyüşlər, müharibələr olur. İnsanlar yad ölkədən daha çox həyat üçün təhlükə olan 

zərbələr  alırlar  (Heç  də  təsadüfi  deyil  ki,  Azərbaycan  dilində  “yadelli”  sözü  yad  ölkədən  gələn  insan 

mənasını  ifadə  etsə  də,  daha  çox  “insanlara  fəlakət  yaşadan,  müharibə  törədən  insanlar”  anlamını  ifadə 

edir). Bizcə, ölən insandan qorxmanın kökündə “yad ölkə” anlamı qəbul edilən düşüncə tərzi durur. 

Yuxarıdakı  şumer  mətnində  verilən  kölgə,  əslində  insan  ruhu  anlamını  ifadə  etmişdir.  “Primitiv 

təfəkkürə görə, insanın ruhu onun güzgüdəki və sudakı əksində yerləşə bilir. Başqa sözlə, insan güzgüyə 

baxarkən onun ruhunun güzgüdəki əksinə keçməsi mümkündür” və ölü də həmin ruhu dəfn olunana qədər 

özü  ilə  apara  bilər.    (1;130)  Bu  gün  yas  mərasimlərindəki  güzgü  və  ruhun  əksi  qorxusu  şümerlərdəki  

ölünün  ruhu  anlamında  işlənən  “kölgə”  sözünə  söykənir.  Müasir  insanlar  güzgüdəki  əkslərini  ruh 

adlandırırlar. Demək, bu məntiqdən yanaşaraq, deyə bilərik ki, güzgüdəki əks kimi kölgə də insan ruhunu 

özündə ifadə edir. Odur ki, kimsə dünyasını dəyişəndə o evdə güzgünün üstünü örtərlər.  

Şumerlərin “qayıq adam” adlandırdıqları adamın gördüyü “işi” türklərdə “şaman” və yaxud da din 

adamı  həyata  keçirir,  ölən insan  “mənzil  başına”   (yəni Kura)  onun (yəni  qayıq  adamının)    vasitəsi ilə 

çatır. “Qədim türklər bəzən ruhların xortladığına da inanmışlar. Həmin ruhlar bəzən başqasının bədəninə 

də keçirdi...Bu şəkildə xortlayan ruhları ölülər aləminə qəbul etdirmək və ya göndərmək şamanların ( və 

ya din adamlarının) vəzifəsi idi” .( 6; 123)  

Qədim türklərdə dəfn yerlərinin müəyyən edilməsi bəzən müxtəlif yanaşmaların nəticəsindən irəli 

gəlir. Belə ki, bəzi türklər yüksək təbəqəyə mənsub olan insanların dəfn edildiyi yeri gizlətmək məqsədi 

ilə  həmin  qəbrin  üstündən  çay  sularını  yönəlməklə  izi  ititrirlər.(  6;  124)  Türklərin  bu  cür  yanaşmadan  irəli 

gələrək atdıqları addımlarla ( qəbrin üstündə suların olması) şumerlərin bu kiçik mətnindəki oxşarlıq diqqəti cəlb edir. 

Bəlkə  də,  bunu  həm  təsadüf,  həm  də  zərurət  kimi  də  qəbul  etmək  də  olar.  Amma,  fikrimizcə,  bu  oxşarlıq  bu  gün 

düşünülən mahiyyətindən daha fərqlidir, yəni türklərin tanınmış adamların dəfni üçün çay altı seçmələri ilk baxışda 

qəbri  gizləmə  mahiyyəti  daşımaqdan  başqa,  həm  də  dərin  tarixi  kökdən  gələn  bir  addım  kimi  qəbul  etmək  daha 

məqbul sayılardı.  

Sual  oluna  bilər  ki,  bu  addım  şumerlərdən  qaynaqlanırsa,  ənənə  halına  keçibsə,  bəs  nə  üçün  digər  ölən 

insanların da dəfnindən sonra həyata keçirilmir? Aydın məsələdir ki, bütün ölən insanların qəbirlərinin üstündən, yəni 

qəbiristanlığın üstündən çay suyunun axıdılması, əlbəttə ki, reallaşan hal deyil. Bu çətinliyi aradan qaldırmaq üçün isə 

insanlar alternativ yollar axtarmaqla vəziyyətdən çıxış yolu tapırlar. Hamıya məlumdur ki, türk xalqlarında, həmçinin 

də Azərbaycan türklərində ölü dəf edildikdən sonra torpağın üzərinə su səpələnir. Bizcə, insanların daha asan seçdiyi 

yol, alternativ yanaşma bu olmuşdur. İnsan dəfn edildikdən sonra üzərinə tökülən torpaq sonda yer sətnindən hündür 

olur( yəni şumerlərdə ilkin olaraq dağ mənasını verən, ölülüərin dünyası olan Kur kimi), həmin hündür yerə- təpəyə- 

“dağ”ın  üzərinə  su  səpələnir.  “Xalq  arasında  yayılmış  inanca  görə  ölü  basdırılandan  sonra  qəbrin  üzərində  çala 

düzəldilib  içərisinə  su  tökürlər  ki,  mərhumun  sinəsi  qurumasın”  (3;217)  İraq-Türkman  dəfn  mərasimində  də 

cənazənin torpaqlanaraq üzərinə çox su tökülməsi  (7; 62) faktı mövcuddur.  

Şumerlərə  görə,  əvvəl  cənnət  Eredu  şəhərində  olmuşdur.  Bu  şəhər  isə  su  tanrısı  olan  Enkeyə 

məxsusdur.  Səmaya  -  ulduzlara  baxmaqla  işlərini  nizamlayan  şumerlər  hər  şeyi  idarə  edən  tanrıları  da 

səmaya qalxızdılar və artıq cənnət də səmaya qalxdı. (2) 



375 

Ü.A. DADAŞOVA/ Şumer Düşüncəsinin Türk Dəfn Mərasimində Əksi 

İlkin  qaynaq  olaraq  Şumer  mənbələri  ilə  səsləşən  bu  görüntü  sonralar  mahiyyətində  müxtəlif 

yanaşmalar  formalaşdırmışdır.  Türklərin  mifoloji  düşüncələrinə  əsasən,  insan  torpaq  və  sudan 

yaranmışdır. .( 6; 123) Onlara görə, insan həyata necə gəlibsə, elə də getməlidir. Odur ki, ölünün üzərindəki zinət 

əşyaları, hətta taxma dişi və ya qızıl dişi çıxarılır.(7; 58) Bu cür yanaşma tərzi bizə deməyə əsas verir ki, insan 

torpaq və suyun birləşməsindən yaradılıbsa, torpaq və suyun birləşməsi ilə də bu dünyadan köçür, bəlkə 

də, torpaq və sudan yaradılan insanın o biri dünyada da “yaradılışı”nı torpaq və suyun birləşməsi ilə təmin 

etmək məqsədi güdür. Çünki bu iki komponetin birləşməsi həyatı yaşadan arqumentlərdir. 

Qeyd edək ki, uzaq səfərə çıxarkən, gəlin ata evini tərk edərkən arxasınca su atılması bu gün üçün 

aydınlıq  əlaməti  olaraq  qəbul  edilir  və  yaxud  da  saralmış  səmənilərin  suya  atılması  niyyətlərin  hasil 

olunacağına  inam  olaraq  qəbul  edilmişdir,  lakin  bunu  əsas  mahiyyəti  ilə  qədim  şumer  inanclarından 

süzülüb  gələn  digər  xüsusiyyəti  də  özündə  formalaşdıran  adətlərdən  biri  kimi  dəyərləndirmək  olar. 

Şumerlər  saxsı  qablarda  bəslədikləri  bitkiləri  suya  atarkən  oxuduqları  nəğmələrdə  tanrının  (bitkilərin) 

öldüyünün,  lakin  buna  baxmayaraq  geri  gələcəyi  (su  ilə  bitkinin  birləşməsi  ilə  bitkiyə  yenidən  həyat 

verərək qayıtması ) fikrini ifadə etmişlər. (2) Demək, su yenidən diriltmə, yaşamı, qovuşmanı, təkrar geri 

dönməsini təmin edən gücə malik bir qüvvə olaraq dəyərləndirilmişdir.  

Ümumiyyətlə,  türk  dəfn  mərasimlərində  mövcud  olan    yer  və  göy  ünsürlərinin  izləri,  bu 

yanaşmadan  qaynaqlanan  addımların  atılması  İraq-  türkmanlarının  yas  mərasimindən  də  yan  ötməmiş, 

müəyyən qədər də olsa,  ümumortaq yanaşma konstruksiyası özünü göstərmişdir. Türklərdə qəbul edilən 

cəsədin  torpaqda  qalması  və  ruhun  göyə  uçması  kərküklərdə  aydın  şəkildə  göstərilməsə  də,  lakin  onun 

simvollaşmış variantlarının mövcudluğunun şahidi oluruq.  

Türklər dağlara müqəddəs yanaşmış, burada mövcud olan nə varsa, müqəddəs saymışlar ( dəmir, 

ağac və s.).Hündürlük olan dağ bir növ insanı tanrıya çatdırır, yaxınlaşdır. Türk dəfn mərasimində hündür 

yerlərin  -  müqəddəs  olan  dağın  seçilməsini  ruhların  tanrılara  yaxınlaşmasına  kömək  edən  amil  kimi  də 

qəbul etmək olar.  

Digər  tərəfdən  Şumer  mətnlərindəki  başqa  oxşarlıqların  demək  olar  ki,  eyniyyət  təşkil  etməsi 

məsələyə  bu  aspektdən  də  yanaşmağa  əsas  verir.  Bəlkə  də,  bu  oxşarlıq  Türk-  Şumer  mədəniyyətlərin 

sivilizasiyalarının ortaq nəticəsi olaraq meydana gəlmişdir. 

Demək olar ki, bütün türk xalqlarında ruhdan qorxulur, ondan çəkinilir. Ruhları “razı salmaq” üçün 

müxtəlif ayinlər,  mərasimlər  keçirilir.  O  biri  dünyanın  sakini  olan ruhlara  artıq doğma  olan  insan  kimi 

deyil, bu gün yad olan ölkənin sakini kimi baxılır. 

Bəzən  ruhlar  öz  ünvanlarına  çatmırlar,  belə  olan  halda  həmin  ruhlar  digər  insanın  bədəninə  keçə 

bilir. Belə bir vəziyyətlə qarşılaşmamaq üçün şamanlar həmin ruhları “ünvanlarına” çatdırırlar. 

Şumerlərə görə, cənnət su tanrısı olan Enkeyə məxsus olan şəhərdədir. Tanrılar da əvvəlcə burada, 

yəni cənnətdə olmuşlar. Həmçinin Şumerlər suya əbədi həyat verən amil olaraq baxmışlar.  

Türk  xalqlarında  dəfn  zamanı  ölü  torpağa  tapşırıldıqdan  sonra  üzərinə  suyun  axıdılmasını  bu 

qaynağa istinad olaraq qəbul etmək olar. 

Digər yanaşma kimi, demək olar ki, bütün xalqların yaranış folklor təfəkküründə insanın torpaq və 

sudan  yaranması  göstərilmişdir.  Torpaqla  suyun  bir  yerdə  olması  insanın  o  biri  dünyada  yaradılığına 

kömək edən vasitə kimi baxılmasından irəli gəlmişdir. 

ƏDƏBIYYAT: 

1. Afaq Xürrəmqızı. Azərbaycan mərasim folkloru.Türk və dünya xalqları folkloru ilə tarixi müqayisəli araşdırma. 

Bakı, 2002.  

2. https://www.youtube.com/watch?v=3oWx6NUBDM8 

3. Qəzənfər Paşayev. Seçilmiş əsərləri. III cild, “Təhsil”Bakı-2012 

4. Qəzənfər Paşayev. Seçilmiş əsərləri. I cild, “Təhsil”Bakı-2012 

5. Məhəbbət Paşayeva .Azərbaycanlıların ailə mərasimlərində etnik ənənələr. Azərbaycan Dövlət Nəşriyyatı, Bakı -2008 

6. Samuel N. Kramer. Tarix şumerdən başlayır. Bakı-Mütərcim- 2012  

7. Təhmasib M.H. VII əsrə qədər Azərbaycan şifahi xalq ədəbiyyatı. Azərbaycan ədəbiyyatı tarixi. Üç cilddə, I cild, 

Bakı, Az.SSR EA nəşriyyatı, 1960 

8. Yaşar  Çoruhlu. Türk mitolojisinin anahatlari. @ kabalci yaymevi, 2000 

7.Zainab Ayad SAEED “KERKÜK TÜRKMENLERİNİN GEÇİŞ TÖRENLERİ“Ankara, 2014 

 

 



Yüklə 4,88 Mb.

Dostları ilə paylaş:
1   ...   180   181   182   183   184   185   186   187   ...   204




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə