Baki avrasiya universiteti NİĞde üNİversitesi



Yüklə 4,88 Mb.
Pdf görüntüsü
səhifə186/204
tarix23.01.2018
ölçüsü4,88 Mb.
#22347
1   ...   182   183   184   185   186   187   188   189   ...   204

379 

Prof. Dr. Vidadi MURADOV / Naxçıvan Diyarında Xalçaçılıq Sənətinin İnkişafına Dair 

əhali onu "qızıl qoyun" adlandırırdı. Mazıx qoyunlardan fərqli olaraq, balbas cinsli qoyunların yunu ağ 

rəngdə olub xalça toxuculuğu üçün daha yararlı hesab edilirdi. Hər iki cinsdən olan qoyunlar Naxçıvanla 

yanaşı,  İrəvan  qəzasında,  habelə  qonşu  İranda  və  Türkiyədə  də  yayılmışdı  [1,s.246;10,s.21].

  

V.Qriqoryevin verdiyi məlumatdan aydın olur ki, XIX əsrin 30-cu illərində Naxçıvan diyarında məhz bu 



qoyun  cinsləri  saxlanılırdı.  Onun  yazdığından  məlum  olur  ki,  buradakı  "qoyun  və  qoçların  hamısı 

quyruqludur, onların yunu orta keyfiyyətlidir və daha çox evlərdə kobud mahud, xalça, kilim və at çulu 

hazırlanmasına  sərf  edilir"  [14,s.93].

   


İ.Şopen  yazırdı  ki,  İrəvan  və  Naxçıvan  bölgələrində  saxlanılan 

qoyunların hər başından ildə 3,8 batman və yaxud 4,5 funt yun almaq mümkündür [23,s.794-795]. Bunu 

əsas  tutan  tədqiqatçılardan  biri  XIX  əsrin  30-40-cı  illərində  Naxçıvan  diyarında  saxlanılan  69.953  baş 

qoyun və keçidən ildə 7772 pud yun əldə edilməsi fikrini irəli sürür [4,s.59].  

Naxçıvan diyarında forma və təyinatına görə xovlu xalçalar xalı, xalça, gəbə, canamaz növlərinə, 

xovsuz  xalçalar  isə  kilim,  palaz,  vərni,  sumax,  ladı,  şəddə,    xovsuz  xalça  məmulatları  isə  çul,  məfrəş, 

çuval, xurcun, heybə və s. növlərə bölünürdü. XVIII-XX əsrin əvvəllərində Naxçıvan diyarında toxunub 

bu günə qədər qalmış xalça məmulatları üzərində apardığmız tədqiqatlar göstərir ki, burada toxunan istər 

xovlu,  istərsə  də  xovsuz  xalça  məmulatları  müxtəlif  ölçülü  (220x150,  160x90,  380x200,  500x90, 

240x120,  400x100,  370x200,  120x90,  200x160,  600x500,  180x160)  olub,  evlərdə  döşəmələrin 

örtülməsində, otaqların isidilməsində və bəzədilməsində istifadə edilirdi [9,s,48].  

Onu da göstərmək lazımdır ki, xalçaçılıq sənəti Naxçıvan diyarında XVIII-XX əsrin əvvəllərindəki 

yüksək inkişaf səviyyəsinə gəlib çatana qədər 4 mərhələdən ibarət olan uzun və mürəkkəb bir inkişaf yolu 

keçmişdir.  Xalça  sənətinin  ibtidai  dövrü  hesab  edilən  birinci  mərhələdə  əsasən,  bəzəksiz,  saya  yerli  və 

birrəngli  palaz  və  cecimlər  toxunurdu.  Bu  mərhələdə  toxucular  yalnız  heyvan  yunlarının  təbii 

rənglərindən istifadə etməklə öz məhsullarına bəzək vururdular [2,s.74].  

İkinci  dövr  xalça  sənətinin  texniki  və  bədii  cəhətdən  inkişafının  ilk  mərhələsi  hesab  edilir.  Bu 

dövrdə sadə dolama texnikasının köməyindən istifadə edən toxucular öz məhsulları üzərində sadə naxışlar 

salmağa  başlamışdılar.  Naxçıvanda  bu  üsulla  toxunmuş  palaz  və  kilimlərdən  alaçıqlarda,  dəyələrdə  və 

toyxanalarda həm daxili bəzək-döşəmə, həm də xarici örtük kimi istifadə edirdilər [2,s74].  

Xalça  sənətinin  üçüncü  mərhələsi  mürəkkəb  dolama  texnikasından  və  müxtəlif  ölçülü  naxış 

elementlərindən geniş istifadə edilməsi yolu ilə vərni, zili, şəddə, sumax və ladı kimi xalça məmulatları 

istehsalının  meydana  gəlməsi  dövrü  kimi  xarakterizə  edilir.  Aparılan  tədqiqatlar  belə  bir  ehtimal  irəli 

sürməyə  imkan  verir  ki,  şəddə  və  vərni  istehsalı  Naxçıvanda  meydana  gəlmişdir.  Maldarlığın  geniş 

yayıldığı bölgələrdə daha çox istehsal edilən bu məmulatlar üzərində stilləşmiş heyvan təsvirlərinin, zili 

bəzəklərində isə həm də bir sıra həndəsi elementlərin meydana gəlməsi özünü bu mərhələdə daha aydın 

göstərir [2,s.74]. 

Xalça  toxuma  sənətinin  dördüncü  mərhələsi  düyünləmə,  yəni  əvvəllər  dolama  ilmə,  sonralar  isə 

qullabı ilmə texnikası ilə yaranan xovlu xalça toxuma üsullarının inkişaf etdiyi dövrdür. Bu mərhələ istər 

texniki, istərsə də bədii cəhətdən xalça sənətinin yüksək inkişaf dövrü hesab edilir. Hələ çox qədimlərdən 

istifadə  edilən  ilmə-düyün  texnikasının  bu  mərhələdə  daha  geniş  tətbiq  edilməsi  mürəkkəb  naxış-bəzək 

kompozisiyalarının yaranmasına imkan verdi. Bu texnikanın geniş tətbiq edilməsi ilə əlaqədar xalçaçılar 

istər xovlu, istərsə də xovsuz xalça məmulatlarının istehsalı zamanı dəmir bıçaq və qayçı, həvə və kirkit 

kimi yeni əmək alətlərindən istifadə etmişlər [2,s.75].

 

 

Daxili  və  xarici  bazarlarda  xalça  məmulatlarına  tələbatın  kəskin  şəkildə  artması  bu  sənətin 



xarakterinə  də  ciddi  təsir  göstərmişdi.  Uzun  müddət  ev  peşəsi  səciyyəsi  daşıyan  xalçaçılıq,  XIX  əsrdən 

etibarən  Azərbaycanın  əksər  bölgələrində  olduğu  kimi,  Naxçıvan  diyarında  da  daha  çox  bazar  üçün 

işləyən  sənətkarlıq  sahəsinə  çevrilmişdi.  Maraqlıdır  ki,  kapitalist  istehsalının  sürətlə  inkişaf  etdiyi  XIX 

əsrin  ikinci  yarısında  sənət  istehsalının  əksər  sahələrinin  dərin  tənəzüllə  uğradığı  bir  şəraitdə  xalça 

məmulatı  istehsalında,  az  ala  sıçrayış  xarakteri  daşıyan  yüksəliş  müşahidə  edilirdi.  Yaranmış  bu 

vəziyyətin  səbəbləri  həmin  əsrin  sonlarında  Cənubi  Qafqazda  xalçaçılıq  sənətinin  vəziyyətini  öyrənmiş 

K.Xatisovun  hesabatında  aydın  şəkildə  əks  olunmuşdur.  Hesabat  müəllifi  bildirir  ki,  qoyunçuluğun 

inkişaf  etdiyi  kəndlərin  iqtisadi  həyatında  xalça  və  palaz  məmulatı  istehsalının  çox  böyük  əhəmiyyəti 

vardır. Fikrini davam etdirən müəllif yazır ki, xalça məmulatı kəndlərin məişətində mebel, yataq dəsti və 

pərdə  rolu  oynamaqla  yanaşı,  həm  də  onların  mühüm  gəlir  mənbəyini  təşkil  edir"  [21,s.284].

   

Statistik 



məmulatlar da göstərir ki, bu dövrdə xalçaçılar istehsal etdikləri məhsulun xeyli hissəsini bazara çıxarıb 

satırdılar. 1845-ci ildə Naxçıvan qəzasında istehsal edilmiş 1050 ədəd xalçanın 400, 3000 ədəd çuvalın 

1500, 5000 çuvalın  2000, 10.000 yun corabın 5000 ədədi satılmışdı [19,s.44].

 



Yüklə 4,88 Mb.

Dostları ilə paylaş:
1   ...   182   183   184   185   186   187   188   189   ...   204




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə