Baki avrasiya universiteti NİĞde üNİversitesi



Yüklə 4,88 Mb.
Pdf görüntüsü
səhifə189/204
tarix23.01.2018
ölçüsü4,88 Mb.
#22347
1   ...   185   186   187   188   189   190   191   192   ...   204

383 

Vüqar MƏMMƏDZADƏ / Dağliq Qarabağ Münaqişəsində Status-Kvo Müharibə Riskini Artirir 

sərhədində, Qazax istiqamətində də oxşar təxribat törədilmişdir. Azərbaycanın  mövqelərinə Ermənistanın 

təxribatçı qruplarının hücumu nəticəsində iki hərbçimiz həlak olmuşdur. Düşmənə layiqli cavab verilmiş 

və ordumuz onları geri çəkilməyə məcbur etmişdi. Ermənilərin bu təxribat Azərbaycan Ordusu tərəfindən 

layiqincə cavablandırıldı. Düşmənə çox böyük zərbələr endirildi. Eyni zamanda, Azərbaycan ordusu işğal 

olunmuş bir sıra strateji əhəmiyyətə malik mövqeləri geri qaytardı. 

Atəşkəsin  ermənilər  tərəfindən  pozulmasından  dərhal  sonra  aprelin  2-də  Azərbaycan  prezidenti 

İlham  Əliyev  Təhlükəsizlik  Şurasının  iclasında   demişdi  ki:  Ermənistanın  əsas  məqsədi  status-kvonun 

dəyişməz  qalmasıdır.  Əfsuslar  olsun  ki,  Minsk  qrupuna  həmsədrlik  edən  ölkələrin  dövlət  başçılarının 

çoxsaylı  bəyanatları  Ermənistan  rəhbərliyinə  heç  bir  təsir  göstərmir.  Bu  bəyanatlar  ondan  ibarətdir  ki, 

ABŞ,  Rusiya  və  Fransa  dövlətlərinin  başçıları  dəfələrlə  bildirmişlər:  status-kvo  qəbuledilməzdir, 

dəyişməlidir və məsələ tezliklə öz həllini tapmalıdır. 

Status-kvonun  dəyişdirilməsi  o  deməkdir  ki,  işğalçılar  işğal  edilmiş  torpaqlardan  çıxmalıdır. 

Ermənistan  rəhbərliyi  isə  bunu  istəmir.  Əsas  məsələ  bundan  ibarətdir.  Onlar  istəyirlər  ki,  bu,  sonu 

olmayan prosesə çevrilsin. İstəyirlər ki, danışıqlar bundan sonra da iyirmi il davam etsin. Onlar özlərini 

danışıqlar masası arxasında qeyri-səmimi aparırlar. Bu yaxınlarda Rusiya Prezidenti və Rusiyanın xarici 

işlər naziri digər həmsədrlərlə birlikdə müəyyən təkliflər irəli sürmüşlər. Biz bunu alqışlayırıq. Həm görüş 

əsnasında və rəsmi bəyanatlarda Azərbaycanın ərazi bütövlüyü ilə bağlı öz fikirlərini bildirmişlər. 

Qeyd etmək lazımdır ki, Rusiya prezident Putin atəşkəs elan olunandan sonra İ.Əliyevə zəng etdi. 

Sonra Rusiya prezidentinin mətbuat katibi Peskov bəyanat verdi. O da öz adından yox, prezidenti adından 

münasibət  sərgilədi.  İkinci,  Rusiya  XİN  rəhbəri  Lavrov  hər  iki  respublikadakı  həmkarlarıyla  telefon 

əlaqəsi  saxladı.  Üçüncü,  müdafiə  naziri  Şoyqu  Bakı  və  İrəvandakı  həmkarlarına  zəng  etdi.  Kollektiv 

Təhlükəsizlik  Müqaviləsi  Təşkilatının  rəsmisi  Bordyuja  neytral  bəyanat  versə  də,  İrəvana  zəng  etdi. 

Amma təşkilat Ermənistana dəstək bəyanatı da yayınladı. 

Dağlıq  Qarabağda  baş  verən  son  hadisələrdən  sonra  rusiyalı  rəsmilərin  ard-arda  Bakıya  səfərləri 

başladı.  Rusiya xarici işlər naziri Sergey Lavrov Azərbaycana rəsmi səfər edib  və Azərbaycan prezidenti 

İlham  Əliyevlə  görüşüb.  Görüşdə  İlham  Əliyev  bir  daha  bəyan  etdi  ki,  Dağlıq Qarabağda  münaqişənin 

beynəlxalq hüquq normalarına uyğun olaraq sülh yolu ilə həll olunmasının tərəfdarıdır.   Sergey Lavrov 

isə bildirib ki, rəsmi Moskva Qarabağ münaqişəsində razılaşmaya nail olmaq üçün tərəflərə əlindən gələn 

köməyi  etməyə  hazırdır. Rusiyada  açıq  şəkildə  bildirirlər  ki,  Qafqazda  vəziyyət  dəyişib,  ancaq  bu 

dəyişikliklər bəzi prinsipial məsələlərdə Rusiyanın mövqeyinin dəyişməsinə səbəb olmayıb. Bu prinsipial 

mövqe  ise  birinci  Qarabağ  müharibəsi  dövründə  olduğu  kimi    yenə  də  Rusiya  öz  silahlı  qüvvələrini 

Cənubi  Qafqaz  ölkələrinin  hər  birində  yerləşdirmək  istəyir.  Hələ  1994-cü  ildə  Gürcüstanın  Cənubi 

Osetiya və Abxaziya ərazisində Rus sülhməramlılarının qalmasına nail olmuşdur. Eyni situasiyanı Dağlıq 

Qarabağda  da  etməyə  çalışan  Rusiya  H.Əliyevin  kəskin  etirazı  ilə  qarşılaşmış  və  Azərbaycan 

sərhədlərində öz sülhməramlıları yerləşdirə bilməmişdir. Lakin təmas xəttində atəşkəsin pozulmasından 

sonra  Rusiyadan  davamlı  şəkildə  Qarabağa  rus  sülhməramlıların  gətirilməsinin  zəruriliyi  barədə 

səsləndirilən  fikirlərin  indi  daha  ciddi  şəkildə  ifadə  olunması,  üstəlik,  ABŞ-ın  bu  məsələ  ilə  əlaqədar 

narahatlığının operativ olaraq bildirilməsi situasiyanı xeyli aydınlatmış oldu. Nüfuzlu “Stratfor” şirkətinin 

“tezliklə Dağlıq Qarabağda status-kvo dəyişə bilər. 1994-cü ildə əldə edilmiş atəşkəsdən sonra bu region 

faktiki  olaraq  Ermənistanın  nəzarəti  altındadır,  situasiya  isə  dondurulmuşdu.  İndi  isə  Qarabağa  Rusiya 

sülhməramlıları  yeridilə  bilər”  -  açıqlaması  konkret  situasiyanın  ciddi  təhlilinin  məntiqi  nəticəsi  hesab 

olunmalıdır.  Amma  azərbaycan  hakimiyyəti  öz  sərhədləri  daxilində  heç  bir  ölkənin  əsgərlərini  görmək 

istəmədiyini dəfələrlə bildirmişdir. 

Beynəlxalq Böhran Qrupunun (BBQ) Qafqaz üzrə layihə direktoru Sabin Frayzerin sözlərinə görə, 

sülhməramlıların  beynəlxalq  mandatı  olmalıdır.  Bu  mandat  ya  BMT-nin  Təhlükəsizlik  Şurasına,  ya  da 

ATƏT-ə verə bilər: «Yəni ya BMT-nin Baş katibi, ya da ATƏT-in sədri ölkələri missiyada iştirak üçün 

əsgər  göndərməyə  dəvət  edə  bilər.  Bu  dəvəti  hansı  ölkənin  qəbul  edəcəyini  gözləmək  lazımdır,  bəlkə 

Avropa Birliyi də bunda maraqlı olar». 



ƏDƏBİYYAT 

1. Azərbaycan tarixi. Yeddi cilddə. VII cild (1941-2002-ci illər). Bakı: "Elm". 2008. səh. 608. (azərb.) 

2. Strateji Təhlil. Bakı:CBS PP MMC. 2013. səh.268. 

3. Tomas de Vaal. Qarabağ: Ermənistan və Azərbaycan sülh və savaş yollarında Bakı: ”İlay MMC”. 2008. səh. 342. 

4.  Thomas  de  Waal.  “Black  Garden:  Armenia  and  Azerbaijan  Through  Peace  and  War”,  New  York:  University 

Press, 2003 p.342.  

5.  Эхо. - 2011.-17 ноября. - № 209. - С. 1,3. - [AZ-Г]. 



384 

III. Uluslararası Türk Dünyası Araştırmaları Sempozyumu 

 

 



Yüklə 4,88 Mb.

Dostları ilə paylaş:
1   ...   185   186   187   188   189   190   191   192   ...   204




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə