Baki avrasiya universiteti NİĞde üNİversitesi



Yüklə 4,88 Mb.
Pdf görüntüsü
səhifə190/204
tarix23.01.2018
ölçüsü4,88 Mb.
#22347
1   ...   186   187   188   189   190   191   192   193   ...   204

AKADEMIK TOFIQ HACIYEVIN ELMI YARADICILIĞINDA TÜRKDILLI XALQLAR ÜÇÜN 

“ORTAQ ÜNSIYYƏT (İLƏTIŞIM) VASITƏSI” MƏSƏLƏSI 

Vüsalə AĞAYEVA

 

Xülasə:  Məqalədə  görkəmli  dilçi  alim,  türkoloq  Tofiq  Hacıyevin  türkdilli  xalqlar  üçün  ortaq  ünsiyyət 



vasitəsinin yaradılması haqqında elmi mülahizələri tədqiq olunub. Aktuallığı ilə səciyyələnən “ortaq türkcə” 

mövzusu  ətrafında  müəllifin  akademik  tövsiyyələri  şərh  olunub.  Alimin  bu  məsələ  ilə  bağlı  araşdırmaları 

tədqiqata cəlb olunub. Türkoloq Tofiq Hacıyev Türkiyə türkcəsini türklər üçün ortaq ünsiyyət vasitəsi hesab 

edir. Məqalədə alimin türkçülük ideologiyası dilçilik müstəvisində təhlil olunub.  



Açar sözlər: Tofiq Hacıyev, türkoloq, ünsiyyət vasitəsi, ortaq türkcə 

 “Common of Means of Communıcatıon” Issue for Turkıc Speaking People in the Scientific Creativity 

of Academic Tofig Hajıyev 

Abstract:  In  this  article,  scientific  considerations  of  scientist  turkologist  Tofig  Hajiyev  about  linguists 

common  means  of  communication  for  scientific  opinions  on  the  establishment  of  the  Turkic-speaking 

peoples was studied.  The academic commentary about “common language” of the author was characterized. 

The studies about this problem of scientist was involved in the research. Turkologist Tofig Hajiyev considers 

Turkey language of the common means of communication for turks. In this article, the Turkism ideology of 

scholar was analyzed in the context of linguistics. 



Keywords: Tofig Hajiyev, turkologist, means of communication, the common language 

 

Türk birliyinin yolu dil birliyindən keçir. 

TOFİQ HACIYEV 

Türkologiyada  böyük  elmi  məktəb  yaratmış  görkəmli  dilçi  alim,  akademik  Tofiq  Hacıyev  elmi 

araşdırmalarında  türkologiya  elminin  əsas  problemlərini  elm  müstəvisinə  gətirmiş,  akademik 

tədqiqatlarını  geniş  oxucu kütləsinə  təqdim  etmişdır.  Alimin  türkçülük  ideologiyası:  ortaq  türkçə,  vahid 

imla  və  əlifba  məsələləri  ilə  bağlı  araşdırmalarına  dair  fəaliyyəti  dövrünün  əsas  tədqiqat  obyektinə 

çevrilərək,  eyni  zamanda  bu  ideologiyanın  yeni  prioretitlərinin  müəyyənləşdirilməsinə  çoxşaxəli 

perspektivlər yaratmışdır.  

Görkəmli alim, türk dünyasında qələmi ilə tanınan məşhur türkoloq, akademik Tofiq Hacıyev elmi 

yaradıcılığının çox hissəsini ümumi türk ədəbi dili uğrunda mübarizəyə həsr etmişdir. Elmi yaradıcılığı 

boyu  elmi  mükəmməlliyi  ilə  seçilən  türkoloq  Tofiq  Hacıyevin  türk  dünyasında  qazandığı  uğurlar, 

nailiyyətlər bizə bunu deməyə əsas verir: Müasir dövrdə Turan ideologiyası uğrunda böyük mübariz olan 

T.Hacıyev  “işdə,  fikirdə,  dildə  bir”  ideyasının  müəllifi  Krımlı  İsmayıl  bəy  Qaspiralının  “ümumtürk 

ideologiyasını”  yaşadan  və  inkişaf  etdirən  alimlərdən  biri  və  cəsarətlə  desək,  birincisidir.  “Belə  ki, 

əməkdar elm xadimi, “Şöhrət” ordenli, 1995-ci ildən Türkiyə Cümhuriyyəti Atatürk Dil, Tarix və Kültür 

Qurumunun  fəxri  üzvü  olan  akademik  Tofiq  Hacıyev  elmi  və  ictimai  fəaliyyətinə  görə  1998-ci  ildə 

Türkiyə  Cümhuriyyətinin  “Ləyaqət  nişanı”  ilə  təltif  olunmuşdur.  Türkiyənin  Sanatçılar  və  Yazarlar 

Vəqfinin  2002-ci  il  üzrə  “Türk  dünyasına  xidmət”  medalının  sahibidir.  2004-cü  ilin  mayında  Qaraman 

Türk  Dili  mükafatına,  həmin  ilin  iyulunda  isə  Atatürk  Dil  Qurumunun  Üstün  Hizmət  Baratına  layiq 

görülmüşdür”.[Hacıyev/ www.Tofiq-Haciyev.com]  

 “İdeya  ehtiyacdan  doğulur.  Ehtiyac  duyulanda  tarix  ideyanı  yaradır”-deyən  böyük  türk  ideoloqu 

Tofiq  Hacıyevin  türkdilli xalqların  birliyi,  milli  türkçülük  ideologiyası,  maariflənmələri  uğrunda  əməyi 

böyükdür. Alimin türk birliyi konsepsiyasında dil birliyi xüsusi mövqe tutur. Türkoloq dilin köməyi ilə 

danışıb  anlama  yolu  ilə  türk  birliyinin  yaranacağına  əmindir.  Tofiq  Hacıyev  türkün  birliyi,  istiqbalı, 

istiqlalı  üçün  ilk  növbədə  dostluq  və  birlik  məfhumlarının  vacibliyini  nəzərə  çatdırır.  Müəllif  bu 

birliklərin  ən  yüksək  mərtəbəsində  dil  birliyinin  hakim  mövqedə  olması  qənaətindədir.  Akademik 

tədqiqatları  linqivistikanın  əsası,  özülü  olan elm  fədaisi Tofiq  Hacıyev  elmi  mülahizələrini  elmi-dilçilik 

mövqeyindən əsaslandırır, türkoloji müstəvidə araşdırır.  Alimin “türk xalqlarının vahid əlifba, ortaq imla

ortaq  ilətişim  dili”  kimi  dilçilik  məsələlərinə  dair  tədqiqatları  saysız-hesabsızdır.  Belə  ki,  türkoloq 

                                                      

 Azərbaycan Dillər Universitetinin doktorantı, agayeva144@gmail.com 




386 

III. Uluslararası Türk Dünyası Araştırmaları Sempozyumu 

“Türklər  üçün  ortaq  ünsiyyət  dili”  (2013)  kitab  və  bir  çox  elmi  məqalələrində  Turan  ideologiyasının 

müdafiəçisi və carçısı kimi çıxış edir.  

T.  Hacıyev  tarixən  Altaydan  Dunaya  qədər  coğrafi  ərazidə  məskunlaşan,  Orxon-Yenisey 

kitabələrinin dili və otuza yaxın türkdilli xalqların ana dili olan türkcənin tarixindən, ruslaşdırma siyasəti 

yürüdən  Sovet  hakimiyyəti  dönəmində  türk  xalqlarını  bir-birindən  ayırmaq  siyasətindən  və  bu  antitürk 

imperiyanın  dağılmasından  sonra  türkdilli  xalqların  ümumi  türk  ilətişim  dili  uğrunda    mübarizəsindən, 

türk  xalqlarının  bir-biri  ilə  anlaşma,  ilətişim,  ünsiyyət  dili  kimi  türkcənin  rolundan    geniş  şəkildə  bəhs 

edir.  Akademikin  Türkoloji  Qurultaya  aid  həsr  etdiyi  elmi  məqaləsində  bu  fikri  aydın  şəkildə  görmək 

mümkündür: “Qurultayın (alim  I Türkoloji Qurultayı nəzərdə tutur- A.V.) siyasi aksenti bu idi ki, türk 

xalqları bir-birinin içində ərisin, bu ərinti məhsulu udmaq Rusiya üçün asanlaşsın. Əslində bir az sonra 

Sovet  dövləti  saldığı  dil  birləşməsi  söhbətindən  peşman  oldu.  Dilləri  əritməyin  mümkün  olmadığını 

görüb, başqa bir sol tədbirə əl atdı: türklər bir-birini oxuya bilməsinlər”. [Haciyev: 2006, s. 23] Bu faktı 

digər alimlərimizin tədqiqatlarında da görmək mümkündür: “1930-cu ildə öz əcəli ilə vəfat edən Səməd 

Ağamalıoğlundan başqa Qurultayın bütün nümayəndələri 1937-ci ildə istisnasız olaraq repressiya qurbanı 

oldular.  Hətta  bu  illərdən  1956-cı  ilə  qədər  I  Türkoloji  Qurultayın  adını  çəkmək  belə,  qadağan 

edilmişdir”. [Hüseynova, Eyvazov, Bayramov, Fərəcov: 2015, s.212 ]  

Azərbaycan  dilçilik  elmində  “ortaq  ünsiyyət  dili”  məsələsinin  həlli  istiqamətində  daha  çox  Tofiq 

Hacıyev bu problem ətrafında daim araşdırmalar aparıb, dəyərli fikirlər irəli sürüb. Türkiyənin tanınmış 

ziyalısı Dr. Şükrü Haluk Akalinin təbirincə desək, “Ancaq Türkiyə dışında bir kişi var ki öteden beri Türk 

dünyasında ortak bir iletişim dili kurulması konusunu yazılarında, konuşmalarında, çalışmalarında daima 

gündəmdə  tutuyor:  Azerbaycan`dan  Prof.  Dr.  Tofik  Hacıyev…”  [Akalin/  www.academia.edu]  Alim 

“Türklər  üçün  ortaq  ünsiyyət  dili”  kitabında  “ortaq  türk  dili  və  ortaq  türk  ünsiyyət  dili”  anlayışlarına 

aydınlıq gətirir: “Ortaq türk dili və ortaq türk ünsiyyət dili anlayışları fərqlidir. Prinsipcə bu ifadələr bir-

birinin  sinonimidir.  Ancaq  bugünkü  qavranışda  həmin  ifadələr  köklü  şəkildə  bir-birindən  fərqlənir. 

“Ortaq türk dili ifadəsi “yaratmaq” feili ilə işlənib,mənim təklif etdiyim “ümumortaq türk ünsiyyət dili” 

ifadəsi “işlətmək, işlənmək” feili ilə cümlələşir. Yəni “ortaq türk dili” yaradılır, ancaq “türk ünsiyyət dili” 

hazır olan türkcələrdən birini alıb ünsiyyətdə işlətmək deməkdir. “Yaratmaq” o deməkdir ki, olmayan bir 

varlıq ərsəyə gətirilir, bu halda isə olmayan, mövcud türkcələrdən heç biri olmayan, ancaq hər birini əvəz 

edən  bir  türkcə  inşa  edilir.  “Ortaqlıq”  o  deməkdir  ki,  mövcud  türkcələrin  hər  birindən  müəyyən  dil 

nümunələri götürülüb birləşdirilir”. [Hacıyev: 2013, s. 228] 

Tofiq  Hacıyev  ideyanın  tarixçəsindən  bəhs  edərkən  ilk  növbədə  “təcrübi  iş”  kimi  fəaliyyətə 

başlayan M. M. Kazımbəyin elmi fəaliyyətində türkoloji aspektlərini şərh və təhlil etdikdən sonra “işdə, 

fikirdə, dildə bir” ideyasının müəllifi İ. Qaspiralının ümumi türk ədəbi dili məsələsinin türk xalqları üçün 

mühüm  əhəmiyyətindən,  vacibliyindən  söz  açır.  Milli  birlik  hissinə  xüsusi  önəm  verən,  türk  xalqını, 

türkcəsini,  Turan  ideologiyasını  dərin  rəğbətlə  sevən  İsmayıl  bəy  Qaspiralını  alim  Füzuli  Məcnunu  ilə 

müqayisə  edir:  “Qıldı  Məcnun  kimi  çoxlar  həvəsi-eşq,  vəli…”(Füzuli),  “vəli”si  budur  ki,  bu  işdə 

məcnunluğa  alışmaq,  Məcnun  kimi  olmaq,  yəni  Məcnuna  bənzəmək  hələ  azdır,  Məcnunun  özü  olmaq 

lazımdır”.[Hacıyev: 2013, s. 11] İsmayıl Qaspiralını türk xalqlarının rifahı üçün qəlbində, əməlində olan 

dərin  sevgisinə  görə  akademik  Tofiq  Hacıyev  “Məcnun”la  müqayisə  edib.  Ancaq  akademik  Tofiq 

Hacıyevin  özünün  də  ümumtürk  xalqlarının  birləşməsi,  vahid  türkcənin,  imlanın,  əlifbanın  yaranması 

üçün  göstərdiyi  təşəbbüslər  də  alimin  “Turan  ideologiyasına”olan  sevgisindən  xəbər  verir.  Ortaq  türk 

ədəbi  dili,  ilətişim  dili  ilə  bağlı  tədqiqatları  akademik  Tofiq  Hacıyevin  özünə  “Müasir  ümumtürk 

dilçiliyində “Turan ideologiyası eşqinin Məcnunu” adlandırmağa əsas verir.  

“Türk  elləri  bir-birinə  yadlanır,  Qazax,qırğız,  türkmən,    özbək  adlanır”  söyləyən  türk  soyuna 

bağlılığı  ilə  seçilən  şairimiz  Almas  Yıldırımın  bu  sözlərini  alim  “antitarixi  bir  emosiya”  hesab  edərək 

dillərin ayrılması  və  uzaqlaşmasını dilin  inkişaf  qanunu  sayır.  [Hacıyev:  2013, s.7]  Lakin şairin  “Nerdə 

qopuz, nerdə qırıq kaman hey...Nerdə böyük vətən, nerdə Turan hey...”-deyə kədərli notlarla zəngin olan 

bu  sual  nidasının  kədərinin  əsas  səbəbini  “Turanın  əlaqəsizliyində”  görür”.[Hacıyev:  2013,  s.8]  “Oğuz 

xanın da oğullarından hərəsinin bir adı vardı. Ancaq bunlar bir ailəsinin oğulları idilər. İndi ayrı düşmüş 

bu oğulların bir-birinə əl verməsi vaxtıdır”-deyən alim gələcəyə ümidlə baxır və “Turan deyilən əfsanəvi 

anlayışın gerçəkliyə dönəcəyinə” əmindir. [Hacıyev: 2013, s. 8]  “Mustafa Kamal Atatürk deyib: “Dil bir 

körpüdür...İnanc  bir  körpüdür...Tarix  bir  körpüdür...Köklərimizə  dönməliyik  və  hadisələrin  böldüyü 

tariximizin  içində  bütünləşməliyik.  Onların  (xaricdəki  türklərin)  bizə  yaxınlaşmasını  gözləməməliyik. 

Bizim onlara yaxınlaşmağımız lazımdır...”[Dursunova: 2011, s. 676] 




Yüklə 4,88 Mb.

Dostları ilə paylaş:
1   ...   186   187   188   189   190   191   192   193   ...   204




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə