Baki avrasiya universiteti NİĞde üNİversitesi



Yüklə 4,88 Mb.
Pdf görüntüsü
səhifə187/204
tarix23.01.2018
ölçüsü4,88 Mb.
#22347
1   ...   183   184   185   186   187   188   189   190   ...   204

380 

III. Uluslararası Türk Dünyası Araştırmaları Sempozyumu 

XIX əsrin sonu-XX əsrin əvvəllərində xalça məmulatı istehsalında xeyli irəliləyiş müşahidə edilsə 

də, bu sahə fabrik-zavod mərhələsinə yüksəlmiş ipəkçilikdən fərqli olaraq, hətta manufaktura mərhələsinə 

keçə  bilməyib,  hələ  də  özünün  sənət  və  xırda  əmtəə  istehsalı  səviyyəsini  saxlamışdı.  Bu,  hər  şeydən 

əvvəl,  xalça  məmulatı  istehsalının  spesifik  xüsusiyyətləri  ilə  bağlı  idi.  Belə  ki,  daha  çox  şəhərlərdə 

cəmləşmiş  bir  çox  sənət  sahələrindən  fərqli  olaraq,  yolsuzluq  şəraitində  mərkəzlə  zəif  əlaqəsi  olan  və 

böyük  ərazilərə  səpələnmiş  xalçaçılıq  daha  çox  kəndlərdə  inkişaf  etdiyindən,  iri  ticarət  kapitalının 

diqqətindən kənarda qalmışdı. Daha doğrusu, infrastrukturun zəif inkişaf etdiyi bu şəraitdə böyük kapital 

sahibləri bu sahəyə vəsait ayırmağa cəsarət etmirdilər. Onlar kəndlərdə istehsal edilmiş yüksək keyfiyyətli 

xalça məmulatlarını xarici bazarlardakı qiymətindən xəbərsiz olan kənd toxucularından dəyər-dəyməzinə 

alaraq böyük gəlir götürürdülər. Bu məsələdə xarici bazara işləyən tacirlərlə xalçaçılar arasında vasitəçilik 

edən alverçilər mühüm rol oynayırdılar [16,s.67]. 

 

Naxçıvan  diyarında  XVIII-XX  əsrin  əvvəllərində  toxunmuş  xalça  məmulatlarının  xeyli  sayda 



nümunəsi  dövrümüzə  qədər  gəlib  çatmışdır.  Apardığımız  çöl  tədqiqatları  zamanı  Naxçıvan  Muxtar 

Respublikasının  Babək,  Culfa,  Kəngərli,  Sədərək,  Naxçıvan  şəhəri,  Ordubad,  Şahbuz  və  Şərur 

rayonlarında tədqiq etdiyimiz dövrdə toxunmuş şəxsi kolleksiyalarda saxlanılan 24 ədəd yun xovlu xalça, 

4 ədəd "Namazlıq", 4 ədəd yun xovsuz zili, 2 ədəd duz torbası, 2 ədəd xurcun, 1 ədəd məfrəş üzü, 1 ədəd 

şəddə və 1 ədəd kilim aşkar edilərək elmi ictimaiyyətə təqdim edilmişdir [8,s.131-149].

  

Tədqiqat zamanı 



aydın  olmuşdur  ki,  şəxsi  kolleksiyalarda  saxlanılan  xovlu  xalçaların  ən  qədim  nümunəsi  1800-cü  ildə 

Şərur rayonunun Maxta kəndində toxunmuşdur.  



ƏDƏBİYYAT 

1.Azərbaycan etnoqrafiyası. I cild, Bakı, 2007 

2.Azərbaycan xalçaları. Naxçıvan qrupu. Bakı, 2012 

3.Azərbaycan tarixi. 7 cilddə, II c., Bakı, 1998 

4. Budaqova S. Naxçıcvan diyarının siyasi tarixi. Bakı, 2014 

5.Həbibullayev O.H. Kültəpədə arxeoloji qazıntılar. Bakı, 1959 

6.Kərimov L. Azərbaycan xalçaları. Bakı, 1961 

7.Məmmədov R. Naxçıvan şəhərinin tarixi oçerki. Bakı, 1977 

8.Muradov V. Naxçıvan xalçaçıları. Bakı, Elm, 2013 

9.Muradov V. Azərbaycanda xalçaçılıq sənəti. Bakı, 2013 

10.Sadıqov M. Qoyunçuluq. Bakı, 1965 

11.Vahidov R. Mingəçevir III-VIII əsrlərdə. Bakı, 1961 

12.Алиева А. Ворсовые ковры Азербайджана XIX - начала XX века, Баку, 1987 

13.Гейдаров М.Х. Города и городское ремесло Азербайджана XIII-XVII в.  

     Баку, 1982  

14.Григорев В.Н. Статистическое описание Нахичеванской провиции. СПб.,  

     1833 

15.Исаев М.Д. Ковровые производство Закавказье. Тифлис, 1932 

16.Исмаилов М. Социально-экономическая структура Азербайджана в эпоху  

      империализма. Баку, 1982 

17.Латышев В.В. Известия древних писателей о скифах и Кавказе. т. I, СПб.,  

     1890 

18.Пиралов А.С. Краткий очерк кустарных промыслов Кавказа. СПб.,1913 

19.Сумбатзаде А.С. Промышленность Азербайджана в XIX в. Баку, 1964  

20. Фазлуллах Рашид ад-Дин. Джами ат-таварих (Сборник летописей). 

       Перевод А.К.Арендса. т. III, Баку, Изд-во АН Азерб. ССР, 1957 

21.Хатисов К. Кустарные промыслы Закавказского края. Тифлис, 1897  

22. Худуд ал-алем. Л., 1939 

23.Шопен И. Исторический памятник состояния Армянской области в эпохи  

     ее присоединения к Российской империи. СПб., 1852 

24.Qriffin Levis. The Praktikal Book of oriental Rugs. N-Y.,1995  



DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİNDƏ STATUS-KVO MÜHARİBƏ RİSKİNİ ARTIRIR 

Vuqar MƏMMƏDZADƏ

 

Xülasə:  Dağlıq  Qarabağ  münaqişəsinin  sülh  yolu  ilə  həlli  uzandıqca  bölgədə  vəziyyət  getdikcə 



gərginləşəcək. İsti aylar yaxınlaşdıqca atəşkəsin pozulması halları artacaq. Rəsmi Bakı Ermənistana təzyiqin 

artırılması  üçün  beynəlxalq  vasitəçilərin  atəşkəsin  pozulması  hallarını  araşdıran  qrupun  yaradılmasına  da 

razılıq verməyəcək. Əslində rəsmi İrəvan da anlayır ki, Dağlıq Qarabağ ətrafındakı rayonları boşaltmağa razı 

olmayana  qədər  atəşkəs  daima  pozulacaq,  bölgədə  müharibə  risqi  azalmayacaq.  Buna  baxmayaraq, 

Ermənistan  prezidenti  Serj  Sərkisyan  Dağlıq  Qarabağ  ətrafındakı  rayonları  boşaltmaq  qərarına  hazır  deyil. 

Çünki, 


həmin 

rayonların 

işğalında 

Serj 


Sərkisyan 

bilavasitə 

iştirak 

edib.  


Bütün hallarda münaqişənin həlli Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılmasından keçir. Bu olmadan 

müharibə hər an başlaya bilər. 



Açar sözlər: Dağlıq Qarabağ, müharibə,Status-kvo, risk 

Nagorno-Karabakh War Increases the Risk of the Status Quo 

Abstract:  The  peaceful  settlement  of  the  Nagorno-Karabakh  conflict,  the  longer  the  increasingly  tense 

situation in the region.Closer to the increase in ceasefire violations during the warmer months.Official Baku 

to increase pressure on Armenia to establish a group of international mediators in cases of violations of the 

cease-fire  will  not  agree.  In  fact,  official  Yerevan  also  understands  that  unless  you  agree  to  evacuate  the 

regions  around  Nagorno  Karabakh  has  always  broken  the  cease-fire,  not  reduce  risk  of  war  in  the  region. 

Nevertheless,  the  Armenian  President  Serzh  Sargsyan  is  not  ready  to  loosen  the  regions  surrounding 

Nagorno-Karabakh. Because of the occupation of these regions Serzh Sargsyan participated directly. 

In all cases, the liberation of regions around Nagorno Karabakh tries to resolve the conflict. Without this war 

could start at any moment. 

Keywords: Nagorno-Karabakh,war, the status quo, risk 

Sovetlər  birliyinin  süquta  uğradığı  illərdə  keçmiş  “ittifaq  ölkəsində”  gedən  siyasi  proseslər 

nəticəsində  müstəqillik  qazanan  respublikalar  kimi  Azərbaycan  da  öz  daxili  və  xarici  siyasətini  sərbəst 

müəyyənləşdirmək hüququ qazandı. Azərbaycan müstəqillik əldə etdiyi zamanlarda xarici havadarlarının 

dəstəyi  ilə  Ermənistan  tərəfindən  elan  olunmamış  müharibəyə  məruz  qaldı,  torpaqlarının  20  faizi  işğal 

olundu  və  yarım  milyondan  çox  əhalisi  məcburi  köçkün  vəziyyətilə  üzləşdi. Müharibə  davam  etdiyi  bir 

zamanda  Azərbaycanda  ard-arda  hakimiyyət  dəyişikliyi  baş  verdiyi  üçün  cəbhədə  mövqeylərimizin 

zəifləməsinə  gətirib  çıxartdı.  Savaşın  getdiyi  dövrdə  bölgədə  geosiyasi  vəziyyətin  Azərbaycanın  lehinə 

olmaması 1994-cü ildə cəbhədə atəşkəs sənədinin imzalanmasına gətirib çıxardı. Bu sənəd Azərbaycan 

tərəfindən  8  may  1994-cü  ildə  imzalanmışdır  (Azərbaycan  tarixi,  2008:  271).  Sənədə  Ali  Sovetin  sədri 

Rəsul  Quliyev  və  Dağlıq  Qarabağın  azərbaycanlı  icmasının  rəhbəri  şəxsində  Şuşa  rayonu  İH  başçısı 

Nizami  Bəhmənov,  erməni  tərəfdən  Ermənistan  parlamentinin  sədri  Babken  Ararksyan  və  Dağlıq 

Qarabağın erməni icmasının rəhbəri şəxsində "DQR parlamentinin sədri" Karen Baburyan imza atmışdır. 

Sənəd  12  may  1994-cü  ildən  qüvvəyə  minmişdir  (Strateji  Təhlil,  2013:  69).  Elə  həmin  gündən  cəbhə 

xəttində aktiv hərbi əməliyyatlar müvəqqəti olaraq dayandırılmışdır (Tomas de Vaal, 2008: 40). 

Azərbaycan tərəfi sənədə iki əlavə ilə imza atmışdı. Bişkek protokolunun 5-ci abzasında "tutulmuş 

ərazilər"  sözləri  "işğal  olunmuş  ərazilər"  sözləri  ilə  əvəzlənmiş  və  atəşkəsdən  sonra  cəbhə  xəttində 

yerləşdiriləcək müşahidəçilərin isə "beynəlxalq müşahidəçilər missiyası" olması qeyd olunmuşdur. 

Bu sənədə əsasən, tərəflər tezliklə beynəlxalq vasitəçilik sayəsində "Böyük sülh sazişi" imzalamalı 

idilər (Thomas de Waal, 2003: 53). 

Sənəd 

3  nüsxədə  Azərbaycan,  erməni  və  rus  dillərində  hazırlanmışdır.  "Bişkek 



protokolu"  Qarabağ  müharibəsi ərəfəsində  cəbhə  bölgəsində  atəşkəsi  nəzərdə  tutan,  bir  növ  siyasi 

müraciət və ya sülhə çağırış məqsədli və hüquqi xarakter daşımayan sənəddir. Bu sənəd hüquqi xarakter 

daşımadığına və üstəlik, heç bir tərəfə hüquqi öhdəliklər qoymadığına görə bir növ siyasi müraciət və ya 

sülhə çağırışdan ibarət idi. Buna görə də Azərbaycan tərəfinin təkid etdiyi düzəlişlərin o qədər də böyük 

əhəmiyyəti  yox  idi.  Bununla  belə,  Bakı  yalnız  onun  istəklərinin  təsbit  olunduğu  kağızı  imzalamağa 

razılaşırdı  (  Эхо,  2011:  1,3).  Bunun  nəticəsində  1994-cü  il  mayın  12-də  cəbhədə  atəşkəsə  nail 

                                                      

 Azərbaycan Dövlət İqtisad, Universitetinin Müəllimi, vuqar-memmedzade@mail.ru 




Yüklə 4,88 Mb.

Dostları ilə paylaş:
1   ...   183   184   185   186   187   188   189   190   ...   204




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə