Baki avrasiya universiteti NİĞde üNİversitesi



Yüklə 4,88 Mb.
Pdf görüntüsü
səhifə191/204
tarix23.01.2018
ölçüsü4,88 Mb.
#22347
1   ...   187   188   189   190   191   192   193   194   ...   204

387 

Vüsalə AĞAYEVA / Akademik Tofiq Hacıyevın Elmi Yaradıcılığında Türkdilli Xalqlar Üçün “Ortaq  

Tofiq Hacıyev türkoloji araşdırmalarında Birinci Türkoloji Qurultaya (Bakı, 1926) dair tədqiqatları, 

elmi  mülahizələri  də  türkologiya  elmində  xüsüsi  mövqe  tutur.  “Türk  xalqlarının  tarixi,  mədəniyyəti, 

maarifi  ilə  bağlı  zəngin  problemlər  proqramı  olan  Birinci  Türkoloji  Qurultay,  adətən,  ən  çox  dil 

məsələləri ilə xatırlanır”. [Hacıyev: 2006, s.18] Müəllif, İsmayıl Bəy Qaspiralı və V. Radlovun şərəfinə 

keçirilən 131 nəfər nümayəndənin iştirak etdiyi, yeddi böyük problemin həlli istiqamətində keçirilən 17 

iclas  və  38  məruzədən  ibarət  olan,  Türkdilli  xalqların  həyatında  mühüm  əhəmiyyət  kəsb  edən,  tarixi 

hadisə  sayılan  Birinci  Türkoloji  Qurultayla  bağlı  elmi  mülahizələrində  beş  iclası  əhatə  edən  əlifba 

məsələsindən qısa söz açaraq Türkiyənin görkəmli professoru Mehmet Fuad Körpülüzadənin “I Türkoloji 

Qurultay”  zamanı  söylədiyi  “Türk  xalqlarında  ədəbi  dilin  inkişafı”  adlı  məruzəsinin  müzakirəsinə  dair 

dəyərli fikirləri və bu mövzu ətrafında söylənilən elmi mülahizələrdən geniş bəhs edir. Görkəmli türkoloq 

Bəkir Çobanzadənin təbirincə desək, “ədəbi dil ilə xalq dili bir-birinin eyni deyildir. Dil daima dəyişən, 

bir  hal  üzərində  durmayan  bir  şey  olduğundan  böyükcə  bir  ölkədə  hər  vadinin,  hər  guşə  və  rayonun 

özünəməxsus bir şivəsi, danışıq surəti olar”. [Çobanzadə: 2007, s.192] “Türk ləhcələrindən bəziləri ədəbi 

dillər sayıla bilər”-deyən Fuad Körpülüzadə və qurultay məruzəçilərin sonda gəldiyi qənaətə akademik öz 

mövqeyini  elmi  mülahizələri  ilə  bildirir:  “Ümumi  ortaq  türk  ədəbi  dili  yaratmaq  əsla  mümkün  deyil. 

Müxtəlif coğrafiyalarda formalaşmış yerli milli dillər şəklinə düşmüş türkcələri bir yana qoyub, yeni dil 

hazırlamaq olmaz”. [Hacıyev: 2013,  s. 107] 

2001-ci  ildə  akademik  Tofiq  Hacıyevin  “Ulus”  qəzetinə  verdiyi  müsahibəsində  jurnalistin  “Neçə 

ildir ki, vahid türk dili ideyası atılıb ortalığa. Bunun reallaşması nə dərəcədə həqiqətə uyğundur?” sualını 

alim  belə  cavablandırır:  “Ümumi  türk  dili  formalaşa  bilməz.  Kimsə  ana  dilindən  əl  çəkib,  təzə  dil 

yaratmaz.  Sadəcə  müasir  türk  dillərindən  birini  (alim  Türkiyə  türkcəsi  nəzərdə  tutulur-  A.V.)  ümumi 

ünsiyyət dili kimi qəbul etmək olar”. [Hacıyev: 2013, s. 6] Akademik Tofiq Hacıyev ortaq türk dili kimi 

Türkiyə türkcəsini hesab edir, alimin təbirincə desək, “bu gün tarixi əlaqələndirici rolunu Türkiyə türkcəsi 

yerinə yetirə bilər”[Hacıyev: 2013, s. 170 ] Lakin müəllif Türkiyə türkcəsində bəzi nöqsanların olduğunu 

da  vurğulayır.  Eyni  zamanda  Türkiyə  türkcəsində  “yetərsay”,  “bilgisayar”  kimi  yeni  yaranmış  bəzi 

sözlərin  Azərbaycan  türkcəsinə  keçidini  tədqirəlayiq  hesab  edir.  Türkiyənin  tanınmış  alimi  Dr.  Yavuz 

Donatın  Tofiq  Hacıyev  haqqında  qələmə  aldığı  “Hocalar  hocası”  məqaləsində  Dr.Yavuz  Professor  Dr. 

Tofiq  Hacıyevlə  bağlı xatirələrindən  söz  açarkən akademikin  Türkiyə  türkcəsində  bəzi sözlərin  düzgün 

olmadığı  haqqında  fikirləri  alqışa  layiqdir:  “...Dedi  ki,  (Tofiq  Hacıyev  -  A.V.):  -  Atatürk`ün  Türkçesi, 

Aşık Veysel`in, Mehmet Akif`in, Nazim Himet`in Türkçesi, özümün çok kolay  anladığı Türkçe... Ama 

siz sonradan Türçeyi bozdunuz. “Nasıl bozduk” diye sorduk. Prof. Hacıyev: - Randevu diyorsunuz. Görüş 

varken,  randevuyu  nereden  çıkartıyorsunuz?..  Yüz  yüze  dururken,  direk  demeniz  şartmı?...sıkıntı 

demiyor, depresiyon diyorsunuz...”[Hacıyev, Biblioqrafiya: 2006, s.126]   

Müəllif  Türkiyə  türkcəsinin  inkişafında  digər  türkcələrin  də  nəzərə  alınmasını  zəruri  hesab  edir. 

Çünki  belə  olan  halda,  həmin  türkcələr  də  inkişaf  etmiş  olar.  Bu  yolla,  alim  türkcələrin  daxili  inkişaf 

qanunlarının, xüsusən, subyektiv şərtlərlə bağlı olan faktorların-terminlərin dəyişməyəcəyi qənaətindədir. 

[Hacıyev;  2013,  s.170]  Türkiyə  türkcənin  digər  türkcələrə  daha  da  yaxınlaşması  üçün  on  iki  maddə 

təqdim edir: “Türkiyə türkcəsinin ilətişim dili imkanlarını təmin etmək üçün nələr gərəkdir. 

1.

 

Vahid əlifbaya nail olmalıyıq və eyni səsin eyni hərflə işarələnməsini mühüm şərtdir. 



2.

 

Bütün türklərin imlası uyğun prinsiplər əsasında qurulmalıdır. Əcnəbi sözlər türkcə necə tələffüz 



edilirsə, elə də yazılmalıdır. 

3.

 



Bütün türkcələrdə ortaq terminlər hazırlanmalıdır. Bunun üçün müxtəlif türkcələri təmsil edən dil 

alimlərindən  ibarət  ümumi,  müştərək  komissiya  qurulmalıdır.  Yeni  yaradılan  türkcə  və  ya  yabancı 

dillərdən alınan terminləri həmin komissiya təhlil və qəbul etdikdən sonra, hər türkcə həmin terminləri öz 

fonetik bazasında məcburi işlətməlidir. 

4.

 

Bütün  türk  cümhuriyyətlərində  Türkiyə  türkcəsi  azacıq  saatlarla  orta  məktəblərdə  tədris 



olunmalıdır. 

5.

 



Türkiyənin  televiziya  verilişlərində  spiker  məsələsinə diqqət  yetirilməli, aydın tələffüzlü  şəxslər 

seçilməlidir.Türk  dövlətlərinə  yayımlanan  televiziya  kanallarında  Türkiyə  türkcəsi  ilə  yerli  türkcələrin 

arasındakı sözləri parallel işlətmək olar. 

6.

 



Türkiyə türkcəsi də o biri türkcələrə doğru bir addım atmalıdır. Bu gün Azərbaycan türkcəsində 

işlənən  bilgisayar,  yetərsay,  öndər,  dəstəkləmək,  baxım  (əvvəl  “nöqteyi-nəzər”)  kimi  sözlər  Türkiyə 

türkcəsindən  götürülüb.  Türkiyə  türkcəsi  də  başqa  türkcələrdən  daha  uğurlu  sözləri  alıb  işlədə  bilər. 

Qulaqlarımızı  cırmaqlayan  anahtar,  randevu,  direkt,  kalite  qəbilindən  əcnəbi  sözləri  lüğətindən 

çıxarmalıyıq. 



Yüklə 4,88 Mb.

Dostları ilə paylaş:
1   ...   187   188   189   190   191   192   193   194   ...   204




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə