əvvəlcədən aradan qaldınlmasınm əsas yoUanndan biri yeraltı,
yerüstü sərvətlərdən səmərəli istifadə edilməsi, bunun əsasında
iqtisadiyyatm dinamik inkişafının təmin edilməsidir. Yeni
islahatlar dövründə yeraltı xammal ehtiyatlarmdan istifadə
edilməsi mexanizmi təkmilləşməlidir. Bunun əsas məzmunu ilkin,
təkrar xammal ehtiyatlarımn istifadə edilməsinə görə haqq ödənişi
şəraitində istismar, emal, istifadə proseslərində itkiləri minimuma
endirməklə, ətraf mühitə dəyən zərəri məhdudlaşdırmaqdır. Belə
tədbir torpaq, su sərvətlərindən istifadə proseslərində daha artıq
səmərə verir.
Bir çox ölkələrdə, o cümlədən Avropa Ölkələrində, məsələn,
Böyük Britaniya, Almaniyada torpaqlardan istifadəyə görə
lisenziyanı yerli təşkilatlar verir ki, bu da regionda iqtisadi inkişafı,
ətraf mühitin mühafizəsini təmin edir və müvafiq məhsullar
istehsalınm təşkili və planlaşdırılması işlərinin səmərəliliyini
artırır. Torpaqların istifadəyə verilməsi təkcə onların kənd
təsərrüfatımn, qeyri-istehsal sahələrinin inkişaf etdirilməsi
məqsədinə xidmət etmir. Elm və texniki tərəqqiyə əsaslanan elə
sənaye sahələri, xüsusilə qeyri ənənəvi energetika, kimya
müəssisələri fəaliyyətdədir ki, onların tullantılarının açıq havada
yığılması ekoloji təhlükə və təxribat mənbəyi kimi yolverilməzdir.
Belə müəssisələrdən Sumqayıt şəhərindəki Orqsintez, Sintetik
Kauçuk, Superfosfat zavodlarını, Gəncə Alüminium Oksidi
Kombinatını
göstərmək
olar.
Sənaye
müəssisələrinin
tuUantılannm haradasa yığılmasının, istifadəsinin, basdırılmasımn
iqtisadi, ekoloji proseslərinin təhlili, müvafiq hüquqi şəxslərə
həvalə edilməlidir ki, bunu da dövlətin müvafiq təşkilatları,
məsələn. Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Respublika
Nazirlər Kabinetinin əlaqədar şöbəsi, Dövlət Torpaq və
Xəritəçəkmə Komitəsi təmin etməlidir.
İndi Rusiya Federasiyası kimi elə ölkələr var ki, onlar ətraf
mühit üçün son dərəcə zərərli olan tullantıların öz ərazilərində
basdırılmasını gəlir mənbəyinə çeviriblər. ABŞ və Fransa zərərli
tullantılann, xüsusilə reaktiv elementlərin basdmlması- m
«ticarət»in bir növünə çevirmiş və bunun öz ərazilərində həyata
keçirilməsini lisenziya ilə yerinə yetirirlər. ABŞ belə bir
162
təklif irəli sürmüşdür ki, hansı ştat radioaktiv tullantılann öz
ərazisində basdnrılmasına razılıq verərsə, həmin ştat bir dəfəlik 10
mln. dollar, basdırılma dövrü başa çatana qədər isə hər il 1 mln.
dollara sahib ola bilər. Torpaqdan, sudan istifadəyə görə lisenziya
verilməsi Almaniyada daha çox yayılıb. Bu üsul İsveçrədə
heyvanların, meşə, su sərvətlərinin istifadəsi, mühafizəsi
məqsədilə daha geniş tətbiq edilir və bu, dövlətin, müvafiq
təşkilatların nəzarəti altında həyata keçirilir.
Ətraf mühitə intensiv təsir edən amillərin öyrənilməsində
material, əmək, maliyyə, enerji, tullantı, istilik tutumlu
metallurgiya, kimya-metallurgiya, polimetal, mineral-tikinti
materiallarının istismarı təmayüllərinin müəyyən edilməsində
lisenziya daha əhəmiyyətlidir. Bir sıra hallarda faydah qazıntılann
kompleks istifadəsinə xidmət edən bu və ya digər sərvət növünün
təcrid edilmiş halda istifadəsi nəzərə alınmır. Lakin müxtəlif
təmayüllü sərvətlər sistemində onun istismar və emalını imzalayır.
Bütün bunları məhsuldar qüvvələr, istehsal vasitələri üzərində
müxtəlif mülkiyyət formaları mövcud olan və bazar iqtisadiyyatı
şəraitində inkişaf edən Azərbaycan Respublikasına şamil etmək
məqsədə uyğundur.
Onu da qeyd etmək lazımdır ki, coğrafi mövqeyinə, ərazisinin
təbii müxtəlifliyinə, xüsusilə geoloji, səth quruluşuna görə
Azərbaycan Respublikası bir çox ölkələrdən fərqlidir. Bu fərqlər
aşağıdakılardan ibarətdir: a) Azərbaycan Respublikasının məhdud
ərazisinin 60 faizini dağlar təşkil edir, faydalı qazıntılann əksər
hissəsi də burada, ekoloji təsirə davamsız sahələrdə yerləşir; b)
Müasir dövrdə elmi-texniki tərəqqi, sənaye və beynəlxalq
əhəmiyyətinə, potensial dəyərinə görə res- publikamn mineral
xammal ehtiyatmda əsas yeri yanacaq- enerji ehtiyatlan təşkil edir
ki, bunlann da 90 faizi ekoloji baxımdan ekstremal təbii şəraitə
malik Xəzər dənizində yerləşir; c) Ərazinin təbii-təsərrüfat
baxıımndan, əhali məskunlaşmasından, təbii sərvətlərin
mənimsənilməsindən, relyef quruluşundan asıh olaraq, bütün
sənaye istehsal tullantılanmn «anbarlaşdırılması», saxlamiması,
basdırılması üçün şərait yoxdur. Burada radioaktiv maddələrin nə
dəniz akvatoriya
163
sında, nə də quruda basdırılmasından bəhs etməyə dəyməz.
Yuxanda deyilənlərdən belə nəticəyə gəlmək olar ki, təbiəti
mühafizə tədbirlərinin mexanikləşdirilməsini əsasən iki mərhələdə
aparmaq məqsədə uyğundur:
a)
təbii sərvətlərin, xüsusilə sənaye xammallarının ekspertiza
əsasında regional təmayüldə istifadəsinin təşkili;
b)
ətraf mühitin mühafizəsi üzrə ekspertiza etmək əsasında
təbii sərvətlərdən regional istiqamətdə kompleks istifadə etməklə
iqtisadi-ekoloji səmərəliliyin həyata keçirilməsi.
Burada təbii sərvətlərdən səmərəli istifadə prosesində
müəssisəyə, ətraf mühitə təsir edən antropogen, texnogen amillər
və onların qarşısının alınması tədbirləri də nəzərdə tutulur və
istehsal planına daxil edilir.
Beləliklə, təbii ehtiyat və xammaldan kompleks istifadəyə və
fəaliyyətinə görə müəssisələrlə müqavilə bağlamaq hüququ
olmalıdır. Sumqayıt Alüminium, Azərbaycan Boru yayma
zavodları, Gəncə Gil Torpaq Kombinatı, Daşsalahlı Bentonit
Mədəni bu kinü müəssisələrin sahiblərinin aldıqları sənədlərə
uyğun müvafiq normativ qaydalar daxilində ilkin, təkrar
xammalların kompleks istifadəsini, təbiəti mühafizə tədbirlərini
elmi-texniki əsaslar səviyyəsində aparmalan vacibdir.
Təbiəti mühafizə tədbirlərinin, ekoloji mühitin tarazlı
inkişafında təbiətlə istehsal, onlarla da əhali arasında olan
iqtisadi-ekoloji siyasətin hansı səviyyədə həyata keçirilməsində
yerli şəraitə uyğun müəyyən fərqlər ortaya çıxır. Bu o deməkdir ki,
kompleks əhəmiyyətli konstruktiv xammallardan, məsələn,
yanacaq - enerji, metallurgiya, polimetal sərvətlərindən elə istifadə
edilməlidir ki, praktiki olaraq, təbiəti mühafizə siyasətində əldə
edilən iqtisadi-ekoloji səmərə fərdi deyil, ümumi ictimai miqyasda
dəyərli olsun.
Odur ki, təbii sərvətlərdən istifadə və təbiəti mühafizə
siyasətinin tərkib hissəsi olmaqla onların həyata keçirilməsi dövlət
milli regional və yerli qanunverici təşkilatları ekoloji sistemdə
canlı aləmə dəyən zərərin müəyyən edilməsi zəruri şərt kimi qəbul
edilməlidir. Beləliklə, hasilat, istismar, emal proseslərində yaranan
itkilərin ətraf mühitə verdiyi zərərin
164
Dostları ilə paylaş: |