genişləndirmək üçün meliorasiya tədbirlərinin önəmi getdikcə
artır. Meliorasiya - torpağın mexaniki tərkibinin, strukturunun
bərpa olunmasmm, hava və su rejiminin nizamlanmasının, onun
məhsuldarlığımn uzunmüddətli artırılmasına yönəldilən tədbirlər
sistemidir. Bu tədbirlərə isti ölkələrdəki quraq ərazilərin
suvanimasma, mülayim enliklərdə yerləşən rütubətli sahələrin
qurudulmeısma, torpaqlarm əhənglə gübrələnməsinə, onlara
mineral gübrələrin verilməsi, tarla qoruyucu meşə zo- laqlarımn
salınmasına və su, külək eroziyalanna qarşı müxtəlif tədbirlərin
görülməsinə imkan verir. Dünyanın 2/3 hissəsini tutan su
təbəqəsinin müəyyən sərhədləri daxilində, hər hansı iqlim
qurşağında yerləşməsindən asılı olaraq, özlərinə məxsus
fiziki-coğrafi şəraiti və canh aləmi vardır. Şirin su hidrosferin cəmi
2,5% - ni təşkil edir. Aparılan tədqiqatlara əsaslanaraq demək olar
ki, dünyada mövcud olan çayların illik axım 47 min kub. km-dir.
Onun da yalnız 21% - ni praktik olaraq istifadə etmək mümkündür.
Hər il dünya ölkələrində 4100 milyard kub. km su istifadə edilir.
Şirin suyun 63% - i kənd təsərrüfatında, 27% - i,sosial iaşə
müəssisələrində 6% - i məişətdə işlədilir. İstifadə edilən suyun
miqdan getdikcə artır. Su anbarlannda şirin suyun 4% - i toplanır.
Ekvatorial enliklərində və şimal mülayim qurşağında yerləşən
ölkələr şirin su ilə yaxşı təmin edilmişdir. Dünyanın cənub ölkələri
isə şirin su ilə yetərincə təmin olunmur. Əhalinin hər nəfərinə görə
çay axı- nımn ehtiyatları Yeni Zellandiyada il ərzində 125 min kub
m, Kanada da 120 min kub m, Brazilyada 48 min kub m-dir. Afrika
və Cənub-Qərbi Asiya ölkələrində bu göstərici min kub m-dən
azdır. Odur ki, təsərrüfat obyektlərinin fasiləsiz su ilə təmin
edilməsi məqsədilə dövriyyəli su sisteminə keçirilir. Məhz buna
görə də iri sənaye mərkəzlərində və şəhərlərə yaxın yerlərdə
sutəmizləyici qurğular tikilir.
Azərbaycanın regionlarmda tarazh və rəqabət qabiliyyətli
iqtisadiyyatın inkişaf istiqamətlərinin tədqiqini nəzərə alsaq, onda
iqlim ehtiyatlannm kənd təsərrüfatı sahələrinin inkişafında əsas
təbii komponentlər olmaqla, yer kürəsinin ayn-ayrı sahələrində
müxtəlif təbii şəraitin yaranmasında, təsərrüfat
156
sahələrinin formalaşmasında mühüm rol oynayır, tqlim yer səthinin
müxtəlif sahələrində təbii şəraitə uyğun ekzogen relyef formalarım
əmələ gətirir. Məsələn, qütb enliklərində buzlaq relyef formaları,
mülayim enliklərdə sıx çay dərələri, yarğanlar, səhralarda
barxanlar və düyünlər kimi relyef formaları üstünlük təşkil edir.
Aşınma prosesinin getməsi iqlimin əsas göstəriciləri olan
tempratur və yağmtımn miqdarmdan asılıdır. Fiziki aşınma yüksək
temperatur şəraitində, kimyəvi aşınma yağmtıların çox düşdüyü
ərazilərdə müşahidə edilir. Yağmtıların çox düşdüyü dağlıq sahələr
daha sürətlə aşmıb, dağıhr.
Ərazilərin çay şəbəkəsinin sıxhğı, çayların sululuğu və rejimi
yağmtılarm miqdanndan asılıdır. A.l. Vayeykov haqlı olaraq
çayları «iqlim məhsulu» adlandırmışdır. Atmosfer hadisələri
yarğanların yaranmasıda böyük rola malikdir. İqlimin regionlarda
landşaftın, relyefin, torpaq örtüyünün yaranmasına müsbət təsir
göstərir. Onun yalnız bir komponentinin ça- tışmaması tamam boş
səhralann yaranmasma, hətta tropik səhralarda yağıntının
formalaşmasına səbəb olur. Mülayim, subtropik, tropik və
subekvatorial enliklərdə məhsuldar tor- paqlarm qara, şabalıdı, boz,
qonur, qırmızı, san tiplərinin yaranması, yağmtılann, bitki
örtüyünün və günəş enerjisinin kifayət qədər olması ilə əlaqədardır.
İqlimi yaradan əsas amil yer üzərində yaşıl biokütlənin
yaranmasında həlledici rola malikdir. Bitkilər suya olan tələbata
görə üç qrupa bölünür. Həddən artıq rütubətli şəraitdə bitən bitkilər
hidrofitlər adlanır. Mezofıtlər rütubətlənmə əmsah vahidə yaxm
olan ərazilər üçün səciyyəvidir. Kisrofıtlər quraq iqlim şəraitinə
uyğunlaşmış bitki növləridir.
Elm və texnikanın müasir inkişafı və dünya əhalisinin sürətlə
artdığı şəraitdə təbiətlə cəmiyyətin qarşıhqh münasibəti bəşəri
problemə çevrilmişdir. Tarazlı və rəqabət qabiliyyətli
iqtisadiyyatın inkişaf istiqamətlərini nəzərə alaraq insanların maddi
rifahının və mədəni həyat səviyyəsinin yaxşılaşdırılması, maddi
nemətlər istehsalımn artırılması təbii sərvətlərdən planh surətdə
istifadə edilməsi zərurətini yaradır. Müasir dövr
157
də texnika və enerji ilə silahlanan insanların istehsal fəaliyyəti
nəticəsində təbiətə edilən təsir o dərəcədə böyükdür ki, onun mənfi
amillərini geoloji dövrlərdə gedən bir çox təsirlərin nəticəsi ilə
müqaisə etmək olar, tstehsahn və cəmiyyətin inkişafında bunun
müsbət təsiri onunla ifadə edilir ki, cəmiyyət təbii resurslardan
məqsədə uyğun istifadə prosesində yüksək inkişafa nail olmuşdur.
Təbiətə həddindən artıq təsir imkanlarına malik elmi-texniki
tərəqqi
insan
cəmiyyətinin
«ekolojiləşdiril-
miş»,
«texnikiləşdirilmiş», «enerjiləşdirilmiş», «məskunlaşdırılmış»
mühitdə yaşamasına gətirib çıxarmışdır. Məhsuldar qüvvələrin,
xüsusilə sənayenin ərazi və sahələr üzrə inkişafına təbiəti mühafizə
baxımından yanaşılması indi qarşıda duran əsas problemdir.
Cəmiyyətin təbiətə təsiri nəticəsində baş verən antropogen
dəyişikliklər uzun müddət biosferdə bərqərar olmuş qarşılıqlı,
tarazlı inkişaf əlaqələrini pozur. İndi dünyanın bir çox
rayonlarında, xüsusilə inkişaf etmiş ölkələrdə elə bir vəziyyət
yaranmışdır ki, insanların və başqa canlıların həyatı təhlükəli
duruma düşmüşdür. Cəmiyyətlə təbiət arasında yaranmış
ziddiyyətlər planauyğun və şüurlu şəkildə tənzim edilməsə,
bəşəriyyət fəlakətlə üzləşə bilər. Bunlan aradan qaldırmaq üçün
cəmiyyətlə təbiət arasında tarazhğı nizama salmaq lazımdır. Onu
da qeyd etmək lazımdır ki, mövcud texni- ki-tərəqqi şəraitində
insanların təbiətə təsirinin, təbii ehtiyatlardan istifadə edilməsinin
məhdudlaşdırılması da mümkün deyildir. Bu problemdən çıxış
yolu insanla təbiət arasmdakı münasibətlər, cəmiyyətin təbiətdə
tutduğu mövqe və təbii ehtiyatlardan istifadə edilməsi qarşıhqlı
surətdə əlaqələndirilməlidir. Təbiətdən yaranan, onun tərkib
hissəsi olan insan istehsal fəaliyyətində özünü təbiətə qarşı
qoymamahdır. Çünki insan maddələr və enerji mübadiləsində və
istehsal prosesində təbiətlə üzvü surətdə bağlı olur. Cəmiyyətlə
təbiət arasında qarşılıqh münasibətlərin təkamülü sosial və bioloji
inkişafı ni- zaınlayır. K.Marks təbiətlə insan vəhdətini öz
fəlsəfəsinin əsası kimi götürmüşdür. O, vəhdətə insanı təbii vücud
hesab edən və təbiəti cəmiyyətin inkişaf tarixindən kənarda qoyan
sadəcə ab- strakt təbii vəhdət kimi deyil, əksinə, bu vəhdətə ictimai
prob
158
Dostları ilə paylaş: |