yaradıcı qüvvə sayılan insanla bağlı olan bu yeni ziddiyyət
təhlükəli nəticələrə gətirib çıxardı. Cəmiyyətin təbiətlə qarşılıqlı
təsirinin
ilkin
mərhələsində
iqtisadiyyat
mənimsəməyə
əsaslandığmdan və sosial həmcinslik hökm sürdüyünə görə, həm
insanlar, həm də insanla təbiət arasmda mövcud olan münasibətlər
həmahəng idi. İnsanlann oturaq həyata və əkinçiliyə,
mənimsəmədən maddi nemətlərin istehsalına keçməsi məhsuldar
qüvvələrin xeyli mürəkkəbləşməsinə, onun mahiyyət və forma
cəhətdən əsaslı surətdə dəyişməsinə səbəb oldu. Təbii məhsuldar
qüvvələri ictimai məhsuldar qüvvələr əvəz etdi. Siosial həm-
cinsliyin aradan qalxması cəmiyyətlə təbiət, insanla təbiət
arasındakı təmas münasibətlərin tip və formalanmn dəyişməsiylə
nəticələndi. Öz növbəsində təbiətin insanlann iqtisadi sosial
həyatına təsiri də getdikcə qüvvətlənir. Təbiətlə cəmiyyətin
qarşılıqlı təsirinin ziddiyyətli xarakteri özünü onda təzahür etdirir
ki, maddi istehsalın gedişində insan bir tərəfdən kortəbii qüvvələrin
hökmranlığından getdikcə daha çox azad olur, digər tərəfdən isə
cəmiyyətin təbiətlə sıx birliyi qüvvətlənir, istifadə etdiyi təbii
ehtiyatlarm əhatəsi genişlənir, öz həyat fəaliyyətində eneginin yeni
növlərindən daha çox intensiv şəkildə istifadə edir. Təbiəti
bilavasitə öz intensiv dəyişdirici fəaliyyətinin obyektinə çevirən
insan başa düşə bilməlidir ki, təbiət üzərində bir işğalçı kimi
hökmranlıq etmək olmaz. Çünki insan bütün cismani quruluşu ilə
təbiətə daxildir, omm içərisindədir.
Qeyd etməliyik ki, təbiət qanunlanm dərk edib, onlara əməl
etmədən təbiət üzərində “ağalıq” etmək olmaz. Təsadüfi deyildir
ki, təbiət üzərində ilk qələbələri ilə öyünən insan sonralar təbiətin
qisasma məruz qaldı. Burada xüsusi qeyd etmək lazimdir təbiət
fəaliyyətinin genişlənməsi və təsirin qüvvətlənməsi nəticəsində
ancaq insanm yaşadığı təbii şərait deyil, nəticə etibarilə insan özü
də böyük əzablara düçar olur. Təbiət qüvvələrindən nisbətən
məhdud halda istifadə edildiyi dövrlərdə fəaliyyətin zərərli
cəhətləri məhəlli, lokal xarakter daşıyır, anomal vəziyyəti təbiətin
özü aradan qaldınr, insanlann səhvlərini “təshih” edir. Fəaliyyətin
forma, həcm və istiqamətinin əsaslı surətdə dərinləşib geniş
168
lənməsi, hədsiz dərəcədə fayda verdiyi kimi, ətraf mühitə neqativ
təsir də qüvvətlənir, təbiətin korlanması geniş miqyas alır. Təbiəti
“zəbt” edən insan özünün həyat fəaliyyətinin təbii əsaslarım xeyli
dərəcədə sarsıdır, yaşayış şəraiti ilə ziddiyyətə girir, nəticədə
təbiətin özünəməxsus tarazlığı pozulur, təbiətlə cəmiyyət arasmda
dərin antoqanizm yaramr və insan qlobal ekoloji fəlakətlərlə
qarşılaşır.
Hal-haznda cəmiyyətlə təbiət arasmda mövcud olan
konfliktlərin çoxu insan fəaliyyətinin təbii qanunauyğunluqlara
müvafiq gəlməməsi ilə bağlıdır. İnsan təbii qanunlan Öyrənib öz
fəaliyyətində onlara uyğun hərəkət etməyi bacarsaydı, onda
mövcud olan ziddiyyət və çətinliklərin xeyli hissəsindən yaxa
qurtara bilərdi.
Müasir ekoloji böhranı əvvəllər mövcud olan məhəlli
regional vəziyyətin inkişaf edib dərinləşməsinin nəticəsi kimi də
izah etmək olmaz. Hazırda qlobal ekoloji prosesi ictimai inkişafın
labüd nəticəsi, qərarlaşmaqda olan vahid və daxilən ziddiyyətli
dünyamn özünün obyektiv inkişafından bilavasitə irəli gələn
zəruri, kardinal hadisələrdir.
Planetin tarixində müasir ekoloji böhranlar və hadisələr
dəfələrlə biosferi sarsıtmış, canlı aləmin genetik tərkibini əsaslı
surətdə dəyişdirmişdir. Bu faciələr geoloji proseslərlə, daha çox
xarici kosmik xarakterli səbəblərlə bağlı olmuşdur. Azehtimallı
olmasına baxmayaraq, bəşəriyyət gələcəkdə bu cür hadisələrlə
yenə qarşılaşa bilər. Səciyyəvidir ki, bu gün bizi, insanlann
fəaliyyətinin neqativ cəhətinin nəticəsi kimi əmələ gələn mövcud
qlobal müasir ekoloji böhran daha çox narahat edir.
Müasir ekoloji böhramn əmələ gəlməsi və formalaşması
səbəblərinin araşdmlması göstərir ki, burada kompleks xarakterli
ümumi amillər də mühüm rol oynamışdır. Dünya üzrə ictimai
həyatın bütün sahələrinin beynəlmiləlləşməsi prosesinin
genişlənməsi və qüvvətlənməsi, cəmiyyətlə təbiət arasmda
obyektiv daimi ziddiyyətlərin kəskinləşməsi, elmi-texniki
inqilabm sürətinin və qeyri-bərabər inkişafının artması, insamn
təsərrrüfat fəaliyyətinin planetar xarakter kəsb etməsi, ekstensiv
istehsal
169
üsuluna uzun zaman üstünlük verilməsi, zəhmətsiz gəlirin başlıca
prinsipinə çevrilməsi, təbiətə praktik münasibətin azğmiığı və s. bu
qəbildəndir. Bunu da əlavə etmək lazımdır ki, təbii şəraitə, ekoloji
duruma nəhəng zərbə vurmuş çoxsaylı müharibələr, əhalinin
sürətli artımı, urbanizasiyanın genişlənib qüvvətlənməsi də prosesə
təsir göstərmişdir.
Ekoloji problemin indiki zamanda daha da kəskinləşməsi
həm də bir sıra subyektiv amillərlə bağhdır. Sənaye istehsalımn
ətraf mühitlə qarşılıqlı münasibətinin düzgün tənzim edilməməsi,
istehsal obyektlərinin yerləşdirilməsində zərərli nəticələrin nəzərə
alınmaması, torpağm rekultivasiyası yenidən məhsuldar vəziyyətə
salınmasına, suyun bioloji yolla tənzimlənməsinə, sənaye
tullantılanndan düzgün istifadə edilməsinə diqqət yetirilməməsi
subyektiv amillərə nümunədir.
Öz gərginliyi, miqyas və ciddi nəticələr cəhətdən müasir
ekoloji böhramn qlobal xarakterli problemlər içərisində müharibə
və tərksilah məsələsindən sonra ikinci yerdə durur. Bu, bir sıra
səbəblərlə bağlıdır.
Birincisi, insan fəaliyyətinin hüdudlan dünyada qlobal
xarakter almış, o ancaq biosferi əhatə etməklə kifayətlənməmiş,
hətta kosmik məkana da geniş yayılaraq, məhdud olmayan
genişlənmə meylini daha da qüvvətləndirmişdir.
İkincisi, biosferin istehsal imkam ilə ictimai istehlakm
artımı arasında olan təbii tarixi ziddiyyətlər indi elə bir kəskin
xarakter alnuşdır ki, bəşəriyyətin elmi, texniki və istehsal təsərrüfat
iqtidanmn daha böyük hissəsini onlarm həll edilməsinə doğru
istiqamətləndirməyi tələb edir.
Üçüncüsü, cəmiyyətin məskunlaşdığı ərazidə təbii şəraitin
zəifləşməsi tarixən qərarlaşmış təbii əlaqələrin və münasibətlərin
pozulmasına gətirib çıxarmış və dünyada ekoloji tarazlığm
sisteminin sabitliyi üçün real təhlükə yaranmışdır.
Dördüncüsü, müasir mədəniyyətin üzvü tərkib hissəsinə
çevrilmiş iqtisadi- sosial ekoloji görüşlər, ideya və konsepsiyalar
insan və cəmiyyətin bütün həyat fəaliyyəti sahələrində mühüm və
əhəmiyyətli dərəcədə rol oynayu*.
170
Dostları ilə paylaş: |