191
1
2
4
5
6
7
8
3
Şək.8.1. Karkaslı-səpmə süzgəcinin sxemi.
Karkaslı tökmə filtrdə filtr materialı kimi qum və çınqıl
istifadə edilir.
Onların təmizlənməsi suyun əks axını və ya sıxılmış hava
axını ilə aparılır.
Belə filtirdə siklondan və çökdürücülərdən gələn mayenin
filtirlənmə sürəti 0,0014 – 0,002 m/san-dir. Bioloji
təmizlənmədən sonra filtrdən keçən çirkab suyun sürəti 0,0028
m/san-dir. Çirkab suları, ölçüsü 0,01 mm-ə bərabər mexaniki
qarışıqlardan ayırmaq üçün mikrofiltrlərdən istifadə edilir.
Maşınqayırma sənayesində çirkab suları təmizləmək üçün
baraban və ya lövhəşəkilli mikrofiltrlərdən istifadə edilir.
Mikrofiltrlərin hidravlik hesabı, filtirdə təzyiqin verilmiş
müəyyən qiymətində filtirin sahəsini tapmağa imkan verir.
8.3.Yağ tərkibli qarışıqlardan çirkab suların
təmizlənməsi
Qarışığın tərkibindən və qatılığından asılı olaraq çirkab
sularını yağ tərkibli qarışıqlardan təmizləmək üçün çökmə,
hidrosiklonda emal filizləri könkinləşdirmə flotasiya və
filtirləmə üsulları tətbiq edilir.
Çökmə zamanı sıxlığı suyun sıxlığından kiçik olan yağ
suyun üsündə qalır. Çökmə prosesi həm çökdürüçülərdə, həm
192
də
mexaniki
çirkləndirici
maddələrin
cüzi
qatılığlı
yağtutanlardas aparılır. Yağ tutucularının quruluşu analoji
olaraq üfiqi və radial çökdürücülərdə olduğu kimidir (şəkil 7,8)
Şək.8.2. Üfiqi çökdürücünün hesabat sxemi
Şək.8.3. Radial çökdürücünün sxemi.
Yağ tutucularında çirkab suların qalma vaxtı 2 saat,
hərəkət sürəti isə 0,003 – 0,008 m/san-dir. Suda olan yağ
məhsullarının
çökməsi
zamanı
suyun
üzərində
yağ,
yağtoplayıcı qurğularla kənar edilir (şəkil 9).
Şək.8.4.
Yağ tutucunun
sxemi
1
– giriş borusu;
2 – çıxış borusu;
3 – şlamyığıcı;
4 – şlamın xaric edilməsi üçün kanal;
5 – mexaniki təmizləyici
1.
giriş borusu
2.
çökdürücü kamera
3.
yağtutucu
4.
zəncirvari konveyer
5.
çıxış borusu
193
Yağ tutucularının hesabı üçün yağ məhsullarının üzmə
sürətini və çirkab suların sərfini bilmək lazımdır. Onda bu
hesab tutucunun geometrik ölçülərini və çirkab suların çökmə
vaxtını tapmağa imkan verir.
Maşınqayırma sənayesində yağ tərkibli çirkab suları
təmizləmək üçün, məsələn metalkəsici dəskahlarda axan
soyuducu mayeni təmizləmək üçün xüsusi reagentlərdən
istifadə edilir.
Belə reagentlər kimi Na
2
CO
3
; H
2
SO
4
, NaCl, Al
2
(SO
4
)
3
qarışığından istifadə edilir.
Yüksək özülüklü vö böyük sıxlığa malik olan çirkab
suların yağ qarışığından təmizləmək üçün hidrosiklonlardan
istifadə edilir. Çirkab suların flotasiya üsulu ilə təmizlənməsi
çirkab suya verilmiş hava qabarcıqları ilə yağ məhsullarının
suyun üzərində üzməsinin təmini ilə müəyyən edilir. Bu proses
yağ hissəciklərinin sudakı hava qabardıcıları ilə molekulyar
birləşməsinə əsaslanır. Əmələ gəlmiş “hissəcik – hava
qabardıcıları” bir biri ilə toqquşma intensivliyindən, sudakı
maddələrin qarşılıqlı kimyəvi əlaqəya girməsindən, çirkab suda
olan havanın təzyiqindən və s. asılıdır.
Hava qabardıcılarının əmələ gəlmə üsulundan asılı olaraq
bir neçə növ flotasiya var: pnevmatik, təzyiqli, köpüklü,
kimyəvi, bioloji, elektrik və s.
Ən çox təmizləmə sistemində istifadə olunan təzyiqli
flotasiya qurğusudur (şəkil 8.5).
Şək.8.5. Yüksək təzyiqli flotasiya qurğusunun sxemi
194
Çirkab su boru (1) ilə qəbul rezervuarına (2) oradan nasos
(5) və sorma borusu (3) ilə saturatora (6) daxil olur. Boru (4)
ilə çirkab suya həcmi sərfi 3%-dən az olmayaraq sıxılmış hava
vurulur. Saturatorda hava su ilə qarışır. Bu proses 30-50 Pa
təzyiq altında aparılır. Mayenin saturatorda qalma müddəti 2-3
dəqiqədir. Saturatorda hava-su qarışığı boru vasitəsilə saplodan
(8) keçərək flotasiya kamerasına (7) daxil olur. Burada “yağ
qarışığlı-hava hissəcikləri” kamerada suyun üzünə çıxır. Yağ
qarışıqlarını kameradan kənar etmək üçün köpük yığan (9)
qoyulur. Təmiz su isə (10) borusu ilə kənar edilir. Belə
qurğularda çirkab suların təmizlənmə effektliyi 0,85 – 0,95-ə
çatır.
Pnevmatik flotasiya qurğularında ejektor vasitəsilə
verilən havanın suilə doyması baş verir. Köpüklü flotasiya
prosesində yağ qarışıqlarını sudan təmizləmək üçün köpük
əmələ gətirən flotasiya reagentlərindən istifadə edilir. Bu
reagentlər yağ qarışığı köpüklə örtülərək suyun üzərinə çıxır.
Kimyəvi flotasiya prosesində hava qabarcıqları çirkab suyun
xüsusi reagentlərlə qarışıqlı kimyəvi reaksiyası əmələ gəlir.
Bioloji flotasiya bioloji akktiv kütlənin çirkab su ilə
qarçılıqlı təsirin nəticəsində hava qabarçıqları əməmlə gəlir.
Mürəkkəb olduqlarına görə belə növ flotasiya prosesi
praktikada
az
istifadə
edilir.
Sənayedə
son
vaxtlar
elektoflotasiya metodu tətbiq edilir. Bu metodun üstünlüyü
ondadır ki, elektrokimyəvi oksidləşmə prosesi çirkab suların
əlavə zərərsizləşməsini təmin edir. Bundan əlavə, dəmir və
aliminium elektrodlardan ionlar məhlula keçir. Bu da kiçik
çirkab hissəciklərin koaqulyasıyasına imkan verir (yaradır).
8.4.Çirkab suların metallardan və
metal duzlarından təmizlənməsi
Maşınqayırma sənayesində çirkab suları metal və onların
duzlarından təmizləmək üçün reagentlə iondeyişmə, sorbsiya,
Dostları ilə paylaş: |