187
FƏSİL 8.
SU HÖVZƏLƏRİNİN ÇİRKLƏNMƏDƏN
MÜHAFİZƏSİ.
8.1.Su hövzələrinin keyfiyyət göstəricilərinin
normalaşdırılması
Su
keyfiyyət
göstəricilərinin
normalaşdırılması
2
kateqoriya üzrə aparılır:
I – içməli su və mədəni-məişət suları;
II – balıq təsərrüfatı hövzələrinin suları.
Bu zaman “Yerüstü suların çirklənmədən qorunması üçün
sanitar qaydaları və normaları” sənədindən istifadə edilir.
I kateqoriyaya aid olan axar su hövzələrində istifadə
edilən obyektdən 1 km məsafədə, axmayan hövzələrdə isə
istifadə edilən obyektdən 1 km radiusda suyun keyfiyyəti və
tərkibi normalara uyğun gəlməlidir.
II kateqoriyaya aid olan balıq təsərrüfatının su
hövzələrində onun normaları çirkab suların hövzəyə töküldüyü
yer üçün qəbul edilir.
Suyun aşağıdakı parametrləri müəyyən edilir – üzən və
asılı qalmış qarışıqların miqdarı, iy, dad, rəngi və suyun t
0
;
hidrogen ionlarının sayı (pH), mineral qarışıqların tərkibi və
qatılığı, suda həll olunmuş oksigenin miqdarı, suyun oksigenə
olan bioloji ehtiyacı, zəhərli və zərərli maddələrin və
bakteriyaların tərkibi və buraxıla bilən qatılıqları (BBQ).
Mədəni-məişət və icməli su hövzələrində aşağıdakı
zərərliyiyin limit göstəriciləri normalaşdırılır:
- sanitar toksiki normalar;
- ümumi sanitariya normaları;
- orqanoleptik normalar (dad, iy, rəng).
Bakı su təsərrüfatı hövzələrində həmçinin toksikoloji və
balıq təsərrüfatı normaları müəyyən edilir.
Su hövzəsinin sanitar vəziyyətinin normalara uyğunluğu
aşağıdakı düsturla təyin edilir
188
1
)
3
(
5
1
i
i
i
m
BBQ
C
Burada
i
m
C
- hesabat aparılan kəsikdə i-maddəsinin limit
zərərlilik göstəricisidir,
BBQ
i
– i-maddəsinin buraxıla bilən qatılığı.
8.2.Mexaniki qarışıqlardan suların təmizlənməsi
Maşınqayırma
müəssisələrində
suyun
mexaniki
qarışıqlardan təmizlənməsi xüsusiyyətindən, qatılılığından və
tərkibindən
asılı
olaraq
süzülmə,
durulma,
mexaniki
hissəciklərdən ayrılması (mərkəzdənqaçma qüvvəsinin təsiri
altında) və filtrdən keçirmə ilə aparılır.
Süzülmə - çirkab suların emalının birinci mərhələsidir ki,
həm çirkab sularında 25 mm qədər olan iri ölçülü qarışıqlardan,
həmdə prosesin sonrakı emalında təmizləyici avadanlığın
normal işinə mane olan liftdən təmizləyir. Çirkab suları
çərçivə konstruksiyalarından və liftitutucularından keçirməklə
süzürlər.
Çərçivə konstruksiyaları 5÷25 mm bərabər məsafədə olan
metal millərdən hazırlanır və çirkab suların kollektorlarında
vertikal və ya üfüqi (60÷70 dərəcə bucaq altında) çərçivədə
axının minimal təziq itkisi təmin etmək şərtindən seçilir.
Çirkab suların metal lövhələr arasındakı axma sürəti
maksimum su sərfi zamanı 0,8÷1,0 m/s qiymətindən artıq
olmamalıdır. Çərçivənin hesabatı çərçivədə olan deşiklərin
sayının, onun eni və çirkab suların sərfinin itkisinə görə
aparılır.
Görünən deşiklərin miqdarı aşağıdakı düsturla hesablanır:
N= 1,05[Q
v
/(bHW)]
Burada: Q
v
– çirkab suların həcmi sərfi,
b – deşiklərin eni,
H – kollektorun dərinliyi,
189
W – deşiklərdə çirkab suların hərəkət sürəti.
Çərçivənin eni b= b
n
+δ(n-1) belə hesablanır. δ –
çərçivənin millərinin qalınlığı.
Çərçivədə çirkab suların axması zamanı təzyiq itkisi
∆p=ξ
k
2
2
ω- çərçivədən əvvəl kanaldakı sürət
ω = 0,7-0,8 m/san
k-çirkab suların deşiklərdə çpkməsi prosesində çərçivənin
sürtünməsinin artmasını nəzərə alan əmsal 2÷3 bərabər
götürülür.
ξ –çərçivənin yerli sürtünmə əmsalı sürtünmə əmsalı.
ξ = β(a/b)
3
4
Sinα
β – çərçivə millərinin en kəsiyinin formasını xarakterizə
edən əmsal
dairəvi millər üçün – 1,79
düzbucağlı üçün – 2,42
ellips millər üçün – 1,83
α – çərçivənin üfüqə görə əyrilik bucağı
Çərçivə
istifadə
edildikdə
fasiləsiz
olaraq
təmizlənməlidir. Təmizlənmə mexaniki yolla aparılır. əgər
çpkən qarışığın miqdarı 0,042 m
3
/s olarsa, onda çərçivə əl ilə
təmizlənir.
Sənayedə PMMB – 1000 markalı çərçivələr hazırlanır.
Onlar eni və dərinliyi 1000 mm-ə bərabər olan kollektorlarda
istifadə edilir. MQ
1200
800
98, MQ
2000
1600
98 markalı çərçivələr, eni
800(1600) mm və dərinliyi 1200(2000) mm rayallarda istifadə
edilir.
Çərçivədən
çıxarılmış
qarışıqlar
xırdalanır
və
əhəmiyyətindən asılı olaraq ya çirkab suların axınına tökülür,
ya da təkrar emala göndərilir. Qarışıqları xüsusi aparatlarda
xırdalayırlar.
Bütün
bunlar
texnoloji
sxeminin
mürəkkəbləşməsinə və həmin sahənin havasının çirklənməsinə
səbəb olur.
190
Bu nöqsanları aradan qaldırmaq üçün xırdalayıcı çərçivə
qurğusu kimi silindrik baraban formalı çərçivədən istifadə
edilir. Onlar tutulan qarışıqları sudan ayırmadan xırdalayırlar.
Sənayedə 200 və 600 mm diametrində barabanlı RD-200 və
RD-600 xırdalayıcı cərçivə qurğusu istehsal edilir. Bunlarla
xırdalanan qarışığın orta ölçüsü 10 mm-dən yuxarı olmur.
Çirkab sularını kiçik qatılığlı nazik dispersli mexaniki
qarışıqlardan təmizləmək üçün filtrlərdən istifadə edilir.
Filtirləmə
fiziki,
kimyəvi
və
bioloji
metodlarla
təmizləmədən sonra tətbiq edilir. Çünkü bu metodların
əksəriyyətində təmizlənən mayenin mexaniki qarışıqlarla
çirklənməsi müşahidə edilir.
Maşınqayırma sənayesində çirkab suların təmizlənməsi
üçün istifadə olunan filtrlər 2 sinifə bölünürlər: dənələri - bir
biri ilə bağlanmayan məsaməli materiallardan hazırlanan və
mikrofiltrlər – bir birinə bağlanan məsaməli materialdan
hazırlanmış.
Filtrlərin quruluşuna aşağıdakı tələblər irəli sürülür:
a)
filtrləmə
filtr
materialınının
hissəciyinin
ölçüsünün azalması istiqamətində getməlidir;
b)
təmizlənən
mayenin
sərfi
15%-dan
çox
dəyişməməlidir (filtirdə dəyişməz təzyiqdə);
c)
filtrlərin
layihəndirilməsi
zamanı
çirkli
maddələrdən təmizləmək üçün müəyyən
qurğulardan istifadə etmək lazımdır;
d)
filtr
materialları
yüksək
fiziki-mexaniki
xassələrə
(elastikliyə,
sadəliyə,
kimyəvi
möhkəmliyə)
və
ucuz
qiymətə
malik
olmalıdır.
Dənəvari filtrlərdə filtr materialı kimi kvars qumlarından,
xırdalanmış şlaklardan (filizdən metal əridildikdən, habelə daş
kömür yandıqdan sonra qalan qalıq), çınqıldan , antrasitdən
(daş kömürün əla növü) və s. istifadə edilir. Dənəvari filtirləri
bir qatlı və çox qatlı hazırlayırlar (şəkil 6).
Dostları ilə paylaş: |