Print indd



Yüklə 2,66 Kb.
Pdf görüntüsü
səhifə43/57
tarix14.12.2017
ölçüsü2,66 Kb.
#15673
1   ...   39   40   41   42   43   44   45   46   ...   57

175
Amerika prezidentləri
noyabr 1928-ci ildə baş tutmuş seçkilərdə 58,2% səs top-
layaraq prezident seçildi. İstedadlı  təşkilatçı, inzibatçı  və 
texnokrat olan Huver ölkənin işgüzar elitasından çıxmış ilk 
prezident idi. Onun siyasi-iqtisadi konsepsiyasının əsasını 
dövlət inzibati orqanlarının yeniləşdirilməsi, hökumətin 
və iqtisadiyyat bosslarının qeyri-rəsmi qarşılıqlı fəaliyyəti 
ilə ölkə iqtisadiyyatının inkişaf etdirilməsi təşkil edirdi. 
Onun qurduğu kabinetdə  əsasən sənayeçilər, bankirlər və 
digər iş adamları təmsil olunurdular. Təcrübəli respublika-
çı, siyasətçi və diplomat Henri Stimson xarici işlər naziri 
təyin edildi.
Huverin daxili siyasi-iqtisadi kursunda başlıca məq səd-
lər: milli parkların genişləndirilməsi və meşə təsər rü fatının 
inkişaf etdirilməsi, hinduların həyat şəraitlərinin yaxşılaş-
dırılması, «Quru qanun»un (Spirtli içkilərin istehsal və sa-
tışına qadağa) həyata keçirilməsi, milli xeyriyyəçilik və so-
sial xidmət fəaliyyətlərinin koordinasiyası və s. idi. Təəssüf 
ki, bu sahələrin heç birində ciddi uğurlar əldə edilmədi.
1929-cu il oktyabr ayında iqtisadiyyatın bütün bölmə-
lərində iz qoymuş «Böyük böhran» baş verdi. 1932-ci ildə 
Amerika sənaye istehsalı 1913-cü il, xarici ticarət dövriyyəsi 
isə 1905-ci il səviyyəsinə endi. Böhranın zirvəsi hesab 
edilən 1932-33-cü illərin qışında fəhlələrin 25%-i işsiz qal-
dı. Huver hadisələrin əsirinə çevrilərək sosial ehtiyacların 
və iqtisadi hərc-mərcliyin miqyasını düzgün dəyərləndirə 
bilmədi. O, 1930-cu ilin yazında gömrük rüsumlarını re-
kord yüksək həddə müəyyənləşdirən qanunu təsdiq etməklə 
səhvə yol verdi. Bu qanun nəinki ölkə, bütün dünya ticarət 
sisteminə ağır zərbə vurdu. Yalnız 1930-cu ilin axırlarında 
Huver administrasiyası antiböhran tədbirlərinə başladı. 
1932-ci ildə hökumət hər  ştata 300 milyon dollar 
həcmində maliyyə yardımı etdi. Prezident Konqresin təklif 
etdiyi geniş islahatlar paketinə, o cümlədən işsizliyin qar-
şısını almaq üçün dövlət vəsaitinin ayrılmasını nəzərdə tu-


176
Amerika prezidentləri
tan qanuna veto qoydu. Huverin ümummilli fəlakətə laqeyd 
münasibəti, xüsusilə 1932-ci ildə müharibə veteranlarının 
Vaşinqtondakı nümayişinin hərbi güc tətbiq etməklə dağı-
dılmasını əmr etməsi, onun ictimaiyyət arasında sürətlə nü-
fuzdan düşməsinə səbəb oldu.
Xarici siyasətdə Huver, faktiki olaraq hər iki sələfi nin 
tutduğu kursu davam etdirmişdir. O da, öz növbəsində
Millətlər Liqasında iştirak etməmək, SSRİ-ni tanımamağın 
tərəfdarı kimi çıxış edirdi.
1932-ci il prezident seçkiləri  ərəfəsində Huverin rey-
tinqi olduqca aşağı idi. Daha şanslı namizədin olmaması 
səbəbindən respublikaçılar yenidən onu namizəd göstərdilər. 
Demokratların namizədi isə Nyu-Yorkun islahatçı quber-
natoru Franklin D.Ruzvelt idi. Ölkədə baş verən «Böyük 
böhran» və onun qarşısını almaq üçün görülən tədbirlərin 
qeyri-effektiv xarakter daşıması Huverin seçkilərdə acına-
caqlı məğlubiyyətinə səbəb oldu. 
Ağ Evi tərk etdikdən sonra Huver uzun ömür yaşamış-
dır. Nyu-Yorkdakı «Uoldorf Astoriya» mehmanxanasında 
yaşayan eks-prezident Ruzveltin «Yeni kurs» siyasətini 
kəskin tənqid etmiş,  İkinci Dünya Müharibəsində ABŞ-
ın iştirakına qarşı  çıxmışdır. Trumen və Eyzenhauerin 
prezidentlikləri dövründə, 1946-55-ci illərdə Avropaya 
humanitar kömək göstərən təşkilatların koordinatoru kimi 
dövlət tapşırığını yerinə yetirmişdir. O, həmçinin ölkənin 
Koreya və Vyetnama hərbi müdaxiləsini təqdir etməmişdir.
H.Huver 20 oktyabr 1964-cü ildə 90 yaşında Nyu-
Yorkda dünyasını  dəyişmiş  və  vətəni Uest-Brançda dəfn 
edilmişdir. O, 31 il eks-prezident statusunda yaşamaqla 
özünəməxsus rekorda imza atmışdır. Onun bu rekordu, 
ABŞ-ın 39-cu prezidenti olmuş Cimmi Carter tərəfi ndən 
yenilənib.


177
Amerika prezidentləri
FRANKLİN DELANO 
RUZVELT 
(FRANKLIN D. ROOSEVELT)
(1933-1945)
Franklin D.Ruzvelt XX əsrin ən görkəmli və parlaq si-
yasi xadimlərindən biri hesab edilir. Onun prezidentliyi ölkə 
daxilində və bütün dünyada böyük hadisələr, kataklizmlərlə 
zəngin dövrə təsadüf edir. 1932-ci ildə Amerika xalqı dövlət 
sükanını Ruzveltə etibar edərkən ölkə batan «Titanik»i 
xatırladırdı: banklar bağlanmış, konveyrlər dayanmışdı, 
fermerlər torpaq becərmir, milyonlarla əhali Xilasetmə 
Ordusunun təşkil etdiyi pulsuz yemək payını almaq üçün 
alçaldıcı növbələrə dayanırdılar. Ruzveltə  nəinki ölkəsini 
milli faciə hesab edilən ağır iqtisadi böhrandan çıxarmaq 


178
Amerika prezidentləri
nəsib oldu, o, millətin öz gücünə inamını özünə qaytara-
raq Birləşmiş Ştatları super hegemon dövlətə çevirdi. Məhz 
onun təşəbbüs və bilavasitə iştirakıyla antihitler koalisiyası 
yaradılmış, bəşəriyyət faşist taunundan xilas edilmişdi.
Taleyin qəribə  işləri olur. Ömrünün çiçəkləndiyi döv-
ründə  hərəkət etmək qabiliyyətini itirən Ruzveltin həyatı 
xəstəxana palatası çərçivəsində qala bilərdi. Lakin o özündə 
nəhəng iradə və enerji ehtiyatı taparaq acı qisməti ilə barış-
mamış vətənin ağır günündə ölkəsinə rəhbərlik etmişdir.
Ruzveltlər sülaləsindən çoxlu dövlət xadimləri, iş adam-
ları, bankirlər, torpaq sahibləri çıxmışdır. Məhz bu səbəbdən 
Ruzveltlər daim ictimaiyyətin diqqət mərkəzində olmuş, 
haqlarında  şayiələr dolaşmışdır. Hətta 1935-ci ildə Ame-
rika yəhudi icması prezidentin yəhudi olduğunu bildirib. 
Bu fakt öz təsdiqini tapmasa da, birmənalı olaraq inkar da 
edilməmişdir. Amerika tarixçiləri, həmçinin F.D.Ruzveltin 
bioqrafl arı yalnız Yeni Dünyada yaşamış Ruzveltlərin nəsil 
şəcərəsini dəqiq müəyyənləşdirə biliblər. İlk olaraq Klaus 
Martinson van Ruzvelt 1643-cü ildə Hollandiyadan köçərək 
Amerikaya gəlmişdir. O və oğlu Nikolas haqqında bilgilər 
yox dərəcəsindədir. Amma Nikolasın Teodor və Franklin 
Ruzveltlərin ulu babası olduğu məlumdur. Nikolasın bö-
yük oğlu  İoannın nəslindən Teodor, kiçik oğlu  İakovun 
nəslindən isə Franklin dünyaya gəlib. 
Franklin D.Ruzvelt 1882-ci il 30 yanvarda Nyu-Yorkda 
anadan olub. Atası Ceyms Ruzvelt şəhərin varlı və nüfuzlu 
iş adamlarından idi. Anası Sara Delano əcdadları «Meyfl a-
uer» gəmisində Amerikaya köçən piliqrimlərdən olan aris-
tokrat ailədən çıxmışdı. Ailənin maddi problemləri olmadı-
ğı üçün balaca Franklin yalnız xüsusi müəllimlər yanında 
təhsil alır. 14 yaşında ikən valideynləri onu təhsil almaq 
üçün Boston yaxınlığında yerləşən Qroton şəhərindəki nü-
fuzlu ictimai məktəbə göndərirlər.


Yüklə 2,66 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə