Professor-müəllim heyətinin fəaliyyətinin qiymətləndirilməsi üçün komissiya yaradılıb qoşa bayram seviNCİLƏ yadda qalan söZLÜ



Yüklə 9,38 Mb.
Pdf görüntüsü
səhifə6/7
tarix20.08.2018
ölçüsü9,38 Mb.
#63749
1   2   3   4   5   6   7

30 dekabr   2016-cı il

http://www.amu.edu.az

7

Mütəxəssis sözü

u

 



 

Emosiyalar (latınca emo-

verl – oyatmaq, həyəcana 

gətirmək sözündən götürülmüşdür) 

insanın müəyyən psixi vəziyyəti olub 

ətrafdakılara, baş verən hadisələrə qar-

şı onun subyektiv münasibətini (xoş və 

kədərli hisslərini) ifadə edir. Aclıq və 

susuzluq insana əzab verən, toxluq hissi 

isə xoş (həzz) emosiyalara aiddir. Aclıq 

və toxluq hissinin baş-beyinlə əlaqəsini 

öyrənmək üçün təcrübə aparılan siçan-

ların baş beyninin aclıq hissinə cavab-

deh olan bir hissəsini kəsib götürmüşlər. 

Nəticədə iştaha olmamasından eksperi-

mental heyvanlar arıqlayıb ölmüşdür. Si-

çanların digər bir qrupunun beynindən 

doyma mərkəzini kəsib götürmüşlər, 

bu dəfə heyvanlar yüksək iştahla 

 

arasıkəsilmədən yemişlər və piylənib 

ölmüşlər.

Təkamül prosesinə insanın xarici mühitin 

müxtəlıf vəziyyətlərinə uyğunlaşması üçün 

emosional hallar mühüm rol oynayır. Bəzi 

alimlər müxtəlif emosiyaların yaranmasını 

orqanizmin qidaya və suya tələbatının ya-

ranması ilə izah edirlər. Məsələn, südəmər 

uşaq acdıqda ağlayır, doyduqdan sonra isə 

sakitləşir.  Yaxud  adam  ac  olduqda  mənfi 

emosiyalar keçirərək əsəbi və narahat oldu-

ğu halda, qida qəbulundan sonra rahatlanır 

və xoş duyğular keçirir. Belə nəticə çıxır ki, 

insanın  sinir  sisteminin  normal  vəziyyəti 

onun  qidalanmasına  və  qidanın  həzminə, 

həmçinin düzğün təşkil olunmuş səmərəli 

qidalanma da sinir sisteminə müsbət təsir 

göstərir.  Bəzi  alimlər  göstərirlər  ki,  qor-

xunun  təsirindən  qaraciyər  və  mədənin 

də funksional fəaliyyəti pozulur. Statistik 

məlumatlara əsasən mədə xorası və qastrit 

çox vaxt işi ilə əlaqədar vaxtında qidalan-

mayan və tez əsəbiləşən insanlarda yaranır.

Öyrənilmişdir  ki,  mənfi  emosiyalar 

keçirən  insanların  qanında  adrenalinin 

miqdarı  artır  ki,  bu  da  orqanların  işi-

nin pozulmasına səbəb olur. Ona görə də 

insan  bəd  xəbər  eşitdikdə,  çox  həyəcan 

keçirdikdə  iştaha  olmur.  Əsasən  adam 

hirsləndikdə,  qəzəbləndikdə,  qorxduqda 

adrenalin  qana  ifraz  olunur  ki,  bu  da  in-

sanlarda bir çox minillər ərzində formalaş-

mışdır.  Təbiətin  insana  verdiyi  qoruyucu 

reaksiyaların nəticəsidir ki, qanda adrena-

lin artan kimi onun laxtalanma qabiliyyəti 

də artır, qan damarları daralır və çox qan 

itirilməsinin qarşısı alınır.

Baxmayaraq  ki,  son  yüzil liklərin  el-

mi-texniki  tərəqqisi  insanların  yaşayışını 

kökündən  dəyişdırmişdir,  genetik  alim 

akademik N.P.Dubininin fikrinə görə, in-

sanların genetik aparatı hətta son yüz min 

ildə  belə  dəyişməmişdir  və  mənfi  emosi-

yalarla  qana  adrenalin  ifrazı  arasındakı 

qədim əlaqə olduğu kimi qalmışdır.

Təbabətin atası Hippokrat adamları sinir 

sisteminin vəziyyətinə və temperamentinə 

görə  sanqviniklər,  xoleriklər,  fleqmatiklər 

və  melanoxoliklərə  bölürdü.  Sonralar  bu 

bölgünü  bədən  quruluşuna  görə  apararaq 

insanları  asteniklər,  normasteniklər  və 

hipersteniklər  olaraq  üç  qrupa  böldülər. 

Öyrənilmişdir ki, insanların sinir sistemi-

nin  tipi  ilə  onun  temperamenti,  bədənin 

quruluşu  və  qidalanması  arasında  sıx 

əlaqə  vardır.  Xolerik  tipli  şəxslər  daha 

çox  yemələrinə  baxmayaraq  kökəlmir. 

Fleqmatik  yaxud  melanoxoliklər  as-

ta-asta,  tələsmədən,  ləzzətlə,  həm  də 

çox  yeməyi  xoşlayırlar.  Belə  şəxslərin 

piylənməməsi  üçün,  qidalanmada  onların 

bu xüsusiyyətləri nəzərə alınmalıdır.

Tədqiqatlar  göstərmişdir  ki,  xoleriklər 

mənfi  emosiyalara  fleqmatik  yaxud 

melanoxoliklərdən  daha  çox  məruz  qalır-

lar,  halbuki  mənfi  emosiyalar  onların  ha-

mısına mənfi təsir göstərir. Məsələ ondadır 

ki, xoleriklər bunu açıq şəkildə biruzə ve-

rir, fleqmatiklər isə ürəyində, gizlində fikir 

çəkirlər, bu xüsusən qadınlara məxsusdur. 

Onlar özlərini ələ alıb əsəblərini sakitləşdirə 

bilmədiklərinə görə çox vaxt şirin və yağlı 

qidalar (karbohidratlar və yağlarla zəngin) 

yeyib  sakitləşirlər.  Qeyd  etmək  lazımdır 

ki, izafi miqdarda qəbul olunmuş hər 100 

q karbohidratdan təxminən 30 q yağ əmələ 

gəlir  və  bu  da  orqanizmin  çəki  artımına, 

piylənməsinə səbəb olur. İnsanların mənfi 

emosiyaları söndürmək üçün yeməyə əl at-

ması orqanizmdə gedən fizioloji prosesləri 

dərindən bilməməsindən irəli gəlir. Çünki 

sakitləşmək  üçün  orqanizmə  faydalı  olan 

başqa  yollar  daha  çoxdur.  Belə  yollara 

bədən tərbiyəsi və idmanla məşğul olmağı, 

autotreninqi  (özünüməşq),  zərərli  adətləri 

(papiros, spirtli içkilər və s.) tərgitməyi və 

s. misal göstərmək olar. İşin bir az çətinliyi 

ondadır  ki,  bunun  üçün  iradə,  dözüm  və 

öz  üzərində  işləmək  lazımdır.  Süfrədə 

sakitləşmək üçün isə insandan heç bir şey 

tələb olunmur. Belə asan yolun son nəticəsi 

isə  bədənin  ağırlaşması,  sağlamlığın 

itirilməsidir.

Hələ  qədim  dövrün  mütəfəkkirləri  və 

həkimləri  mənfi  emosiyalar  zamanı  çox 

yeməyi  zərərli  hesab  edirdilər.  Hippok-

rat  uzunmüddətli  məşqdən  sonra  çox 

həyəcanlı olan idmançılara ən azı 2-3 saat-

dan sonra yeməyi məsləhət bilirdi, məşhur 

alim  və  həkim  İbn  Sina  isə  yazırdı  ki, 

yemək və içmək ancaq orqanizm sakit ol-

duqda fayda verir.

Müsbət  və  mənfi  emosiyalar  da  qida-

lanma  kimi  lap  körpə  yaşlardan  başlamış 

bütün  ömür  boyu  bizimlədir.  Yuxarıda 

deyilənlərdən    göründüyü  kimi  qidalan-

ma  ilə  emosiyalar  birbaşa  əlaqəlidir.  Ona 

görə  də  hələ  körpəlikdən  uşaqlara  nəinki 

düzgün  qidalanmanın  (səmərəli  qida-

lanma)  əsaslarını  öyrətmək  və  onlara 

süfrədə  oturmaq  qaydalarını,  keçmişdə 

xalqımızda olduğu kimi çörəyə və yemək 

işinə  müqəddəs  (halal)  bir  şey  kımı  bax-

mağı  öyrətmək  lazımdır.  Uşaq  balaca 

vaxtından  süfrədə  möhkəm  bir  qayda 

görməli,  böyüklər  yeməyə  başlayana 

qədər  gözləməli,  qənaətcilliyi  öyrənməli 

və  beləliklə,  qidalanma  barədə  əsas 

biliklərə  yiyələnməlidirlər.  Bu  qaydalar 

möhkəmləndikdə,  gələcəkdə  adət  halına 

düşür və uşaqlar böyüyüb özləri ailə qur-

duqda  bu  təzədən  təkrar  olunur.  Yuxarı-

da  şərh  olunanları  ümumiləşdirərək,  belə 

qənaətə gəlmək olar ki, düzgün  qidalan-

mada    insanların  şəxsi  zövqü,  xasiyyəti, 

emosional  vəziyyəti,  sağlamlığı  nəzərə 

alınmalı və qidalanma mədəniyyəti qayda-

larına əməl olunmalıdır.

Şahalı Səmədov

Vaqif Əliyev

Emosiyalar və qidalanma 

Bu günlərdə kafedramızın assistenti 

Nuru Şahməmmədovun 50 yaşı tamam 

oldu. 

Məlumat üçün bildirək ki, 

Şahməmmədov Nuru Saydam oğlu 

1966-cı ildə Cəbrayıl rayonunun 

Xələfli kəndində fəhlə ailəsində 

anadan olub.

1983-cü ildə orta məktəbi fərqlənmə ilə 

bitirib. İlk əmək fəaliyyətinə 1983-cü ildə 

Dağlıq  Qarabağ  Muxtar  Vilayəti,  Hadrud 

rayonunun üzümçülük sovxozunda fəhlə 

kimi başlayıb. 1984-1986–cı illərdə hərbi 

xidmətdə olub. 1988-ci ildə isə ATU-nun 

II  müalicə-profilaktika  fakültəsinə  da-

xil  olub.  1994-cü  ildə  həmin  fakültəni 

fərqlənmə  diplomu,  adlı  təqaüdlə  biti-

rib. Böyük Elmi Şuranın qərarı ilə “İnsanın 

normal anatomiyası” kafedrasında baş la-

borant vəzifəsində işləyib.

1994-1997-ci  illərdə  “Şüa  diaqnostika-

sı  və  şüa  terapiyası”  kafedrasında  2  illik 

klinik ordinatura təhsili alıb. 1997-1999-

cu  illərdə  Səhiyyə  nazirliyində  metodist 

vəzifəsində çalışıb.

1998-ci  ildə    kafedranın  baş  laborantı, 

2000-ci ildə assisenti vəzifəsinə seçilib.

1998-2000-ci illərdə Sumqayıt şəhərin-

dəki  004  saylı  Hərbi  hospitalda  rentgen 

şöbənin  rəisi  vəzifəsində  hərbi  xidmət 

keçib.

2001-ci  ildən  YAP-ın  üzvü,  kafedra 



həmkarlar təşkilatının sədridir.

“Süd vəzisi xərçənginin erkən diaqnosti-

kasında mamoqrafiya, termoqrfaiya, USM 

müayinə metodlarının kompleks rolu” adlı 

namizədlik dissertasiyasını müvəffəqyətlə  

müdafiə edərək tibb üzrə fəlsəfə doktoru 

alimlik dərəcəsini alıb. 

2012-ci ildə “Yemək borusu xərçənginin 

erkən  aşkarlanmasında  müasir  şüa  di-

aqnostik  metodlarının  rolu,  müxtəlif 

müalicə  metodlarının  nəticələrinin  opti-

mallaşdırılması”  adlı  doktorluq  diserta-

siyasını uğurla sona çatdırıb, hal-hazırda 

rəsmi müdafiəyə hazırlaşır.

2013-cü ildə “İlin həkimi” mükafatına la-

yiq görülüb. 100-dən artıq elmi məqaləsi 

yerli  və  xarici  mətbuatda  çap  olunub,  1 

mo no qrafiyanın  müəllifidir.  Ali  dərəcəli 

rentgenoloq-mamoloqdur.  Dəfələrlə  xa-

rici  ölkələrdə  ixtisasartırma  kurslarında 

olub, diplom və sertifikatla təltif edilib.

Qarabağ  müharibəsi  iştiraktıçısı  və 

müharibə veteranıdır. 

Eyni  zamanda  nümunəvi  ailə  başçısı 

olan Nuru həkim iki oğul atasıdır. Atası-

nın yolunu davam etdirən böyük oğlu İl-

kin İ.Seçenov adına Tibb Akademiyasının 

məzunu, Kursk Tibb Universitetinin klinik 

ordinatorudur. 

Sevimli  iş  yoldaşımızı  yubileyi  müna-

sibətilə təbrik edir, ona möhkəm cansağ-

lığı, gələcək fəaliyyətində uğurlar arzula-

yırıq.

 

Şüa diaqnostikasının və şüa terapiyası 

kafedrasının əməkdaşları

Yubiley təbriki

D

ost  Pakistan 

İslam Res-

publikasının  Kəraçi 

şəhərində  yerləşən  

İCCBS – İnter-

natio nal Center for 

Chemcal and Bio-

logical Sciences – 

dünya miqyasında 

kimya və biologiya 

üzrə  aparıcı elmi- 

tədqiqat  mərkəzi 

olub, Kəraçi Uni-

versiteti nəzdində 

fəaliyyət göstərir. 

1966–cı  ildə  Dr.  Salimuzzaman  Siddiqi 

tərəfindən  yaradılan  bu  mərkəz  ən    müa-

sir  avadanlıqlarla  təchiz olunmuş bir neçə 

tədqiqat institutlarından ibarətdir.  Bu  elmi 

mərkəz    2002-ci  ildən  başlayaraq    hər  il 

Beynəlxalq  səviyyəli konfranslar və simpo-

ziumlar təşkil edərək bütün ölkələrdən tanın-

mış tədqiqatçı alimləri bir araya yığır.  Bu il 

keçirilən  İCCBS - nin 50 illik qızıl yubileyinə 

həsr olunmuş 14- cü Kimya Elmləri Avrasiya 

Konfransında  ATU-nun  Bioloji  kimya  ka-

fedrasından  rəsmi  dəvətlə  2  nəfər  -    dosent 

Əzizova Gülnarə İbrahim qızı və kiçik elmi 

işci  Osmanov  Hafiz  Maarif    oğlu,  eləcə  də 

“Nərgiz” klinikasının direktoru Məlahət xa-

nım Qəhrəmanova və “AbFarma” MMC-nin 

direktoru Arzu Abbasov işgüzar məqsəd ilə 

iştirak  etmişlər.  Konfransa  təqdim  edilən  

“The  study  of  some  specific  endogenous 

peptides  as  markers  for  development  of 

inflammatory process in chronic hepatitis 

C”  adlı tezis  cap olunan əsərlər siyahısına 

salınmış  və  dosent    Əzizova    Gülnarə    bu 

mövzuda  uğurla  məruzə  etmişdir.  Gülnarə 

xanımın  dekabrın  17-də 



“Life  chemistry-

həyat kimyası”  bölməsindəki ingilis dilində 

olan çıxışı  maraqla qarşılanmış və məruzə 

ətrafında  suallar cavablandırılmışdır. Aparı-

lan eksperimentlər və alınan  nəticələri əks 

etdirən  prezentasiya  nümayiş  etdirilmiş  və 

kafedranın  elmi  laboratoriyası  haqda  əraflı 

məlumatlar verilmişdir. Konfransın sonunda 

hər  iki  əməkdaşımız  sertifikatla  təltif  edil-

mişdir.

Qeyd  etmək  istərdik  ki,  50  ölkədən  olan 



150 xarici  alim daxil olmaqla, ümumilikdə 

700 tədqiqatçının iştirak  etdiyi  bu mötəbər 

beynəlxalq toplantıda müasir kimya və onun  

müxtəlif sahələri üzrə  elmi işlər müzakirəyə 

çıxarılmışdır.  Konfrans Beynəlxalq İqtisadi 

Əməkdaşlıq  Təşkilatı  ECO-nun,  həmçinin, 

Pakistanın  Təhsil  Nazirliyi  və  Elmlər  Aka-

demiyası,  əczaçılıq  və  biodiaqnostika 

mərkəzləri tərəfindən maddi və mənəvi olaraq 

dəstəklənmişdir. Dörd gün keçirilən bu konf-

ransda  müxtəlif    plenar,  eləcə  də    bölmələr 

üzrə    100-ə    yaxın  məruzə  dinlənilmiş  və 

muasir   məlumatlar müzakirəyə çıxarılmış-

dir.


Universitetimizin  rəhbərliyi  tərəfindən  

dost  Pakistan  xalqının  bu  elmi  uğuruna- 

mərkəzin  50  illik  fəaliyyəti  münasibəti  ilə 

konfrans  rəhbərliyinə  ünvanlanmış  təbrik 

məktubu böyük sayqı və ehtiramla qarşılan-

mış,  gələcəkdə  bu  elmi  mərkəzlə  qarşılıqlı 

əməkdaşlıq    məsələləri  müzakirə  olunmuş-

dur.


UĞURLU BEYNƏLXALQ KONFRANS

UĞURLU BEYNƏLXALQ KONFRANS


Yüklə 9,38 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə