Professor-müəllim heyətinin fəaliyyətinin qiymətləndirilməsi üçün komissiya yaradılıb qoşa bayram seviNCİLƏ yadda qalan söZLÜ



Yüklə 9,38 Mb.
Pdf görüntüsü
səhifə4/7
tarix20.08.2018
ölçüsü9,38 Mb.
#63749
1   2   3   4   5   6   7

30 dekabr   2016-cı il

http://www.amu.edu.az

5

ATU-nun mətbuat xidməti

Q

ış sessiya imtahanları ilə 

əlaqədar dekabrın 21-də ATU-

nun tədris və müalicə işləri üzrə  

prorektoru, professor Sabir Əliyev 

imtahan-nəzarət qrupunun üzvləri ilə 

görü şüb. Dekabrın 29-da başlanacaq 

imta 

hana hazırlıq işlərinin gedişatı 

ilə maraqlanan prorektor gələcəkdə 

hansısa problemlərin yaranmaması 

üçün imtahan nəzarətçilərinin seçi-

mi nə daha diqqətlə yanaşmağın vacib-

liyini vurğulayıb. Qeyd edib ki, təh-

sil nazirinin qərarı ilə ictimaiyyət 

nüma 

yəndələri də müşahidəçi kimi 

imta hanın gedişini izləyə bilərlər. O, 

eyni zamanda rektorun əmrinə görə 

müvafiq kafedra müdirlərinin, pro-

fessorların imtahanın gedişini izləmək 

hüquqlarının da olduğunu, ancaq bəzi 

kafedra müdirlərinin bu hüquqdan 

yetərincə  istifadə etmədiklərini təəssüf 

hissi ilə diqqətə çatdırıb.

  

İmtahan-nəzarət  qrupunun  rəh-



bəri,  dosent    Kamandar  Yaqubov 

nəzarətçilərin  üzərinə  düşən  konkret 

vəzifələrdən danışıb. Bildirib ki, onların 

hər biri səhər saat 9-a işləmiş nəzarət 

zalında  olmalı,  işə  gələn  əməkdaşlar 

ad və soyadlarını yazaraq imzaları ilə 

təsdiqləməlidir. “Belə olduğu təqdirdə 

şəffaflıq təmin olunur. İmtahan başla-

mazdan öncə biz zalda 2-3 dəqiqəlik 

söhbət apararaq əməkdaşın hansı zala 

daxil olacağını müəyyənləşdiririk. Hər 

sırada  mütləq  bir  nəzarətçi  olmalıdır 

ki, imtahanı başlaya bilək: “Əgər han-

sı sırada nəzarətçi yoxdursa, imtahan 

başlasa  da,    biz  həmin  sıraya  tələbə 

buraxa  bilmərik.  Çünki  imtahanın 

gedişi  səs  yazılmaq  şərtilə  görüntü-

lü  lentə  alınır.  Hansısa  sırada  prob-

lem yaranarsa, səhərisi və ya bir neçə 

gün sonra problem yaranan sırada ki-

min  nəzarətçi  olması  barədə  mütləq 

rəhbərliyə məlumat verməliyik”.

İmtahan  zalında  nəzarətçilərin  bir-

biriylə və ya tələbələrlə danışmasının, 

bayıra  çıxmasının  qadağan  olduğunu 

bildirən  imtahan  nəzarət  qrupunun 

rəhbəri bu qaydalara ciddi  riayət oi-

lunduğunu  qeyd  etdi:  “Nəzərə  almaq 

lazımdır ki, bir gündə 2500 tələbə im-

tahan verirsə və hər ailədə orta hesab-

la 4 nəfər varsa, 10 000 adam həmin 

imtahan  haqqında  fikir  mübadiləsi 

aparır. Ona görə çalışırıq ki, istənilən 

xoşagəlməz  hal  universitetin  imicinə 

zərər  vurmasın  ”-deyən  dosent  im-

tahanların  vaxtında  başlanması  üçün 

nəzarətçilərin işə məsuliyyətlə yanaş-

masının vacibliyini söyləyib. 

Virtual Test Mərkəzinin rəhbəri, do-

sent Şahin Bayramov da nəzarətçilərin 

üzərinə düşən vəzifələrdən danışaraq 

bildirib  ki,  nəzarətçi  tələbədə  mo-

bil  telefon  görsə,  onu  dərhal  imta-

han  zalından  çıxarmalıdır:  “İki  tələbə 

eyni fəndən imtahan verərsə,  yanaşı 

düşməməlidir.  Onun  sağında-solun-

da  əyləşən  tələbələr  digər  fənlərdən 

imtahan  verməlidir.  Nəzarətçi  eyni 

zamanda  bilməlidir  ki,  əgər 

iki  sualın  cavabı  kompüterdə  eyni, 

yaxud  sualın  cavabı  səhv  olarsa,    o 

istiqamətdə  tələbə  ilə  diskussiya 

aparmağa icazə yoxdur. Tələbə həmin 

sualı  yadında  saxlayıb  imtahan  qur-

tarandan  sonra  apellyasiya  komissi-

yasına  müraciət  etməlidir.  Tələbə  öz 

səhifəsinə girəndən sonra yerini dəyişə 

bilməz.  İmtahan  qurtarandan  son-

ra  tələbə  nəzarətçinin  icazəsi  olma-

dan dura bilməz.  Telefonlar sönmüş 

vəziyyətdə olmalıdır. Tələbələrə qarşı 

kobud davranmaq olmaz. Tələbələrin 

böyük  əksəriyyəti,    xüsusilə  də    yu-

xarı  kurslarda  oxuyanlar  imtahan 

qaydalarını  gözəl  bilirlər.    Ümidvarıq 

ki,  öz  məsuliyyətlərini  yaxşı  anlayan 

nəzarətçilərin köməyi ilə imtahanların 

yüksək səviyyədə keçməsinə nail ola-

cağıq”.

Görüşdə  iştirak  edən  imtahan-



nəzarət 

qrupunun 

üzvlərinə 

tövsiyələrini  verən  prorektor  çıxışı 

zamanı  bəzi  çatışmazlıqlara  diqqət 

çəkdi: 


“Bizim  bu  məsələdə  çatışmayan 

bir  cəhətimiz  var.  Bəzən  tələbələrin 

aidiyyəti  kafedralarla,  testlərin  tərtib 

olunması  və  cavabların  hazırlan-

ması  zamanı  yol  verilən  qüsurlar-

la  bağlı  haqlı  iradları  olur.  Ona  görə 

də  testlər  tərtib  olunan  zaman  bu 

məqama  diqqət  yetirmək  lazımdır. 

Bəzən  nəzarətçilər  imtahan  zama-

nı  vaxtında  gələ  bilmirlər.  Unutmaq 

olmaz  ki,  imtahanların  mütəşəkkil 

keçirilməsi  nəzarətçilərdən  çox  asılı-

dır. Kafedranın müəllimləri də komis-

siyanın üzvü olmalarına baxmayaraq, 

bəzən  vaxtında  gəlib  iştirak  etmirlər. 

Çox  istərdim  ki,  bu  kimi  məsələlərə 

aidiyyəti  olan  hər  kəs  riayət  etsin”-

deyən  Sabir  Əliyev  nəzarətçilərin  öz 

işlərinə  məsuliyyətlə  yanaşacağına 

və  imtahanların  normal  keçəcəyinə 

əminliyini bildirdi. 

Qabil Abdullayev

Fotolar Cənnətalı Çingizindir

PROREKTOR İMTAHAN-NƏZARƏT 

QRUPUNUN ÜZVLƏRİ İLƏ GÖRÜŞÜB

Azərbaycan Tibb Universitetində 

(ATU) professor-müəllim heyətinin 

fəaliyyətinin bal-reytinq sistemi ilə 

qiymətləndirilməsi üçün komissiya 

yaradılıb.

ATU-nun tədris və müalicə işləri üzrə 

prorektoru Sabir Əliyev tədbiri açaraq, 

komissiyaya işində uğurlar diləyib: “Bir 

neçə  ay  bundan  əvvəl  ATU-nun  Bö-

yük  Elmi  Şurasında  professor-müəl-

lim  heyətinin  fəaliyyətinin  qiymət-

ləndirilməsi  üçün  komissiya  yaradıl-

dı.  Bu  gün  də  biz  bu  komissiyanın 

məqsədinin  nədən  ibarət  olduğunu 

və bu günə qədər artıq nələr etdiyi ilə 

bağlı məlumatlar verəcəyik”.

Komitənin  sədri,  ATU-nun  ağız  və 

üz-çənə  kafedrasının  müdiri  Çingiz 

Rəhimov  tədbir  iştirakçılarına  komis-

siyanın  vəzifələri,  məqsədi,  gözlənilən 

nəticələri  haqqında  geniş  məlumat 

verib.  O,  komissiyanın  4  üzvü  -  III 

uşaq  xəstəlikləri  kafedrasının  profes-

soru  Surxay  Musayev,  Elmi  Tədqiqat 

Mərkəzinin  direktoru,  professor  Qalib 

Qarayev,  epidemiologiya  kafedrası-

nın müdiri, professor İbadulla Ağayev, 

ümumi gigiyena və ekologiya kafedra-

sının müdiri, professor Mirzə Kazımov  

arasında artıq iş bölgüsünün aparıldı-

ğını deyib.

Ç.Rəhimov  ilk  olaraq  bir  neçə  “pi-

lot  kafedralar”ın  seçildiyini  qeyd  edib. 

Bunlardan  I  cərrahi  xəstəliklər,  insan 

anatomiyası,  epidemiologiya,  uşaq 

xəstəlikləri,  əczaçılıq  kimyası,  ağız  və 

üz-çənə  cərrahiyyəsi  kafedralarının,  

Mərkəzi Elmi Tədqiqat Laboratoriyası-

nın adını çəkib: “Bu komissiya ATU-da 

aktiv və passiv kafedraların məlum ola-

cağına da yol açacaq. Bu komissiyanın 

yaradılması  lazım  idi.  Çünki  universi-

tetin  reytinqinin  əsasını  kafedraların 

fəaliyyəti tutur” – deyə, sədr bildirib.

Tədbir müzakirələrlə davam edib.

Professor-müəllim heyətinin fəaliyyətinin 

qiymətləndirilməsi üçün komissiya yaradılıb

Azərbaycan Tibb Universitetinin xarici dillər kafedrasında

  

“The events of 1918: died witnesses” kitabının təqdimatı 



keçirilib.

Ə

vvəlcə 



xari-

ci  dillər  ka-

fedrasının  baş 

müəllimi Kəmalə İma-

nova  çıxış  edərək 

xarici  tələbələrə  Xo-

calı  soyqırımında  baş 

verənlər haqqında qısa 

məlumat verib.

Daha sonra Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm 

Bəydəmirli  kitabı  təqdim  edərək,  5  illik  araşdırmalar  əsasında  bu  ki-

tabın ərsəyə gəldiyini diqqətə çatdırıb. “1918-ci il hadisələri: dünyası-

nı dəyişən şəhidlər, unudulmayan tarix” kitabında müəllif 1918-ci ildə 

azərbaycanlılara qarşı törədilən soyqırımla bağlı yazılı mənbələrlə ya-

naşı, sözügedən dövr haqqında məlumatı olan, həmin faciəni araşdıran 

insanlarla, canlı şahidlərlə müsahibələrə də üstünlük verib. Məlum ol-

duğu kimi, 1918-ci ildə erməni daşnaklarının Azərbaycan xalqına qarşı 

törətdikləri soyqırımını görən insanların böyük əksəriyyəti bu gün dün-

yasını dəyişib. Onların çox az bir hissəsi indi həyatdadır. Tarixi faktların 

aşkarlanması  baxımından  şahidlərin  müəyyən  olunması,  xatirələrinin 

toplanması və nəşr olunması onların müsbət haldır.

Tədbirin  davamında  ATU-nun  daxili  xəstəliklər  kafedrasıınn  dosen-

ti Nağdəli Zamanov qeyd edib ki, ”Kitabla tanış oldum, çox bəyəndim. 

Şübhəsiz  ki,  bu  kitablar  Azərbaycan  xalqının  başına  gətirilən  belə 

zorakırlıqların  bütün  dünyada  tanıdılmasına  kömək  edən  yardımcı 

vəsaitlərdəndir”.

QHT-sədri Milli qəhrəman Səfiyar Behbudovun bacısı Naibə Behbudova 

və Xocalı Soyqırımını Tanıtma İctimai Birliyinin sədri, jurnalist Şamil Sa-

biroğlu bu kitabın dəyəri haqqında öz təhlillərini verib.

Onlar ermənilər tərəfindən qəddarlıqla həyata keçirilən Xocalı soyqırı-

mının canlı şahidləri olduqlarını, onların öz ailələrinin üzvlərinin, doğ-

malarının da soyqırımına məruz qalan bu şəhidlər sırasında olduğunu 

hüznlü  və  kədərli  notlarla  dilə  gətiriblər.  Lakin  onlar  nikbinliklə  qeyd 

ediblər ki, vətən torpağı uğrunda canından keçən Xocalı şəhidləri bugün-

kü  müstəqilliyimizin  bərqərar  olmasının  əsil  qəhrəmanlarındandırlar:” 

Qəhrəmanlar isə ölmürlər. Dünya gec-tez bu bu qəhrəmanlığı tanıya-

caq”.

Soyqırımla bağlı ingilis dilində çap olunmuş 

kitab əcnəbi tələbələrə təqdim olunub



Yüklə 9,38 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə