Professor-müəllim heyətinin fəaliyyətinin qiymətləndirilməsi üçün komissiya yaradılıb qoşa bayram seviNCİLƏ yadda qalan söZLÜ



Yüklə 9,38 Mb.
Pdf görüntüsü
səhifə2/7
tarix20.08.2018
ölçüsü9,38 Mb.
#63749
1   2   3   4   5   6   7

30 dekabr   2016-cı il

http://www.amu.edu.az

3

sosial  şəbəkə  vasitəsilə  xəbər  tutur.  Bi-



zim  borcumuzdur  ki,  təmiz,  obyektivlik 

şəraitində  6 il tələbəyə yüksək bilik verib 

bacarıqlı həkim kimi yetişdirək”.

  Müxtəlif  məsələlərdən  danışan  rek-

tor  bundan  qabaqkı  şuralarda    uni-

versitet  əməkdaşlarının  elmi-pedaqoji  

fəaliyyətinin dəyərləndirilməsi  məqsədilə 

yaradılan  monitorinq  komissiyasının 

fəaliyyətini  də  yüksək  qiymətləndirdi: 

“Praktik  fəaliyyətlə  məşğul  olan  bütün 

mütəxəssislər  mütləq    sertifikasiyadan 

keçməlidir.  Burda  məqsəd  kimisə  əzmək 

və  yaxud  işdən  çıxarmaq  deyil,  onları 

sadəcə bir az tərpətmək lazımdır ki,  başa 

düşsünlər  ki,  artıq  o  saralmış  vərəqdən 

mühazirə  deməyin  vaxtı  keçib,  müasir 

texnologiyalardan  istifadə  etməyin  döv-

rüdür”. 


Sözünə  davam  edən  G.Gəraybəyli 

məlumat  verdi  ki,  dünyada  baş  verən 

maliyyə  çətinliyi  və  iqtisadi  böhran-

la  əlaqədar  universitetimizdə  təhsil  alan 

xarici  tələbələrin  təhsil  haqqı  müəyyən 

qədər  azaldılb  və  Azn  pul  vahidi  -  şərti 

vahidlə əvəzlənib.

Yazılan  testlərin  mövcud  tədris  proq-

ramını  əhatə  etməsinə,  yuxarı  kurslarda 

bacarıqların  öyrədilməsinə  və  rezident 

hazırlığının  prioritetlərinə  də  toxunan  

universitetin  rəhbəri  tələbələrin  asudə 

vaxtlarını səmərəli keçirməsi üçün onlara 

paytaxtımızda fəaliyyət göstərən teatrlara 

biletlərin pulsuz verilməsi üçün  həmkarlar 

təşkilatına tapşırıq verdi.

 Rektor çıxışının sonunda şura üzvlərini 

və eləcə də bütün kollektivi qarşıdan gələn 

Dünya  Azərbaycanlılarının  Həmrəyliyi 

Günü  və  Yeni  il  Bayramı  münasibətilə 

təbrik etdi. 

Sonda  nevrologiya  və  tibbi  geneti-

ka  kafedrsının  əməkdaşlarının  təklifini 

nəzərə  alan  şura  üzvləri  kafedranın  adı-

nın  dəyişdirilərək  nevrologiya  kafedrası 

kimi qəbul etdi. Sonra kollektiv tərəfindən 

namizədlikləri  irəli  sürülən  farmokoqno-

ziya və botanika kafedrasının professoru 

Yusif  Kərimovu  və  II  mamalıq-  gineko-

logiya  kafedrasının  professoru  Naziyyə 

Şəmsədinskayanı universitetin  məsləhətçi- 

professoru  vəzifəsinə  təsdiqləyən  Bö-

yük Elmi Şura müsabiqə məsələlərini həll 

etməklə öz işini yekunlaşdırdı.



Mansur ƏLƏKBƏRLİ       

Fotolar Cənnətalı Çingizindir

Böyük Elmi Şurada

Bundan sonra təbrik üçün 

səhnəyə  dəvət  olunan  uni-

versitetin  rektoru,  professor 

Gəray Gəraybəyli səmimi duy-

ğularını,  arzu  və  istəklərini 

bayram tədbirinin iştirakçıla-

rı ilə bölüşdü: “Çox hörmətli 

professor-  müəllim  heyəti, 

kolleqalar  və  əziz  tələbələr! 

Hələ uşaqlıqdan Yeni İl bay-

ramı hamımız üçün ən sevim-

li bayram idi. Tələbələrimizin 

də  xatırlatdığı  kimi,  1993-

cü  ildə  müasir  Azərbaycanın 

qurucusu,  ulu  öndər  Heydər 

Əliyev  Azərbaycan  xalqı-

na  daha  bir  bayram  hədiyyə 

etdi.  Artıq  neçə  illərdir  ki, 

dünyanın  hər  yerində  ya-

şayan 

həmvətənlərimiz 



Dünya 

Azərbaycanlılarının 

Həmrəyliyi  Gününü  qeyd 

edirlər.  Biz  də  bu  ərəfədə 

belə  qərara  gəldik  ki,  həm 

professor- müəllim heyətini, 

həm  digər  işçıləri,  xüsusilə 

də  tələbələrimizi  bir  yerə 

toplayıb tədbir keçirək.

Bu günkü tədbir sırf bay-

ram  tədbiridir.  Fürsətdən 

istifadə edib hər birinizi, sizin 

simanızda bütün Azərbaycan 

xalqını  qarşıdan  gələn  Dün-

ya 

Azərbaycanlılarının 



Həmrəylık  Günü  və  Yeni  İl 

bayramı  münasibətilə  təbrik 

edirəm.

Əslində  ürəyim  arzu-



larla  doludur.  İlk  növbədə 

sizlərə  cansağlığı,  hər  biri-

nizin  ailəsinə  mehribançı-

lıq,  səadət,  tələbələrimizə 

nailiyyətlər arzulayıram. Arzu 

edirəm  ki,  tələbələrimizin 

sədası dünyanın bir çox mü-

asir  universitetlərindən  və 

klinikalarından  gəlsin.  Onu 

da  arzu  edirəm  ki,  biliyi-

ni  və  elmi  nəticələrini  daim 

yüksəldən belə tələbələrin sı-

rasına bu gün hələ I, II, III, IV 

kursda  oxuyan  tələbələrimiz 

də qatılsın. 

Hər  gün  böyük  zəhmət 

hesabına  öz  vəzifələrini 

şərəflə 


yerinə 

yetirən 


professor-müəllim  heyətini 

təbrik edirəm. Sizə cansağlı-

ğı, uğurlar diləyirəm. Bir daha 

Yeni İliniz mübarək olsun!”

Rektorun  alqışlarla  qar-

şılanan  təbrikinin  ardınca 

bir-birini  əvəzləyən  musi-

qi  nömrələri  hamını  bay-

ram  ovqatına  köklədi.  Uni-

versitetimizin  “Şəfa”  xalq 

çalğı  alətləri  ansamblının 

ifasında  Azərbaycan  xalq 

mahnısı  “Sarı  gəlin”  xəyalən 

bizi 


uzaqlara 

apararaq 

düşüncələrimizə  bir  həzinlik 

gətirdi. 

Yeri 

gəlmişkən 



bildirək  ki,  ansamlın  üzvləri 

Şəmsi  Axundov,  Fərhan  Na-

mazov,  Yunis  Məmmədov, 

Elçin  Şixəliyev,  Cahangir  Şi-

rinov, Tariel Əlibəyli və Nadir 

Nəbiyevdir.

Tədbirə qonaq kimi dəvət 

olunan Bülbül adına orta ix-

tisas  musiqi  məktəbinin 

tələbələri də öz ifaları ilə ta-

maşaçı qəlbinə yol tapdılar. 

Musiqi 


fasilələrində 

hörmətli 

rektorumuzun 

təklifi  ilə  bir  sıra  nominasi-

yalar üzrə təsis edilən müka-

fatlar  da  sahiblərinə  təqdim 

olundu. 

Universitetimizdə 

uzun  illər  səmərəli  və  qü-

sursuz  fəaliyyət  göstərmiş 

sabiq  dekanlarımız  profes-

sor  Abuzər  Qazıyev,  dosent 

Tariyel  İsmayılov  və  do-

sent  Nəriman  Nağıyev  “Fəxri 

fərman”a  və  bir  aylıq  əmək 

haqqı məbləğində pul müka-

fatına layiq görüldülər.

“Ən  yaxşı  müəllim”  no-

minasiyası  üzrə  mükafat 

isə  patoloji  fiziologiya  ka-

fedrasının  dosenti  Sərdar 

Əliyev  və  məhkəmə  təbabəti 

kafedrasının  dosenti  Zabit 

Məmmədova verildi. 

“İlin  ən  yaxşı  tələbəsi” 

müsabiqəsinin  qalibi  adı-

nı  II  müalicə-profilaktika 

fakültəsinin  VI  kurs  tələbəsi 

Nərgiz  Müştaqzadə,  tibbi-

profilaktika  fakültəsinin  IV 

kurs  tələbəsi  Sevinc  Abba-

sova,  hərbi  tibb  fakültəsinin 

VI  kurs  tələbəsi  Alxan  Al-

xanlı,  əczaçılıq  fakültəsinin 

III  kurs  tələbəsi  Ayşən  Aza-

dova,  xarici  tələbələr  üzrə 

Türkmənistan 

vətəndaşı, 

II 

müalicə-profilaktika 



fakültəsinin  I  kurs  tələbəsi 

Malik Kurbanov qazandılar.  

984 

tələbənin 



yaşa-

dığı  universitet  yataqxa-

nalarında 

keçirilən 

“Ən 

səliqəli  və  nümunəvi  otaq” 



müsabiqəsinin  qalibi  64 

otaq  içərisindən  3  saylı  qız-

lar  yataqxanasının  87  say-

lı  otağı  oldu.  Həmin  otağın 

sakinləri  –  tibbi-profilaktika 

fakültəsinin  III  kurs  tələbəsi 

Aidə  Əlistanova,  müalicə-

profilaktika  fakültəsinin  IV 

kurs  tələbəsi  Gülnar  Hüsey-

nova  və  müalicə-profilaktika 

fakültəsinin  V  kurs  tələbəsi 

İnci Quliyeva pul mükafatına 

layiq görüldülər.

Universitetimizin  günü-

gündən gözəlləşməsində xü-

susi  zəhməti  olan  təsərrüfat 

işçıləri  də  unudulmadı.  “İlin 

ən  yaxşı  təsərrüfat  işçisi” 

adına  layiq  görülən  Həsən 

Həsənquliyev  rektorun  mü-

vafiq əmri ilə bir aylıq əmək 

haqqı məbləğində pulla mü-

kafatlandırıldı.

Mükafatların 

təqdim 

olunması  üçün  universite-



tin  rektoru,  professor  Gəray 

Gəraybəyli  və  Həmkarlar  İt-

tifaqı  Komitəsinin  sədri, 

dosent  Cahangir  Qasımov 

səhnəyə dəvət edildilər. 

…Söz  yenidən  musi-

qinindir. 

Stomatologiya 

fakültəsinin  IV  kurs  tələbəsi 

Nərmin  Camalova  fransız  və 

ingilis  dilində  mahnıları  çox 

məharətlə və məlahətli səslə 

ifa etdi.

Azərbaycan  Tibb  Uni-

versitetinin  “Şəfa”  xalq  çalğı 

alətləri  ansamblının  ifasında 

“Möcüzələr  adası”  filmindən 

“Neft daşları”, “Əziz dostum” 

mahnıları da tamaşaçı sevgisi 

ilə qarşılandı.

Bülbül  adına  orta  ix-

tisas  musiqi  məktəbinin 

tələbəsi  Xəyalə  Cavadvənd 

fleytada  Tofiq  Quliyevin 

“Səhər  nəğməsi”ni  tamaşa-

çılara  ərməğan  etdi.  Sona 

İskəndərlinin  ifasında  To-

fiq  Quliyevin  “Bakılıyam 

mən”,  I  müalicə-profilaktika 

fakültəsinin  I  kurs  tələbəsi 

Əziz  Əhmədlinin  ifasında 

“Çoban  qızı”  mahnıları  da 

zövqləri  oxşadı.  Hərbi  tibb 

fakültəsinin  II  kurs  tələbəsi 

Nadir  Nəbiyev  “Cənab  ley-

tenant”  mahnısını  hərbi 

geyimdə  oxuyaraq  gənclərin 

vətənpərvərlik ruhunu bir az 

da alovlandırdı. 

“Ay qardaş, eloğlu, başına 

dönüm,

Ayım 


da, 

ilim 


də 

Azərbaycandır.

Mənim 

məmləkətim, 



ürəyim, canım,

Ağzımda 


dilim 

də 


Azərbaycandır”.

Vətənpərvər  şairimiz  El-

dar  İsmayılın  bu  misraların-

dan  sonra  səslənən  “Qara-

bağ  şikəstəsi”  zalda  həsrət 

qarışıq,  amma  ümid  dolu 

bir  əhval-ruhiyyə  yaratdı. 

Mənzurə Abdulrəhimova, Or-

xan Gülməmmədov və Ataxan 

Quliyevin  şaqraq  zəngulələri 

işğal altında qalan torpaqla-

rımızın  harayına  çevrildi.  Bu 

gün balaca Mənzurə “Könlüm 

keçir  Qarabağdan”  –  deyə 

hayqırırsa,  hələ  qələbə  ina-

nımız  tükənməyib.  Rektorun 

ayağa  qalxaraq  səhnəyə  ya-

xınlaşması, balaca qızcığazın 

əlini sıxması zaldakı coşqunu 

daha da artırdı.

“Mehriban  olaq”  mahnı-

sı  yüksək  səviyyədə  keçən 

tədbirin  leytmotivi  kimi 

səsləndi.  Bayram  konserti-

nin  son  akkordunu  isə  Sona 

İskəndərli  sərhəd  tanımayan 

musiqi  dilində  bütün  tama-

şaçılara xoşbəxtlik diləməklə 

vurdu. 

Sizin  də  bayramlarınız 



mübarək olsun, əziz oxucu-

lar!


Belə tədbirlərin ardıcıl 

keçirilməsi arzusu ilə:

 Arif MƏMMƏDLİ

QOŞA BAYRAM SEVİNCİLƏ YADDA QALAN SÖZLÜ-NƏĞMƏLİ GECƏ

Dekabrın 28-də Azərbaycan Tibb Universitetinin böyük akt zalında 

təntənəli bayram tədbiri oldu. Dünya Azərbaycanlılarının Həmrəylik 

Günü vә Yeni İl bayramı münasibәtilә düzәnlәnәn sözlü-nәğmәli gecәnin 

aparıcıları - ll müalicә-profilaktika fakültәsinin V kurs tәlәbәsi Sәmra 

Bağırlı vә hәrbi tibb fakültәsinin V kurs tәlәbәsi Eşqin Әlәsgәrov 2016-

ilin sonu, 2017-ci ilin astanasında tәdbir iştirakçılarını salamlayaraq 

1993-cü ildә Azәrbaycan Respublikası Prezidentinin fәrmanı ilә 31 

dekabrın hәm dә Dünya Azәrbaycanlılarının Hәmrәylik Günü elan 

edildiyini dedilәr: “Azәrbaycan xalqı üçün hәr il 31 dekabr tarixi qoşa 

bayram sevinci ilә yadda qalır. Bu münasibәtlә universitet rәhbәrliyi 

professor-müәllim heyәtini vә tәlәbәlәri bir araya toplamışdır”.


Yüklə 9,38 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə