etməyindən qorxmuşu; Patrisio Araqonesi öz rəsmi əkizi
eləmək fikri isə onun
ağlına çox-çox sonralar, o, bu təhlükənin tam əsassız olduğunu anlayanda
gəlmişdi; bir müddətdən sonra Patrisio Araqones onun əmriylə, ona hazırlanmış
altı sui-qəsdi dinməz-söyləməz öz dərisində keçirmiş, dabanlarını taxta çəkiclə
döyüb yastıladaraq, ayaqlarını onun kimi sürüyə-sürüyə gəzməyə adət eləmiş,
qulaqlarını ağrıdan uğultudan və köpdən əziyyət çəkməyi, rəsmi görüşlərə
gecikmək məqsədi ilə, xüsusən qış aylarında, səhər-səhər çəkməsinin, guya dolaşıq
düşən bağları ilə, qızılı mahmızı ilə uzun-uzadı əlləşə-əlləşə ağzının içində:
«Zəhrimara qalsın bunları, flamand dəmirçiləri ilə bir yerdə! Əllərindən bir iş
gəlmir!» - deyərək vaxtı uzatmağı da öyrənmişdi. Bir zamanlar atasının yanında
şüşə üfürməklə məşğul olanda, zarafatçıl və çərənçi kimi tanın bu adam, indi
həmsöhbətlərinin əslində nə demək tstədiklərini, onların danışığına məhəl
qoymadan, gözlərinin dərinliklərindən oxumağı bacaran, sözdə deyilməyənləri
bəbəklərdə tutan qaraqabaq
qaradinməzə çevrilmişdi; üstəlik o, ona verilən suallara
da o dəqiqə cavab verməyi tərgitmişdi, suallara: «Bəs siz necə bilirsiz?» - deyə
sualla cavab verməyə, bir növ adət eləmişdi: çolaqları və əliləri bu yaxınlaracan
hansı möcüzə iləsə müalicə edən bu fırıldaqçı sonradan işgüzar, ciddi bir adama
çevrildi; o, bir dəqiqə bir yerdə oturmur, bütün günü nə isə həll eləyir, qabağına
keçən arvadları qamarlayıb xoruz kimi belinə minir, gecələr quru döşəmənin
üstündə pallı-paltarlı, döşəksiz-balışsız, üzünü ovuclarının içinə basıb yatırdı.
Patrisio özünü, keçmişini tamam unutmaq üçün şüşəüfürən taleyinin üstündən
birdəfəlik xətt çəkmişdi; o, bütün olan-qalanını ölüm
riskinə - ali hakimiyyət
sahibinin taleyinə yazılmış təhlükələrə qurban verə-verə, ikinci daş onsuz da
qoyulmayacaq yerə ilk daşın qoyulması mərasimlərində, dörd bir yanı düşmənlə
qaynaşan təntənəli tdbirlərdə - qırmızı lent kəsdiyi təmtəraqlı açılışlarda, doyunca
toxuna bilmədiyi əlçatmaz, əfsanəvi gözəllik ilahələrinə tacqoyma mərasimlərində
Patrisio Araqones öz miskin taleyi ilə barışaraq, ayrı adamın cildində iştirak etməli
olurdu və bütün bunları o, tamahkarlığı ucbatından, yaxud hansısa daxili
ehtiyacının, ya inamının diqtəsi ilə eləmirdi; Patrisionun sadəcə, seçmək imkanı
yox idi: ya aya beş yüz peso alan riyakarın şahlıq həyatı, yaxud dar ağacı – daha
burda burcutmağın yeri yox idi; lakin günlərin bir günü, axşam çağı ağası Patrisio
Araqonesi dənizin sahilində,
pərt vəziyyətdə, qəm-qüssə içində, ətirli jasmin
kollarını iyləyən yerdə tapdı və narahatlıqla Patrisiodan, onu qəmləndirə bilən
hansı hadisənin baş verdiyini, bəlkə nahar vaxtı kiminsə onu acıladığını, yaxud
bəlkə kiminsə gözünə gəldiyini soruşanda, Patrisio Araqones: «Heç də yox, mənim
generalım, vəziyyət daha qəlizdi!» - deyə cavab verdi və burda məlum oldu ki,
Patrisio, şənbə günü karnaval ilahəsinin başına tac qoyandan sonra onunla birinci
valsı oynayıb, indi isə bu xatirəni qarnına, ya harasınasa soxub gizlətmək, quyunun
dibinə basdırmaq, yoxsa ondan qaçıb gizlənmək üçün nə bir qapı, nə bir yolu ona
görə tapa bilmir ki, «o ilahə dünyanın, ələ düşməyən, ələ gəlməyən,
yuxuya belə
girməyən gözəllərindəndir, canlara dəyəndir, mənim generalım! Siz onu
görsəydiniz?!..» Onda general dərindən nəfəs dərib Patrisioya, arvada görə bu kökə
düşməyin mənasız olduğunu dedisə də, həm də, Patrisioya qadın ehtiyacını
ödəmək üçün o gözəli oğurlamağı da təklif etdi; o özü də həmin o ələ gəlməyən
gözəllərdən çox oğurlamışdı və sonralar həmin o ələgəlməyən gözəllər onunla
11
məmmuniyyətlə yaşamışdılar. «Mən onu sənin yatağına saldıraram, - o dedi, - dörd
əsgər onun qollarını burub saxlayar, sən də onun dadına, ən yekə qaşıqlarla,
doyanacan baxacaqsan. Qoy o, vurnuxsun! Hamısı boş şeydi! Onların ən tərbiyəlisi
də əvvəl acıqlı olur, amma sonra ağlayıb: «Məni dişlənmiş alma kimi atmayın,
mənim generalım…» – deyə yalvarır; lakin Patrisio
Araqones onun bu təklifindən
imtina elədi, çünki o, daha çox şey - o qadının məhəbbətini, nəhayət, onun
məşuqəsi olmasını istəyirdi; «Axı o qadın,» - Araqones deyirdi, - təkrarolunmazdı,
o əsl məhəbbətin nə olduğunu, nəyin necə olduğunu bilir. Onu görsəniz, özünüz
bunu anlayacaqsınız, mənim generalım.» Onda ağa Patrisio Araqonesin dərdini bir
az azaltmaq üçün ona, öz rahatxanasına aparan gizli yolları göstərib, hərəmlərindən
istədiyi qədər, amma onun kimi, xoruzsayağı, ayaqüstü, soyunmadan, onları da
soyundurmadan istifadə eləməyə icazə verdi və Patrisio Araqones öz ehtirasını, öz
istəyini bu rahatxanada boğa biləcəyi ümidiylə bu özgə eyş-işrət bataqlığına baş
vurdu, və eyş-işrətlə, arzu və istəyinin gücündən alovlanıb daşan ehtirasdan,
generalın
dediyi kimi, ayaqüstü yox, məhəbətin bütün ləzzəti ilə, həssas incəliklə,
sevgiyə simic qadınları belə hərəkətə gətirərək, onların daşlaşmış hisslərini oyadıb
inildədə-inildədə məşğul olmağa başladı, sonra da heyrət içində sevinə-sevinə
generala: «Ay xatakarsız ha, mənim generalım, qocaldıqca da, canınız elə bil bir az
da sulanır!» - dedi; və o vaxtdan heç kim – nə generalın özü, nə Patrisio Araqones,
nə də qadınların heç biri, kimin kimdən boylu olduğunu, kimin kimin oğlu, kimin
atası olduğunu heç cür təyin edə bilmədi; beləliklə də, Patrisio Araqones ağanın ən
yaxınına, əzizinə və eyni zamanda, qorxub çəkindiyi adama çevrildi; Patrisioya
görə general çoxlu asudə vaxt əldə edib silahlı qüvvələrlə əsaslı surətdə məşğul
olmağa başladı, bir vaxtlar bu böyük vəzifəyə seçilərkən
elədiyi kimi, bütün
diqqətini bu səmtə yönəltdi. Lakin o bununla, bizim düşündüyümüz kimi, ona görə
bu sayaq ciddi cəhdə məşğul olmadı ki, silahlı qüvvələr onun hakimiyyətinin
əsasını təşkil edirdi. Əksinə! O, bu qənaətdə idi ki, silahlı qüvvələr onun ən təbii və
təhlükəli düşmənidi, odu ki, hər ehtimala qarşı, zabitlərin arasında tez-tez nifaq
salmağa çalışır, bir dəstənin qulağına, o biri dəstənin onlara qarşı tələ hazırladığını
pıçıldayır, bu minvalla ona qarşı nə vaxtsa hazırlana biləcək qiyamın qarşısını
beləcə - onların taleyinə yazılanları dəyişərək, onları bir vəzifədən başqa birinə, bir
yerdən o biri yerə köçürür, talelərinə yazılanları tay – dəyiş edə-edə, onu ora –
bunu bura yerləşdirə-yerləşdirə, aləmi bir-birinə qatır, kazarmaların
hər onundan
doqquzunu boş patronlarla, dəniz qumu qatılmış saxta barıtla təchiz edir, öz əlinin
altında isə - saray zirzəmilərinin birində əla təlim keçmiş arsenal saxlayırdı və bu
zirzəminin açarı o biri gizli qapıların açarları ilə bir dəstədə, daim generalın
ürəyinin başında cingildəyirdi; dəstəyə yığılmış bu açarların hərəsindən bircə ədə
dənə idi və müdafiə naziri, prezident qvardiyasının komandiri, milli təhlükəsizlik
xidmətinin rəisi vəzifələrini aparan, hətta generalı dominoda udmaq ixtiyarına
malik olan nadir adamlardan biri, onun əziz dostu, təcrübəli artillerist general
Rodriqo de Aqiların kölgə kimi müşayət etdiyi bu arsenalı ondan
başqa heç kimin
açıb buraxmağa ixtiyarı yox idi; məgər prezident karetinin, sui-qəsd hazırlanan
yerə çatmasına bir neçə dəqiqə qalmış dinamiti zərərsizləşdirən zaman sağ əlini
itirən həmin bu Rodriqo de Aqilar deyildimi?.. Çox keçəmədi ki, general Rodriqo
de Aqilarla Patrisio Araqonesin kölgəsində özünü o qədər rahat və təhlükəsiz hiss
12