keçib orda bir fincan qara qəhvə ilə bir tikə kasabe*
yeyə-yeyə, yenicə başlamış
günün nə ilə sona yetəcəyi barıdı qətiyyən düşünmədən, bunu təsəvvürünə belə
gətirmədən, nə edəcəyi haqqında fikirləşmədən, maraqla qulluqçuların söhbətlərinə
qulaq asmağa başlayırdı; onun bu iqamətgahda dil tapdığı yeganə insanlar
qulluqçular idi; qulluqçularla davranmaq onun üçün o səbəbdən asan idi ki, o,
onlardan öz ünvanına eşitdiyi tərifləri ciddi qəbul edir, bu sadı insanların qəlblərini
asanlıqla oxuya bilirdi; beləliklə, bir fincan qəhvə ilə kasabesini yedikdən sonra o,
saat doqquz radələrində həyətdəki şəxsi patiosunda, badam ağaclarının
kölgəsindəki qranit vannasına girir, orda şəfalı otlarla ağzınacan
dolu isti vannada
saat on birəcən uzanaraq, gündəlik şuluqluqlardan əvvəl, canına yeriyən anlaşılmaz
xofu əritməyə və sakitləşməyə çalışırdı; bir vaxtlar onu prezident kürsüsünə
oturdan dəniz desantı hələ təzə-təzə şəhərə yerləşəndə o, desant qoşununun
komandiri ilə öz kabinetinə girib qapını o üzdən kilidləyir və onunla bir vətənin
taleyini həll edir, qanuna minmiş müxtəlif qanunları və qərarları baş barmağının
möhürü ilə imzalayır, o vaxtlar tam savadsız olduğundan, yazıb-oxuya
bilmədiyindən və bu savadsızlığı ilə vətənin taleyi həlli ilə üzbəüz qaldığından, o
bu qərara gəldi ki, məsuliyyət və diqqət tələb edən tikanlı qanunlara uyub qanını
qaraltmaqdansa, ölkəni, Allahın köməyi ilə idarə etsə yaxşıdı və bu minvalla
ölkəni, yaşına uyğun olmayan qıvraqlıqla, hakimiyyət pillələrində kəndirbaz
ehtiyatı ilə oynaya-oynaya idarə eləməyə başladısa da, ondan bir çimdik duz uman
cüzamlı xəstələrin, korların, ifliclərin ittihamlarından
can qurtara bilmədi; deyilənə
görə, duz onun əlində məlhəmə dönürdü, ətrafındakı diplomlu siyasətbazlar,
həyasız avaralar və yaltaqlar isə onu, zəlzələlərin, bütün göy əlamətlərinin,
təhlükəli illərin və Allahın digər səhvlərinin korrexidoru* adlandırır, o, ağır
ayaqlarını, qarda gəzən fil ləngliyi ilə sarayın dəhlizləri boyu sürüyə-sürüyə, dövlət
və məişət məsələlərini ötəri cəldliklə – bir qapını çərçivəsindən qopartdırıb ayrı
yerə saldırdığı, sonra elə həmin dəqiqə də ordan çıxartdırıb əvvəlki yerinə
qaytardığı kimi, asanlıqla həll eləyirdi; ümumiyyətlə,
onun bütün əmrləri, qala
saatı zənginin, günortalar və gecə yarısı adəti üzrə on iki dəfə yox, həyat,
olduğundan uzun görünsün deyə, iki dəfə çalınması üçün verdiyi əmri həmin
dəqiqə yerinə yetirilən tək, göz qırpımındaca, tərəddsüz həll edilirdi; bircə
siestanın ölü saatlarında, hər şey sustalıb donuxanda, o, öz yarıqaranlıq «qadın
hininə» girər, arxasınca qapını bağlamadan, qadınların birini o birindən seçib
ayırmadan, qabağına keçəni qamarlayıb yaxınlıqdakı taxtın, ya döşəmənin üstünə
yıxar, cansıxıcı bürküyə məhəl qoymadan, nə özü, nə də də qadını soyundurmadan,
elə pallı-paltarlı işini görərdi… bütün saray isə onun, it zingiltisini andıran ağır
iniltisini, təngiyən nəfəsini, sol ayağının titrəyişindən əsib cingildəyən mahmızının
səsini və arıq, qansız uşaqlarının onlara dikilən maraq dolu baxışlarından az qala
yerə girən qadınların: «Rədd olun burdan! Marş həyətə!
Belə şeylərə baxmaq
olmaz! Uşaqlar belə şeylərə baxmaz!» - qşıqıran həyacan dolu səsləri eşidilirdi;
belə məqamlar vətənin üstündən elə bil səssiz mələk ötüb keçirdi; səslər kəsilir,
hərəkət dayanır, bütün ölkə barmağını dodağına sıxıb: «Ss-s! Səs salmayın… nəfəs
almayın, sakit! General eyş-işrətlə məşğul olur!» – deyirdi; amma onu tanıyanlar,
onun ikiləşmə qabiliyyətinə bələd olanlar, onun bu işarası məhəbbət fasiləsinə o
səbəbdən inanmırdılar ki, axşam saatlarında, yeddi radılırində onu qonaq otağında
9
domino oynayan yerdə görənlər onun, elə həmin vaxt, saat düz yeddidə mal
təzəyini tüsdülədə-tüsdülədə iclas zalındakı mığmığaları qovduğunu şahidi
olurdular: sarayın bütün pəncərələrində işıq sönməmiş, üç qıfılın, üç kilidin
şırıqqıltısı, yataq otağının qapısının üç zəncirinin cingiltisi eşidilməmiş, onun gün
ərzində gördüyü işlərdən ağırlaşmış yorğun
bədəni nəhəng, sal daş kimi döşəməyə
düşəndə və körpə yuxusu tək şirin yuxuya gedən bu fəndkir qocanın əvvəl qırıq-
qırıq, sonra dənizin səviyyəsi ilə bir, su yuxarı qalxdıqca dərinləşib qaydasına
düşən nəfəsi eşidilməmiş isə, onun harda olduğunu bir kəs dəqiq bilə bilməzdi və
məhz onda küləyin simləri gecənin sakitliyində təbillərin pərdəsi üstə çalan tək
tıqqıldayan cırcıramaların səsini içinə çəkir, nəhəng, köpüklü dalğa şahə qalxıb üzü
qədimdən vitse-kralların və bukanyerlərin* məskəni olan bu qoca şəhərin
küçələrinə axır, ordan sarayın pəncərələrinə dolub, binanı suyun içinə qərq edirdi;
iclas zalının güzgülərinə yapışan ilbizlər isə balina ağzına bənzər ağızlarını açıb
əsnəyir, dəniz, uzaq keçmişlərdəki kimi, okeanın dalğalandığı səviyyəyə qalxaraq,
bütün Yer üzünü, fəzanı və zamanı zəbt edirdi və bircə o –
öz hərbi səhra
geyimində, mahmızlı uzunboğazlarında, üzünü balışa basan təki, ovuclarına basıb,
öz ay şüalı yuxu dənizində batıb boğulan tənha meyid kimi üzürdü; onun ikiləşmək
istedadı, yəni eyni məqamda müxtəlif yerlərdə – ikinci mərtəbədə ola-ola, həm də
birinci mərtəbədə tək-tənha dayanaraq, dənizin uzaq ənginliklərini seyr etməsi və
elə həmin vaxtda da eyş-işrət nəşələrində titrədib əsməsi, nə bəzi yaltaqların dediyi
kimi, onun qeyri-adi, ali bir sima olmasına dəlalət edirdi, nə də bu, onun
düşmənlərinin danışdığı kimi,
kütləvi qarabasma-zad deyildi; sadəcə, bu adamın,
ona it sədaqətlylə qulluq etməyə, yolunda ölümə belə getməyə hazır olan, zahiri
görünüşcə əkiz tayı – Patrisio Araqones adlı inanılmış adamı var idi; bu adam
tamamilə təsadüfən, axtarılıb-aranmadan, öz-özünə tapılmışdı; günlərin ir günü
prezidentə bu mətnli bir məlumat çatdırılmışdı: «Mənim generalım, eyni ilə
prezident karetinə oxşar bir karet kəndləri gəzir, karetin içində isə avaranın biri
özünü sizin adınızdan təqdim edir və deyim ki, heç də pis alınmır, mənim
generalım! Adamlar yarıqaranlıq karetdən onun kədərli gözlərini görüblər – bu
eyniylə sizin gözlərinizdi, mənim generalım! Onun sarımtıl dodaqlarını – sizin
dodaqları, sizin əliniz kimi incə, qadın əlinə oxşar ipək əlcəkli əlini, həmin o əllə
karetin
pəncərəsindən, yol boyu dizi üstə dayanan xəstələrə duz atdığını və kareti
müşayiət edən zabit geyimli iki atlını görüblər. Siz bir təsəvvür edin general,
allahsızlığa bir bax!..» Bu məlumatdan sonra prezident o fırıldaqçını yerindəcə
cəzalandırmaq barədə əmr vermək əvəzinə, onu prezidentlə səhv salmasınlar deyə,
başına çuval keçirilib gizli yolla saraya gətirilməsi barədə göstəriş verdi; deyilənə
görə, avaranı dərhal tutub saraya gətirmişdilər və ona təhvil verəndə, özü özünü
sanki kənardan görən prezidenti qəribə bir təhqir hiss bürümüşdü; bu küçə
adamıyla bu qədər oxşarlıqda nə isə təhqiramiz bir şey vardı; hərçənd ki, onu görən
prezident özü-özlüyündə: «lənət şeytana, bu adam mən özüməm ki?!..» - deyə
fikirləşmişdisə də, o vaxtlar
o adam heç də onun özü deyildi, hətta onun amiranə
səsini belə təqlid edə bilmirdi, amma hərifin ovcundakı həyat xətti tam aydın
görünürüdü və onu ən çox narahat eləyən də elə bu idi; onda bu yaramazı
güllələmək haqqında əmr verməkdən də prezident məhz buna görə çəkinmişdi,
görünür bu avaranın ovcundakı tale xəttinin nə cür olursa-olsun, onun taleyinə təsir
10