Qabriel Qarsia Markes "Patriarxın payızı" Roman



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə80/81
tarix20.09.2017
ölçüsü5,01 Kb.
#913
növüYazı
1   ...   73   74   75   76   77   78   79   80   81

yerə gəlib çıxmışdı ki, karetinin pəncərəsindən gördüyü tanış üzlü oğlanı hardan 
tanıdığını heç cür xatırlaya bilmədi, huşsuzluğundan xoflanıb, mühafizəçilərə, 
oğlanı tutmağı əmr etdi: «Onu hardan tanıdığımı yadıma salanacan, qoy otursun». 
Bu bədbəxt kəndli balası, məhkəmə məmurlarının əvvəlcədən müəyyənləşdirib tam 
uyğunlaşdırdığı sözləri gündən-günə təkrar edə-edə: düz iyirmi iki il həbsxanada 
oturdu; oğlan səhər-axşam eyni sözləri təkrar edirdi; adı - Braulio Linares 
Moskotedir, çay donanmasının dənizçisi Markos Linaresin və Delfina Moskotenin 
– yaquar ovlayan itlər yetişdirənlərin, kəbindənkənar oğludur, onların hər ikisi 
Rosale del Virreydə yaşayır, o özü də orda yaşayır və paytaxta, ömründə birinci 
dəfədi gəlir; bura da ona görə gəlib ki, camaatın mart gəzintiləri vaxtı, anasının 
böyütdüyü küçüklərdən ikisini ortaya qoyub satsın; o, paytaxta, kirayəyə 
götürdüyü eşşəkdə gəldiyini, həmin cümə axşamı tutularkən, əynindəki paltardan 
savayı ayrı paltarlarının olmadığıını, həmin gün bazar qəlyanaltıxanasında kətan 
günlüyün altında oturub ucuzlu qəhvə içdiyini, alverçilərdən, yaquar ovçularını – 
iki cins küçük almaq istəyən bir adam tanıyıb-tanımadıqlarını soruşduğunu, onların 
belə bir adamı tanımadıqlarını söylədiyini, elə bu əsnada vurnuxma və qaçhaqaç 
düşdüyünü, təbillərin vurulduğunu, şeypurların səsləndiyini, göyə rəngbərəng 
raketlər buraxıldığını, bazarın yanındakı adamların: «Gəlir! Gəlir! Əsl kişi gəlir! 
Budur o!» - deyib çığırdığını təkrarlamaqdan yorulmurdu; alverçilərdən isə o 
soruşmuşdu ki, bu «əsl kişi» kimdi? Ona demişdilər: «Necə yəni kimdi? 
Hakimiyyət başında olan adamdı!» Onda oğlan, küçükləri qutuya basıb, 
alverçilərdən xahiş eləmişdi ki, o qayıdana kimi onlara baxsınlar, özü isə küçəyə 
qaçıb, kiminsə pəncərəsinə, taxçaya dırmaşıb, camaatın başı üstündən, qapısında 
əjdaha şəkli olan kareti müşayiət eləyən atlı dəstəsini, qızılı pullu, parlaq kəkilli 
atları, karetin pəncərəsindən yellənən ipək əlcəkli əli görmüşdü; hökmdarın solğun 
çöhrəsini, sallaq, təbəssümsüz dodaqlarını, onun hüznlü gözlərini görmüşdü və bu 
gözlər qəfildən minlərlə adamın içindən oğlana zillənmişdi, onu, iynəni dənizin 
içindən tapan kimi, tapmışdı, karetin pəncərəsindən çölə uzanan barmaq, duz ona 
tuşlanmışdı: «Bax bunu, pəncərədəkini – həbs edin onu! Onu harda gördüyümü 
yadıma salanacan qoy içəridə otursun.» Beləliklə də, oğlanı tutdular, hökmdarın, 
onu harda görə biləcəyini boynuna alması üçün qılıncla dərisini soymağa, əzalarını 
kömürün üstə yandırmağa başladılarsa da, liman qalasının divarları arxasındakı 
dəhşətlər kamerasında verilən işgəncələr, dustağı müqəddəs həqiqətdən başqa özgə 
bir şey deməyə məcbur eləyə bilmədi; o, həqiqəti yorulmadan elə inam və əyilməz 
cəsarətlə təkrarlayırdı ki, axırda general öz səhvini boynuna almağa məcbur oldu 
və etiraf elədi ki, Braulio Linares Moskoteni əvvəllər heç vaxt görməyib. – 
«Amma indi başqa çıxış yolu yoxdu – qoy otursun! Axı, onunla elə pis rəftar 
ediblər ki, düşmən olmasa da, düşmənə çevrilə bilər». Odu ki, bu bədbəxt öz 
kamerasında çürüyür, general isə yenə öz yaddaşsız xatirələriylə elə hey tutqun 
iqamətgahda gicəllənir, öz-özünə: «Anam mənim, yaxşı günlərimin Bendisyon 
Alvaradosu, mənə kömək elə, mantilyanı kənara çəkib mənə bax ki, üzünü görə 
bilim! Kömək elə mənə, ana. Əgər qocalıq bataqlığına çöküb, nədənsə təsəlli 
taparaq, qüvvə toplamaq üçün heç nəyi xatırlaya bilmirsənsə, bu qəddar, şanlı 
hadisələrdən, bu qədər zəfərlərdən ötrü əzab çəkməyə dəyərdimi?» Həyatının ən 
acı müsibətləri də, ən şirin anları da, əzəmətinin ən şanlı dəqiqələri də – hamısı bir-
 
161


birinə qarışıb qapqara yaddaşsızlıq dəliyinə yuvarlandı. Gizli divar mücrülərinin 
birindən təsadüfən, onun xətti ilə yazılmış kağız parçası tapılmasaydı, o, krallara 
layiq təntənəylə dəfn edilməsini tapşırdığı doxsan altı yaşlı Fransisko Lineronun 
kim olduğunu heç vaxt yadına sala bilməyəcəkdi; hələ bu bir yana, görmə 
qabilliyətini də itirmişdi deyə, hakimiyyəti kor-koranə idarə eləmək 
məcburiyyətində qalmışdı; üst-üstə taxdığı on bir cüt eynək də ona kömək edə 
bilmirdisə də, yenə onları taxırdı; o, yazı masasının siyirtməsindən, istədiyi eynəyi 
çıxarıb burnunun üstünə ilişdirirdi və belədə, söhbət elədiyi adamı guya yaxşı 
görən adam təsir bağışlayırdı, əslində isə, müsahiblərinin səsini belə eşitmir, 
qarşısında oturanın kimliyini yalnız hissiyatıyla müəyyən edir, onları bədənsiz ruh 
kimi hiss edirdi; bir sözlə, elə vəziyyətdəydi, adama elə gəlirdi ki, elə indicə canını 
tapşıracaq; onun bu halı, audiyensiyaların birində müdafiə nazirini də yaman 
qorxutmuşdu; general qəfildən asqıranda, müdafiə naziri: «Sağlam olun, general!» 
- demişdisə də, general yenə asqırmışdı, onda nazir ikinci dəfə: «Sağlam olun!» - 
demişdi, generalınsa asqırağının arası kəsilməmişdi. – «…Doqquzuncu dəfə 
asqıranda, daha heç nə demədim – onun pörtüb köpürmüş sifətindən, yaşla dolu, 
bərəlmiş gözlərindən, o dünyanın dibindən mənə zillənmiş kinli baxışlarından 
qorxdum, canı çıxan kaftar heyvanın dili kimi çölə pırtlayan dilini gördüm və 
gözümün qabağında baş verən bu ölüm səhnəsində, günahsızlığımı sübut edəcək 
heç bir şahidin olmadığından xoflanıb cəld otaqdan sürüşmək qərarına gəldim – 
axı, yanımızda bircə nəfər belə yox idi. Tez qaçıb canımı qurtarmaq istəyirdim ki, 
o, asqırtıların arasından: «Ağciyər olmayın, general Rosendo Sakristan! Dinc 
durun, lənət şeytana, mən bir o qədər gic deyiləm ki, sizin yanınızda öləm!» - deyə 
çığırdı. Müdafiə naziri yerində donub qaldı, o isə həqiqətən ölümlə burun-buruna 
vurub, az qala huşunu itirə-itirə asqırmağına davam edirdi; qarşısında milyardlarla 
işıldaböcəyəbənzər qığılcımlar qaynaşırdısa da, o, bütün varlığıyla inanırdı ki, 
anası Bendisyon Alvarado belə bir biabırçılığa yol verməz, qoymaz ki, o, 
asqırmaqdan, hələ üstəlik tabeliyində olan bir adamın qabağında ölsün: «Eybi yox, 
biz hələ yaşayacağıq! Heç bir şey mənim qəddimi əyə bilməz!» 
Bu hadisədən sonra o, belə bir nəticəyə gəlmişdi ki, insanın ləyaqətsiz ölümünə 
şərait yaradan adamların arasında yaşamaqdansa, inəklərlə birgə ömür sürmək 
daha yaxşıdı. - «Niyə onlar hamılıqla təslim oldular?» O, Papa nunsisini (Roma 
Papasının nümayəndəsi) qəbul etməyi, onunla Allah haqqında höcətləşməyi ona 
görə tərgitdi ki, şokoladı körpə uşaq kimi qaşıqla içməyə məcbur idi və istəmirdi 
ki, nunsi bunu görsün; domino oynamağını da ona görə tərgitmişdi ki, qorxurdu, 
kiminsə ona yazığı gələr və oyunu ona qəsdən uduzar; heç kimi görmək istəmirdi, 
çünki özünü əməlli-başlı idarə edə bilmir, yastı dabanlarını sürüyə-sürüyə gəzirdi; 
ömrü boyu ayaqlarını beləcə sürüyə-sürüyə gəzməsinə baxmayaraq, indi bunu 
gizlətmək baş tutan iş deyildi; istəmirdi ki, qocalığını gizlədə bilmədiyini kimsə 
görsün; özünü, qayanın başındakı malikanədə sığınacaq hüququ qazanmış 
adamlardan yox, dustaq kimi saxladığı sonuncu bədbəxt diktatorların yerində – 
çarəsizlik uçurumunun kənarında hiss edərək, yaşından da utanmağa başlamışdı. 
Bu diktatorlar, dünyanı heyvərəlik taunuyla yoluxdurmamaq üçün orda - qayadakı 
sığınacaqda üzülürdülər; həmin o üzüntü hissini o, içəri həyətdəki hovuzda – 
müalicəvi suyun içində tək-tənha uzanıb mürgülədiyi həmin uğursuz gün duydu və 
 
162


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə