Qafar Çaxmaqlı armenizmdən terroriZMƏ erməNİ İdeoloji



Yüklə 132,69 Kb.
Pdf görüntüsü
səhifə60/66
tarix15.03.2018
ölçüsü132,69 Kb.
#31520
1   ...   56   57   58   59   60   61   62   63   ...   66

 
185 
 
Ağbaba bölgəsi (sonralar Amasiya bölgəsi), Tbilisi quberniyasına daxil olan Lori-
Pembək  bölgəsi  (sonralar  Alaverdi,  Stepanavan,  Kalinino,  Noyamberyan 
bölgələri),  Yelizavetpol  quberniyası,  Qazax  qəzasının  Dilican  dərəsi  (sonralar 
ġəmsəddin,  Ġcevan,  Dilican  rayonlarının  ərazisi,  həmçinin  Krasnoselsk  bölgəsi 
Akstafa  (Gedikçay  hövzəsinin  azərbaycanlılar  yaĢayan  kəndləri)  birləĢdirilərək 
Ermənistan  Sovet  Sosialist  Respublikası  elan  edildi..1918-1920-ci  illərdə    bu 
bölgələrdə  yaĢayan  Azərbaycan  türklərinin  qətl  edilməsi  və  ya  zorla  evlərindən 
çıxarılması  1905  qırğınının  davamı  idi.  Bu  müddət  ərzində  ermənilər  ciddi  bir 
təĢkilatlanma 
prosesinə  girmiĢ,  silahlanmıĢ  və  təbliğat  fəaliyyətlərini 
geniĢlətmiĢdilər.  1918-ci  ildə  Ermənistan  (Ararat)  Respublikasının  qurulmasıyla 
ermənilərdə milli  kimlik və dövlət anlayıĢı  o idi ki, bu ərazilər onlara məxsusdur 
və  burada  minillər  boyu  yaĢayan  insanların  heç  bir  haqqı  yoxdur.  Ġki  illik  (may 
1918-noyabr  1920)  daĢnak  hakimiyyəti  zamanı    burada  yaĢayan  Azərbaycan 
türklərinin  60%-i  öldürüldü.  Ermənistan  da  azərbaycanlılara  qarĢı  1918  -1920-ci 
illərdə soyqırım və 1930-1938  illərdə sürgünün həyata keçirilməsinə baxmayaraq , 
Ermənistanın  Türkiyə  və  Ġran  sərhədləri,  Azərbaycan  və  Gürcüstan  sərhədləri 
boyunca  yenə  də  azərbaycanlılar  yaĢayırdı.  Ġrəvan  (Yerevan)  Ģəhərinin  ətrafı,    ən 
məhsuldar  torpaqlar  sayılırdı  və  bu    rayonlarda  azərbaycanlılar  əksəriyyət  təĢkil 
edirdi.  Ümumiyyətlə,  bu  sərhədlər  içində  erməni  əhalisi  1831-ci  ildə  161  ,  7  min 
adam,  1879-ci  ildə  797,9  min  adam,  1913-ci  ildə  1000,1  min  nəfər,  1920-ci  ildə 
720 min adam, 1922-ci ildə 782 min adam, 1926-ci ildə 881,3 min adam olmuĢdur. 
1926 il siyahıyaalmasında göstərilmiĢdi ki, bu bölgədə 84,5 min nəfər azərbaycanlı 
əhali  yaĢamıĢdır.  Bunların  60  min    nəfəri  1920-ci  ildən  sonra  əvvəlki  yurdlarına 
qayıtdılar. (19)  
Ermənistanın  bu  sərhədləri  içində  azərbaycanlıların  1916-ci  ildə  333  min 
nəfərdən  1926-ci  ildə  84,5  min  adama  enməsi  göstərir  ki,  ermənilərin  1918-20-ci  
illərdə  lrevan  quberniyasında  etdikləri  soyqırımı  Zəngəzur  qəzasından  və  digər 
bölgələrdən  də  yan  keçməmiĢdi.  Demək  ki,  ermənilər  tərəfindən  planlı  olaraq 
həyata  keçirilən  genosid  siyasəti  nəticəsində  azərbaycanlıların  itkisi  260  min 


 
186 
 
nəfərdən  çox  olmuĢdur.  Ona  görə  də  belə  nəticəyə  gələ  bilərik  ki,  1916  -1926-ci 
illər  arasında  azərbaycanlı  əhalinin  artımı  ən  az  10-12  min  adam  ola  bilərdi.  Bu 
rəqəm  1926-ci  ildəki  mövcud  ədəddən  çıxarılıb  tələf  olanların  və  qaçqınların 
sayına əlavə olunmalıdır. Göstərilən rəqəm və faktlardan  aydın olur ki, həqiqətən 
də  müasir    Ermənistan  sərhədləri  içində  o zaman  əhali  280  min  adam  azalmıĢdır. 
Bunu heç kim, hətta ermənilər də inkar etmirlər. Ermənistan rəsmi məlumatlarında 
bu  azalma  baĢqa  yerə  yozulur,  göstərilir  ki,  əhalinin  bu  qədər  azalması  "1918-
1920-ci    illərdə  Türk  birliklərinin  və  baĢıpozuq  qrupların  təĢkil  etdikləri  yeni 
qırğının nəticəsində meydana gəldi." (21). 
Sonrakı  illərdə  Ermənistan  rəhbərlərinin  əsas  vəzifəsi  Ġrəvan  ətrafında  və 
Türkiyə  ilə  sərhəd  boyunca  məhsuldar  torpaqlarda  yaĢayan  azərbaycanlıları  bu 
torpaqlardan  köç  etdirmək  idi..  Bunun  üçün  ilk  olaraq  Moskvanın  razılığı 
alınmalıydı. 
Xaricdə  yaĢayan  ermənilərin  Ermənistanda  yaĢamaq  istədiklərini,  amma 
yerləĢdirilmələri üçün torpaqların qeyri-kafi olduğunu Stalinə  bildirmək lazım idi. 
Həll    variantı  olaraq  da  türklərin  Azərbaycanın  kənd  bölgələrinə  köç  etdirilməsi 
əsaslandırılırdı (14) 
Xaricdə yaĢayan ermənilərin Ermənistana göçürülməsi mövzusunu ortaya atmaq 
üçün  onlar  ilk  fürsəti  1943-cü  ildə  Tehran  konfransı  zamanı  dəyərləndirdilər. 
Konfransda  erməni  diaspor  nümayəndələri  SSRĠ  xarici  iĢlər  naziri  Molotovla 
əlaqəyə keçmiĢ, onların Ermənistana köçürülmesi üçün Sovet rəhbərliyinin razılıq 
verməsini  xahiĢ  etmiĢdilər.  Molotov,  Stalinlə  danıĢdıqdan  sonra  onların 
köçürülməsinə  onay  vermiĢdi,  ilk  baxıçda  burada  elə  də  təhlükəli  bir  iĢ  yoxdu. 
―Məzlum erməni xalqı‖ ana vətənləri ilə buluĢacaqdı. 
 
1945-ci ilin noyabrında Ermənistan hökumətinin vəsatətini əsas götürərək SSRĠ 
hökuməti  xaricdə  yaĢayan  ermənilərin  Sovet  Ermənistanına  köçürülməsi  iĢinin 
təĢkili haqqında qərar verir. Ermənistan hökuməti yanında repatriantların qəbulu və 
yerləĢdirilməsi  üzrə  xüsusi  komitə  yaradılır  və  ermənilərin  köçürülməsi  nəzərdə 
tutulan  ölkələrə  respublika  hökuməti  öz  nümayəndələrini  göndərir.  Artıq  1946-cı 


 
187 
 
ilin  əvvəlində  130  min  erməni  Ermənistana  köçmək  arzusunda  olduğunu  bildirir. 
«Hnçak» və «Ramkavar» partiyaları, Ümumerməni Xeyriyyə Ġttifaqı köçürülmənin 
təĢkili  üçün  1  milyon  dollar  xərcləyir.
1945-cü  ildə  Ermənistan  Kommunist 
Partiyasının    birinci    katibi  Q.  Harutyunov  yenidən  Qarabağın  Ermənistanla 
birləĢdirilməsi  məsələsini  ortaya  atmıĢdı.  Erməni  ideoloqlar  DQMVnin  bütün  var 
olduğu  dövrdə  onu  Azərbaycandan  qoparma  taktikası  tətbiq  etmiĢdilər.  Onu 
Azərbaycandan  qoparmaq  üçün  Sovet  dövründə  də  müxtəlif  səylər  olmuĢdu.  
1945-  ci  il  məktubu  da  bu  cəhdlərdən  biri  idi.BirləĢməyə  olumsuz  cavab 
veriləcəyini  ermənilər  bilirdilər.  Onların  heç  olmasa  Ermənistana  ermənilərin 
köçürülməsi və bunun nəticəsində  buradan azərbaycanlıların çızarılmasına razılıq 
almaq idi. Ermənilərin gəliĢinə razılıq almıĢdılar. Qalırdı azərbaycanlıların buradan 
köçürülməsinə  onay  almaq.  Bunu  isə  A.  Mikoyanın  vasitəsilə  edə  bildilər.  
Ermənilər    Qarabağın    onlara  aid  olduğunu  müdafiə  etmək  üçün  əvvəl  sınanmıĢ 
metodlardan  istifadə  etməyə  çalıĢmıĢdılar:  müxtəlif  ölkə  mətbuatında  bəyanlarda 
bulunaraq, kitablar yazaraq,  onları digər dillərə çevirərək,  nəĢr edərək  və b.  
Ermənilər Qarabağ təxribatına 20-ci illərdə baĢlamıĢdılar. Amma bu illərdə on-
lar  yalnızca  onu  edə  bildilər  ki,  rus  və  digər  ölkələrdəki  oxucular  ―bildilər  ki, 
Dağlıq  Qarabağ  erməni  yurdudur‖  (M.  ġaginyan),  Dağlıq  Qarabağ  Ermənistanın 
kübar  vilayətidir‖,  ―Artsax  –  qədim  erməni  yurdu‖dur  və  s.  Bundan  o  yana  gedə 
bilmirdilər. Sovet rejiminin qoyduğu qadağalar erməniləri bir qədər ―səbr etməyə‖ 
sövq  etdi.  Böyük  Vətən  Müharibəsi  illərində  ölkənin  baĢı  qarıĢan  kimi  yenidən 
DQ-ın    Ermənistana  verilməsi  təxribatını  gündəmə  gətirdilər.  1945-ci  ilin 
noyabrında  Ermənistan  KP  MK-nin  katibi  Q.    Harutyunov  Ġ.Stalinə  müraciət 
ünvanladı,  DQMV-ın  Ermənistanın  tərkibinə  verilməsini  istədi.  Həmin  müraciət 
Azərbaycan KP MK-nin birinci katibi Mircəfər Bağırova göndərildi. Bağırovun ca-
vab  olaraq  Moskvaya  yazdığı  məktubda  ermənilərin  bu  fikrinin  təxribatçı, 
aranturist və heç bir əsası olmayan sərsəm düĢüncələrdən ibarət olduğu bildirilir və 
kəskin  etiraz  olunur.  Həmin  məktubun  mətnindən  bəzi  hissələr  bizim  məqsə-
dimizlə  üst-üstə  düĢdüyündən  onu  olduğu  kimi  verməyi  məqsədəuyğun  hesab 
edirik:  


Yüklə 132,69 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə