Qafar Çaxmaqlı armenizmdən terroriZMƏ erməNİ İdeoloji



Yüklə 132,69 Kb.
Pdf görüntüsü
səhifə61/66
tarix15.03.2018
ölçüsü132,69 Kb.
#31520
1   ...   58   59   60   61   62   63   64   65   66

 
188 
 
 
“Ermənistan  Kommunist  (bolşeviklər)  Partiyası  MK-nın  katibi  Arutyunov 
yoldaşın Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan SSR-nin tərkibinə daxil 
edilməsi  haqqında  təklifi  ilə  əlaqədar  Sizin  teleqramınıza  cavab  olaraq  məlumat 
verirəm:  
Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisi qədim zamanlardan, mərkəzi 1747-
ci ildə Qarabağı Pənah xan tərəfindən qala kimi tikdirilmiş Pənahabad şəhəri olan 
Qarabağ xanlığının tərkibində olmuşdur.  
1826-cı  ildə  Qarabağ  çar  Rusiyasına  birləşdirilmişdir.  Sonralar  indiki  Dağlıq 
Qarabağ  Muxtar  Vilayətinin  ərazisi  Yelizavetpol  quberniyasının  Şuşa,  Cavanşir, 
Qaryagin və Qubadlı qəzalarının tərkibində olmuşdur.  
1918-1920-ci 
illərdə 
müsavatçıların 
Azərbaycanda 
və 
daşnakların 
Ermənistanda ağalığı dövründə müsavat hökuməti tərəfindən mərkəzi Şuşa (keçmiş 
Pənahabad) şəhəri olan general - qubernatorluq təşkil edilmişdir. 
Müsavatçılar və daşnaklar tərəfindən təşkil olunmuş millətlərarası qırğının nəti-
cəsində  Azərbaycanın  və  Ermənistanın  bir  çox şəhərləri  kimi, Şuşa  da  dağıdılmış 
və xarabalığa çevrilmişdir.  
1920-ci  ildə  Azərbaycanda  Sovet  hakimiyyəti  qurulduqdan  sonra  ilk  dövrlərdə 
bütün  Qarabağın  təsərrüfat  -  siyasi  həyatına  rəhbərlik  vahid  Vilayət  İnqilab 
Komitəsi tərəfindən həyata keçirilirdi. 
1923-cü ildə Qarabağın əsasən ermənilərin məskunlaşdığı dağlıq hissəsinin Er-
mənistan SSR-yə birləşdirilməsi məsələsi qaldırıldı. Lakin bu ərazinin Ermənistan 
SSR ilə ümumi sərhədlərinin olmaması və Ermənistandan yalnız azərbaycanlıların 
yaşadığı Qubadlı, Laçın, Kəlbəcər və Dəstəfur rayonları ilə ayrılması səbəbindən, 
partiya  orqanlarının göstərişi  əsasında  Azərbaycan  Mərkəzi  İcraiyyə  Komitəsinin 
7  iyul  1923-cü  il  tarixli  dekreti  ilə  mərkəzi  Xankəndi,  indi  Stepanakert  adlanan 
Dağlıq Qarabağ Muxtar Vilayəti yaradıldı.  
Beləliklə, Dağlıq Qarabağ Muxtar Vilayəti ərazi cəhətdən heç vaxt Ermənistan 
SSR-də bitişik olmamışdır və hazırda da bitişik deyildir. 


 
189 
 
Azərbaycanda  Sovet  hakimiyyəti  illərində  Dağlıq  Qarabağda  vilayətin 
təsərrüfat-  siyasi  və  mədəni  inkişafı  sahəsində  böyük  işlər  görülmüşdür.  Bu 
inkişafın  ən  parlaq  nümunələrdən  biri  –  DQMV-nin  hazırki  mərkəzi  Stepanakert 
şəhərinin  başlı-başına  buraxılmış  və  dağıdılmış  bir  kənddən  Azərbaycanın  ən 
gözəl, abad və mədəni şəhərlərindən birinə çevrilməsidir.  
Azərbaycan  SSR-nin  bütün  ali  təhsil  məktəbləri  və  texnikumları  tələbələrinin 
20,5%-ni,  əksəriyyəti  Dağlıq  Qarabağ  Muxtar  Vilayətindən  olan  ermənilər  təşkil 
edir. 
Respublikanın partiya, sovet, təsərrüfat rəhbərləri – Azərbaycan K (b) P MK - 
nın  katibləri,  müavinləri,  xalq  komissarları  müavinləri  və  s.  arasında  Dağlıq 
Qarabağdan olan yoldaşlar da az deyildir. 
Bununla  belə  biz  Dağlıq  Qarabağ  Muxtar  Vilayətinin  Ermənistan  SSR-nin 
tərkibinə  qatılmasına  etiraz  etmirik,  lakin  Dağlıq  Qarabağ  Muxtar  Vilayətinin 
tərkibində  olmasına  baxmayaraq,  hazırda  da  əsasən  azərbaycanlıların  yaşadığı 
Şuşa rayonunun Ermənistan SSR-yə verilməsinə razı deyilik. 
Şuşa şəhəri bina edildiyi gündən Qarabağın inzibati - siyasi və mədəni mərkəzi 
olmaqla  yanaşı,  həm  də  Azərbaycan  xalqının  öz  müstəqilliyi  uğrunda  İran 
işğalçıları ilə apardığı mübarizədə müstəsna rol oynamışdır.  
Ən  qaniçən  fatehlərdən  biri,  Zaqafqaziya  xalqlarının  cəlladı  Ağa  Məhəmməd 
şah Qacar məhz Şuşada öldürülmüşdür. 
Azərbaycan  xalqının  zəngin  musiqi  mədəniyyəti  bu  şəhərdə  formalaşmışdır. 
İbrahim  xan,    Vaqif,  Natəvan  və  digər  bu  kimi  görkəmli  siyasət  və  mədəniyyət 
xadimlərinin adları onunla bağlıdır.  
Eyni  zamanda,  ÜİK  (b)P  MK-nin  nəzərinə  çatdırmağı  zəruri  hesab  edirik  ki, 
DQMV-nin Ermənistan SSR-in tərkibinə daxil edilməsi məsələsinə baxılarkən, Er-
mənistan  SSR-in  Azərbaycan  respublikasına  bitişik  olan  və  əsasən 
azərbaycanlıların  yaşadığı  Əzizbəyov,  Vedi  və  Qarabağlar  rayonlarının 
Azərbaycan SSR-nin tərkibinə daxil edilməsi məsələsinə də baxılmalıdır. 


 
190 
 
Bu rayonların mədəni və iqtisadi cəhətdən son dərəcədə geridə qalmasını nəzərə 
almaqla,  bunların  Azərbaycana  verilməsi  əhalinin  maddi-məişət  şəraitini  və  ona 
mədəni –siyasi xidmət işini yaxşılaşdırmağa imkan yaradardı.  
ÜİK (b)P MK-dən yuxarıda göstərilənlərdən əlavə aşağıdakı məsələlərə baxıl-
masını xahiş edirik: 
Gürcüstanlı  yoldaşlar  Azərbaycan  SSR-nin  Balakən,  Zaqatala  və  Qax 
rayonlarının Gürcüstan SSR-nin tərkibinə daxil edilməsi məsələsini qoyurlar. 
Göstərilən  rayonlarda  əhalinin  ümumi  sayı  79.000  nəfər  olduğu  halda,  9.000 
gürcü-  ingiloyun  yaşamasına  baxmayaraq,  biz  bu  məsələyə  baxılmasına  etiraz 
etmirik,  lakin  bu  məsələ  ilə  bir  zamanda,  Gürcüstan  SSR-nin,  demək  olar,  yalnız 
azərbaycanlıların  yaşadığı  və  bilavasitə  Azərbaycan  SSR-yə  bitişik  olan  Borçalı 
rayonunun  Azərbaycan  SSR-nin  tərkibinə  daxil  edilməsi  məsələsinə  də 
baxılmalıdır.  
Və nəhayət biz, Dağıstan SSR-nin keçmişdə Azərbaycanın bir hissəsi kimi  Bakı 
quberniyasının  tərkibinə  daxil    olan  və  hazırda  Azərbaycan  SSR-yə  bitişik  olan 
Dərbənd  və  Qasımkənd  rayonları  ərazilərinin  Azərbaycan  SSR-  nin  tərkibinə 
qatılması məsələsini nəzərdən keçirmənizi xahiş edirik. Bu rayonların əhlisi əsasən 
azərbaycanlılardan ibarətdir, özü də maldarlıqla məşğul olan bu əhalinin yarıdan 
çoxu ilin doqquz ayını Azərbaycan ərazisində keçirir. 
Qaldırılmış bütün məsələlər üzrə təkliflərin hazırlanması üçün tərkibinə marağı 
olan  hər  bir  respublikadan  nümayəndələr  daxil  edilməklə  ÜİK  (B)P  MK 
komissiyasının yaradılmasını məqsədəuyğun hesab edirik. 
10 
dekabr 
1945-ci 
il 
No. 
1330. 
Bakı 
şəhəri. 
 
(22) 
 Dağlıq  Qarabağ  o  zaman  Ermənistana  verilmədi,  fəqət  ermənilər  digər 
Azərbaycan  yurdundan  buranın  yerli  sakinlərini  köçürmək  qərarının  verilməsinə 
nail  oldular.  Ġkinci  Dünya  müharibəsindən  sonra  Sovetlər  Birliyinin  Türkiyəyə 
qarĢı  torpaq  iddiaları  və  bu  müddətdə  ermənilərin  fəal  iĢtirakı  nəticədə 
azərbaycanlıların  taleyində  faciəli  hadisələrə  səbəb  oldu.1945-ci  ilin  noyabrında 
ÜĠK  (b)  P  MK  siyasi  bürosu  xaricdə  yaĢayan  ermənilərin  Sovet  Ermenistanına 
dönməsi  (repatriasiyasına)  icazə  verdi  və  2  dekabrda  SSRĠ  Xalq  Komissarları 


Yüklə 132,69 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə