Qafar Çaxmaqlı armenizmdən terroriZMƏ erməNİ İdeoloji



Yüklə 132,69 Kb.
Pdf görüntüsü
səhifə64/66
tarix15.03.2018
ölçüsü132,69 Kb.
#31520
1   ...   58   59   60   61   62   63   64   65   66

 
197 
 
Məhərdəcuq  kəndinin  sakini  Məmmədov  Mehət  Mahmud  oğlu  və  DaĢkərin 
kəndinin  sakini  Ġsmayılov  Ramazan  Ələkbər  oğlu  (keçmiĢ  hərbi  əsir)  də  öz 
həmkəndlilərilə  söhbətlərdə  azərbaycanlıların  qarĢındakı  köçürülməsini  SSRĠ  ilə 
Türkiyə arasında gözlənilən müharibə ilə izah etmiĢlər.  
Quzukənd  kəndinin  sakini  Ġsmayılov  Xan  Əhməd  oğlu  kolxozçularla  söhbətində 
demiĢdir: "Deyirlər ki, köçürülmə könüllü surətdə olacaq. Bu doğru deyil. Bizimlə 
də  Axalkalakidəki  azərbaycanlılarla  etdikləri  kimi  rəftar  edəcəklər:  dəmir  yolu 
vaqonlarına  mindirəcək  və  Qazaxıstana  göndərəcəklər.  Qəfildən  olmaması  üçün 
hazırlaĢmaq lazımdır…".  
Kiçik  Təpəgöy  kəndinin  sakini  Əhmədov  Ġsmayıl  öz  həmkəndlilərilə  söhbətdə 
demiĢdir:  "Leninakanda  deyirlər  ki,  bizi,  -  azərbaycanlıları  -  24  saat  ərzində 
Qazaxıstana sürgün etməlidirlər, lakin nə vaxt - hələ heç nə məlum deyil…".  
Çivinli  kəndinin  sakinləri:  Məmmədov  Knyaz  Məmməd  oğlu,  Əliyev  Mirzə 
Qurban oğlu və  ƏĢirov Məmməd kolxozçularla söhbətdə demiĢlər: "Tezliklə bizi 
köçürəcəklər,  lakin  nədənsə  bu  barədə  bir  dəfəyə  deməkdən  qorxurlar.  Görünür, 
düĢünürlər ki, kolxozçular Türkiyəyə gedərlər…Nə etməli, bilmirəm. Mən axmaq 
oldum,  çoxdan  Türkiyəyə  getmədim,  indi  isə  sən  istədiyin  yerə  yox,  sənə  haranı 
desələr, oraya köçməlisən".  
Adı  çəkilən  kəndin  kolxoz  idarə  heyətinin  sədri  Kərimov  Əli  kolxozçularla 
söhbətdə  demiĢdir:  "azərbaycanlıların  Ermənistandan  Azərbaycana  köçürülməsi 
barədə əbəs yerə məsələ qaldırılırdı. Kolxozçuların çoxu getmək istəmir".  
ĠbiĢ,  DaĢkərin  və  Çivinli  kəndlərində  Məmmədov  Bayram  Abdulla  oğlu, 
Allahverdiyev Əli Abdulla oğlu və Məmmədova cəər Ġrza qızı, habelə digərləri öz 
evlərini sökürlər və tikinti materiallarını satırlar.  
2. Zəngibasar rayonu üzrə  


 
198 
 
Zəngilər  kəndinin  sakini  Namazov  Sultanəli  Rəhim  oğlu  kəndin  kolxozçuları  ilə 
söhbətdə  demiĢdir:  "Mən  QaraqıĢlaq  kəndində  olmuĢam,  orada  MK  nümayəndəsi 
toplantıda bəyan etdi ki, bizi - azərbaycanlıları Ermənistandan ona görə köçürürlər 
ki, bizim yerlərimizdə repatriant erməniləri yerləĢdirsinlər".  
Bununla əlaqədar adı çəkilən kəndin bir çox kolxozçuları iĢə çıxmadılar və kolxoz 
sədrinin  -  niyə  iĢə  çıxmırsınız  sualına  cavab  verdilər:  "Əgər  ermənilər  bizi 
Ermənistandan köçürürlərsə, biz nə üçün və kim üçün iĢləməliyik".  
Baxgilər  kəndinin  sakini  Yusubova  Gülli  Abbas  qızı  demiĢdir:  "Bizi  köçürmək, 
əmlakımızı  və  heyvanlarımızı  repatriant  ermənilərə  vermək  istəyirlər.  Sakinlərin 
bəziləri  artıq  mal-qaranı  satmağa  və  kəsməyə  baĢlamıĢlar.  Mən  də  inəyimi 
satmıĢam".  
Həmin  kənddə  kolxozçular:  Davıdov  KubıĢ,  Məmmədov  AloĢ,  Abdullayev 
Abdulla,  Həsənov  Həsən,  TaĢev  Sabo,  Əliyev  Yusif  və  Məmmədov  Abbas  iĢə 
çıxmaqdan imtina etmiĢlər.  
Göy  Hümbət  kəndində  kolxozçular  Əliyev  Abbas  və  Rəhimov  Ġsmayıl  kolxozun 
dəftərxanasının yanında söhbətdə belə demiĢlər: "Biz kolxozda əbəs yerə iĢləyirik. 
Bütün zəhmətimiz ermənilərə qalacaq. Ümumiyyətlə ermənilərlə yaĢamaq çətindir, 
çünki onlar bizi sıxıĢdırırlar və hətta kolxozda bizə yararlı iĢ vermirlər".  
Xırda  Dəmirçi  kəndinin  sakini  Mirzəyev  MeĢədi  Teymur  Ġskəndər  oğlu 
kolxozçulardan  Məmmədov  Əlinin,  Həsənov  Abduləlinin,  Kərimov  Qulamın  və 
baĢqalarının  yanında  demiĢdir:  "Azərbaycanlıları  Ermənistandan  ona  görə 
köçürmürlər  ki,  onların  yerində  repatriant  erməniləri  yerləĢdirsinlər,  ona  görə 
köçürürlər ki, Türkiyə  və  SSRĠ arasında müharibə  zamanı  sovet  hakimiyyəti  bizə 
etibar  etmir.  Bizim  köçürülməyimizin  baĢlıca  səbəbi  bax  budur,  çünki  müharibə 
olarsa,  sərhəd  rayonlarında  yaĢayan  azərbaycanlıların  əksəriyyəti  Türkiyəyə 
keçəcəkdir".  


 
199 
 
Rəncbər  kəndində  kolxozçu  Nəsirov  Ġbrahim  Muxtarov  Seyidlə,  Təhmazov 
Əsgərlə,  cəfərov  Mahmudla  və  digərlərilə  söhbətdə  edmiĢdir:  "Ermənistandan 
1950-ci ilə kimi bütün azərbaycanlıları mütləq köçürəcəklər. Bunu ona görə edirlər 
ki,  sovet  hakimiyyəti,  türklərin  hücumundan  qorxaraq  Türkiyə  ilə  sərhədin 
yaxınlığında  yaĢayan  azərbaycanlılara  inanmır.  Bu  birincisi  və  ikincisi,  Sovet 
Ermənistanı  xaricdə  yaĢayan  bütün  erməniləri  toplamaq  istəyir  ki,  Sovet 
hökümətindən asılı olmayan dövlət yaratsın".  
Həmin  Nəsirov  (keçmiĢdə  qolçomaq)  kolxozçuların  yanında  demiĢdir: 
"Ermənistan  K(b)P  MK  keçmiĢ  katibi  A.Xancyanın  planı  üzrə  dünyanın  hər 
tərəfindən bütün ermənilər buraya gəlməli və Naxçıvanı Ermənistana birləĢdirməli 
idirlər,  bütün  azərbaycanlıları  isə  Ermənistandan  Azərbaycana  köçürülməlidirlər. 
Bu  yaxınlarda  mən  eĢitdim  ki,  Ermənistan  höküməti  Naxçıvanı  Ermənistana 
birləĢdirməyi tələb etmiĢdir, lakin Azərbaycan höküməti rədd cavabı vermiĢdir".  
ġurakənd  kəndində  keçmiĢ  hərbi  əsir  Məmmədov  Həmid  (Türkiyədə  qohumları 
var)  kolxozçularla  söhbətdə  demiĢdir:  "Məgər  ermənilər  və  azərbaycanlılar  dost 
kimi  yaĢaya  bilərmi?  Tarixdə  ermənilər  və  azərbaycanlılar  arasında  düĢmənçilik 
həmiĢə  olmuĢdur  və  sonralar  da  olacaqdır.  Odur  ki,  ermənilər  azərbaycanlıları 
Ermənistandan  köçürməyi  qərara  almıĢlar.  Mən  Ģəxsən  artıq  evimi  sökmüĢəm  ki, 
məndən sonra o heç kimə qalmasın".  
ġurakənd  kəndi  kolxozunun  sədri  Əliyev  Hümbət  rayon  mərkəzində  kəndə  gəlib 
kolxoz femasına daxil olmuĢ və kolxozçulara demiĢdir: "Azərbaycandan komissiya 
gəlibdir  və  yaxın  günlərdə  bütün  azərbaycanlıları  Ermənistandan  köçürməlidirlər. 
Köçürmənin ləngiməsi yalnız onunla əlaqədardır ki, Ermənistan K (b) P MK katibi 
kolxozların  əmlakını,  fermaları  Azərbaycana  verməyə  razı  olmadı.  Əgər  razı 
olsaydı, onda köçürmə məsələsi çoxdan həll edilmiĢdi".  


Yüklə 132,69 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə