Qafar Çaxmaqlı armenizmdən terroriZMƏ erməNİ İdeoloji



Yüklə 132,69 Kb.
Pdf görüntüsü
səhifə63/66
tarix15.03.2018
ölçüsü132,69 Kb.
#31520
1   ...   58   59   60   61   62   63   64   65   66

 
194 
 
köçürüləcəkləri  yerləri  qabaqcadan  görüb  baxmalı  və  öz  istəklərinə  uyğun  yerlər 
seçməlidirlər.  Köçürülmə  qaydalarının  bu  cür  pozulması  isə  kolxozçuları  məcbur 
edir  ki,  onlar  yuxarı  təĢkilatlara  Ģikayət  etsinlər,  onların  köçmək  istəmədikləri 
rayonlara 
köçürülmələrindən 
narazı 
olduqlarını 
bildirsinlər".
 
3  Mart  1948  tarixində  Ermənistanın  SSR  Daxili  ĠĢlər  Nazirliyinin  hazırladığı  və 
nazir  Grigoryan'ın  imzaladığı  Ermənistan  azərbaycanlı  əhalisi  arasında 
"Azərbaycan  SSR-ə  göçürülme  ilə  əlaqədar  vəziyyət  haqqında"  hesabatında 
azərbaycanlıların bu böyük faciəyə reaksiyaları daha dəqiq əks etdirir. Bu sənədin 
detallarına diqqət edək: 
 
                                                                                                         TAMAMİLƏ 
MƏXFİDİR                   
 
                                                                 ARAYIŞ  
Ermənistanın  azərbaycanlı  əhalisi  arasında  Azərbaycan  SSR-ə  qarşısındakı 
köçürülmə ilə əlaqədar əhval-ruhiyyə haqqında.  
Azərbaycanlıların  Ermənistandan  Azərbaycan  SSR-ə  köçürülməsi  haqqında 
hökümətin  qərarının  rəsmi  elan  edilməsinə  hələ  çox  qalmıĢ  Ermənistan  SSR-in 
əhalisi  arasında  bu  barədə səslər  dolaĢmağa  baĢladı və  bu tədbirin  məqsədlərinin 
hər cür düzgün olmayan Ģərhləri törəyirdi.  
Bizim  tərəfimizdən  azərbaycanlıların  yeni  yaĢayıĢ  yerinə  köçmək  istəmədikləri 
barədə  çoxsaylı  mülahizələri,  onların  bəzilərinin  qəbiristanlıqlara  gedərək  orada 
doğmalarının qəbirləri üstündə ağlamaları və köçürülməmələri üçün dua etmələri 
faktları müəyyən edilmiĢdir.  


 
195 
 
Habelə kolxozçuların tarla iĢlərinə çıxmaması, öz meyvə bağlarını qırması, yaĢayıĢ 
evlərini və yardımçı tikililərini dağıtması faktları da qeyd olunmuĢdur.  
O  barədə  də  məlumatlar  daxil  olmuĢdur  ki,  düĢmən  elementlər  bu  mənfi  əhval-
ruhiyyədən istifadə edir, antisovet təĢviqatı aparır və köçürülməni SSRĠ ilə Türkiyə 
arasında  müharibə  olan  halda  Sovet  hakimiyyətinin  azərbaycanlılara  inanmaması 
hərəkəti kimi Ģərh edirlər.  
Hökümətin  əhalinin  azərbaycanlı  hissəsinin  Ermənistandan  Azərbaycan  SSR-ə 
köçürülməsi  haqqında  qərarı  rəsmi  elan  ediləndən  və  sovet-partiya  təĢkilatları 
tərəfindən  həmin  tədbirlərin  məqsədləri  aydınlaĢdırılandan  sonra  vəziyyət  xeyli 
yaxĢılaĢlaĢmıĢdır,  xüsusən,  ovalıqda  yerləĢən  Vedi  və  Zəngibasar  rayonlarında 
azərbaycanlıların  mümkün  qədər  tez  Azərbaycan  SSR-ə  köçmək  arzulamaları 
müĢahidə edilir.  
Lakin bizə daxil olan xüsusi qaydalı məlumatlardan bəlli olur ki, Ermənistan SSR-
in  əhalisinin  azərbaycanlı  hissəsi  arasında  mənfi  əhval-ruhiyyə  davam  edir,  bu 
xüsusilə  respublikanın  izahat  iĢləri  qeyri-qənaətbəxĢ  aparılmıĢ  dağ  rayonlarında: 
Basarkeçərdə, Amasiyada, Sisyanda və digərlərində müĢahidə olunur.  
Sərhədin  arxasında  qohumluq  əlaqələri  olan  bəzi  antisovet  əhval-ruhiyyəli 
elementlər köçürülməyə öz narazılığını bildirərək qeyri-qanuni Türkiyəyə keçmək 
niyyətlərini söyləyirlər.  
Səciyyəvidir ki, qarĢıdakı köçürülmə barədə elan edilən və bu tədbirin məqsədləri 
aydınlaĢdırılan  zaman  kolxozçuların  yığıncaqlarında  iĢtirak  edənlərin  hamısı 
hökümətin  bu  qərarını  yekdilliklə  alqıĢlamıĢlar  və  özlərinin  köçməyə  hazır 
olduqlarını bəyan etmiĢdilər, sonra isə Ģəxsi söhbətlərdə çoxları öz əhatəsində bu 
tədbirə narazılığını bildirmiĢdir.  
Bu  əhval-ruhiyyə,  bir  tərəfdən,  qeyri-qənaətbəxĢ  izahat  iĢləri  nəticəsində  davam 
etməkdədir və digər tərəfdən ona görə ki, Ermənistanın yüksək dağlıq rayonlarında 


 
196 
 
yaĢayan azərbaycanlılar Azərbaycan SSR-in ovalıq rayonlarına köçmək istəmir ki, 
guya orada iqlim Ģəraiti onlar üçün əlveriĢsiz olacaqdır.  
Bundan  əlavə, köçürülməsi  nəzərdə  tutulan  azərbaycanlıların  daĢınmaz  əmlakının 
dəyərinin ödənilməsi yaxud onlara həmin əmlakı fərdi qaydada satmaq üçün icazə 
verilməsi məsələsi indiyə kimi həll edilməmiĢdir.  
Bu  və  bir  sıra  digər  məsələlərin  həll  edilməsi  üçün  çoxları  rayonlardan  Yerevana 
gəlirlər,  lakin  cavab  ala  bilmirlər,  çünki  Azərbaycan  SSR  Nazirlər  Sovetinin 
nümayəndəsi Məmmədov yoldaĢın xəstəliyilə əlaqədar olaraq Ermənistan SSR-də 
Köçürmə Ġdarəsinin iĢi demək olar ki, özbaĢına getmiĢdir.  
AĢağıda  azərbaycanlıların  qarĢıdakı  köçürülmələrilə  əlaqədar  söylədikləri  narazı 
fikirlərin  və  həmin  tədbirə  əhalinin  erməni  hissəsi  tərəfindən  münasibətin  bəzi 
səciyyəvi faktlar göstərirlər:  
1. Amasiya rayonu üzrə  
Amasiya  MTS  traktoristi  Hüseynov  Məmməd  Ələsgər  oğlu  traktoristlər 
Məmmədov Abbasa, Əmirov MeĢədiyə və Təmrahov Mövsümə tapĢırmıĢdı ki, bu 
il  yaz  əkinini  keyfiyyətsiz  aparsınlar,  çünki  məhsulu  ermənilər  yığmalı  olacaqlar, 
onlara isə bu məhsuldan heç nə çatmayacaq.  
Kiçik  Təpəgöy  kəndinin  sakini  Qafar  Əhməd  oğlu  öz  həmkəndlilərilə  söhbətdə 
demiĢdir:  "Bizi  -  azərbaycanlıları,  hamımızı  Ermənistandan  köçürəcəklər, 
təsərrüfatınızı isə xarici ermənilərə verəcəklər".  
Həmin  kəndin  sakini  Ġsmayılov  Yusif  Əhməd  oğlu  öz  həmkəndliləri:  Əhmədov 
Ġsmayıl,  Ġsmayılov  Qafar  və  Əhmədov  Hümbət  ilə  söhbətində  demiĢdir  ki, 
"Azərbaycanlıların  Ermənistandan  köçürülməsi  SSRĠ  ilə  Türkiyənin  qarĢısındakı 
müharibəsilə əlaqədardır, hücum edən tərəf Türkiyə olacaqdır".  


Yüklə 132,69 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə