Qafar Çaxmaqlı armenizmdən terroriZMƏ erməNİ İdeoloji



Yüklə 132,69 Kb.
Pdf görüntüsü
səhifə62/66
tarix15.03.2018
ölçüsü132,69 Kb.
#31520
1   ...   58   59   60   61   62   63   64   65   66

 
191 
 
Sovyetinin müvafiq qərarı mətbuatda dərc olundu. Belə addım, Sovet rəhbərliyinin 
Türkiyəyə  qarĢı  torpaq  iddialarını  əsaslandırmağa  çalıĢması  ilə  əlaqədar  idi. 
Ġ.Stalin Ermənistana təxminən 300-400 min erməni köçürərək sonra bütün dünyaya 
bəyan  etmək  istəyirdi  ki,  baxın  ermənilər  öz  vətənlərinə  dönmüĢlər,  lakin  onların 
yaĢaması  üçün  yer  yoxdur.  Türkiyə  ġərq  vilayətlərini  də  verməlidir.  SSRĠ-nin 
Türkiyənin  ġərqi  Anadolu    vilayətlərinə  iddiaları  V.Molotov  tərəfindən  Türkiyə 
səfiri  S.Sarperle  7  və  18  iyun  1945-ci  il  tarixli  danıĢıqlarında  səslənmiĢdi.  Təcili 
olaraq  SSRĠ-nin  Türkiyədən  qoparmağa  hazırlaĢdığı  ərazilərin  sahələri ölçülməyə 
baĢlandı,  əlaqədar  xəritələr  tərtib  edildi,  bu  torpaqların  Ermənistan  və  Gürcüstan 
arasında  bölünməsi  çalıĢmalarına  baĢlanıldı.  SSRĠ  Xarici  ĠĢlər  Komissarlığında 
1945-ci  ilin  avqust  ayında  hazırlanmıĢ  sənədə  uyğun  olaraq  Türkiyədən  ümumi 
sahəsi  26  min  kv.  kilometr  olan  torpaq  kopartmalı  idilər.  Onun  20,5  min  km 
Ermənistanın, 5,5 min km-si isə Gürcüstanın payına düĢürdü.  Müharibədən zəfərlə 
çıxmıĢ  Sovet  Ġttifaqı  Türkiyədən  Qars  və  Ərdahan torpaqlarını  ilhaq  edəcəyinə o 
qədər  əmin  idi  ki,  Siyasi  Büro  hətta    A.Koçinyan  adlı  birini  Ermənistan 
Kommunist  Partiyasının  Qars  Ġl  Komitəsi  katibi  vəzifəsinə  təyin  etmiĢdi.  (17) 
Lakin  Türkiyənin  öz  torpaqlarının  müdafiə  məsələsində  qətiyyəti  Sovetlərin 
planlarını  pozdu.  Bundan  baĢqa  Sovetlər  Birliyi  Ermənistana  lazımi  sayda  xarici 
ölkədə  yaĢayan  erməni  köç  etdirə  bilmədi.  Bununla  belə  Azərbaycan  türklərinin 
Ermənistandan Azərbaycana köçürülməsinə qərar verildi. 
Azərbaycan  türklərinin  1948-1953-cü  illərdə  Ermənistan  SSR-dən 
deportasiyasının  səbəbləri  barədə  də  müxtəlif  fikirlər  mövcuddur.  Erməni 
tarixçilərinə 
gəlincə 
isə 
onlar 
Ermənistandan 
Azərbaycan 
türklərinin 
deportasiyasının  əsas  səbəbini  Azərbaycan  K(b)MK-nın  I  katibi  M.C.Bağırovun 
Ġ.V.Stalinə  ünvanladığı  xahiĢ  məktubunda  görürlər.  Onlar  belə  hesab  edirlər  ki, 
azərbaycanlıların  köçürülməsi  iqtisadi  səbəblə  bağlı  olmuĢ,  onlar  Kür-Araz 
ovalığının inkiĢaf etdirilməsi ilə əlaqədar köçürülmüĢlər (11, s. 57). Bu da növbəti 
erməni yalanından baĢqa bir Ģey deyil və tarixi həqiqətdən çox-çox uzaqdır. Tarixi 
saxtalaĢdıran  erməni  tarixçilərinə  belə  bir  sual  vermək  olar?  Əgər  köçürülmə 


 
192 
 
iqtisadi  səbəblə  bağlı  idisə,  nə  üçün  köçürülmə  ilə  bağlı  ən  mühüm  qərar  və 
sərəncamlar  məxfi  qrifi  altında  aparılır  və  ictimaiyyətdən  gizli  saxlanılırdı. 
Məcburi  köçürülmə  əgər  siyasi  səbəblə  bağlı  deyildisə,  nə  üçün  o  dövrün  istər 
mərkəzi, istərsə  də  yerli  qəzetləri  öz  səhifələrində  bu  barədə  bir  kəlmə  olsa  da  iz 
buraxmamıĢdır? Fikrimizcə, Ermənistan SSR-dən Azərbaycan türklərinin məcburi 
köçürülməsi  Ġkinci  dünya  müharibəsi  illəri  və  sonrakı  illərdə  Sovet-Türkiyə 
münasibətləri  kontekstində  rəsmi  Kreml  tərəfindən  siyasi  gündəmə  çıxarılmıĢ 
―erməni  məsələsi‖  ilə  qırılmaz  surətdə  bağlıdır.  Sovet  Ġttifaqının  Türkiyəyə  qarĢı 
ərazi  tələbləri,  Ermənistanın  Azərbaycana  qarĢı  ərazi  iddiaları  və  Azərbaycan 
türklərinin  tarixi-etnik  torpaqlarından  kütləvi  deportasiyası  bir-biri  ilə  sıx  bağlı 
məsələlər  olduğundan,  onların  kompleks  Ģəkildə  tədqiqini  məqsədəuyğun  hesab 
edirik. 
SSRĠ NS-nin ―Ermənistan SSR-dən kolxozçuların və baĢqa azərbaycanlı əhalinin 
Azərbaycan  SSR-nin  Kür-Araz  ovalığına  köçürülməsi  haqqında‖  1947-ci  il  23 
dekabr  tarixli  qərarından  öncəki  illərdə  ölkə  daxili  və  ölkə  xaricində  baĢ  vermiĢ 
siyasi  hadisələrin  və  proseslərin  öyrənilməsi  və  tədqid  edilməsi  1948-1953-cü 
illərdə soydaĢlarımıza qarĢı həyata keçirilmiĢ deportasiyanın hansı siyasətdən irəli 
gəlməsi  və  onun  səbəbləri  barədə  əsl  həqiqətlərin  üzə  çıxarılmasına  imkan 
verir.Azərbaycan 
türklərinin 
köçürülməsi 
səbəbləri 
bunlardır: 
          - birincisi, cənub sərhədlərin təhlükəsizliyi; 
ikincisi, ermənilərdən ibarət etibarlı sərhəd zolağının möhkəmləndirilməsi; 
-  üçüncüsü,  Türkiyə  ilə  ola  biləcək  müharibə  ehtimalı  və  Azərbaycan 
türklərinə etibar edilməsi
-dördüncüsü, 
sovet 
tələbləri 
ciddiliyinin 
nümayiĢi; 
         -  beşincisi,  Türkiyə  əleyhinə  siyasətdə  ermənilərin  iĢtirakı  müqabilində 
onlara verilmiĢ vədin qismən yerinə yetirilməsi;         
 - altıncısı, Cənubi Qafqazda türk nüfuzunun zəiflədilməsi.
 


 
193 
 
 1947-ci  ildə  müxtəlif  ölkələrdən  Sovet  Ermənistanın  köçürülmüĢ 
(repatriasiya  edilmiĢ)  ermənilərin  sayı  yalnız  60  min  adam  meydana  gətirirdi. 
Onlar da, buradakı vəziyyəti görüb geri dönməyə çalıĢırdılar. ĠĢ o yerə çatmıĢdı ki, 
yüzlərlə 
erməni 
dövlət 
sərhədlərini 
pozaraq 
Türkiyəyə 
qaçdılar. 
(1) 
Bu vəziyyətdə, köçürülmüĢ (repatriantların) mənzil-ev problemini yaxĢılaĢdırmaq, 
onlara  torpaq  vermək  məqsədilə  23  dekabr  1947-ci  ildə  azərbaycanlıları 
Ermənistandan Azərbaycana göçürmek (sərhəd xarici etmək) mövzusunda məlum 
qərar  verildi.  Bu  zaman  göçürülenlerin  evlərini,  mal-mülklərini  əllərindən  zorla 
alırdılar. Sibirə və Qazaxıstana sürgün edilənlər kimi, onlara da özü ilə ilk zərurət 
Ģeyləri götürməyə icazə verirdilər.
  
Azərbaycan  SSR  Nazirlər  Soveti  1950-ci  ildə  3419  ailənin  (13361  nəfər) 
köçürülməsi  haqqında  qərar  qəbul  etsə  də,  faktiki  olaraq,  rəsmi  və  qeyri-rəsmi 
köçürülmələrin  sayı  nəzərdə  tutulduğundan  xeyli  artıq  olmuĢdu,  1950-ci  ildə 
köçürülənlər üçün 3500 ev tikmək planlaĢdırılmıĢ, faktiki isə 470 ev tikilmiĢ, 1488 
köçkün ailəsi həyətyanı təsərrüfat sahəsi ilə təmin edilməmiĢdi. Azərbaycanlıların 
öz  tarixi-etnik  torpaqlarından  mümkün  qədər  sürətlə  çıxarılmasını  təmin  etmək 
üçün  Ermənistan  hökumətinin  ən  qəddar  üsullara  əl  atdığını  həmin  dövrün  rəsmi 
sənədlərindən  də  görmək  olar.  Ermənistandan  azərbaycanlıların  köçürülmə 
məsələləri  üzrə  Azərbaycan  SSR  Nazirlər  Sovetinin  nümayəndəsi  Əliyevin 
Ermənistan  SSR  Nazirlər  Soveti  yanında  Köçürülmə  Ġdarəsinin  rəisi  Karapetyana 
və  Nazirlər  Soveti  sədrinin  müavini  Piruzyana  ünvanlanmıĢ  28  noyabr  1949-cu il 
tarixli  məktubunda  qeyd  edilirdi:  "Son  zamanlar  Amasiya,  Spitak  və  Vedi 
rayonlarının 
ayrı-ayrı 
təĢkilatları 
köçürülmə 
barədə 
sənədlərin 
tam 
rəsmiləĢdirilməsini,  kolxozçuların  köçürülməyə  razılıq  vermələrini  gözləmədən, 
təsərrüfatları  köçürmək  üçün  sürətli  hazırlıq  iĢləri  aparırlar.  Həmin  təĢkilatlar  bu 
təsərrüfatların əmlakını bölüĢdürür, kolxozları məcbur edirlər ki, yemi satsınlar və 
hətta  nə  vaxt  yola  düĢəcəklərini  göstərsinlər.  Onlar  kolxozçuların  bu  və  ya  digər 
rayona  köçürülmək  arzusunda  olub-olmaması  ilə  hesablaĢmırlar,  halbuki 
hökumətin  köçürülmə  barədə  qərarına  əsasən,  kolxozçuların  nümayəndələri 


Yüklə 132,69 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə