“qafqaz evi “ İdeyasi mühaciRƏT ƏDƏBİyyatinda



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə87/114
tarix30.12.2017
ölçüsü2,8 Kb.
#18713
1   ...   83   84   85   86   87   88   89   90   ...   114

 
 
272 
 Güney  Azərbaycanda  isə  XX  yüzilin  ən  böyük  mühacirəti 
1946-cí ilə, yəni S. C. Pişəvərinin başçılıq etdiyi milli hökumətin 
devrilməsindən sonrakı dövrə təsadüf edir.  
 Növbəti mühacirət dalğasını 1979-cu ildə İran İslam İnqilabı 
yaratdı.  Bu  inqilab  nəticəsində  on  minlərlə  azərbaycanlı  “SSRİ 
respublikalarından  Özbəkistana,  Azərbaycana,  Türkmənistana, 
Qazaxıstana və dünyanın müxtəlif ölkələrinə pənah apardı ” [4].  
 Cənub  mühacirətinin  növbəti  mərhələsi  1990-cí  illərdə  baş-
ladı.  SSRİ-nin  çökməsindən  və  Azərbaycanın  bağımsızlığını 
qazanmasından sonra İranda da analoji proseslərin başlayacağın-
dan  qorxan  Tehran  hakimiyyəti  ölkə  daxilindəki  rejimi  daha  da 
sərtləşdirdi.  Yeni  təqiblər,  kütləvi  həbslər  nəticəsində  güneylilər 
Qərbi  Avropa  ölkələrinə,  başlıcası  isə  Quzey  Azərbaycana 
mühacirət etməyə məcbur oldular.  
 Bütün bu mühacirətlər nəticəsində Azərbaycanın güneyindən 
və quzeyindən yüz minlərlə soydaşımız dünyanın müxtəlif ölkə-
lərinə  səpələnmişlər.  Hazırda  Azərbaycan  mühacirlərinin  ikinci, 
üçüncü nəsilləri mütəşəkkil fəaliyyət göstərmək və öz aralarında 
sıx  bağlar  yaratmaq  gücündədir.  Ən  azı  bir  əsrlik  mübarizə  və 
təşkilatlanma ənənəsi olan bu nəsillərin dəyişən zaman, şərait və 
şərtlər  altında  bir  araya  gəlmələri,  mütəşəkkil  diaspor  kimi 
formalaşmaları üçün tarixi təcrübə yetərlidir.  
 Zaman-zaman yeniləşən mühacirətin məramında köklü dəyiş-
mə  baş  verib.  Yəni  əvvəllər  Azərbaycanın  milli  müstəqilliyinin 
bərpası  uğrunda  mübarizə  aparılırdısa,  indi  bağımsız  Azərbay-
canın güclənməsi, onun problemlərinin həllində yaxından iştirak 
etmək başlıca hədəfdir. 1991-ci ildən sonra xaricdəki Azərbaycan 
icmaları, bir qayda olaraq “mühacirət” deyil “diaspor” adlandırılır. 
Rusiya  tədqiqatçıları  V.  A.  Kolosov,  T.  A.  Qalkina  və  M.  V. 
Kuybışev  də  rus  mühacirəti  ilə  bağlı  analoji  mənzərəni  təsvir 
edərək  yazırlar:  “Mühacirət  çoxlu  əlamətlərinə  görə  diaspora 
bənzəyir.  Tarixin  müəyyən  dönəmlərində,  yeni-yeni  mühacirət 
axınları  yaranan  zaman  mühacirət  diaspora  çevrilir.  Bu  termin 
dəyişməsinə siyasi şərtlərin və başqa amillərin dəyişməsi də təsir 


 
 
273 
göstərir.  Son  illər  Rus  mühaicəritini  də  tez-tez  diaspor 
adlandırırlar” [5].  
 Lakin “Azərbaycan mühacirəti”nin “Azərbaycan diasporu”na 
çevrilməsi  mexaniki  bir  proses  kimi  başa  düşülməməlidir.  Hələ 
1980-ci  illərin  sonlarında  SSRİ-nin  çökməsi  get-gedə  dünyanın 
bir  saylı  hadisəsinə  çevrilir,  milli  respublikaların  müstəqilliyi 
məsələsi  gündəmə  gəlirdi.  Təbii  ki,  bu  nəhəng  hadisə  xaricdə 
yaşayan  azərbaycanlıları  maraqlandırmaya  bilməzdi.  Azərbay-
canın  milli  müstəqilliyi  məsələsinin  aktuallaşması  ilə  yanaşı, 
ermənilərin  Dağlıq  Qarabağda  separatçı  meyllərinin  baş  qaldır-
ması dünya azərbaycanlılarında həyəcan və qəzəb doğururdu. Elə 
bu baxımdan 1980-ci illərin sonu, 1990-cı illərin əvvəllərini güney 
və quzey mühacirləri arasında vahid məram ətrafında yaxınlaşma, 
birləşmə  mərhələsi  hesab  etmək  olar.  Məhz  bu  dövrdə 
güneylilərlə, quzeylilərin müştərək təşkilatları meydana gəldi və 
Azərbaycanla əlaqələrə girmək istəkləri nəzərə çarpacaq dərəcədə 
artdı.  Azərbaycanın  özündə  də  xaricdə  yaşayan  soydaşlarımıza 
qızğın  bir  maraq  gündəmə  çıxdı.  Yazıçı  Elçinin  başçılıq  etdiyi 
"Vətən"  cəmiyyəti  sözügedən  sahədə  faydalı  işlər  görür, 
Azərbaycan  icmaları  ilə,  Azərbaycan  Cümhuriyyəti  arasında  ilk 
körpülər qururdu [6].  
 1990-cı ildə Türkiyədə fəaliyyət göstərən Azərbaycan Kültür 
Dərnəyinin  yardımı  ilə  İstanbulda  Azərbaycan  cəmiyyətlərinin 
birinci  beynəlxalq  qurultayı  oldu.  Həmin  qurultayda  bütün 
dünyada fəaliyyət göstərən Azərbaycan mədəniyyət mərkəzlərinin 
və cəmiyyətlərin vahid ittifaqda birləşdirilməsi barədə qərar qəbul 
edilmiş, əlaqələndirmə şurasının yaradılması təklif edilmişdi [7]. 
Bu önəmli bir hadisə idi.  
 1991-ci  ilin  yanvar  ayında  Azərbaycan  Cümhuriyyətinin 
Nazirlər Kabineti “Ayrı-ayrı dövlətlərdə yaşayan azərbaycanlılar-
la əlaqələri möhkəmləndirmək, milli mədəniyyətin, dilin və adət-
ənənələrin  inkişafında  onlara  kömək  göstərmək  tədbirləri 
haqqında”  qərar  qəbul  etdi  [8].  Mövcud  qərardan  irəli  gələn 
tələbləri  həyata  keçirmək  üçün  həmin  il  martın  28-30-da  Bakı 


 
 
274 
şəhərində Mədəniyyət Nazirliyinin xətti ilə xaricdəki Azərbaycan 
cəmiyyətləri başçılarının qatıldığı seminar keçirildi.  
 1991-ci  ilin  aprelində  isə  Azərbaycan  Elmlər  Akademiya-
sında “Azərbaycan mühacirət ədəbiyyatı – XX əsr” mövzusunda 
beynəlxalq elmi simpozium keçirilmiş, müxtəlif ölkələrdən tanın-
mış azərbaycanlı mütəxəssislər dəvət edilmişdi [9].  
 1992-ci  ildə  irəliyə  daha  bir  addım  atıldı:  aprel  ayında 
Azərbaycan  cəmiyyətlərinin  əlaqələndirmə  mərkəzi  yaradıldı; 
avqust  ayında  isə  xaricdə  fəaliyyət  göstərən  təşkilatların  Bakı 
konfransı  keçirildi  və  dünya  azərbaycanlılarının  birinci  qurul-
tayının keçirilməsinə qərar verildi.  
 Azərbaycan  diasporunun  formalaşması  prosesinin  intensiv-
ləşdiyi bir məqamda Bakıda siyasi hakimiyyət dəyişməsi baş verdi 
və  Azərbaycan  torpaqlarının  işğalı  fonunda  ortaya  çıxan  bu 
dəyişmə  xaricdəki  soydaşlarımızda  pərişanlıq  duyğusu  yaratdı. 
1980-ci  illərin  sonlarından  canlanan  təşkilatlanma  və  Azərbay-
canla  əlaqələrin  qurulması  yönündəki  coşqu,  həvəs  azalmağa, 
səngiməyə  başladı.  Xaricdəki  soydaşlarımız  sükutla,  bir  sıra 
hallarda əsəbi şəkildə Bakıda nə baş verdiyini anlamağa çalışırdı.  
 1994-cü ildən Azərbaycan prezidenti Heydər Əliyevin xarici 
ölkələrə  intensiv  səfərləri  başlayır.  Prezident  əksər  səfərlərində 
Azərbaycan  diasporu  ilə  maraqlanır,  icmanın  tanınmış  nüma-
yəndələri ilə görüşlər keçirirdi. Prezident Heydər Əliyevin xaricə 
səfərləri zamanı keçirdiyi görüşlər Azərbaycan icmaları arasında 
yeni  bir  canlanma  yarada  bilmişdi.  Digər  tərəfdən,  1994-cü  il 
mayın  12-də  Azərbaycan  –  Ermənistan  arasında  “atəşkəs”  elan 
olunduqdan  sonra  Dağlıq  Qarabağ  uğrunda  aparılan  diplomatik, 
təbliğat-informasiya sahəsindəki çalışmalarda, lobbiçilik fəaliyyə-
tində  erməni  diasporunun  daha  da  aktivləşməsi  Azərbaycan 
diasporunun da yenidən aktivləşməsini zərurətə çevirirdi. Həmin 
aktivliyin nəticəsi  idi ki, 1997-ci  ildə  Dünya azərbaycanlılarının 
Konqresi  yaradıldı  və  bu  qurum  1997-ci  ilin  27-28  iyununda 
birinci  (Los-Anceles),  1998-ci  ilin  mayında  ikinci  (Vaşinqton), 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə