Qafqazin strateji TƏDQİqatlari institutu oleq Kuznetsov Mərkəzi Qafqaz: sivilizasiyaların toqquşmasına retrospektiv baxış



Yüklə 0,78 Mb.
Pdf görüntüsü
səhifə27/35
tarix04.08.2018
ölçüsü0,78 Mb.
#60785
1   ...   23   24   25   26   27   28   29   30   ...   35

84
Oleq Kuznetsov
can xanlarının xeyli hissəsinin (Qarabağ, Şirvan, Ta lış)  na ra zı-
lı ğın dan  istifadə edirdi. Vəliəhd Abbas Mirzə isə bü tün ömrü 
boyu atasının kölgəsindən çıxmağa səy göstərsə də, tam ix ti-
yar sahibi olan hökmdar statusunu alacağı günədək ya şa ma dı.
Abbas Mirzə bu müharibənin  ən faciəli  şəxsiyyəti idi. 
O, özünün nə qədər dəyərli və qüdrətli olduğunu hamıya, ilk 
növ bədə isə özünə sübut etməyə çalışsa da, əslində bu mə ziy-
yət lər dən məhrum idi. O, sağlam düşüncəyə və ağlın gətirdiyi 
də  lil lərə baxmadan, nə mənəvi çərçivələrə, nə də İranın milli 
ma raq larına etina etmədən, hətta öz torpaqları daxilində eks-
ter ri to rial  xarici  hərbi bazalar yaratmaq (dünya tarixində ilk 
dəfə ola raq!) və ya ölkə iqtisadiyyatının və ticarətinin  ən 
mən fəətli sa hə lərini ingilislərin və ya fransızların ida rə çi li-
yi nə vermək  ba ha sına Rusiyaya qarşı «dava-dava oyu nu»n-
da intəhasız iş ti rak  et mə yə hazır idi. Rusiya ilə  mə na sız 
müharibə ölkə  iq ti sa diy ya tı nı o dərəcədə dağıtdı ki, İra nın 
real vəsaiti, silahı,  əs gər mun dir lə ri üçün mahudu qal ma-
dı, ölkə özü isə bir əsr yarımdan artıq müddətə Avropa (ilk 
növbədə Britaniya) konsessiyalarından tam təsərrüfat ası lı-
lı ğı na  düşdü. Qacarların bu mirasını birdəfəlik məhv etmək 
və xa rici iqtisadi təzyiqdən qurtulmaq üçün İran xal qı 1978–
1979-cu illərdə İslam inqilabı etməli oldu. Fətəli şah və Ab-
bas Mirzə İranın nəinki Şimali Azərbaycan torpaqlarını, həm 
də iqtisadi müstəqilliyini itirməsi üçün məsuliyyət da şı yırlar. 
1804–1813-cü illərin Rusiya–İran müharibəsinin baş lı ca  ye-
ku nu budur ki, Rusiya imperiyası müharibədə formal qa  lib 
ol sa da, onun hərbi zəfərindən bütün mənfəət  Böyük  Bri  ta ni-
ya ya  çatdı.
Həmin müharibədə o dövrün aparıcı oyunçuları Azər bay-
can  əra zisində, regionun yerli əhalisinin istəklərinə  və ta le-
yinə  mə həl qoymadan öz geosiyasi oyunlarını oynayırdılar. 


85
Gülüstan müqaviləsi: 200 ildən sonra
Bu faktı heç kəs inkar etmir ki, müharibə  nəticəsində Azər-
bay can  xalqı  bö lün müş xalqa çevrilmişdir, lakin bunun üçün 
mə suliyyət tək Ru si yanın üzərinə qoyulmamalıdır. Burada 
yal nız kollektiv mə su liyyətdən söhbət gedə bilər, tarixi ret-
ros pek tivdə həmin mə su liy yəti təkcə Moskva və Sankt-Pe ter-
burq deyil, həm də Tehran və Təbriz, London və Dehli, da şı-
ma lıdırlar.
Gülüstan müqaviləsinin imzalanmasının 200 illiyi ilə 
bağ  lı daha bir aspekt vardır ki, diqqət mərkəzindən, ilk növ-
bə  də beynəlxalq birliyin diqqət mərkəzindən kənarda  qal ma -
ma  lı dır. Rusiya ilə İran arasında sülh müqaviləsinin adı onun 
im za lan dığı yerin – Azərbaycanın  müasir  Goranboy  ra yo  nu -
nun  əra zi sin də yerləşən Gülüstan kəndinin adından  gö tü rül-
müş dür. Bu gün hə min  kəndin bilavasitə yaxınlığından Azər-
bay can  Res pub li ka sının silahlı qüvvələri ilə Dağlıq  Qa  ra bağ 
se pa rat çı la rı nın si lahlı birləşmələrinin təmas xətti ke çir. Bu 
isə müqavilənin  im za lan dığı yerdə hansısa xatirə  təd bir lə ri-
nin keçirilməsi imkanını is tis na edir. Ona görə də bu gün Gü-
lüstan sülhü iki silahlı  mü na qi şə ni  xatırladır – bir 200 il öncə 
ba şa çatmış münaqişəni, bir də 20 il dən artıq davam edən mü-
naqişəni...


86
Dağlıq Qarabağ münaqişəsi: 
«sivilizasiyaların toqquşması?»
Samyuel Hantinqtonun nəzəriyyəsi 
Dağlıq Qarabağ ətrafında münaqişənin kulturoloji 
mahiyyətini necə izah edir 
Samyuel Fillips Hantinqton (1927–2008) ən yeni döv-
rün, heç şübhəsiz, müasir geosiyasi proseslərin adekvat qav -
ra  nıl ma sına çox böyük nəzəri töhfə vermiş görkəmli cə miy-
yət şünasları  və siyasi mütəfəkkirləri sırasına daxildir. Onun 
1993-cü il də Ame rikanın «Foreign Affairs»
1
 politoloji jur-
na lın da  dərc edil miş «Thse Clash of Civilizations?» (rus di-
lin də “Cтолкновение  ци ви лизаций»
2
) adlı konseptual mə-
qa lə sin də
3
 ilk dəfə irəli  sür dü yü  və  əsaslandırdığı, sonra isə 
1996-cı ildə  işıq üzü gör müş «The Clash of Civilizations 
and the Remaking of World Or der» («Sivilizasiyaların toq-
quş ması”)
4
 adlı tarixi-fəlsəfi   trak ta tın 
da (rus dilində kitab 
1
  Huntington, The Clash of Civilizations?, Foreign Af fairs, Sum-
mer,1993 Vol. 72, № 3, 1993, P. 22-49.
2
 Bax.  Хантингтон  С.Ф.  Столкновение  цивилизаций?.  По-
лис,1994, №1
3
  Huntington, The Clash of Civilizations?, Foreign Affairs, Sum-
mer,1993 Vol. 72, № 3, 1993, P. 22-49.
4
  Huntington Samuel P., The Clash of Civilizations and the Rema-
king of World Order, New York, Simon & Schuster, 1996.


87
Dağlıq Qarabağ münaqişəsi: «sivilizasiyaların toqquşması?»
2003-cü ildə  nəşr olunmuşdur)
5
  sis tem li  şəkildə yenidən iş-
lə diyi  və formalaşdırdığı  «si vi li za si ya la rın toqquşması» nə-
zə riy yəsi ötən  əsrin sonuncu rübündə tö rən miş regional (lo-
kal) müharibə  və münaqişələrin mütləq  ək sə riy yə ti nin,  o 
cümlədən Dağlıq Qarabağ münaqişəsinin kök lə ri nin,  ma hiy-
yə tinin  və sonrakı inkişaf perspektivlərinin tam dərk edilməsi 
və obyektiv anlaşılması üçün ideal model və real im kan ya-
rat mışdır.
Nə qədər qəribə olsa da, belə bir faktı qeyd etmək la zım 
gə lir ki, Dağlıq Qarabağın və ona bitişik rayonların əra zi sin-
də Er mənistanla Azərbaycanın qarşı-qarşıya durduğu iyir mi 
beş il ər zində iki düşmənçilik edən ölkənin və millətin po li-
to loqları  mü na qişənin köklərinin, təbiətinin və mümkün nə ti-
cələrinin si vi li zasiya-kulturoloji  yanaşma mövqelərindən təh-
lili məqsədi ilə S.F.Hantinqtonun nəzəriyyəsini tətbiq etmək 
üçün bütün im kan lara malik olsalar da, bunu etməyə macal 
tapmamışlar. Ən azından bizə son iyirmi ildə rus dilində nəşr 
edilmiş, 1991–1994-cü illərin Qarabağ müharibəsi və bu 
müharibənin ar dın ca  regionda  baş vermiş hadisələr ba rə sin də 
Ermənistan və ya Azər bay can  tərəfi nin mövqeyini Han tin q-
to nun  nəzəriyyəsi  kon teks tin də  əks etdirən heç bir politoloji 
tədqiqat (dissertasiya işindən heç danışmırıq) məlum deyildir. 
Zən nimizcə, bu vəziyyət iki cür izah oluna bilər: ya həmin 
müd dət  ərzində  tərəfl ərdən heç bi rin də bu cür təhlili apara 
bi lən adam meydana çıxmamışdır, ya da be lə  təhlil zamanı 
ha sil  edilmiş nəticələr tərəfl ər üçün o qədər «na münasib» ol-
muş dur ki, onları dövlətin siyasi nüfuzu ilə bağlı  mü la hi zə lə-
rə görə açıqlamaq mümkün olmamışdır.
Bununla belə, biz həmin boşluğu doldurmağa çalı şa-
cağıq...
5
 Bax. Хантингтон С.Ф. Столкновение цивилизаций. М., АСТ. 2003.


Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə