Qanaxmalar zamanı infuzion-transfuzion terapiya



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə30/91
tarix29.05.2018
ölçüsü5,01 Kb.
#46639
1   ...   26   27   28   29   30   31   32   33   ...   91

76 
 
kompensasiya  etməyə  qadirdir.  Donorları  buna  misal  göstərmək  olar.  Əgər 
qanitirməyə  qədər  artıq  hipovolemiyası  olan  insanlarda  həmin  miqdardan  da  az 
həcmdə  qan  itgisi  ciddi  nəticələrə  səbəb  ola  bilər.Qanaxmadan  əvvəl  müşahidə 
edilən  kaxeksiya,  irinli-septiki  intoksikasiyalar,  uzunmüddətli  yataq  rejimi,  ürək-
damar  patologiyaları,  tənəffüs  sisteminin  xəstəlikləri  qanaxmalar  üçün  çox 
əlverişsiz fon yaradaraq, ağır nəticələrə gətirib çıxara bilir. Yaşlı adamlarda xroniki 
hipovolemiyanın  mövcudluğu  ilə  yanaşı  damar  divarlarının  morfoloji  dəyişikliləri 
ilə əlaqədar qanitirmyə qarşı orqanizmin adaptasiya qabiliyyəti çox aşağı səviyyədə 
olur. Bu səbəblərdən də özünütənzimləmənin funksional sistemlərinin fəaliyyətində 
pozulmalara  görə  hətta  kiçik  həcmli  qan  itgisi  təhlükə  yarada  bilir  [Осиповский 
С.А., 1983]. 
 
 
Kəskin qanitirmə zamanı xəstənin vəziyyətinin 
qiymətləndirilməsi 
Kəskin  massiv  qanitirmə  zamnıhamıya  yaxşı  məlum  olan  triada 
simptomokompleksi – arterial təyiqin enməsi, tezləşmiş sapvari nəbz və soyuq tərli 
nəm  dəri  örtüyü  –  əsas  əlamətlər  olsa  da,  lakin  böhranlı  vəziyyətlərdə  digər 
simptomların da meydana çıxması heç vaxt nəzərdən qaçırılmamalıdır. 
Kəskin massiv qanaxmalar zamanı çox vaxt huşun qaralması, ağızda quruluq, 
susamaq,  bəbəklərin  genişlənməsi,  tənəffüsün  tezləşməsi  müşahidə  edilir.  Lakin 
massiv  qanitirmiş  xəstələrin  vəziyyətinin  ağırlıq  dərəcəsini  qiymətləndirərkən  
nəzərə  almaq  lazımdır  ki,  bu  zaman  kliniki  əlamətlər  müxtəlif  dərəcədə  meydana 
çıxa bilər və hətta bəzi əlamətlər olmaya da bilər. Kəskin qanitirmə zamanı  kliniki 
mənzərənin  müəyən  edilməsi  kompleks  şəkildə  olmalıdır  və  bu  zaman  mərkəzi 
sisnir  sisteminin,  dəri  örtüyünün  və  selikli  qişaların  vəziyyətlərini,  arterial  və 
mərkəzi  venoz  təzyiqi,  nəbzin  tezliyini,  qan  itgisinin  həcmini,  hemoqobin  və 
hematokrit  göstərilərinin  qiymətlərini,  eritrositlərin  və  trombositlərin    miqdarını, 
fibrinogenin  qatılığını,  qanın  laxtalanma  qabiliyyətini,  saatlıq  (dəqiqəlik)  diurezin 
miqdarını təyin etmək lazımdır. 
Bu  məlumatlar  xəstənin  vəziyyətinin  kliniki  qiymətləndirilməi  üçün  kifayət 
edir,  dinamiki  izləmədə  böyük  informativliyə  malikdir.  Onların  əldə  edilməsi  heç 
də reanimasiya və intensiv terapiyanın başlanmasını ləngitməməlidir. 
Mərkəzi  sinir  sisteminin  vəziyyəti.  Mərkəzi  sinir  sisteminin  vəziyyəti 
xəstənin ilkin vəziyyətindən və qan itgisinin həcmindən asılıdır. Mülayim qanitirmə 
(DQH-nin 25%-dən çox olmayan)zamanı praktiki sağlam adamlarda  huş tamamilə 
aydın olur. Bəzi hallarda oyanıqlıq müşahidə edilə bilər. 
Böyük  qanitirmə  zamanı  (DQH-nin  30-40%  həddində)  huş  saxlanılır,  lakin 
yuxululuq  və  ətraf  mühitə  laqeydlik  müşahidə  olunur.  Çox  vaxt  xəstələr 
susuzluqdan şikayətlənirlər. 


77 
 
Massiv  qanitirmə  (DQH-nin  40%-dən  çox  olduqda)  mərkəzi  sinir  sisteminin 
depressiyası ilə müşayiət edilir: adinamiya, apatiya, hipoksiki komanın inkişafı da 
mümkündür. Əgər xəstələrdə huş saxlanılıbsa, onlar yuxulu olur və yuxulu-yuxulu 
daimə  su  içmək  istəklərini  bildirirlər.  Qanitirmənin həcmi  daha  çox  olduqda  xəstə 
tamamilə huşsuz hala düşür və komatoz vəziyyət yaranır, ətraf mühitin qıcıqlarına 
tolerantlıq müşahidə edilir. 
Dəri  örtüyünün  və  görünən  selikli  qişaların  rəngi,  bədən  temperaturası. 
Dərinin rənginin, nəmliliyinin və temperaturasının qiymətləndirilməsi sadə olsa da, 
xəstənin ümumi vəziyyətinin, xüsusən də periferik qan cərəyanının, perfuziyasının 
vacib  göstəricidir.  İsti  və  cəhrayi  dəri  örtüyü  hətta  arterial  təzyiq  aşağı  olsa  da, 
periferik qan dövranının normal olduğunu göstərir. Dəri örtüyünün soyuq və solğun 
olması,  dırnaq  yatağının  avazıması  periferik  arterial  və  venoz  spazmın  meydana 
çıxdığını  təsdiq  edir.DQH-nin  kəskin  azalmasına  qarşı  dərinin  və  dərialtı  piy 
təbəqəsinin qan təchizatının belə pozulmaları və ya hissəvi dayanması həyativacib 
orqanların qan cərəyanının saxlamaq, yəni “qan dövranının mərkəzləşməsini” təmin 
etmək  məqsədi  ilə  ümumi  qan  dövranının  yenidən  bölüşdürülməsinin  nəticəsidir. 
Bu zamanı dəri soyuq və nəm olur (quru da ola bilir), turqorluğu  azalır. Periferik 
venalar,  əllərin  və  ayaqların  venaları  “boşalmış”  olur.  dırnaq  yatağını  sıxdıqdan 
sonra  yataq  damarları  qanla  çox  gec  dolur;  ağır  qanaxmalar  zamanı  isə  dolmaya 
bilər.  Bunların  hamısı  kəskin  qanaxma  ilə  əlaqədar  mikrosirkulyasiyanın 
pozulmasının kliniki kriterlədir. 
Qan  dövranının  dərin  pozulması  zamanı,  yəni  posthemorragik  şok  inkişaf 
etdikdə  az  müddətdən  sonra  qan  dövranının  mərkəzləşməsinin  əksinə  olan  proses, 
yəni “desentralizasiya, əks-mərkəzləşməsi” baş verir. Bu zaman dəri mərmər çalarlı 
və  ya  boz-göyümtül  rəng  alır,  temperaturası  aşağı  düşür.  Dırnağı  sıxdıb-
buraxdıqdan sonra dırnaq yatağının rəngi çətinliklə bərpa olunur, yəni kapilyarları 
qanla çox çətinliklə dolur. 
Ürək  yığılmalarının  tezliyi.  DQH-nin  və  qanın  ürəyə  venoz  qayıtmanın 
azalması  simpatiko-adrenal  sistemin  oyanmasına  və  eyni  zamanda  vaqus 
mərkəzinin  tormozlanması  baş  verir  ki,  bu  da  nəticədə  ürək  yığılmaının  tezliyinin 
artmasına  -  taxikardiyaya  səbəb  olur.  Simpatik  sinir  sisteminin  -adrenoreseptor-
larının  stimulyasiyası  nəticəsində  dəri,  müsariqə  və  böyrək  damarlarının 
vazokonstriksiyası  baş  verir  (bu  damarların  divarı  adrenoreseptorlarla  zəngindir). 
Bunların  hesabına  həyativacib  orqanların  (beyin,  ürək,  ağ  ciyərlər)  qan  damarları 
daralmadığına  görə  qan  cərəyanı intensivləşir  (bu orqanların damarların divarında 
adrenoreseptorlar  azdır)  ki,  bunu  da  qan  dövranının  mərkəzləşməsi  kimi 
dəyərləndirilir.Eksperimental  yolla  öyrənmişlər  ki,  meymunlarda  DQH-nin  30%-
nin  itgisi  ürək,  beyin  və  qara  ciyərdə  qan  cərəyanının  intensivliyində  ciddi 
dəyişikliklər meydana çıxmamışdır. Lakin böyrəklərdə, bağırsaqda, müsariqədə və 
əzələlərdə  qan  cərəyanının  intensivliyi  40-60%  azalmışdır  [Forsyth  et  al.,  1970]. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə