Qanun nə deyir? Bunu hamı bilməlidir!



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə5/21
tarix26.08.2018
ölçüsü0,68 Mb.
#64235
1   2   3   4   5   6   7   8   9   ...   21

 

 

11 



Notarius iş vəzifələrini yerinə yetirərkən: 

1) fiziki və hüquqi şəxslərə aparılan notariat hərəkətləri ilə bağlı onların hüquq və vəzifələrini izah etməli, bu 

hüquqların həyata keçirilməsi və qanuni mənafelərinin qorunması üçün köməklik göstərməlidir

2) hüquqi məlumatsızlığın onlara vura biləcəyi ziyanın qarşısını almaq üçün notariat hərəkətlərinin aparılması 

nəticələri barədə onlara 

xəbərdarlıq etməlidir; 

3)  bu  Qanuna  və  Azərbaycan  Respublikasının  digər qanunvericilik  aktlarına  əməl  etməli,  peşə  fəaliyyətinin 

həyata keçirilməsi ilə əlaqədar ona məlum olan məlumatları gizli saxlamalıdır. 

 

6. Xüsusi notarius nədir? 

Xüsusi qaydada notariat fəaliyyətinin həyata keçirilməsi zamanı vurula biləcək ziyanın ödənilməsini təmin etmək 

məqsədi  ilə  belə  fəaliyyətlə  məsğul  olmaq  istəyən  vətəndas  öz  məsuliyyətini  sığortalamalı  və  ya  Azərbaycan 

Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum əmək haqqının 300 misli məbləğindən az olmamaq 

şərti  ilə  bankda  xüsusi  hesaba  sığorta  girovu  kecirməlidir.  Dövlət  kontorunda  işləyən  notariusdan  fərqli  olaraq 

xüsusi  notarius  məhkəmənin  qərarı  ilə  və  qanuna  zidd  notarial  hərəkətləri  ilə  zərər  vurduğu  halda  şəxsi  mülki 

məsuliyyət daşıyır 

 

7.  Hansı  hallarda  Notarius  və  notariat  hərəkətlərini  aparan  digər  vəzifəli  səxslər  notariat  hərəkətlərini 



aparmaqdan imtina etməlidirlər? 

 



Hərəkətin aparılması qanuna zidd olduqda

 



Hərəkəti başqa notarius və ya digər vəzifəli şəxs aparmalı olduqda; 

 



Hərəkətin  aparılması  barədə  fəaliyyət  qabiliyyəti  olmayan  şəxs  və  ya  lazımi  səlahiyyəti  olmayan 

numayəndə muraciət etdikdə; 

 

Hüquqi  şəxsin  adından  bağlanan  əqd  onun  nizamnamə  və  ya  əsasnaməsində  gostərilən  məqsədlərə  zidd 



olduqda; 

 



Qanunun tələblərinə uyğun olmayan əqd bağlandıqda; 

 



Notariat hərəkətinin aparılması üçün təqdim olunan sənədlər qanunvericiliyin tələblərinə zidd olduqda və 

ya həmin sənədlərdə ayrıayrı şəxslərin sərəf və ləyaqətini ləkələyən məlumatlar olduqda; 

 

Əqdin məzmunu tərəflərin həqiqi niyyətinə uyğun olmadıqda. 



 

Notariuslar  və  notariat  hərəkətini  aparan  digər  vəzifəli  səxşlər  hərəkətin  aparılmasına  rədd  cavabı  almış 



şəxsin  xahişi  ilə  üç  gün  müddətində  imtina  barədə  əsaslandırılmış  qərar  çıxarmalı  və  ondan  şikayət 

verilməsi qaydasını izah etməlidirlər. 

 

8. Notarus tərəfindən notariat qaydasında təsdiq edilmiş sənədin dublikatı verilirmi? 

Notariusun  və  müvafiq  icra  hakimiyyəti  orqanının  verdiyi  və  ya  təsdiq  etdiyi  sənəd  itirildikdə,  şəxslərin  yazılı 

ərizəsinə əsasən itmiş sənədin dublikatı verilir. 

 

9. Notarius tərcümənin düzgünlüyünü təsdiq edə bilərmi? 

Notarius  müvafiq  dilləri  bilirsə,  sənədlərin  bir  dildən  başqa  dilə  tərcüməsinin  düzgünlüyünü  təsdiq  edə  bilər. 

Notarius  müvafiq  dilləri  bilmədiyi  halda,  sənədləri  tərcuməçi  tərcümə  etməli,  onun  imzasının  həqiqiliyini  isə 

notarius təsdiq etməlidir. Notarius etibar etdiyi tərcüməçinin imzasını tanıdığı hallarda onun 

imzaladığı sənədi elektron rabitə vasitəsilə qəbul edə bilər. Tərcümə elektron rabitə vasitəsilə qəbul edildikdə onun 

surət  kimi  təsdiqlənməsi  tələb  olunmur.  Sənədlərin  tərcüməsi  Notariat  haqqında    Qanunun  20-ci  maddəsində 

nəzərdə tutulmuş Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı və notarius vasitəsilə təşkil edildiyi 

halda  tərcüməyə  görə  haqq  notarius  tərəfindən  qəbul  edilərək  iki  bank  günü  ərzində  tərcumə  xidməti  göstərən 

hüquqi şəxsin bankdakı hesabına keçirilir. 

Notarial tərcümə 

AR kənarında verilmiş sənədlərin yerli orqanlarda qəbulu üçün notarial tərcüməsi tələb olunur: 

1.

 



Pasport 

2.

 



Xarici parport 

3.

 



Diplom 

4.

 



Attestat 

5.

 



Sürücülük vəsiqəsi 

6.

 



Əmək kitabçası 

7.

 



Doğum haqqında şəhadətnamə 

8.

 



Nigah haqqında şəhadətnamə 

9.

 



Tibbi arayış 

10.


 

Hərbi bilet və digər arayışlar 




 

 

12 



 

Şirkətlərin sənədlərinin tərcüməsi 

1.

 

Lisenziyanın tərcüməsi 



2.

 

Görüşün protokolunun tərcüməsi 



3.

 

Sertifikatların tərcüməsi 



4.

 

Əmək müqaviləsinin tərcüməsi 



5.

 

Kredit muqaviləsinin tərcüməsi 



 

Hüquqi tərcümə 

1.

 

Hüquqi mətnlərin tərcüməsi 



 

10.  Notariat  kontorları  və  dövlət  orqanları  tərəfindən  notariat  hərəkətlərinin  aparılmasına  görə  dövlət 

rüsumunun dərəcələri. 

 

Dövlət rüsumu tutulmalı olan hərəkətlər 



Dövlət 

rüsumunun 

məbləği 

Daşınmaz əmlakın (mənzillərin, bağ evlərinin, qurğuların, tikililərin, torpaqların və başqa 

daşınmaz əmlakın) özgəninkiləşdirilməsi, mənzil sahələrinin və bağ evlərinin müvəqqəti 

istifadəyə verilməsi barədə müqavilələrin təsdiqi üçün: 

 

 müqavilə üzrə əmlak ərə (arvada), uşaqlara, valideynlərə, babaya, nənəyə, nəvəyə, 



qardaşa, bacıya keçirsə; 

7 manat 


müqavilə üzrə əmlak başqa şəxslərə keçirsə: 

 

- Bakı şəhərində; 



110 manat 

- digər şəhər və rayonlarda

44 manat 

 mənzil sahələrinin və bağ evlərinin müvəqqəti istifadəyə verilməsi üçün. 

7 manat 

 Nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsi müqavilələrinin təsdiqi üçün: 

 

 müqavilə üzrə əmlak ərin (arvadın), uşaqların, valideynlərin, babanın, nənənin, qardaşın, 



bacının mülkiyyətinə keçirsə

25 manat 

müqavilə üzrə əmlak digər şəxsin mülkiyyətinə keçirsə; 

50 manat 

Yaşayış evlərinin tikinti işi üçün torpaq sahələrinin müddətsiz istifadəyə verilməsi 

haqqında müqavilələrin təsdiqi üçün: 

 

 müqavilə üzrə istifadə hüququ ərə (arvada), uşaqlara, babaya, nənəyə, nəvəyə, 



valideynlərə, qardaşa, bacıya keçirsə; 

3 manat 


 müqavilə üzrə istifadə hüququ digər fiziki və ya hüquqi şəxsə keçirsə. 

5 manat 


 Kredit müqavilələrinin təminatı kimi bağlanılan girov (ipoteka) müqavilələri üzrə: 

 

 dəyəri 2200 manatadək; 



5 manat 

dəyəri 2200 manatdan 5500 manatadək; 

17 manat 

 dəyəri 5500 manatdan çox olduqda. 

28 manat 

 İpoteka krediti hesabına alınan yaşayış sahəsinə dair qarışıq müqavilə formasında 

bağlanan alqı-satqı və ipoteka müqaviləsinin təsdiqi üçün: 

 

 Bakı şəhərində; 



110 manat 

 digər şəhər və rayonlarda. 

44 manat 

 Qanunvericiliklə nəzərdə tutulmuş güzəştli ipoteka krediti hesabına alınan yaşayış 

sahəsinə dair qarışıq müqavilə formasında bağlanan alqı-satqı və ipoteka müqaviləsinin 

təsdiqi üçün: 

 

 Bakı şəhərində; 



55 manat 

 digər şəhər və rayonlarda. 

22 manat 

Qiymətləndirilən başqa müqavilələrin təsdiqi üçün: 

 

 tərəflər ər (arvad), uşaqlar, valideynlər, baba, nənə, nəvə, qardaş, bacıdan ibarətdirsə; 



3 manat 

 tərəflərdən biri kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fiziki və ya hüquqi 

şəxsdirsə; 

5 manat 


10.5.3. tərəflər digər fiziki və hüquqi şəxsdirsə. 

61 manat 

10.6. Əmlak bölgüsü, zaminlik, təsis və başqa qiymətləndirilməyən müqavilələrin, əvvəllər 

bağlanmış müqavilələrin ləğvi barədə sazişin təsdiqi üçün: 

 



Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə