Qanun nə deyir? Bunu hamı bilməlidir!



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə8/21
tarix26.08.2018
ölçüsü0,68 Mb.
#64235
1   ...   4   5   6   7   8   9   10   11   ...   21

 

 

17 



1. əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən sənədin əsli və ya qabaqcadan dövlət reyestrində qeydiyyat 

barədə sənəd;  

2. əmlak üzərində yüklülüyün və ya həbsin olub-olmaması barədə arayış;  

3. mülkiyyətçi nikahdadırsa, onun nikahı haqqında şəhadətnamə;  

4. ümumi birgə mülkiyyətdə olan daşınmaz əmlakın ipoteka qoyulmasına ərin (arvadın) notariat qaydasında 

təsdiq edilmiş razılığı;  

5. yaşayış evində, mənzildə və ya bağ evində yaşayış yeri üzrə qeydiyyatda olan ailə üzvlərinin dairəsi barədə 

arayış və yetkinlik yaşına çatmış şəxslərin razılığı;  

6. alıcı-ipoteka qoyanın ərinin (arvadının) notariat qaydasında təsdiq edilmiş razılığı;  

7. ipoteka qoyan və ya ipoteka saxlayan hüquqi şəxs olduqda onun hüquq qabiliyyətini müəyyən edən sənədlər 

(nizamnamə, reyestrdən çıxarış və dövlət qeydiyyatı haqqında şəhadətnamə, filial və nümayəndəliyin 

əsasnaməsi və onun rəhbərinə verilmiş etibarnamə);  

8. müqavilə nümayəndə vasitəsilə bağlandıqda hüquqi şəxsin ona verdiyi notariat qaydasında təsdiq edilmiş 

etibarnamə.  



 

9. Qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi ilə əlaqədar 

1. miras qoyanın ölümü haqqında şəhadətnamə;  

2. miras qoyanın yaşayış yeri (daimi və ya müvəqqəti qeydiyyatı) haqqında arayış, yaşayış yeri məlum 

olmadıqda miras əmlakın və ya onun əsas hissəsinin olduğu yer barədə sənəd;  

3. vərəsələrin miras qoyanla qohumluq münasibətlərini təsdiq edən sənədlər və ya qohumluq münasibətlərinin 

müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi);  

4. mirasın qəbul edilməsi, ondan imtina olunması və ya vərəsəlik şəhadətnaməsinin verilməsi haqqında ərizə;  

5. qanunla müəyyən edilmiş müddətdə notariusa müraciət olunmadıqda vərəsə tərəfindən əmlaka sahiblik və 

ya əmlakı idarə etməyə faktiki başlamasını təsdiq edən sənədlər (mirasın açıldığı gündən altı ay ərzində vərəsə 

tərəfindən mirasa dair borcların ödənilməsi, mirasın qəbul edilməsi, miras əmlaka sahiblik və əmlakdan 

istifadəyə dair arayışlar, maliyyə və kommunal xidmət haqlarının vərəsə tərəfindən ödənilməsini təsdiq edən 

qəbzlər və s.);  

6. miras əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən sənədin əsli;  

7. miras əmlakın tərkibində daşınmaz əmlak olduqda, onun üzərində yüklülüyün və ya həbsin olub-olmaması 

barədə arayış.  

 

10. Vəsiyyətnamə üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi ilə əlaqədar 

1. miras qoyanın ölümü haqqında şəhadətnamə;  

2. miras qoyanın yaşayış yeri (daimi və ya müvəqqəti qeydiyyatı) haqqında arayış, yaşayış yeri məlum 

olmadıqda miras əmlakın və ya onun əsas hissəsinin olduğu yer haqqında sənəd;  

3. vəsiyyətnamənin əsli (vəsiyyətnamə başqa notariat kontorunda təsdiq edildikdə və ya Dövlət notariat 

arxivinə təhvil verildikdə onun dəyişdirilmədiyi və ya ləğv edilmədiyi barədə həmin orqanlar tərəfindən qeyd 

aparılmaqla);  

4. mirasın qəbul edilməsi, ondan imtina olunması və ya vərəsəlik şəhadətnaməsinin verilməsi haqqında ərizə;  

5. qanunla müəyyən edilmiş müddətdə notariusa müraciət olunmadıqda vərəsə tərəfindən əmlaka sahiblik və 

ya əmlakı idarə etməyə faktiki başlamasını təsdiq edən sənədlər (mirasın açıldığı gündən altı ay ərzində vərəsə 

tərəfindən mirasa dair borcların ödənilməsi, mirasın qəbul edilməsi, miras əmlaka sahiblik və əmlakdan 

istifadəyə dair arayışlar, maliyyə və kommunal xidmət haqlarının vərəsə tərəfindən ödənilməsini təsdiq edən 

qəbzlər və s.);  

6. miras əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən sənədin əsli;  

7. miras əmlakın tərkibində daşınmaz əmlak olduqda, onun üzərində yüklülüyün və ya həbsin olub-olmaması 

barədə arayış.  



 

11. Miras paya sərəncam verilməsi ilə əlaqədar 

1. həmin dövlət notariat kontoru, yaxud xüsusi notarius tərəfindən verilmiş qanun və ya vəsiyyətnamə üzrə 

vərəsəlik şəhadətnaməsi.  

 

12. Mirasın bölüşdürülməsi ilə əlaqədar 

1. həmin dövlət notariat kontoru, yaxud xüsusi notarius tərəfindən verilmiş qanun və ya vəsiyyətnamə üzrə 

vərəsəlik şəhadətnaməsi.  

 

13. İcra qeydinin verilməsi ilə əlaqədar 

1. borcu müəyyən edən sənədin əsli.  



 


 

 

18 



14. Nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsinə və ya ipoteka qoyulmasına dair müqavilənin təsdiq 

edilməsi ilə əlaqədar 

 

1. nəqliyyat vasitəsinə mülkiyyət hüququnu təsdiq edən dövlət qeydiyyat şəhadətnaməsi;  



2. nəqliyyat vasitəsinin müayinədən keçməsi barədə sənəd;  

3. mülkiyyətçi nikahdadırsa, onun nikahı haqqında şəhadətnamə;  

4. ümumi birgə mülkiyyətdə olan daşınmaz əmlakın satılmasına ərin (arvadın) notariat qaydasında təsdiq 

edilmiş razılığı.  

 

15. Nəqliyyat vasitəsinə sərəncam verilməsinə dair etibarnamənin təsdiq edilməsi ilə əlaqədar 

1. nəqliyyat vasitəsinə mülkiyyət hüququnu təsdiq edən dövlət qeydiyyat şəhadətnaməsi.  



 

16. Nəqliyyat vasitəsindən istifadə edilməsinə dair etibarnamənin təsdiq edilməsi ilə əlaqədar 

1. nəqliyyat vasitəsinə mülkiyyət hüququnu təsdiq edən dövlət qeydiyyat şəhadətnaməsi;  

2. etibar edilənin sürücülük vəsiqəsi. 

 

17.  Baki  şəhərində  və  Respublikanın  digər  şəhər  və  rayonları  notariat  kontorlarının  siyahısı 



http://www.justice.gov.az/notariat.php?page=notkont

 saytında yerləşdirilib. 

 

18. 



Azərbaycanda notariatlarla bağlı "Qaynar xətt": 

 

"Qaynar xətt"ə müraciət etmək istəyən şəxslər (012) 404 42 87 , (012) 404 42 88 nömrələrinə zəng edə bilərlər. 

"Qaynar xətt" həftənin 1-5-ci günləri saat 10:00-dan 18:00-a qədər fəaliyyət göstərir. 

 

Azərbaycan  Respublikasının  Ədliyyə  Nazirliyinin  "Qaynar  xətt"inə  yalnız  ədliyyə  orqanlarında  sui-



istifadələr,  korrupsiya  hüquqpozmaları  və  korrupsiyaya  şərait  yaradan  hüquqpozmalar  barədə  şikayətlər 

göndərilməlidir.  Ədliyyə Nazirliyinin "Qaynar xətt" telefonu: 430-11-55 

 

6. Nigahın pozulması qaydaları 

 

1. Nikahı pozmaq üçün hara müraciət etmək lazımdır? 

Ər-arvadın ikisidə boşanmağa razıdırlarsa və onların ümumi uşaqları yoxdursa, və yaxud uşaqlar 18 yaşına çatıbsa, 

o  halda  nikahı  pozmaq  üçün  müvafiq  icra  hakimiyyəti  orqanına,  yəni  Vətəndaşlıq  Vəziyyəti  Aktlarının  Dövlət 

Qeydiyyatı (VVAQ) orqanına müracıət etmək lazımdır. 

 

Ər-arvadın birinin boşanmağa razı olmadığı halda, və yaxud onların 18 yaşdan aşağı uşaqları varsa  



o halda məhkəməyə müraciət olunmalıdı. 

 

Ər-arvadın razılığı olduqa, lakin onlardan biri VVAQ orqanında nikahın pozulmasından yayınırsa  (məsələn ərizə 



yazmaqdan imtina edirsə), o halda nikahın pozulması məhkəmə qaydasında həyata keçirilir. 

 



 

Qeyd:  Arvadın  hamiləliyi  dövründə  və  ya  uşağın  doğulmasından  sonra  1  il  müddətində  arvadın  razılığı 

olmadan ər nikaha xitam verilməsi barədə iddia qaldıra bilməz. 

 

2. VVAQ orqanında nikahın pozulmasının qaydaları nədir?  

Ərlə  arvad  arasında  boşanma  haqqında  qarşılıqlı  razılıq  varsa,  onlar  nikahın  pozulması  haqda  VVAQ  orqanına 

ərizə təqdim edirlər. Bu ərizədə yetkinlik yaşına çatmayan uşaqlarının olub-olmadığını təstiq etməyə borcludurlar. 

 

Nikahın  pozulması  haqqında  ərizə  ər-arvadın  yaşadığı  və  ya  onlardan  birinin  yaşadığı  və  ya  nikahın  qeydiyyata 



alındığı yerdə VVADQ orqanına verilir. 

 

Nikahın pozulması haqqında ərizəyə nikah haqqında şəhadətnamə və qeydiyyat üçün dövlət rüsumunun ödənilməsi 



barədə qəbz əlavə edilməlidir.  

 

Ər-arvaddan  birinin  üzürlü  səbəbdən  (ağır  xəstəlik,  uzun  müddətli  ezamiyyətə  getmə,  uzaq  yerdə  yaşama  və  s.) 



ərizə  vermək  üçün  şəxsən  gələ  bilmirsə,  o  halda  gəlmiş  ikinci  tərəf  ər-arvadın  birgə  ərizəsini  və  ya  ayrı-ayrı 

ərizələrini təqdim  edir.  Gəlməmiş  tərəfin  imzasının  həqiqiliyi  onun  yaşadığı  yerin  VVADQ  orqanı  və  konsulluq 

idarəsi tərəfindən və ya notariat qaydasında təstiq edilməlidir. 



Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə